70
Məsələn, “Lenin” poemasından aşağıdakı parçaya
diqqət yetirin:
Mən hansı bir/ insana (4+3)
bəzədim ki/ Lenini (4+3)
məzarının/ başında (4+3)
ellər ağla/mış olsun. (4+3)
Burada yalnız son misrada bölgü heca vəzni üzrə deyil,
Əruz təfilə bölgüsü üzrə aparılmış, yəni bir söz ritmik
cəhətdən iki hissəyə ayrılmışdır. Son misradakı bu
hissələrdən birincisi Əruzun fAilatün, ikincisi isə fəUlün
təfilə ritminə uyğun gəlir. Bütün digər hallarda sabit
daxili Heca ritmik düzənini görürük.
Dahi
şairimizin
əziz
xatirəsi
üçün
biz
ədəbiyyatşünaslığımızda tarixi prinsipi əsas götürərək
“sərbəst şeir” terminini milli astofik, lakin təqtili və
sərbəst qafiyəli şeirlər üçün tətbiq etməyi terminoloji
zərurət saydıq. Bu, rus şeirində “volnıy stix”tipinə
daha yaxın bir anlayışı ifadə edir. Lakin onunla tam üst-
üstə düşmür. Rus şeirində “volnıy stix”termininin
tətbiqi misralarda qafiyə ünsürü və fərqli sayda da
olsa, təqti ritmi qorunan əsərlərə şamil edilir.
“Vesyolıye kartinki” jurnalının 5-ci nömrəsində (1986)
Boris Zaxoderin “Oyuncaqların nəğməsi (“Pesni
iqruşek”) şeirindən bir parçaya diqqət yetirək:
71
Deti lyubyat iqruşki.
Tak vse qovoryat!
Nu a razve iqruş
Ne lyubyat rebyat?
Duşi v nix ne çayut!
Jal,
Çto NE VSE zameçayut!..
Belə bir poetik düzən rus şeirində daha çox təmsillər
(basniya) üçün tətbiq olunmuşdur.
Yeri gəlmişkən, müasir rus verlibrinin atası sayılan
Vladimir Buriç (1932-1994 ) “Aksent ritminin tipologiyası”
barədə bunu yazırdı: “İnsan dili müxtəlif sistemlərdən
ibarətdir: fonetik tərkib, qramatik tərkib, leksik tərkib.
Sistemlərin hər hansı birinin vahidinin təkrarlanması
özünəməxsus ritm yaradır. Dil ritminin bütün növlərini
öyrənən elmə ritmologiya deyilir və o, ümumi
ritmologiyanın bir hissəsi sayılır.
Rus dilinin özünəməxsus cəhəti sözlərin tələffüzü
zamanı aksent (espirator) vurğusu, sözlərdə vurğuların
dəyişkən yeri, sözün fərqli hecalara malik olmasından
ibarətdir.
Rus sözlərində hecalar vurğulu və vurğusuz olur.
Vurğulu və vurğusuz hecaların müxtəlif mövqe və
kəmiyyət kompozisiyasından asılı olaraq, daxili ritmik
bölgülər (stopa: Azərbaycan şeirindəki təqti, təfilə və
sairəyə nisbi uyğun gələn anlayışdır.-N.A.) şəkil və
həcmcə müxtəlif olurlar. Ritmik qruplar (stopa-N.A.)
72
vurğulu hecaların yerinə (simmetriya və assimmetriya) və
vurğusuz hecaların kəmiyyətinə görə fərqləndirilir
.”(Bax, В.
Бурич. Rus ədəbi mətninin formal quruluşunun tipologiyası (Nəsr.
Udeteronlar. Şeirlər) kitabı .Giriş hissə).
Azərbaycan əruaşünaslığının banisi
Dr.
Professor Əkrəm
Cəfər məşhur “Əruzun nəzəri əsasları və Azərbaycan
əruzu”(“Elm” nəşr., Bakı-1977) fundemental tədqiqat
əsərində “Vəzn nədir?” sualına cavab verərkən, “vəzn”
termininin məna yükünü azaldaraq aşağıdakıları yazırdı:
“Terminoloji mənada, vəzn misranın səslər kəmiyyətincə
ölçüsü, yaxud bəhrə görə misralardakı uzun və qısa
hecaların müəyyən şəkildə tərtibi ilə yaranan ritm və
ahəngin ölçüsüdür.”(Gəst. əsər. Səh: 21). Əlbəttə, əgər
bu fikir heca və əruz haqqında deyilərsə, onda doğru və
yerində olardı. Lakin bu qənaət, əfsuslar olsun ki, Əkrəm
müəllimin tərəfindən onun bütün “şeir” anlayışı içində
başa düşdüyü və qəbul etdiyi poeziya aləminə aid
edilmişdir.
Əhməd Cavadın Respublikamız üçün yazdığı Himn
mətni də öz metrik və ritmik xüsusiyyətləri etibarilə
“sərbəst”
xarakterlidir.
Aşağıda
həmin
şeirdəki
“sərbəstlik” göstəricilərinə diqqət yetirək:Azərbaycan
Respublikasının Dövlət himnindəki sərbəst heca təqtiləri,
əruz təfilələri ilə birgə işlənmiş bənd sərbəstliyi, sərbəst
qafiyə düzülüşü və s. digər ritmometrik ünsürləri ilə
tamamilə onun Azad şeir nümunəsi kimi qəbul
edilməsinə haqq verir. Əks-təqdirdə onu ənənəvi
filologiyada deyildiyi kimi ya heca vəzninin, ya da əruzun
73
“metrik pozuntusu” olaraq qəbul etməli olardıq. İki dahi
Azərbaycan sənətkarının- dahi Üzeyir Hacıbəylinin və
Əhməd Cavadın birgə əsəri sayılan bu himn üçün belə bir
fikrin səsləndirilməsi, əlbəttə, küfrlərin ən irisi olardı...
Fikrimizcə, bu poetik fikir və musiqi baxımdan dahi əsərin
ən gözəl cəhətlərindən biri də məhz bu nadir şeir
ölçüsündə, sərbəst şeir formasında qələmə alınmasından
ibarətdir:
Azərbaycan, /Azərbaycan!//
Ey qəhrə/ -man övladın/ şanlı Vətəni!//
Səndən ötrü/ can verməyə/ cümləhazırız!//
Səndən ötrü /qan tökməyə/ cümləqadiriz!//
Üç rəngli/ bayrağınla /məsud yaşa!//
Minlərlə can/ qurban oldu,//
Sinən hərbə /meydan oldu!//
Hüququndan/ keçən əsgər,//
Hərə bir qəh/-rəman oldu!//
Sən olasan/ gülüstan,//
Sənə hər an/ can qurban!//
Sənə min bir /məhəbbət//
Sinəmdə tut/-muş məkan!//
Namusunu /hifz etməyə,//
Bayrağını /yüksəltməyə,//
Cümlə gənclər/ müştaqdır!//
Şanlı Vətən, /şanlı Vətən!//
Azərbaycan, /Azərbaycan!//
Dostları ilə paylaş: |