78
Firudin Cəlilov... (Allahın lütfi kimi, bütün bu isimlər
bizim Universitet müəllimlərimiz olmuşlar.)
Azad şeirin poetikası elmi tədqiqat işində XIX-XX əsr
verlibr
korifeylərinin
şeir
yaradıcılığına
həm
modernizm fəlsəfi-metodoloji aspektindən yanaşılmış,
həm də çağdaş ədəbiyyatşünaslığın əksinə olaraq,
onlardakı tarixi ənənəvi əski şeir kanonlarının
müəyyən“izləri”də araşdırılmışdır. Bunlar, müəyyən
mənada,
poeziyada
novatorluq
və
ənənə
prinsiplərinin gözlənilməsi üçün edilmişdir. Məhz bu
fərqli yanaşmamız ədəbiyyatşünaslıq sahəsində fərqli
qənaətlərimizi üzə çıxarmışdır.
Rus verlibrşünaslığının atası, azad şeirin son mogikanı,
şair, tərcüməçi, ədəbiyyatşünas Vladimir Buriçin
(1932-1994) 1976-cı ildə Leon Robelin tərcüməsində
Parisdə nəşr edilmiş ilk kitabındakı ilk şeirində
yazılmışdır:
Le temps de la lecture des vers
est le temps de leur...
(Vladimir Bouritch. Poemes de Vladimir Bouritch.
(traduitts du russe par Leon Robel).
Publications
orientalistes de France. Paris. 1976.)
Ruscası:
Vremya çteniya stixov
eto vremya ix napisaniya...
Azəri türkcəsi ilə:
79
Şeirin oxunma çağı
onun yazıldığı zamandır...
Təəssüf hissilə bildirirəm ki, mənim ötən əsrin 76-82-ci
illərində hələ Bakı Dövlət Universitetində tələbəlik
illərimdə yazmağa başladığım (qarşınızdakı) Verlibr
poetikası tələbə elmi tədqiqat işimin taleyi Vladimir
Buriçin Paris nəşrindən 12 il sonra öz vətənində (əgər
belə demək mümkünsə)- keçmiş SSRİ-də işıq üzü görmüş
“Tekstı (Stixi. Udeteronı. Prozı)”ilk kitabının (Sovetsiy
pisatel. Moskva-1989) taleyindən heç də az faciəvi
olmamışdır. Bu elmi işin ilk uğurları Azərbaycan SSR-də
respublika tələbə elmi işləri üzrə VIII Respublika elmi
Konfransında müvəffəqiyyətlərə görə: 1980/1981-ci
illərdə Respublika Ali və Orta Təhsil Nazirliyi, LKGİ, Tələbə
Elmi-tədqiqat işləri üzrə Respublika Şurası tərəfindən
Qızıl Medal və I dərəcəli Diploma, habelə eyni mövzuda
digər elmi tədqiqatlarım isə həmin illərdə müxtəlif elmi
müsabiqələrdə müxtəlif dərəcəli Diplomlara layiq
görülmüşdür.
Sonradan... heç özüm də bilmədən sovet gizli
xidmətlərində “burjua təmayüllü ziyalılar” siyahısına
düşdüm. Kifayət dərəcədə əlavə “səbəblər”in də üst-üstə
qoyulması ilə Azərbaycan elminin astanasında saxlanıb,
60 yaşıma kimi rəsmi elmin Qapılarında müxtəlif
bəhanələrlə dayandırıldım.
Odur ki, bu elmi əsərimin nəşrini 2013-cü ilin 30
avqustunda yanmış (yaxud yandırılmış) ata evimdən
salamat çıxarılan yeganə son nüsxə əsasında üzərində