74
Himnin mətnində əruzun rəməl (fAilAtün) və həzəc
(məfAilün) təfilə ritmik qrupları ilə birgə Heca vəzninin də
4 hecalı təqti ahəngindən istifadə olunmuşdur. Milli
himnimizin əvəzsiz polifonik xarakteri məhz bu
ritmometrik ecazdan yaranmışdır.
Azərbaycan ədəbi nəzəri düşüncəsində “novatorluq və
ənənə” söhbətlərinin sərbəst şeir meydanında süni
vüsətlə şişirdilmiş vəziyyətə çatdırılması bizə saxta
alimbazlığın göbələk artımından savayı heç nə
qazandırmamışdır. Monoqrqfiyada azad şeirin tarixi
genetik köklərinin dərindən araşdırılması bu saxta
elmbazlığın süni axınına son qoymaq məqsədimizdən irəli
gəlmişdir. Mən hesab edirəm ki, dahi şairimiz Rəsul Rza
məhz bu təhlükəni önləmək üçün belə bir qəti mövqedən
Tarixə bəyan etməkdə tamamilə haqlı idi: “Azərbaycan
poeziyasında sərbəst şeirin tarixi qədimdir... “(Bax:
Seçilmiş əsərləri.
Azərnəşr, Bakı-1974, IV cild. Səh.: 485).
Qeyd edim ki, mənim 20 Yanvar (1990) günü yazdığım
“Bir kərə yüksələn Bayraq” sərbəst şeirim ilə, habelə
hazırda tamamlanmaqda olan“Azərbaycan Bayrağı”5-ci
poemamın daha artıq verlibr mətni ilə dahi Əhməd
Cavadın bizə yadigar etdiyi müqəddəs
“Azərbaycan himni”mizin arasında kəsilməz ənənə,
məna-məzmun əlaqəsi, forma ünsürləri əxzi mövcuddur.
Azad şeir üslubunda yazdığım ilk gənclik şeirlərimin
davamını 1991-ci ilin 20 yanvarında qələmə aldığım “Bir
kərə yüksələn Bayraq” əsərimlə (bax: Bakı,“İlham”qəzeti,
2.2.1991, № 13.) başlamışam. Həmin şeirdə xalq
poeziyasının daxili ölçülərinə xas garaylı bölgüsündən