Наиля сямядова



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə79/83
tarix14.12.2017
ölçüsü4,8 Kb.
#15619
1   ...   75   76   77   78   79   80   81   82   83

 
Şəxsiyyətin həyat və fəaliyyətindəki başlıca məqamları nə-
z
ərə çatdırmaqda biblioqrafik göstəricilər xeyli önəmlidir. Bu 
m
ənada  tanınmış  tənqidçi və  ədəbiyyatşünas Bəkir Nəbiyev 
haq
qında  soraq  kitabı  [20] xüsusilə  qeyd  olunmalıdır.  Lakin 
burada bir m
əqamı nəzərə çatdırmaq lazımdır ki, digər biblioq-
rafik gösr
əricilərdən fərqli olaraq, akademikin 75 illik yubileyi 
il
ə  əlaqədar dərc  olunmuş  bu  kitabda  görkəmli alim,  şair  və 
ədiblərin ürək sözləri  toplanmışdır.  Bu nümunələrdə  ara-sıra 
xatir
ələr yada düşür, keçən günlər, keçən illər yad edilir. Elçi-
nin, C
əmil Əlibəyovun, Yaşar Qarayevin, Ağamusa Axundo-
vun q
ələm məhsulları  bu  baxımdan  diqqət çəkir. Sözügedən 

əlliflərin yazıları xatirə örnəklərinin zənginliyi ilə fərqlənir. 
Dig
ər yazılarda da az-çox xatirə çalarları görünməkdədir. Xey-
rul
la  Əliyevin,  Mailə  Muradxanlının,  Əsgər Quliyevin, dün-
yanın müxtəlif ölkələrində yaşayan alimlərin 
 C avad H ey
ət, 
Əli Yavuz Akpınar, Ləziz Qəyyumov, Şakir İbrayev və başqa-
larının,  keçmiş  tələbələrinin    K am al  A bdulla,  Vəfa 
Quluzad
ə, Nizaməddin  Şəmsizadə,  Arif  Əmrahoğlu  və 
dig
ərlərinin mülahizələri xüsusilə  seçilir. Bu nümunələri 
Az
ərbaycan xatirə ədəbiyyatına daxil etsək, heç də yanılmarıq.  
Xatir
ələr müasirlərimizin  doğum  günündə, yubileylərində 
onun  yaxınları, onu tanıyanlar tərəfindən də söylənilir. Deyi-
l
ənlər kitab halında nəşr olunur və geniş oxucu kütləsi belə bir 
görk
əmli ziyalının onun müasiri olduğu ilə fəxr edir. Professor 
Teymur Əhmədovun 70 illik yubileyinə həsr olunmuş kitabda 
[124]  bu göz
əl  insan,  tanınmış  alim  haqqında  ziyalı  həm-
karlarının, onu tanıyanların ürək sözləri, xatirələri toplanmış-
dır.  Ədəbiyyatşünas,  şair-publisist,  f.e.d.  İsmayıl  Ömər  oğlu 
V
əliyev haqqında kitab da [246] bu qəbildəndir. Onu da qeyd 
etm
ək  lazımdır  ki,  İsmayıl  Vəliyev 1988-ci ildən  başlayaraq 
günd
əlik tərtib  etmişdir.  Gündəliyin 1990-cı  il  yanvar  ha-
dis
ələri ilə bağlı hissələri nəşr edilmişdir [252]. Burada xalqı-
mızın başına gətirilən faciələr əks olunmuşdur. 
N
əzərə çatdırılmalıdır ki, XX yüzilliyin sonları və əsrimi-
 
238 


 
zin 
əvvəllərində tarixi hadisələri işıqlandıran və avtobioqrafik 
s
əciyyəli  əsərlər daha çox meydana gəlmişdir.  Müəlliflər bu 
növ 
əsərlərini yazıçı təxəyyülünün məhsulu olduğunu bildirsə-
l
ər də,  bunları  oxuyarkən cərəyan edən hadisələrin gerçək 
olaylara söyk
əndiyi açıq-aşkar bəlli olur. Deyilənlərə Aqil Ab-
basın «Dolu» və Gülşən Lətifxanın «Azər və Aida adası» əsər-
l
ərini nümunə  gətirmək olar. «Dolu» əsərinin  başlanğıcında 

əllifin «xahiş edirəm, bu əsərdə kim isə nə isə axtarmasın, 
bu, yazıçı təxəyyülündən başqa bir şey deyil» [1, s.56] sözləri 
verils
ə də, roman həyat  materialları ilə zəngindir. 1992-ci və 
1993-cü ill
əri  əhatə  edən  əsərdə  könüllü batalyonların  cəbhə 
x
əttində göstərdikləri qəhrəmanlıqlar, Şuşa uğrunda gedən vu-
ruşlarda mərdliklə  həlak  olmaları  öz  əksini  tapmışdır.  Hadi-
s
ələr Dünyanın Ən Varlı Şəhərində cərəyan edir. İştirakçıların 
adları da şərtidir. Drakon, Pələng, At Belində olan adam, Ko-
mandir v
ə s. «Dolu» düşmən tərəfdən yağan güllələr, qumba-
ra
lardır.  Əsərin sonu nikbin əhval-ruhiyyəlidir. Bu dəfə  göy 
üzünd
ən  yağan  Dolu  camaatın  sevincinə  səbəb olur. Müəllif 
h
əyati  faktları  bədii təfəkkürünün süzgəcindən keçirərək də-
y
ərli sənət nümunəsi yaratmağa nail olmuşdur. 
Eyni fikirl
əri  Gülşən Lətifxanın  «Azər və  Aida  adası» 
[146] 
əsərinə də şamil etmək olar. Romanda Qarabağ mühari-
b
əsi ərəfəsi və müharibə başlanandan sonra baş verən hadisə-
l
ər qələmə  alınmışdır.  Əsər  roman  adlandırılsa  da  bir xatirə-
memuar t
əsiri bağışlayır. Ən əvvəl hadisələr birinci şəxsin   
Aidanın  dilindən nəql edilir. Digər tərəfdən  əsərdəki olaylar 
gerç
ək hadisələrə söykənir: keçən yüzilliyin 80-90-cı illərində 
Ba
kıda cərəyan edən ictimai-siyasi durumu əks etdirir. Bu icti-
mai-siyasi hadis
ələr fonunda Azər və Aidanın saf və ülvi mə-
h
əbbəti tərənnüm edilir. Əsərdə hər bir epizod, surətlərin danı-
şığı, hərəkəti, eləcə də Azərbaycan xalqının qədim adət-ənənə-
l
əri ustalıqla, doğru-dürüst təsvir olunmuşdur. 
Günd
əliklərin, xatirələrin və  digər sənədli  əsərlərin  əhə-
miyy
əti onların təkcə real hadisələr və insanlar haqqında məlu-
 
239 


 
ma
tın olması ilə deyil, eləcə də ideya məzmunu: müəllifin və 
onun q
əhrəmanlarının  mənəvi zənginliyə, ictimai və  estetik 
ideallara münasib
əti ilə təyin olunur. Bunun üçün yalnız fakt-
ları tapmaq və təsvir etmək, keçmişin gerçək olaylarını yarat-
maq  bacarığına  malik  olmaq  azdır,  həmçinin  keçmişin  real 
s
əhnələrini təkrar  yaratmaq,  geniş  dünyagörüşünə  malik ol-
maq, ideya m
əqsədinə doğru yönəldilmə, həyatı dərindən başa 
düşmək lazımdır. 
Çağdaş  ədəbiyyatımızda  memuar  əsərləri kəmiyyətcə  art-
maq
la  yanaşı  keyfiyyətcə  də  yeniləşmişdir.  Kamil  xatirə  nü-
mun
ələrinin yaranması ilə səciyyələnən XX yüzil eyni zaman-
da klassik 
ənənələrin davam və inkişafı baxımından da dəyər-
l
əndirilməlidir. Keçən  yüzilliyin ikinci  yarısı və əsrimizin ilk 
ill
ərində  meydana gələn xatirələr Azərbaycan memuar ədə-
biyyatını yeni nümunələrlə zənginləşdirmişdir. Bu dönəm mü-
hitin yetirm
əsi olan şəxsiyyətin mənəvi özəlliklərini bütün ça-
lar
ları ilə gələcək nəslə ötürülməsində xüsusilə önəmlidir.  
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
240 


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   75   76   77   78   79   80   81   82   83




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə