Nadir efshar layout qxd



Yüklə 13,42 Mb.
Pdf görüntüsü
səhifə47/78
tarix11.09.2018
ölçüsü13,42 Mb.
#67897
1   ...   43   44   45   46   47   48   49   50   ...   78

artıq kifayət qədər güclü bir qüvvəni müxtəlif ünvanlara atmaq mümkün
idi və elə 1735-ci ilin aprelində hərbi-dəniz qüvvələrinin bu imkanından
istifadə edilməsi qərara alındı.
Həmin vaxtlar ərəb İraqında bədəvi ərəb tayfaları ilə Osmanlı qoşun-
ları arasında silahlı qarşıdurmalar yaranmışdı. Nadir güman edirdi ki, bu
qarşıdurma Osmanlı hərbi qüvvələrinin gücünü zəiflədə bilər. Bu fürsətdən
istifadə edərək o, Bəsrə şəhərini ələ keçirməyi qərara aldı. Nadir qərar-
laşdırdı ki, piyada və süvari qüvvələri ilə qurudan Bəsrə üzərinə hücuma
keçsin. Hərbi-dəniz qüvvələri isə Ərvəndrud (Şədd-ül-ərəb) çayı ilə Bəs-
rəyə yaxınlaşmaqla qurudan başlanan hücumu dəstəkləsin. Bununla bağlı
Lətif xana da müvafiq göstəriş verildi.
Amma hərbi-dəniz qüvvələri ilə quru qüvvələri arasında qarşılıqlı
fəaliyyət lazımi şəkildə nizamlanmadı və Nadirə görə bu məsələdə Lətif
xan günahkar idi.
Bəsrəyə doğru yürüş Nadirin müstəqil hərbi-dəniz qüvvələrinin ilk
yürüşü idi. Bu döyüşdə Lətif xanın rəhbərliyi altında olan üç böyük və 50
kiçik gəminin iştirakı nəzərdə tutulmuşdu. U.Flober isə Bəsrəyə doğru is-
tiqamət götürən hərbi-dəniz qüvvələrinin tərkibində iki böyük gəminin,
2 sahil gəmisinin, freqat tipli bir gəminin və 40 ədəd kiçik gəminin
olduğunu bildirir. Eyni zamanda Flober Bəsrəyə doğru dəniz hücumunun
1735-ci ilin may ayında başladığını bildirir.
1
L.Lokkarta görə isə Bəsrə
üzərinə hücum 1735-ci ilin aprelində baş vermişdi.
Mövcud olan məlumata görə, Lətif xanın rəhbərliyi altında olan hərbi-
dəniz qüvvələri 1735-ci il may ayının sonunda Bəsrə yaxınlığında olan
kiçik bir adaya yaxınlaşdılar. Nadirin hərbi-dəniz qüvvələrinin yaxınlaş-
ması xəbərini alan Bəsrədəki Osmanlı qüvvələrinin rəhbərliyi dərhal bu
hücumun qarşısını almaq üçün döyüş hazırlığı aldı.
Lətif xan Bəsrəyə yaxınlaşan günlərdə Ost-Hind (şərqi hind) şirkətinin
topla təchiz olunmuş iki böyük ticarət gəmisi sahildə lövbər salmışdı. Os-
manlı paşası şirkət nümayəndələrindən həmin gəmilərin müvəqqəti Os-
manlı qoşunlarının tabeliyinə verilməsini tələb etdi. Bu gəmilərlə düzgün
manevr ediləcəyi təqdirdə Lətif xanın irəliləməsinin qarşısını saxlamaq
mümkün idi. Qərb mənbələri iddia edirlər ki, əvvəlcə şirkət nümayəndəliyi
Úàùàíýèð Ùöñåéí ßôøàð
146
1
Flober U. Göstərilən əsəri, s. 149.


iranlılarla yaxşı münasibətdə olduqları üçün gəmiləri Osmanlı paşasının
ixtiyarına vermək istəmədilər. Guya, Osmanlı paşasının təzyiqi altında
gəmlərin sonradan Lətif xana qarşı istifadə edilməsinə razılıq verirlər.
1
Mövcud olan məlumata görə, Nadirin hərbi-dəniz qüvvələri Bəsrədən
5 mil aşağıda yerləşən ingilis gəmiləri ilə qarşılaşmalı oldu. İngilis
gəmilərinin bütün şəxsi heyəti Lətif xanın gəmilərinə qarşı döyüşdə iştirak
etdi. İngilislərin kifayət qədər təcrübəyə malik olması dəniz döyüşündə
özünü göstərdi. Üç gün davam edən döyüşdən sonra Lətif xan geri çəkilmək
məcburiyyətində qaldı. Müfəssəl məlumatlar olmasa da, çox güman ki,
Lətif xan müəyyən xəsarət də aldı. Bir tərəfdən Lətif xanın rəhbərliyi al-
tında aparılan döyüşün uğursuzluğu, digər tərəfdən də qarşılıqlı hücumla
Bəsrənin tutulması planının həyata keçməməsi Nadiri çox qəzəbləndirdi.
O, hətta Lətif xanı bu vəzifəsindən kənarlaşdırdı da. Amma, görünür, Lətif
xanın dəniz işinə olan bağlılığı sonradan onu bu qərarından döndərə bildi
və Lətif xan yenidən dəryabəyi vəzifəsinə təyin edildi.
2
Avropalı şirkətlərin Osmanlı qüvvələri tərəfində Lətif xanın rəhbərliyi
altında olan hərbi qüvvələrə qarşı çıxması da Nadirdə bir nigarançılıq
yaratdı. 1735-ci il iyulun 27-də Fars bəylərbəyi Məhəmməd Tağı xan ingilis
və holland şirkətlərinə narazılıq ifadə olunan bir məktub göndərdi. Heç
şübhəsiz ki, Nadirin də məzmunundan xəbərdar olduğu həmin məktubda
ingilis və holland gəmilərinin osmanlılarla əlbir olmasına etiraz ifadə olu -
nurdu. Məhəmməd Tağı xan ingilis və holland gəmilərinin Osmanlı
qüvvələri ilə əlbir olmağına inanmadığını bildirdi. O öz məktubunda onu
da əlavə edirdi ki, söylənilən fakt doğru olduğu halda dostluğa düşmənçi-
liklə cavab verən avropalılara qarşı ölçü götürəcəkdir. Holland tacirləri isə
bu məktubun cavabında bildirdilər ki, məsələdən xəbərsizdirlər və bu
mövzuda konkret olaraq ingilislərlə danışmaq lazımdır.
3
Bir tərəfdən Məhəmməd Tağı xanın hədələri, bir tərəfdən də Nadirin
qəzəblənməsi ingilis şirkətlərində müəyyən bir narahatlıq yaratdı. Onlara
qarşı sərt tədbirlərin görüləcəyi ehtimal edilirdi. Amma qəzəblənməsinə
baxmayaraq, Nadir ingilis şirkətinin öz fəaliyyətini davam etdirməsinə
Àçÿðáàéúàí Íàäèð ßôøàð äþâëÿòè
147
1
Lokkart L. Göstərilən əsəri, s.114-115.
2
Lokkart L. Göstərilən əsəri, s. 115.
3
Flober U. Göstərilən əsəri, s. 149.


tərəfdar olduğunu bildirdi. Hətta ingilis şirkətinə müəyyən güzəştlərin veri -
ləcəyi də bəyan edildi. Bu, yaranmış gərgin vəziyyətə bir yumşaqlıq gətirdi.
Konkret tarixi şəraitdə Nadirin gəmiqayırma tərsanəsini tez bir zamanda
yaratmaq mümkün deyildi. Belə olan şəraitdə hərbi-dəniz qüv və lə rinin for-
malaşdırılması üçün ən münasib yollardan biri avropalı şirkətlərdən gəmi
alınması idi. Buna nail olunması üçün 1735-ci ilin sonlarında Nadir
tərəfindən xüsusi vəsait toplanmasına başlanıldığı da məlumdur.
1
Lətif xan yenidən öz vəzifəsinə bərpa olunduqdan sonra Bəhreynə
hücum üçün hazırlıq aparmağa başladı. Yuxarıda qeyd edildiyi kimi, Şah
Sultan Hüseyn dövründə Bəhreyn və Kiş itaətdən çıxdı. Bəhreynə uğurlu
hücum həyata keçirmək üçün hərbi-dəniz qüvvələrinin möhkəmlən 
-
dirilməsinə ehtiyac var idi. Mövcud olan məlumatlara görə, Bəhreynə
hücumdan əvvəl ingilis şirkətlərindən su tutumu 400 ton olan və hər biri
20 ədəd topa malik olan iki gəmi 8 min tümən qiymətində alınmışdı.
2
Gəmilərin sayının çoxaldılması üçün Məhəmməd Tağı xan da
Buşehrdəki holland şirkətinə məktub göndərdi. Məhəmməd Tağı xan mək-
tubunda bildirirdi ki, qoşun dəstələri Buşehrə yaxınlaşmaqdadır. Onların
Lətif xanın rəhbərliyi altında Bəhreynə göndərilməsi nəzərdə tutulur.
Həmin qüvvələrin Bəhreynə çatdırılması üçün holland şirkətindən bu
gəminin icarəyə verilməsi xahiş olunurdu. Hollandlar tabe olduqları təş -
kilatın razılığı alınmayınca hər hansı bir gəminin icarəyə verilməsinin
qeyri-mümkün olduğunu bildirdilər.
3
L.Lokkart isə qərb mənbələrinə əsaslanaraq bildirir ki, Lətif xan 5 min
tümənin əvəzində hollandları məcbur edə bilmişdi ki, böyük gəmilərdən
birini ona satsınlar.
4
1736-cı ilin aprel-may aylarında Bəhreynə hücum
həlledici mərhələyə qədəm qoydu. Hücum dövründə Bəhreyn şeyxi Şeyx
Cabbarın Məkkəyə ziyarətə yollanması ərəblərin müqavimətinə bir nizam-
sızlıq gətirdi. Lətif xanın bu hücuma hansı qüvvələrlə yollanması haqqında
müfəssəl məlumat olmasa da, o, qarşıya qoyulan vəzifənin öhdəsindən
tamamilə gəldi. Bəhreyn və Kiş yenidən nəzarət altına qaytarıldı. Amma
Bəhreyn qiyamının rəhbəri olan Şeyx Cabbar səfərdə olduğundan onu
Úàùàíýèð Ùöñåéí ßôøàð
148
1
Semani.P. Göstərilən əsəri, s.151.
2
Yenə orada, s. 273.
3
Flober U. Göstərilən əsəri, s. 149.
4
L.Lokkart. Göstərilən əsəri, s. 151.


Yüklə 13,42 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə