|
Nato az indd
108
www.aliyevheritage.org
Qətnamə № 874
14 oktyabr 1993-cü il
Təhlükəsizlik Şurası,
30 aprel 1993-cü il tarixli 822 saylı (1993) və 29 iyul 1993-cü il tarixli 853 saylı (1993)
qətnamələrini təsdiq edərək və 18 avqust 1993-cü ildə Təhlükəsizlik Şurası Sədrinin
Şuranın adından oxuduğu bəyanata əsaslanaraq,
Avropada Təhlükəsizlik və Əməkdaşlıq Müşavirəsinin (ATƏM) Dağlıq Qarabağ
üzrə Minsk konfransının Sədrinin Təhlükəsizlik Şurası Sədrinin adına müraciətlənmiş
1 oktyabr 1993-cü il tarixli məktubunu nəzərdən keçirərək,
Azərbaycan Respublikasının Dağlıq Qarabağ regionunda və onun ətrafında
münaqişənin davam etdirilməsi və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası
arasında gərginliyin regionda sülh və təhlükəsizliyə təhlükə yarada biləcəyi ilə əlaqədar
dərin narahatçılığını ifadə edərək,
8 oktyabr 1993-cü ildə Moskvada yüksək səviyyədə keçirilən görüşləri qeyd edərək və
bu görüşlərin vəziyyətin yaxşılaşmasına və münaqişənin sülh yolu ilə həll edilməsinə
töhfə verəcəyinə dair ümidlərini ifadə edərək,
Azərbaycan Respublikasının və regionda bütün digər dövlətlərin suverenliyi və ərazi
bütövlüyünü bir daha təsdiq edərək,
Həmçinin, beynəlxalq sərhədlərin pozulmazlığını və ərazi əldə etmək məqsədilə
gücdən istifadənin yolverilməzliyini bir daha təsdiq edərək,
Münaqişə üzündən insanların məruz qaldığı əzablar və regionda ciddi fövqəladə
humanitar vəziyyətlə əlaqədar və xüsusilə Azərbaycan Respublikasında böyük sayda
mülki şəxslərin yerlərinin dəyişməsilə əlaqədar özünün ciddi narahatçılığını bir daha
ifadə edərək,
1. Maraqlı tərəfl əri ATƏM-in Minsk qrupuna kömək məqsədilə Rusiya Federasiyası
hökumətinin yardımı ilə həyata keçirilən birbaşa əlaqələr nəticəsində əldə edilən atəşkəsi
eff ektiv və daimi etməyə çağırır;
2. ATƏM çərçivəsində həyata keçirilən sülh prosesini və Minsk qrupunun yorulmaz
səylərini tam şəkildə dəstəklədiyini yenidən bəyan edir;
3. 28 sentyabr 1993-cü il tarixində ATƏM-in Minsk qrupunun iclasında üzə
çıxarılan və Minsk qrupunun doqquz digər üzvünün hərtərəfl i dəstəyi ilə Qrupun
Sədri tərəfi ndən maraqlı tərəfl ərə təqdim olunan «Təhlükəsizlik Şurasının 822 (1993)
AZƏRBAYCAN – NATO : TƏRƏFDAŞLIQDAN BAŞLANAN YOL
109
www.aliyevheritage.org
və 853 (1993) saylı qətnamələrinin həyata keçirilməsi üzrə təxirəsalınmaz addımların
yeniləşdirilmiş cədvəli»ni alqışlayır və tərəfl ərin diqqətinə çatdırır və tərəfl əri onu qəbul
etməyə çağırır;
4. Münaqişədən irəli gələn və Yeniləşdirilmiş cədvəldə bilavasitə nəzərdən
keçirilməyən bütün başqa həll olunmamış məsələlərin Minsk prosesi kontekstində sülh
danışıqları vasitəsilə tezliklə həll edilməsi vacibliyinə əmin olduğunu ifadə edir;
5. Bu yaxınlarda işğal edilmiş ərazilərdən qoşunların çıxarılması və rabitə və nəqliyyat
üçün bütün maneələrin aradan qaldırılması da daxil olmaqla, ATƏM-in Minsk qrupunun
Yeniləşdirilmiş cədvəlində nəzərdə tutulan qarşılıqlı və təcili addımların dərhal həyata
keçirilməsinə çağırır;
6. ATƏM-in Nazirlər Şurasının 24 mart 1992-ci il tarixli mandatına uyğun olaraq,
Yeniləşdirilmiş cədvəldə nəzərdə tutulduğu kimi münaqişənin danışıqlar yolu ilə həll
edilməsinə nail olmaq məqsədilə tezliklə Minsk konfransının keçirilməsinə çağırır;
7. Baş Katibdən ATƏM-in Minsk konfransında iştirak etmək üçün nümayəndə
göndərmək dəvətinə müsbət cavab verməyi və Konfransın açılmasından sonra mətləbə
dair başlanan danışıqlara bütün mümkün kömək göstərməyi xahiş edir;
8. ATƏM tərəfi ndən yaradılmış müşahidəçilər missiyasını dəstəkləyir;
9. Bütün tərəfl əri beynəlxalq humanitar hüququ pozmaqdan çəkinməyə çağırır və
münaqişəyə məruz qalmış bütün rayonlarda humanitar yardımın göstərilməsi üzrə
beynəlxalq fəaliyyətin maneəsiz həyata keçirilməsinin təmin edilməsinə dair 822 (1993)
və 853 (1993) saylı qətnamələrindəki çağırışlarını təkrar edir;
10. Regionda bütün dövlətləri münaqişənin genişlənməsinə gətirib çıxaran və
regionda sülh və təhlükəsizliyi pozan hər cür düşmənçilik hərəkətlərindən və hər cür
müdaxilədən çəkinməyə təkidlə çağırır;
11. Baş Katibdən və müvafi q beynəlxalq qurumlardan zərər çəkmiş mülki əhaliyə
təcili humanitar yardımın göstərilməsini və qaçqınlara və məcburi köçkünlərə təhlükəsiz
şəraitdə və ləyaqətlə öz evlərinə qayıtmağa köməklik edilməsini xahiş edir;
12. Baş Katibdən, ATƏM-in Fəaliyyətdə olan Sədrindən və ATƏM-in Minsk
Konfransının Sədrindən Minsk prosesinin gedişi və yerdə vəziyyətin bütün aspektləri
və bununla əlaqədar ATƏM ilə Birləşmiş Millətlər Təşkilatı arasında indiki və gələcək
əməkdaşlıq haqqında Şuraya məruzələrin verilməsini davam etdirməyi xahiş edir;
13. Məsələ ilə fəal şəkildə məşğul olmağı davam etdirməyi qərara alır.
3292 saylı iclasda yekdilliklə qəbul edilmişdir
AZƏRBAYCAN – NATO : TƏRƏFDAŞLIQDAN BAŞLANAN YOL
110
www.aliyevheritage.org
Qətnamə № 884 (1993)
12 noyabr 1993-cü il
Təhlükəsizlik Şurası,
30 aprel 1993-cü il tarixli 822 (1993), 29 iyul 1993-cü il tarixli 853 (1993) və 14
oktyabr 1993-cü il tarixli 874 (1993) saylı qətnamələrini təsdiq edərək,
Avropada Təhlükəsizlik və Əməkdaşlıq Müşavirəsi (ATƏM) çərçivəsində həyata
keçirilən sülh prosesi, və ATƏM-in Minsk qrupunun yorulmaz səylərini tam şəkildə
dəstəklədiyini təsdiq edərək,
ATƏM-in Dağlıq Qarabağ üzrə Minsk konfransının fəaliyyətdə olan Sədrinin
Təhlükəsizlik Şurası Sədrinin adına müraciətlənmiş 9 noyabr 1993-cü il tarixli
məktubunu və ona əlavələri nəzərə alaraq,
Azərbaycan Respublikasının Dağlıq Qarabağ regionunda və onun ətrafında
münaqişənin davam etdirilməsi və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası
arasındakı gərginliyin regionda sülh və təhlükəsizliyi təhlükə altına atması ilə əlaqədar
ciddi narahatçılığını ifadə edərək,
Atəşkəsin pozulması və buna cavab olaraq gücün həddindən artıq tətbiq edilməsi,
xüsusilə Azərbaycan Respublikasında Zəngilan rayonunun və Horadiz şəhərinin işğalı
nəticəsində hərbi əməliyyatların genişlənməsini həyəcanla qeyd edərək,
Azərbaycan Respublikasının və regionda digər dövlətlərin suverenliyi və ərazi
bütövlüyünü bir daha təsdiq edərək,
Həmçinin, beynəlxalq sərhədlərin pozulmazlığı və ərazi əldə etmək məqsədilə gücün
tətbiqinin yolverilməzliyini bir daha təsdiq edərək,
Son zamanda böyük sayda mülki şəxslərin yerlərinin dəyişməsi və Zəngilan rayonunda,
Horadiz şəhərində və Azərbaycanın cənub sərhədində fövqəladə humanitar vəziyyətin
yaranması ilə əlaqədar ciddi narahatçılığını ifadə edərək,
Hərbi əməliyyatların yenidən başlanması ilə nəticələnən tərəfl ər arasında əldə
1.
edilmiş atəşkəsin pozulmasını, xüsusilə Zəngilan rayonunun və Horadiz şəhərinin
işğal edilməsini, dinc əhaliyə qarşı hücumları və Azərbaycan Respublikasının ərazisinin
bombardman edilməsini pisləyir;
Ermənistan hökumətini Azərbaycan Respublikasının Dağlıq Qarabağ regionunun
2.
erməniləri tərəfi ndən 822 (1993), 853 (1993) və 874 (1993) saylı qətnamələrə riayət
edilməsinə nail olmaq məqsədilə öz nüfuzundan istifadə etməyə və hərbi kampaniyanı
genişləndirmək üçün lazımi vasitələrin münaqişəyə cəlb olunan qüvvələrə verilməməsini
AZƏRBAYCAN – NATO : TƏRƏFDAŞLIQDAN BAŞLANAN YOL
Dostları ilə paylaş: |
|
|