Наиля сямядова



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə80/83
tarix14.12.2017
ölçüsü4,8 Kb.
#15619
1   ...   75   76   77   78   79   80   81   82   83

 
 
  
SON SÖZ 
 
Müxt
əlif dönəmlərdə insanlar öz iç dünyalarını, arzu və is-
t
əklərini, həyata və  zamana  baxışlarını,  ömür  yollarını  müx-
t
əlif üsullarla ifadə etməyə çalışmışlar. Orta əsr müəlliflərində 
bu ifad
əetmə onların bədii və tarixi əsərlərində öz təcəssümü-
nü tapmışdır. Onlar həyat və yaradıcılıqlarına aid önəmli fakt-
ları, dövr və mühitə olan münasibətlərini öz əsərlərində əks et-
dir
mişlər. Klassiklərin əsərlərində olan tərcümeyi-hal əlamət-
l
əri araşdırıcılara onların həyat və fəaliyyətlərinə dair bilgiləri 
eti
barlı qaynaqlardan əldə etməyə imkan vermişdir.  

əllifin həyat tərzini,  duyğularını,  tərcümeyi-halındakı 
bir çox m
əqamları  aydınlaşdırmaq  baxımından kiçik  həcmli 
rübail
ər xeyli önəmlidir və bu nümunələr tərcümeyi-hal örnək-
l
ərinin zənginliyi ilə  diqqət çəkir.  Yazılı  ədəbiyyatda ilk nü-
mun
ələri IX-X əsrlərə aid olan rübailərin ən mahir yaradıcıları 
Öm
ər Xəyyam və Məhsəti Gəncəvinin əsərlərində tərcümeyi-
hal örn
əkləri üstünlük təşkil  edir.  Azərbaycan  ədəbiyyatının 
görk
əmli nümayəndələri  Xaqani  Şirvani,  Nizami  Gəncəvi, 
İmadəddin Nəsimi, Məhəmməd Füzuli və  başqaları  rübailər 
yaz
mış, öz arzu və istəklərini, təbiət və cəmiyyətdən aldıqları 
t
əəssüratı ifadə etmişlər. Sonrakı əsrlərdə də ədəbiyyatın bu və 
ya dig
ər sahələrində uğurlar qazanmış şairlər qələmlərini rübai 
jan
rında sınamış və öz bioqrafiyalarına aid bəzi məqamları bu-
ra
da canlandırmışlar.  
Tarixi 
əsərlər  dövrün  kaloritini  canlandırmaq  baxımından 
əhəmiyyət kəsb edir. «Koroğlu» dastanında XVI əsrin sonu   
XII 
əsrin  əvvəllərində  baş  verən olaylar öz əksini  tapmışdır. 
H
ər hansı bir tarixi epos, o cümlədən «Koroğlu» tarixi hadisə-
l
ərlə özünəməxsus bir şəkildə səsləşən bədii əsərdir. Lakin bu 
b
ədiiliyin özündə də avtobioqrafik çalarlar vardır və bu çalar-
lar dastandakı qoşma və gəraylılarda bütün aydınlığı ilə təsvir 
 
241 


 
olunmuşdur.  Eposun  özəlliyi ondan ibarətdir ki, qəhrəmanın 
xarakteri, igidliyi, m
ərdliyi, qarşı tərəfə olan münasibəti, çat-
dırmaq istədiyi fikrin əsas məğzi, özünün əhval-ruhiyyəsi, hiss 
v
ə  həyəcanları  şeir  nümunələri ilə  verilmişdir.  Məzmunca 
müxt
əlif və rəngarəng olan şeirlər qəhrəmanların daxili aləmi-
nin açılmasında mühüm rol oynayır. 
Zaman keçdikc
ə insanların, görkəmli şəxsiyyətlərin özləri 
v
ə ya tanınmış şəxslər haqqında əsərlər yazması zərurəti doğ-
muşdur. Bu da gündəlik, tərcümeyi-hal və xatirələrin yaranma-
sına gətirib çıxarmışdır. Memuar mənbələri adlandırılan sözü-
ged
ən nümunələr özündə insan, zaman, həyat həqiqətini ehtiva 
edir.  
Memuar m
ənbələri çox önəmli, önəmli  olduğu  qədər də 
d
əyərlidir.  Memuarlar  olayların  iştirakçısının  və  ya  şahidinin 
şəxsi təəssüratları əsasında tərtib edilən nümunələrdir. Hər bir 
memuarist t
əsvir etdiyi hadisədə öz mövqeyini müəyyən etmə-
y
ə və hər bir olaya öz qiymətini verməyə çalışır. Bu da memu-
ar
ların digər təhrif olunmuş, yarımçıq, qeyri-dəqiq mənbələrin 
aydınlaşmasında dəyərini artırır. Memuarlar rəsmi sənədlər ki-
fay
ət qədər olmadıqda əlavə və ya yeganə faktiki material xü-
susiyy
ətinə malik olur. 
Memuar m
ənbələrinin  yaradılması  mürəkkəb  yaradıcılıq 
prosesidir v
ə eyni zamanda uzun sürən bir prosesdir. Onların 
tarixin
ə gəldikdə qeyd etmək lazımdır ki, hadisələrin baş ver-
diyi tarixl
ə  yazıya  alınma  tarixi  fərqli olur və  müəllif  əksər 
hallarda dün
ənin olaylarına bugünün nöqteyi-nəzəri ilə baxır. 
     Memuar m
ənbələri  geniş  oxucu  kütləsi  arasında  da  yayıl-
mışdır.  Əslində  elmi-kütləvi nəşrlərin  əsas məqsədi  geniş 
oxucu kütl
əsini memuar nümunələri ilə  tanış  etmək məqsədi 
daşıyır. Mütəxəssislər üçün nəzərdə tutulmuş elmi nəşrlər isə 
t
əkcə  məzmun  baxımından  deyil,  eləcə  də  mənbə  haqqında 
m
əlumat baxımından  əhəmiyyət kəsb edir. Bu məlumata 
m
ənbənin yaranma tarixi, memuaristin mənbə  üzərində  necə 
işləməsi və  digər məsələlər daxildir. Elmi nəşrləri dəyərli 
 
242 


 
faktiki materiala malik m
ənbələr və  ya müəllifin tərcümeyi-
halını, daxili aləmini, şəxsiyyətini əks etdirən mənbələr əhatə 
edir. Bununla bel
ə,  memuarların  nəşri  əsasən  geniş  oxucular 
üçün n
əzərdə  tutulur  ki,  bu  da  onların  xatirələrə  marağından 
ir
əli gəlir. 
Memuarların nəşr forması müxtəlifdir. Böyük həcmli mən-
b
ələr ayrıca nəşr edilir. Bura tarixi hadisələri əks etdirən xati-
r
ələr, illər boyu müntəzəm tərtib  edilmiş  gündəliklər aiddir. 
Memuarlar m
əqalələr məcmuəsində, monoqrafiyaların  tərki-
bind
ə  də  nəşr  edilə  bilər. Memuar əsərlərinin nəşri  ətraf alə-
min, xarici mühitin müşahidəsi üçün zəngin material verir. 

əllifin  şəxsiyyətindən, məqsədindən,  müşahidə  etmə 
ba
carığından asılı olaraq xatirələrin qələmə alınmasında müəy-
y
ən forma seçilir. Bədii-sənədli xatirələr, sənədli memuarlar, 
əsasında  gündəlik qeydlər olan xatirələr,  epistolyar  şəkildə 
olan memuar m
ənbələri belə forma müxtəlifliyinə aiddir. Me-
muar elementl
ərindən müxtəlif nümunələrdə  istifadə  edilir. 
M
əqalə, oçerk, yığıncaqlarda çıxışlar, nekroloqlar şəklində xa-
tir
ələr vardır. 
Az
ərbaycanda memuar mənbələri XX əsrin  ortalarında 
geniş yayılmağa başlamışdı. Bununla belə, əsrin sonlarına ya-
xın xatirələrin nəşri kütləvi səciyyə almışdı. Bütün bunlar me-
muar m
ənbələrinin yeni, rəngarəng formalarının  yaranmasına 
t
əkan  vermişdir.  Memuar  əsərlərinin nəşrində  «Azərbaycan» 
jur
nalının, «Ədəbiyyat qəzeti»nin önəmli mövqeyi açıq-aydın 
n
əzərə çarpır. 
Bir m
əqamı qeyd etmək lazımdır ki, elmi işdə memuarlar-
dan istifad
ə etməyin öz xüsusiyyəti vardır. Hər şeydən  əvvəl 
n
əzərə  alınmalıdır  ki, memuar əsərləri subyektiv mənbədir. 
Yad
daş bəzən memuaristi aldada bilər: o, hadisələri ya qarış-
dırar, ya bir neçə epizodu birində birləşdirər, ya da onları yad-
dan  çıxarar.  Buna  görə  də  tədqiqata cəlb olunan hər bir me-
muar 
əsərinin həqiqiliyinə, doğruluğuna xüsusi diqqət yetiril-
m
əlidir, hər bir məlumat dürüst yoxlanılmalıdır. Ədəbiyyat ta-
 
243 


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   75   76   77   78   79   80   81   82   83




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə