118
1077) “Kutadqu bilik”poemasından başlanğıc götürür.
Bu keçid prosesini nəzərə alaraq, İ.V.Stebleva yazır:
“Strofik alliterasiya “Kutadqu bilik”də də mövcuddur.
Poemanın əsas hissəsi beytlə yazılıb, lakin misraların
əvvəli
tez-tez
alliterasiya
edildiyindən,
bu,
Y.Balasaqunlunun başlanğıc qafiyəsinə can atdığını
söyləməyə imkan verir.”(Y.Balasaqunlu. Göst. əsər.
Səh. 91). Türk “Şahnamə”si sayılan bu əsər
Ə.Firdovsinin işlətdiyi Əruzun döyüş bəhri Mütaqarib
ilə yazılmışdır. Əlbəttə, bu əruzda yazılmış ilk türkdilli
poemada əski türk şeir ünsürlərinin belə sıx nəzərə
çarpması Ümumtürk poeziya tarixində Azad şeir
sisteminin uzunillik ənənələrinə bağlı hadisədir.
İ.V.Stebleva “Əski türk ədəbiyyatının poetikası və
onun erkən klassik mərhələyə transformasiyası”
əsərində yazır: “Yusif Balasaqunlunun erkən klassik
türk poeziyasına aid olan “Kutdqu bilik” poeması və
Mahmud əl-Kaşqarinin “Divani lüğət it-türk”
əsərindəki şeirlər türkdilli poeziyada əsl qafiyənin
ənənəvi inkişaf yolunu göstərir.”(İ.V.Stebleva. Göst.
əsər. Nauka, Moskva, 1976, səh. 154).
İ.V.Stebleva
“VI-VIII
əsrlərdə
türklərin
poeziyası”(Nauka, Moskva, 1965, ) əsərindən nümunə
gətirdiyi “Kiçik Gültəkin” abidəsindən bir parçanın
sxemini belə tərtib etmişdir:
119
1.Tenri tek tenride bolmuş
2.Türk bilge kağan bu odke olurtım.
3.Sabımın tüketi eşidğil,
4.Ulayu iniyüqünim oğlanğm
5.biriki oğuşım budunum.
6.biriye şad-apıt beqler.
7.yıraya tarkat buyuruk beqler.
..............
Həmin parçanın sxeminə fikir verək:
-----------------------------------------------------------------------
-----------------------------------
Sətirlərin sırası Hecaların sayı
Vurğuların sayı
-----------------------------------------------------------------------
------------------------------------
1. 8 3
2. 11 4
3. 9 3
4. 11 4
5. 9 3
6. 8 3
7. 10 4
-----------------------------------------------------------------------
--------------------------------------
(Göst. əsər. Səh. 14)
120
Sxemdən göründüyü kimi, əski türk şeirinə Antik vəzn
kriteriyalarından yanaşılmışdır. Buradakı yamb və
anapestlər misralara sillabik-tonik interpretasiya üçün
süni şəkildə tətbiq edilmişdir. De-fakto, əski türk
şeirində sillabik-tonik interpretasiya üçün əsas ola
biləcək nə antik heca proporsiyası, nə də vurğu
tənasübü mövcuddur. Antik vəznin metrik-ritmik
kanonlarının ümumən türkdilli poeziyaya tətbiqi dilin
daxili ahəng sistemi baxımından imkansızdır.
Göründüyü kimi, Stebleva əski türk Azad şeir
sisteminin xüsusi xarakterini, xüsusi kvantativ
mahiyyətini qəbul etmək istəmədiyi üçün (bəlkə də,
cəsarəti çatmadığından) fərqli şeir ölçülərini bir-birinə
qarışdırmağa məcbur olmuşdur.
Orxon-Yenisey abidələrinin şeir misralarının metrik-
ritmik konstruksiyaları aydın göstərir ki, onlarda nə
heca, nə də tonik orta kəmiyyət hədləri var. Bu da
Steblevanın
əski
türk
şeirininin
vəzni-metrik
mahiyyətini düzgün başa düşmədiyini göstərir. Türk
runi ədəbiyyatında Atlı bir xalqın azadlıq ruhu ilə
həmahəng bir maddi və estetik harmoniya hökm
sürür. Azad şeirin türk ruhunun azad ifadəsi kimi tarixə
yoldaşlıq etdiyinə şübhə ola bilməz. Bu verlibrin daxili
ritmik kompozisiyası uzun illərin Azadlıq mühiti içində
121
formalaşan ümumtürk dil ahənginin etno-psixoloji
xüsusiyyətlərindən doğmuşdur. Bu şeir sisteminin
XIX–XX əsrlərdən etibarən böyük Türk (Osmanlı,
Qacar, Babur...) imperatorluqlarının dağılması ilə
bütün dünya xalqlarının aparıcı poeziya sisteminə
çevrilməsi, bir bədii-fikri intibah hərəkatı kimi
formalaşması təsadüfi deyil. Türk dünyası öz
imperatorluqlarını
tarixin
arxivinə
yollamaqla
ümumbəşəri Azadlıq yürüşünün daha bir mənəvi
zirvəsinə imza ataraq, III Minilliyin Yol xəritəsini
yaratmış oldu. Bəzi tarixçilərin səhv mülahizəsinə görə
guya Türk xalqları öz İmperiyalarını digər Güclər
qarşısında qoruyub saxlaya bilməmişlər. Bu tamamilə
axmaq bir mühakimədir. Heç şübhəmiz yoxdur ki, Türk
dünyası XX əsrdən etibarən imperializmin tarixi
perspektivsizliyini bütün dünya xalqlarından daha
qabaq hiss etmiş, onlara tarixi məsuliyyətlə
yanaşmamış, öz imperiyası kimi qoruyub saxlamaqdan
könüllü və elliklə imtina etmişdir. Bu, Türkün özündın
şox özgələri üçün yaşayan ”milli” imperiyaları və
imperatorlarını qorumaqdan tamamilə vaz keçməsinin
tarixi izahıdır. Bu imperiyalar əksəriyyətlə türk milli
dilini, milli şüurunu və türk milli məktəbini əsrlərcə
sıxışdırıb,
geri
saldılar...
O
mənada,
Məhəmmmədəmin Rəsulzadə və Mustafa Kamal
Atatürkün öz milləti qarşısında tarixi haqqı vardır.
Dostları ilə paylaş: |