53
parçada Ümumavrasiya Azadlıq ruhunun bədii təcəssümü
necə də aydın ifadə edilmişdir:
Tenri tək tenqridə bolmuş Türk Bilgə kağan bu ötgə
olurtum sabımın tüketi esitgil ulayu ini yegünün oğlanım
biriki oğuşum, budunum, biriyə Şadapit begler, yiriya
tarkat buyruq begler, otuz tatar...
Tokuz oğuz begler buduni bu sabımın edgüti esid katiğdi
tinqla:
İlgerü kün toğsika, birigeru gün örtusinqaru kuriqaru gün
batsikinqa, yiriqaru tün örtusinqaru anda içrəki budun
köp mana görür, bunca budun.
Köp itdim. Ol amta anyıq yok. Türk kaqan ötükən yış
olursa iltə bunq yök...
Çağdaş dillə ifadəsi:
Tanrı kimi göydə olmuş Türk Bilgə xaqan bu zamanda
taxta oturdum. Sözümü axıracan eşit, xüsusən qardaş
oğlu, oğlum, bütün qohumum, millətim, güneydəki
şadlar, bəylər, qüzeydəki tərxanlar buyruq bəyləri, otuz
tatar...
Doqquz oğuz bəyləri, milləti! Bu sözümü yaxşı eşit, dürüst
qulaq as. Şərqdə gündoğana, güneydə günortasına,
qərbdə günbatana, qüzeydə gecə ortasına qədər, onun
içindəki millət hamısı mənə tabedir. Bu qədər millət
Hamısını nizama saldım, o indi pis deyildir. Türk xaqanı
Otugen cəngəldə otursa, eldə sıxıntı və qəm yoxdur...
54
Biz bu parçaya yeni modern şeir forması, çağdaş verlibr
şəkli verib, kiçik bir dəyişikliklə aşağıdakı tərtibata salmışıq:
Tanrı tək müəllada
dayanmış Türk xaqanı: mən Bilgə xan!
Oturdum öz taxtıma.
Ehey, qardaş oğulu, ey oğlum, ey qohumum...
Ey millətim!
Ehey, güney şadları, güney bəyləri,
ey qüzey tərxanları,
buyruqlu bəylər,
ey otuz tatarları...
Doqquz oğuz bəyləri, ey oğuz eli!
Bu sözümü yaxşıca-yaxşıca siz eşidib,
onlara dürüst-dürüst qulaq verin bu andan.
Şərqdəki gündoğana, Güneydə günortaya,
Məğribdə günbatana,
Qüzeydə gecə yarı olduğu yerə qədər
nə millət var cahanda
mənə tabedir ancaq.
Bu qədər elləri nizama saldım,
rifaha yetirdim, halın xoş etdim...
Otugendə (Bəy taxtda) nə qədər
Türk xaqanı oturubsa,
bu ellərdə sıxıntı, bir kədər olmayacaq.
55
Əski və yeni Azad şeir şəkillərini müqayisə üçün müəyyən
örnəklər gətirib aşağıdakı nəticəyə gəlirəm: ABŞ-ın ilk milli
şairi, azadlıq mübəlliği, yeni azad şeirin ilk dahi ustadı Uolt
Uitmenin (1819-1892) şeirləri ilə yuxarıdakı Əski türk
şeirinin nə ritmik, nə də sintaktik konstruksiyasında fərq
vardır. Burada metrik kanonizasiya “xüsusi təyinatlı” rəsmi
nəzəri qaydalarda deyil, daha çox sintaktik paralelizmlərə
əsaslanan sərbəst fikirlərdə, həyata açıq bədii baxışda və
ən başlıcası, Azadlıq eşqi ilə dolu bədii-estetik ruhda özünü
göstərir.
Rus azad şeirinin atası Vladimir Mayakovski məşhur “Как
делать стихи?”(1926) məqaləsində şair Balmontun
aşağıdakı misralarını nümunə çəkirdi:
“
Бальмонт:
Я вольный ветер, я вечно вею,
волную волны… “
Sonra isə özünün Sergey Yeseninin ölümünə yazdığı
şeirdə aşırı alliterasiyanı bu təcrübədən öyrəndiyini
xüsusi qeyd edərək, həmin şeirindən aşağıdakı misranı
misal gətirirdi:
-
где он, бронзы звон или гранита грань…
(Vladimir Mayakovski .“Как делать стихи?”(1926) məqaləsi.
Сочинение в двух томах. «Правда», Москва-1987/8.)
Lakin böyük sənətkar bu poetik texnikanın, əslində,
Balmontdan çox-çox əvvəl əski Avrasiya şeirinin türk-
slavyan ənənəsi olduğunu başa düşməmişdir. Burda
56
Lomonosovun “enerjinin itməməsi” haqqında fikirləri
yada düşür. Mayakovskinin şeir işinə başlamaq üçün irəli
sürdüyü 5 şərtdən sonuncusunda da həmin bu
rundamentlər sadalanır: “qafiyələr, ölçü (-razmer),
alliterasiya, obrazlar, üsluba düşmə, pafos, sonluq, başlıq,
altın cizmək və s. və i a. Bu cür poetik qaydaları Əruz vəzni
kanonizasiyası ilə müqayisə edərkən XIX əsr Azərbaycan
klassik şeirinin mogikanı, ilk milli pedaqoqumuz Seyid
Əzim Şirvaninin bir fikrini nümunə gətirmək çox yerinə
düşərdi:
Rəsmi qəzəlin xatəmi yox, mən də rəsuləm,
Maqəblə mənəm xatəmi mabədinə fateh.
Ərşi-əhəd altında olan kənzi-nihanə,
Ey Seyyidi-xoş-nəzm, zəbanındı məfateh.
--Yəni: qəzəl yardıcılığının, qəzəl qayda-qanununun sonu
yoxdur. Mən də bir rəsulam. Məndən əvvəl Qəzələ
gələnlərin davamçısıyam, sonradan gələnlər üçün isə
Fatehəm, bir yol açanam. Ey gözəl şeirlər şairi- Seyid!
Ucalığın Allah duran yerindən aşağıda Onun ilahi
padşahlığının gizli xəzinələri var. Yalnız sənin şeir dilin
onların əsl açarıdır. Deməli, dahi pedaqoq-şairimiz, son
klassik mogikan S.Əzimin bədii Sözün ritmik-metrik
kanonizasiyası- “Rəsm (-qaydaları)” ilə bağlı söylədiyi
“xatəmi yoxdur (sonu yoxdur)” ifadəsini yalnız Əruz şeirinə-
Qəzələ deyil, bütün metrik sistemlərin hamısına, o
cümlədən Azad şeirə də şamil etmək lazımdır. “ Rəsmi
Dostları ilə paylaş: |