115
düzgün mövqedən çıxış edib. Yaxşı haldır ki,
Azərbaycan alimi professor Kamil Vəli Nərimanoğlu da
Jirmunskinin
bu
mövqeyni
dəstəkləməklə,
ölməz“Kitabi-Dədə Qorqud”umuzun linqvopoetikasını
düzgün elmi əsasla hazırlamışdır.
İstər VI-VIII əsrlər Orxon-Yenisey abidələrimizin
poeziyası, istərsə də “Kitabi-Dədə Qorqud”umuzun
Azad şeir nümunələri, de-fakto, onalara nə sillabik
(heca), nə də tonik şeir kanonlarının tələblərindən
yanaşmağa heç bir əsas vermir.
Əski türk şeirinə Antik
şeir vəzninin yamb və anapestlərindən çıxış edərək
nəzər yetirmək cəhdləri də tamamilə absurddur. Sözü
gedən
vəznlərin
Ümumtürk
dillərinə
aid
xüsusiyyətlərlə heç bir uyğunluğu yoxdur deyə
bilmərik. Deyək ki, heca vəzninin XIII əsrdən
Azərbaycan şeirində qüvvətli bir mövqedən şifahi və
yazılı ədəbiyyatımızda əsas Söz yiyəsi olması təsadüfi
deyil. Dilimizin liqvopoetik potensialı sillabik şeir üçün
münbit mühit olmuşdur. Lakin bunu tonik şeir üçün
demək mümkün deyil. Çünki dilimizin vurğululuq
potensialı tonik şeir üçün kifayət etmir. Əlbəttə, biz o
mövqemizi dəyişmirik ki, vəzn-metrika komponentləri
mahiyyətcə Dil hadisəsi deyil. Onların poeziyada
tətbiqi bədii şərtilik xarakteri daşıyır. Lakin onların
konkret bir dilə tətbiqindən danışarkən bunun Dilin
daxili potensiyalına nə qədər uyum saxlayacağını da