Namiq Atabəyli Azad şeir və onun poetikası



Yüklə 3,74 Mb.
Pdf görüntüsü
səhifə31/82
tarix08.09.2018
ölçüsü3,74 Mb.
#67512
növüYazı
1   ...   27   28   29   30   31   32   33   34   ...   82

 
122 
     XX  əsrdən  etibarən  Respublikanizm  yeni  türk 
ruhunun  əsl  ifadəsi  oldu.  (Türk  dünyasında  bu 
mənəviyyata  gerçək  imzasını  atan  İLK  xalqın  
Azərbaycan  türkləri  olduğunu  xüsusi  qeyd  etməyi 
lazım bilirik). 
     Verlibr  barədə  xarici  ölkələrin  bəzi  filoloqları 
arasında  da ikili yanaşmaya rast gəlinir. 60-70-ci illərin 
İran  filologiyası  buna  bariz  nümunədir.  Belə  ki, 
Azərbaycan  alimi  Böyükağa  Hüseynov  bu  yanlış 
fikirlərə  aşağıdakı  düzgün  mövqeyini  belə  ifadə  edir: 
“Yeni mütərəqqi məzmunun meydana çıxması, ictimai 
mövzunun  geniş  inkişaf  etməsi  kimi  mühüm  amilin 
yeni  poeziyanın  yaradılmasındakı  həlledici  rolunu 
nəzərə  almamaq  və    qəbul  etməmək  Salesi  (Mehdi 
Əxəvan  Sales-N.F.)  belə  sadəlövh  nəticəyə  gətirib 
çıxarır  ki,  guya  yeni  şeirin  yeniliyinin  əsasını,  onun 
İslamdan  əvvəlki  pak  və  səfalı  şeir  dövrlərinə 
qayıtması”təşkil  edir:  ”...  Bugünkü  şeir  bədii  ləzzətə 
deyil,  olsa-olsa  ancaq  şeirin  qəlizlik  və  sadəliyi 
ləzzətinə malikdir, yəni o, İslamdan qabaqkı İranın pak 
və  səfalı  şeir  dövrlərinə,  Ərəb  üsullarından  əvvəlki 
dövrə  qayıtmışdır”(Böyükağa  Hüseyov.  “XX  əsr  fars 
şeirində ənənə və novatorluq”kitabı, Elm, Bakı, 1975, 
səh. 143). Burada yanlış olan odur ki, İslamdan əvvəlki 
Qədim Fars şeiri heç vaxt verlibr şeiri olmamışdır. Fars 
şeiri  bütün  əski  Tarixi  ərzində  kanonik  xarakter 


 
123 
daşımışdır. Odur ki, qədim fars sillabik şeirini azad şeir 
sisteminə bağlamaq əsla elmi deyildir. Burada onu da 
vurğulamaq  istəyirəm  ki,  mənim  Poeziya  metrləri  ilə 
xalqların tarixi taleyi arasındakı  qarşılıqlı bağlılığa dair 
Azad  şeir  haqqında  fəlsəfi  nəzəriyyəm  öz  gücündə 
qalır.  Quldarlıq  imperiyalarını  yaşamış  qədim  Fars 
cəmiyyətində qeyri-kanonik şeir metrilkasının mövcud 
olmasına tarixi şərait yox idi. Lakin bu o demək deyil 
ki, xalqların yenilik üzərində inhisar hüququ vardır. XX-
XXI  əsr  farsdilli  poeziyada  azad  şeirin  kifayət  qədər 
nüfuzlu  və  o  cümlədən  yeni  gənc  nümayəndələri 
meydana  çıxmışlar:  Nüma  Yuşiç,  Firidun  Müşiri,  Jalə 
İsfahani,  Fürux  Fərruxzadə,  Söhrab  Sipehri,  Huşəng 
İbtihac  Sayə,  Mehdi  Əxəvani,  Nüsrət  Rəhmani, 
Mənuçöhr  Atəşi,  Qeysər  Əminpur  və  b.    Bu  faqktın 
qədim  fars  şeirinə  aidiyyəti  yoxdur.  Çünki  masir 
farsdilli poeziyada verlibrizasiya yeni cərəyandır. 
   Əlbəttə, əski türk azad şeir ənənəsindən danışarkın, 
bizi də eyni qınağa çəkə bilərlər ki, onun mədəni irsi 
ilə  milli  Əruz  və  Heca  vəznli  ədəbiyyatımız  arasında 
uzun  zaman  ərzində  fasilə  və  kəsinti  dövrü  vardır. 
Lakin bizim fərqli mövqeyimiz ortadadır: bu gün əski 
türk  şeirinin  vəzni  Ümumavrasiya  (ümumtürk-
ümumslavyan)  tarixi  Azadlıq  ruhunun  bir  hissəsi 
olaraq  maraqlıdır.  Bu  azad  poetik    düşüncə  sistemi 
yalnız öz əsrinin və öz tarixi coğrafiyasının  hüdudları 


 
124 
içində 
qapanmış 
halda 
deyil. 
O, 
milli 
ədəbiyyatımızdakanonik  şeirlər  ənənəsi    yaranana  
qədər  mükəmməl  bədii  sistem  təşkil  etmiş,  onların 
məzmun-forma resursları müasir dünya Türklüyünün 
və 
Slavların 
(o 
cümlədən, 
çağdaş 
dünya 
ədəbiyyatının)  çağdaşmənəvi  təlabatlarını  ödəməyə 
həmişə  qabil  olmuşdur.  Hər  bir  ictimai  İnkişaf  bir 
xəttlidir.  Axan  suya  ikinci  dəfə  girilə  bilməz...  Lakin 
ruh tarixdən yuxarıdır. 
     Azadlıq  eşqinin  məzmununda  tarixilik  yoxdur. 
Mənəviyyat  siyasi  xarakter  daşımır.  Onun  bir 
məzmunu var: hümanizm. İnsanın vicdani səsi kimi o 
da zamanında ya dinir, ya da SUSUR. 
   Əski  türk  şeirində  qövmi,  milli-etnik  Azadlığın 
cəmiyyət içində hamı tərəfindən eyni qəbul edildiyini 
düşünmək  sadəlövhlikdir.  Burada  da  öz  şəxsi 
hökmranlıq 
istəyini  başqalarına 
Azadlıq  kimi 
tanıtmağa çalışanlar az deyil. Lakin bu leytmotiv xətt 
deyil. Bu cür tiplər Orxon-Yenisey eposunda epizodik 
xarakterlidir.  Onlar  məhv  olan  zümrələr  içindədir... 
Demək  istəyirəm  ki,  əski  türk  şeirinin  poetikası  nə 
qədər  mükəmməl  olursa  olsun,  onun  mənəvi  gücü 
Avrasiya  superernik  azadlıq  ruhunu  daşımasındadır. 
Əsla formal cəhətlərində deyil. 
   Fars alimi cənab Salesin iddeasınca guya azad şeir 
öz forma yenliyi ilə fars xalqını “İslamdan əvvəlki pak 


 
125 
və  səfalı  dövrə”qaytara  bilmişdir.  Bu,  vulqar 
yanaşmadır. 
Əvvəla, 
Sasani 
İranını 
İslam 
cəmiyyətindən daha “pak və səfalı” saymağın özü ən 
uyğunsuz  ifadədir.  İslam  quldarlığa  ən  ağır  zərbə 
vurmuş  hərakatdır.  Sasani  İranı  isə  bir  quldarlıq 
imperiyasından  başqası  deyildi...  Bu  da  məsələnin 
ikinci tərəfidir. 
     Azərbaycan 
ədəbiyyatşünaslığında 
verlibr 
poetikasının 
terminoloji 
aparatı, 
əsasən, 
rus 
filologiyası terminləri üzrə qurulmuşdur. Bu mənada, 
Azad  şeirin  bütün  nəzəri  problemləri  də  rus  filoloji 
elminin  prinsiplərinə  tabe  tutulduğundan  xeyli 
ziddiyyətlər  ortaya  çıxmışdır.  Tədqiqat  işində 
Azərbaycan  verlibri  əsas  götürüldüyündən  digər 
xalqların  ədəbi  nümunələrinə  yalnız  müüqayisə 
baxımından  yanaşılmışdır.  Bu  zaman  bir  çox 
problemlərin 
elmi-nəzəri 
həllində 
milli 
ədəbiyyatşünaslığın  mövqeyi  üstün  götürülmüşdür. 
Məsələn,  rus  şeirşünaslığı  rus  dilinin  və  poetikasının 
əsaslarını nəzərə alaraq, şeir nəzəriyyəsində bizim milli 
baxışlarımıza  uyğun  olmayan    vəzn,  növ  və  janr 
xüsusiyyətləri  ortaya  çıxarmışlar.  Ənənəvi  poeziyaya 
alternativ olaraq, yeni azad şeirin bu xüsusiyyətlərini 
müxtəlif  metrik  və    ya  pitmoloji  qruplara  ayırmış, 
çeşidli  şeir  “növləri”  yaratmışlar:  ağ  şeir,  qafiyəsiz 
şeir,  verlibr,    azad  şeir  (volnıy  yamb),    bekara  şeir 


Yüklə 3,74 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə