Namiq Atabəyli Azad şeir və onun poetikası



Yüklə 3,74 Mb.
Pdf görüntüsü
səhifə32/82
tarix08.09.2018
ölçüsü3,74 Mb.
#67512
növüYazı
1   ...   28   29   30   31   32   33   34   35   ...   82

 
126 
(xolostıye stixi), rifmoid, nəsrdə şeir, monorim, əlifba 
şeiri, eksperimental şeir (ekzotik şeir), akrostik şeir, 
mesostix, telestix, labrint şeir, pantorim, tavtoqram, 
anatsikl, revers, ropalistik şeir, fiqur şeiri, sonsuz şeir, 
burume,  şarada,  palindromon,  qeteroqram  və  s. 
Bütün  bu  cür  differens  halların  hamısını  vəzn 
xüsusiyyətli fenomen hesab etsək, onda gərək metrik 
ölçülərin  sayını  beşdən  1000-ə  qaldırmış  olaq.  
Əlbəttə, bu çox gülməli olardı... Lakin elmi nəzəriyyə 
ilk  növbədə  bədii  təcrübədə  yaranmış  fərdi 
xüsusiyyətlərdəki ən ümumi halları nəzərə almalıdır. 
Biz 
bu 
terminoloji 
bataqlıqdan 
Azərbaycan 
verlibrşünaslığını  kənara  çıxarmaqda  daha  böyük 
fayda görürük. “Azad şeir” termini bütün digər milli və 
qeyri-milli  istilahlardan  daha  ümumləşdirici  və  elmi 
mahiyyət daşıyır. Odur ki, bu terminin bütün sərbəst 
ünsürlü poeziya yeniliklərində əsas anlayış kimi qəbul 
edib,  onu  Azərbaycan  verlibrşünaslığının  kateqorial 
termini  götürdük.  Azad  şeir  poetikasının  bütün 
tədqiqat məqsəd və vəzifələrini beynəlmiləl “verlibr”,  
milli  “azad  şeir”terminlərinin  tətbiq  sahəsinə  daxil 
etdik. 
     Nümunə  plaraq  deyim  ki,    istedadlı  Azərbaycan 
şairi,  çağdaş  verlibrin  əvəzsiz  ustadı  Fikrət  Sadığın 
miniatür  ölçülü,  dərin  məzmunlu  poeziyasından  bir 
misal gətirmək istərədim. Fikrət müəllim verlibrə Sabir 


 
127 
nəfəsi  gətirmiş  ilk  şairdir.  Verlibr  satirası  F.Sadıq 
yaradıcılığı ilə bağlıdır. F.Sadığın lirikası satirası qədər 
Vətəndaşlıq  ruhu  ilə  zəngindir.  Bu,  xüsusi  tədqiqat 
mövzusudur.  
   Lakin  burada  şairin  bir  Elegiyasını  nəzərinizə 
çatdırıram. Bu şeir bir məzar üstündən oxunmuş xalq 
deyiminin  təsiri  ilə  qələmə  alınmışdır.  F.Sadıq  bu 
ifadəni  qərib  baş  daşı  üzərindən  götürüb,  könül 
sızıldadan  epitafiyaya  çevirmişdir.  “Gülüş  İmran 
qızı”adlı bir körpənin məzar üstü yazısı“Biri vardı, biri 
yoxdu...”ifadəsindən  ibarətdir.  Şair  yarımçıq  qalan 
körpə  həyatı  ilə    bitib  tükənməyən  Nağıllar  aləmi 
arasında çox uğurlu poetik assosiasiya yaratmışdır: 
                                         “Biri vardı, biri yoxdu...” 
                                            Bu nağılı kim bilir?! 
 Bu sözləri bir baş daşında oxudum,  
                                           Dondum yerimdəcə. 
                                          “Biri vardı, biri yoxdu...” 
                                            Lenti qırılmış uşaq filmi, 
                                            Budağında sınmış qönçə. 
 
                                            Biri vardı, biri yoxdu. 
                                            Yuxulu qara mərmərdə yanıqlı fəryad, 
                                            Daş beşikdə ana laylası. 
                                          “Biri vardı” ilə başlayırı həyat, 
                                          “Biri yoxdu” ilə bitir mənası. 


 
128 
 
                                          “Biri vardı, biri yoxdu...” 
                                             İlk dəfədir bu sözlər  
                                                                 belə soyuqdur. 
                                             Daşa yazılmış göz yaşıdır 
                                             Uyu, nağıl yaşlı yavru! 
                                             Torpağın qu tükü olsun. 
                                             Onsuz da bu dünyada hamını 
                                           “Biri vardı, biri yoxdu”yaşadır. 
             (Fikrət Sadıq. Yerdən göyə ümid. Yazıçı. Bakı,  
            1981, səh. 69-70) 
    Bu  şeirdə  bədii  reallıq  məzmunu  ritmik-sintaktik 
paralelizmlərlə  cümlə,  cümlədaxili  və  bənd-mətn 
konfiqurasiyaları  kimi  tərtib  edilərək,  əsl  sənətkar 
ustalığı  nəticəsində  “biri  vardı,  biri  yoxdu”ilə  folklor-
nağıl  aləminə  assosiativ  müncər  edilmişdir.  Şeir-
epitafiyanın  mərsiyə  ruhu  sətiraltı  fəlsəfi  mənaya 
qarışaraq, bədii uşaq nağılını böyüklər üçün də acı bir 
həyat  gerçəkliyinə  çevirmişdir.  Odur  ki,  F.Sadığın  bu 
verlibr nümunəsi həzinliyi ilə bir ana oxşaması qədər 
təsirli  görünür.  Şeirdə  hər  bir  misra  əlahiddə  bir 
mənzərə cızır, bir məna yükünü daşıyır. Lakin bütün bu 
müxtəlifliklər  verlibrin  poetik  bütövliyinə  əsla  xələl 
gətirmir.  Əksinə  bədii  mənaya  əlavə  ekspressiv  güc 
verir.  
    Biz  heç  vaxt  AZADLIQ    ruhunun  bu    qədər 
mükəmməl  ifadəsini  V-VIII  əsrlərin  maddi  nailiyyəti 


 
129 
sayılan  Yenisey-Orxan  bitikləri  ilə  məhdudlaşdıra 
bilmərik. Əminəm ki, İssık yazıları özündən daha irəli 
gələn  bir  mədəniyyətin  davamı  idi.  Bu,  Qədim 
Yunaıstanın  Yeddi  müdrikləri  arasına  İskit  (Sak) 
filosofu  Anakarın  haradan  ,  hansı  mədəniyyət 
mühitindən gəlib düşdüyünə aydın işarədir. 
    Bir  cəmiyyətin    müdrikliyə,  biliyə,  ədalət  və  qövmi 
Mənlik  şüuruna    malik  olmadan  belə  düşüncənin 
sahibi olması imkansızdır: 
                             56.  ... Nan yerdə ki kağanlığ bodunka  
                             57.  bintəgi bar ersər, nə bunu bar ertəçi ermis. 
                             58. Türk bilgə kağan ilinə bitidim ben bilgə Tonyukuk. 
 
                    Çağdaş dilə çevirməsi: 
                             56. Hər hansı yerdə ki xaqanlı xalqa 
                             57.  başçı   bir avara (-başıpozuq)  olarsa, (o xalqın) o 
qədər də 
                                     dərdi-bəlası olar.   
                             58.    Türk  müdrik  xaqan  elim  üçün  yazdırdım,  mən- 
müdrik Tonyukuk.    
   (Tonyukuk abidəsi. 716-cı il, II Daş kitabə. Şərq tərəfin 
yazısından). 
    Bu üç misrada doqquz yerdə “b”səsinə rast gəlirik. 
Ben  (mən)  sözünün  baş  hərfi  kimi  MƏNLİK  ruhunun 
təsdiqinin qabarıq bədii təsvirini üzə çıxaran bu poetik 
vasitədə  dərin  ictimai  şüurun  ifadəsi  görünür.  58-ci 


Yüklə 3,74 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə