69
Siyah
bəyazı axtarır ki,
onda işığı məhv etsin;
ya qaraya,
ya da ala-bulaya çevirsin.
(Tərcümə mənimdir.-N.A.)
Bu şeirdə astrofizm, qafiyəsizlik və təqtisizlik tam-
tamına nəzərə çarpır. Lakin bu cür xüsusiyyət heç də
bizim milli filologiyamızdan bildiyimiz “ənənəvi”
sərbəst şeir nümunələrinə xas deyil. Ötən əsrin
əvvəllərində dahi türk şairi Nazim Hikmətin
yaradıcılığından Azərbaycan şeirinə keçib gələn bu cür
xüsusi hallar bizim poeziyamızın yalnız 30 faizi üçün
məqbul görünür. Lakin dominat deyil. Bəlkə, haçansa
bizdə də belə bir kütləvi hal yarana bilər.
Ümumiyyətlə, mən öz gənclik elmi və təcrübi
yaradıcılığımdan çıxış edərək deyə bilərəm ki, III
minilliyin poeziyası Müəllif (avtor) şeiri kimi tam
hüquqlu olmaq üçün, dünya ədəbiyyatında üstün
tendensiya sayılan bu cür verlibrizasiyaya daha çox
uğrayacaqdır. Yazdığım bu poetikanın çağdaş
şeirimizdə məhz bu tentensiyaya xüsusi təkan verə
biləcəyini düşünürəm.
Bildiyimiz kimi, çağdaş Azərbaycan şeirinin
korifeylərindən olan R.Rzanın şeirlərində həm sərbəst
qafiyələrə, həm də çox zaman sərbəst ritmik daxili
təqti ölçülərinə sıx-sıx rast gəlinir.