N. Ş. Hüseynov



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə32/90
tarix20.10.2017
ölçüsü2,8 Kb.
#5949
1   ...   28   29   30   31   32   33   34   35   ...   90

 
     Temperatur  sahəsinin  əsas  xarakteristikaları  onun  qradiyentinin 
üfüqi  və  şaquli  kəmiyyətləridir  və  bu  kəmiyyətlər 
temperaturun 
üfüqi və şaquli qradiyentləri
 adlanır. Temperatur şaquli istiqamətdə 
daha tez dəyişir.  
     Temperaturun  lokal  dəyişməsi  və  ya  temperaturun  fəzanın 
verilmiş nöqtəsində dəyişməsi aşağıdakı bərabərliklə ifadə olunur: 
 
.
dt
dT
z
T
w
y
T
v
x
T
u
t
T



















          
    Bərabərlikdən  sağ  tərəfdən 
 
birinci  hədd 











y
T
v
x
T
u
 
temperaturun 
advektiv 
dəyişməsini ifadə edir. 
    İkinci  hədd  isə  hava  hissəciklərinin 
şaquli  hərəkəti
  hesabına 
temperatur dəyişmələrini ifadə edir. 
     Üçüncü  hədd 
hissəciyin  özünün
  temperaturunun  dəyişməsini 
ifadə  edərək,  əsasən,  istilik  axını  ilə  bağlıdır,  lakin  başqa 
səbəblərdən də asılı ola bilər. 
     Proseslərin  adiabatik  hesab  edildiyi  sərbəst  atmosferdə  
w
γ
dt
dT
a


  şərti  tam  ödənildiyi  üçün  temperaturun  lokal 
dəyişmələri ifadəsi aşağıdakı şəkli almış olur: 
 


γ
γ
w
y
T
v
x
T
u
t
T
a

















 ,       
burada,  
     
z
T
γ




  -  temperaturun  şaquli  qradiyenti, 
a
γ
-  quru  adiabatik 
qradiyent  (buludluq  olduqda  rütubətli  adiabatik  qradiyent),  w  – 
şaquli hərəkətlərin sürətidir.                                                                                                  
     Bu ünsürlərdən hər birinin təsirini nəzərdən keçirək. 
     Temperaturun  advektiv  dəyişməsi.
  Temperaturun  müsbət 
advektiv dəyişməsi istilik adveksiyası ilə, mənfi advektiv dəyişməsi 
isə  soyuq  adveksiya  ilə  bağlıdır.  Tempraturun  advektiv  dəyişməsi 


 
onun  şaquli  qradiyenti,  yerdəyişmənin  sürəti  (küləyin  sürəti), 
həmçinin  temperatur  qradiyenti  ilə  sürət  vektoru  arasındakı 
bucaqdan asılıdır: 
 
Q Vcosβ 
α 
a
t
T









 
,      
    
     
 
burada , 
   
 
Q
 
  –  temperaturun  üfüqi  qradiyenti,  V  –  küləyin  sürəti,    -  
 
Q
 
və  V  arasında  qalan  bucaq,      -  vahidin  seçilməsindən  asılı 
olan əmsaldır. 
    Temperaturun  advektiv  dəyişmələri  12  saata  bir  neçə  dərəcə 
təşkil  edir,  lakin atmosfer cəbhələrinin keçməsi  zamanı o, daha az 
müddətdə, əsasən də yerüstü təbəqədə  10°C və daha çox ola bilər.  
    Havanın şaquli hərəkəti ilə əlaqədar olan temperatur dəyişmələri.
 
Hər  hansı  bir  səthdə  şaquli  hərəkətlər  hesabına  temperaturun 
dəyişməsi aşağıdakı düsturla ifadə edilir: 
 


.
γ
γ
w
t
T
a
v











        
 
     Dayanıqlı  stratifikasiya  zamanı  (
 
a
 )  qalxan  hərəkətlər 
həmin  səviyyədə  hissəciklərin  temperaturunun  aşağı  düşməsinə, 
dayanıqsız  stratifikasiya  zamanı  isə  (
 
a
 )  hissəciklərin 
temperaturunun  azalmasına  səbəb  olur.  Havanın  enən  hərəkətləri 
(w0)  dayanıqlı  stratifikasiya  zamanı  temperaturun  azalmasına, 
dayanıqsız stratifikasiya zamanı isə artmasına səbəb olur. 
     Yerüstü  təbəqədə  rütubət  sahəsi  mürəkkəb  diskret  sahədir.  Bu 
müxtəlif  faktorların  (tempertur  rejiminin  dəyişməsi,  buxarlanma, 
kondensasiya  və  s.)  təsiri  və  rütubətliyin  dəyişkənliyi  ilə  izah 
olunur.  
     Havanın  rütubətinin  müxtəlif  xarakteristikaları  mövcuddur. 
Sinoptik təcrübədə daha çox şeh nöqtəsi və onun çatışmazlığı, nisbi 


 
və  xüsusi  rütubətlikdən  istifadə  olunur.  Su  buxarı  atmosferə  su 
səthindən  buxarlanma  nəticəsində  daxil  olur.  Hava  axınları  su 
buxarını  Yer  kürəsinin  müxtəlif  rayonlarına  daşıyır  və  bunun 
nəticəsində rütubət tutumunun üfüqi qradiyenti formalaşır.  
     Səthin qeyri-bircinsliyi atmosferdə olan su buxarının miqdarına 
böyük  təsir  göstərir.  Bu  rütubət  tutumu  üfüqi  qradiyentin  böyük 
zonal  toplananlarını  təyin  edir.  Eyni  enlik  dairəsi  daxilində  daha 
çox su buxarı, təbii ki, okeanlar üzərində qeyd olunur.  
     Rütubətin  advektiv  dəyişməsini  aşağıdakı  bərabərliklə  ifadə 
etmək olar: 
.
y
q
v
x
q
u
a
t
q





















                  
     Rütubətin  advektiv  dəyişmələri  əlverişli  şərait  olduqda  sutka 
ərzində bir neçə q/kq-a çata bilər. 
     Rütubət tutumunun dəyişməsində şaquli mübadilə prosesi böyük 
rol  oynayır,  belə  ki,  şaquli  xüsusi  rütubət  axını 
q
Q
  onun  şaquli 
qradiyenti və turbulent mübadilə əmsalı A ilə təyin olunur: 
 
.
z
q
A
q
Q




    
           
     Xüsusi  rütubətlik  hündürlük  artdıqca  azalır.  Bu  onunla  izah 
olunur  ki,  havada  olan  su  buxarının  əsas  mənbəyi  fəal  səthdir.  Bu 
halda  su  buxarı  axınının  istiqaməti  aşağıdan  yuxarıya  doğru 
yönəlmiş  olur.  Lakin  konkret  şərtlər  daxilində,  məsələn, 
hündürlüyə  görə  su  buxarının  qeyri-bərabər  advektiv  dəyişməsi 
hesabına  rütubətliyin  inversiya  paylanması  müşahidə  oluna  bilər. 
Belə  halda  su  buxarı  axınının  istiqaməti  yuxarıdan  aşağıya  doğru 
yonəlmiş olur.  Bu halların  bulud  və dumanların  əmələ gəlməsində 
əhəmiyyətli rolu vardır. 
                                                                                                              
    Külək sahələri və onların hündürlüyə görə 
dəyişməsi 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   90




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə