lar da olmuşdur ki, gündüz axşama qədər düşüncə dəryasına
da
lıb, söz alması ilə məna gövhərini deşmişəm. Bunu görənləri
bu m
əzmun anlaşılmır, bu ləfz xalq arasında işlənilmir və xo-
şagəlməzdir
dey
ər-deməz, o məzmun gözümdən düşmüş,
h
ətta onun üzünü köçürməmişəm» [91, c.3, s.20].
Şair türk dilində olan divanının giriş hissəsində qeyd et-
mişdir ki, yaradıcılığa mədrəsədə oxuyarkən başlamışdır.
Ərəbcə, türkcə və farsca şeir yazdığını farsca divanının mü-
q
əddiməsində belə izah etmişdir: «Bəzən ərəbcə şeir yazdım
v
ə ərəb fəsihlərini müxtəlif mənzumələrimlə şadlandırdım. Bu
m
ənim üçün asan idi. Çünki mənim elmi bəhslər (fənlər, ya-
xud mübahis
ə) dilim ərəbcə idi. Bəzən türkcə şeir meydanında
at çapdım və türk zəriflərinə türkcə şeirin gözəllikləri ilə zövq
verdim. Bu da m
əni o qədər təşvişə salmadı, çünki türkcə şeir
m
ənim əslimin səliqəsinə uyğundur. Bəzən fars dili sapına inci
düzdüm v
ə o budaqdan könül meyvəsi dərdim» [91, c.3, s.20].
Füzuli kamal sahibl
ərindən təvəqqe edir ki, şeirlərinin tərki-
bind
ə və ya məzmununda xətalar görsələr onları bağışlasınlar.
Fars dilind
ə olan divanının müqəddiməsində şair bütün bu
göst
ərilənlərdən əlavə həyat və yaradıcılığının mühüm cəhətlə-
rini ay
dınlaşdırmış, gəncliyi və təhsil illərindən, Kərbəla şəhə-
rinin v
əziyyətindən bəhs etmişdir. Yalnız divan müqəddimə-
l
əri deyil, əsərləri də Füzulinin həyat və yaradıcılığının müəy-
y
ən məqamlarına aydınlıq gətirir. Məsələn, bir qitəsində Kər-
b
əlanı tərifləyir, orada yaşadığını göstərərək yazır:
Ey Füzuli, m
əskənin çün Kərbəladır, şeirimin
Hörm
əti hər yerdə vardır, xəlq onun müştağıdır,
N
ə qızıldır, nə gümüş, nə ləlü nə mirvarıdır
Sad
ə torpaqdırsa, lakin Kərbəla torpağıdır [91, c.3, s.23].
Füzulinin
«Şikayətnamə»sində
avtobioqrafik
m
əzmun özəl-
likl
ə üstünlük təşkil edir. Şair Sultan Süleyman tərəfindən ona
t
əyin edilmış təqaüdü almaq üçün ovqaf idarəsinə gedərkən
burada hökm sür
ən ədalətsizliyi şəxsən görmüş, məmurların
zülm v
ə haqsızlıqlarının şəxsən şahidi olmuşdur. Elə ona görə
33
d
ə «Şikayətnamə»də yazırdı: «Salam verdim
rüŞ
v
ət deyildir
deyü almadılar. Hökm göstərdim
faid
əsizdir deyü mültəfit
olmadılar...» [91, c.2, s.302]. Əsərdə Füzulinin ağır maddi ya-
şayış şəraiti, əhvali-ruhiyyəsi, dünyagörüşü, insanlara və hadi-
s
ələrə münasibəti verilməklə bərabər şairin taleyə, alın yazı-
sına inandığı da təsvir olunur.
Görk
əmli filoloq, tarixçi, publisist Məhəmməd Fuad Köp-
rülüzad
ə «Azəri ədəbiyyatına aid tədqiqlər» əsərində Məhəm-
m
əd Füzulinin bir sıra şeirlərində şairin həyatının müəyyən
cizgil
ərinin müəyyənləşdirdiyini qeyd edərək yazır: «Yalnız
941-d
ə Sultan Süleyman Qanuni Bağdadı zəbt etdiyi zaman
Füzulinin Osmanlı hökmdarına «Gəldi bürci övliyaye padişa-
hi-namdar», tarix m
əşhurini məhtəvi qəsidəsini təqdim etdiyi,
g
əzəlik sədr əzəm İbrahim paşaya, qazi-əsgər Qədri Əfəndiyə,
nişançı Cəlalzadəyə qəsidələr verərək orduda bulunan şair Xə-
yali il
ə də münasibəti-dustanədə bulunduğu məlumdur. Füzuli
divanında daha bunlardan başqa bir taqım Osmanlı rical və
üm
ərasinə, məsələn, Rüstəm paşaya, Məhəmməd paşaya, Ayas
paşaya təqdim edilmiş qəsidələr vardır ki, bunlar zavallı şairin
s
əfəvilər dövründə olduğu kimi, osmanlılar zamanında da
layiq olduğu dərəcədə təqdir və tərfiyə edilmədiyini göstəri-
yor. Nişançı Məhəmməd paşaya yazdığı məşhur məktub da
buna mü
əyyədir» [129, s.23].
Artıq XVI yüzillikdə söz aləminin tanınmış simaları tərcü-
meyi-
hallarına dair məlumatları əsərlərində daha əhatəli ver-
m
əyə cəhd etmişlər. Nümunə üçün XVI – XVII əsrlər Azər-
baycan
ədəbiyyatı tarixində özünəməxsus yeri olan şair və
ədəbiyyatşünas Sadiq bəy Sadiqi Əfşarı (1522-1609) göstər-
m
ək olar. O, özünün «Şərhi-hal»ında və «Qanunüs-süvər»
(«T
əsvirlər qanunu») əsərinin girişində uşaqlıq və gənclik il-
l
ərindən, eləcə də dünyaya baxış və düşüncələrindən bəhs et-
mişdir ki, bu da araşdırıcılara onun tərcümeyi-halı, dünyagö-
rüşü haqqında məlumatı etibarlı mənbədən əldə etməyə imkan
yaratmışdır.
34
XVII
əsrdə yaşayıb-yaratmış şair Əlican Qövsi Təbrizi
əsərlərində özü haqqında məlumat verməsə də, orta əsr təzki-
r
əçiləri onun XVII əsrin əvvəllərində Təbrizdə, sənətkar ailə-
sind
ə doğulduğunu qeyd etmişlər. Şair özü də «şeirlərində tez-
tez T
əbrizin adını çəkir, doğulduğu şəhəri gözəllikdə İsfahana
qarşı qoyur, ondan üstün tutur:
T
əbriz açar gönlümü Qövsi, gər açılsa,
H
ərçənd ki, firdovs İsfahanə yetişməz.
C
ənnət kimi gözəl olan İsfahanda da şairin könlü açılmır,
yalnız Təbriz onu qoynuna çəkir, cəzb edir:
T
əbriz cəzbəsi yaxamı tutmuş aparır,
Qovsi,
əgərçi damənimi İsfahan tutur» [219, s.615].
Klassik Az
ərbaycan poeziyasında aşıq şeir növü vücudna-
m
ələrdə də xatirə örnəklərinə bol-bol rast gəlmək olar. Əslində
«vücudnam
ə» sözünün mənası şəxsiyyət, həyat, vücud haqqın-
da yazı deməkdir ki, onu tərcümeyi-hal mənasında da işlətmək
olar. «Vücudnam
ələrdə insan həyatının bütün mərhələləri, hər
yaşın səciyyəvi cəhətləri təsvir olunur. Əsasən qoşma və mü-
x
əmməs formasında yazılan vücudnamələrdə həyat haqqında
düşüncələr, dini görüşlər mühüm yer tutur. Aşıq Abbas Tufar-
qanlı, Məlikballı Qurban və başqalarının vücudnamələri var»
[33, s.538]. Vücudnam
ə yazan müəlliflər öz şəxsiyyətləri haq-
qında müəyyən məlumat versələr də, özlərinin ana bətnində
olandan etibar
ən «qəbr evində çəkdikləri əzab-əziyyətləri»
əhatə etməklə guya həyat yollarını təsvir etmişlər. Vücudna-
m
ələr şeirlə yazıldığından müəlliflərin geniş təsvir etmək im-
ka
nı nəsrə nisbətən az olsa da toy məclislərində sazla ifa edi-
l
ən vücudnamələr xatirə ədəbiyyatımızın yaranması və inkişafı
tarixini öyr
ənmək üçün az önəm daşımır. Məlikballı Qurbanın
AMEA
M.Füzuli adına Əlyazmalar İnstitutunda saxlanılan
vücudnam
əsini nümunə üçün göstərmək maraqlı olar.
...Bir yaşında öz anamdan şir aldım,
İki yaşda əkli-şirbə yön aldım.
Üç yaşda danışdım, oynadım, güldüm,
35
Dostları ilə paylaş: |