Nato az indd



Yüklə 5,13 Kb.
Pdf görüntüsü
səhifə37/116
tarix27.10.2017
ölçüsü5,13 Kb.
#6977
1   ...   33   34   35   36   37   38   39   40   ...   116

108
www.aliyevheritage.org
Qətnamə № 874 
14 oktyabr 1993-cü il 
  
Təhlükəsizlik Şurası,   
30 aprel 1993-cü il tarixli 822 saylı (1993) və 29 iyul 1993-cü il tarixli 853 saylı (1993) 
qətnamələrini təsdiq edərək və  18  avqust  1993-cü  ildə  Təhlükəsizlik  Şurası  Sədrinin 
Şuranın adından oxuduğu bəyanata əsaslanaraq,   
Avropada Təhlükəsizlik və  Əməkdaşlıq Müşavirəsinin (ATƏM) Dağlıq Qarabağ 
üzrə Minsk konfransının Sədrinin Təhlükəsizlik Şurası Sədrinin adına müraciətlənmiş 
1 oktyabr 1993-cü il tarixli məktubunu nəzərdən keçirərək,   
Azərbaycan Respublikasının Dağlıq Qarabağ regionunda və onun ətrafında 
münaqişənin davam etdirilməsi və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası 
arasında gərginliyin regionda sülh və təhlükəsizliyə təhlükə yarada biləcəyi ilə əlaqədar 
dərin narahatçılığını ifadə edərək,   
8 oktyabr 1993-cü ildə Moskvada yüksək səviyyədə keçirilən görüşləri qeyd edərək və 
bu görüşlərin vəziyyətin yaxşılaşmasına və münaqişənin sülh yolu ilə həll edilməsinə 
töhfə verəcəyinə dair ümidlərini ifadə edərək,   
Azərbaycan Respublikasının və regionda bütün digər dövlətlərin suverenliyi və ərazi 
bütövlüyünü bir daha təsdiq edərək,   
Həmçinin, beynəlxalq sərhədlərin pozulmazlığını  və  ərazi  əldə etmək məqsədilə 
gücdən istifadənin yolverilməzliyini bir daha təsdiq edərək,   
Münaqişə üzündən insanların məruz qaldığı  əzablar və regionda ciddi fövqəladə 
humanitar vəziyyətlə  əlaqədar və xüsusilə Azərbaycan Respublikasında böyük sayda 
mülki  şəxslərin yerlərinin dəyişməsilə  əlaqədar özünün ciddi narahatçılığını bir daha 
ifadə edərək,   
1.   Maraqlı tərəfl əri ATƏM-in Minsk qrupuna kömək məqsədilə Rusiya Federasiyası 
hökumətinin yardımı ilə həyata keçirilən birbaşa əlaqələr nəticəsində əldə edilən atəşkəsi 
eff ektiv və daimi etməyə çağırır; 
2.   ATƏM çərçivəsində həyata keçirilən sülh prosesini və Minsk qrupunun yorulmaz 
səylərini tam şəkildə dəstəklədiyini yenidən bəyan edir; 
3.  28  sentyabr  1993-cü  il  tarixində ATƏM-in Minsk qrupunun iclasında üzə 
çıxarılan və Minsk qrupunun doqquz digər üzvünün hərtərəfl i  dəstəyi ilə Qrupun 
Sədri tərəfi ndən maraqlı  tərəfl ərə  təqdim olunan «Təhlükəsizlik  Şurasının 822 (1993) 
AZƏRBAYCAN – NATO : TƏRƏFDAŞLIQDAN BAŞLANAN YOL


109
www.aliyevheritage.org
və 853 (1993) saylı qətnamələrinin həyata keçirilməsi üzrə təxirəsalınmaz addımların 
yeniləşdirilmiş cədvəli»ni alqışlayır və tərəfl ərin diqqətinə çatdırır və tərəfl əri onu qəbul 
etməyə çağırır; 
4.      Münaqişədən irəli gələn və Yeniləşdirilmiş  cədvəldə bilavasitə  nəzərdən 
keçirilməyən bütün başqa həll olunmamış məsələlərin Minsk prosesi kontekstində sülh 
danışıqları vasitəsilə tezliklə həll edilməsi vacibliyinə əmin olduğunu ifadə edir; 
5.   Bu yaxınlarda işğal edilmiş ərazilərdən qoşunların çıxarılması və rabitə və nəqliyyat 
üçün bütün maneələrin aradan qaldırılması da daxil olmaqla, ATƏM-in Minsk qrupunun 
Yeniləşdirilmiş cədvəlində nəzərdə tutulan qarşılıqlı və təcili addımların dərhal həyata 
keçirilməsinə çağırır; 
6.    ATƏM-in Nazirlər Şurasının 24 mart 1992-ci il tarixli mandatına uyğun olaraq, 
Yeniləşdirilmiş  cədvəldə  nəzərdə tutulduğu kimi münaqişənin danışıqlar yolu ilə  həll 
edilməsinə nail olmaq məqsədilə tezliklə Minsk konfransının keçirilməsinə çağırır; 
7.      Baş Katibdən ATƏM-in Minsk konfransında iştirak etmək üçün nümayəndə 
göndərmək dəvətinə müsbət cavab verməyi və Konfransın açılmasından sonra mətləbə 
dair başlanan danışıqlara bütün mümkün kömək göstərməyi xahiş edir; 
8.    ATƏM tərəfi ndən yaradılmış müşahidəçilər missiyasını dəstəkləyir; 
9.   Bütün tərəfl əri beynəlxalq humanitar hüququ pozmaqdan çəkinməyə çağırır və 
münaqişəyə  məruz qalmış bütün rayonlarda humanitar yardımın göstərilməsi üzrə 
beynəlxalq fəaliyyətin maneəsiz həyata keçirilməsinin təmin edilməsinə dair 822 (1993) 
və 853 (1993) saylı qətnamələrindəki çağırışlarını təkrar edir; 
10.  Regionda bütün dövlətləri münaqişənin genişlənməsinə  gətirib çıxaran və 
regionda sülh və təhlükəsizliyi pozan hər cür düşmənçilik hərəkətlərindən və hər cür 
müdaxilədən çəkinməyə təkidlə çağırır; 
11. Baş Katibdən və müvafi q  beynəlxalq qurumlardan zərər çəkmiş mülki əhaliyə 
təcili humanitar yardımın göstərilməsini və qaçqınlara və məcburi köçkünlərə təhlükəsiz 
şəraitdə və ləyaqətlə öz evlərinə qayıtmağa köməklik edilməsini xahiş edir; 
12. Baş Katibdən, ATƏM-in Fəaliyyətdə olan Sədrindən və ATƏM-in Minsk 
Konfransının Sədrindən Minsk prosesinin gedişi və yerdə vəziyyətin bütün aspektləri 
və bununla əlaqədar ATƏM ilə Birləşmiş Millətlər Təşkilatı arasında indiki və gələcək 
əməkdaşlıq haqqında Şuraya məruzələrin verilməsini davam etdirməyi xahiş edir; 
13.   Məsələ ilə fəal şəkildə məşğul olmağı davam etdirməyi qərara alır. 
3292 saylı iclasda yekdilliklə qəbul edilmişdir 
AZƏRBAYCAN – NATO : TƏRƏFDAŞLIQDAN BAŞLANAN YOL


110
www.aliyevheritage.org
Qətnamə № 884 (1993) 
12 noyabr 1993-cü il 
 Təhlükəsizlik Şurası,   
30 aprel 1993-cü il tarixli 822 (1993), 29 iyul 1993-cü il tarixli 853 (1993) və 14 
oktyabr 1993-cü il tarixli 874 (1993) saylı qətnamələrini təsdiq edərək,   
Avropada Təhlükəsizlik və  Əməkdaşlıq Müşavirəsi (ATƏM) çərçivəsində  həyata 
keçirilən sülh prosesi, və ATƏM-in Minsk qrupunun yorulmaz səylərini tam şəkildə 
dəstəklədiyini təsdiq edərək,   
ATƏM-in Dağlıq Qarabağ üzrə Minsk konfransının fəaliyyətdə olan Sədrinin 
Təhlükəsizlik  Şurası  Sədrinin adına müraciətlənmiş 9 noyabr 1993-cü il tarixli 
məktubunu və ona əlavələri nəzərə alaraq,   
Azərbaycan Respublikasının Dağlıq Qarabağ regionunda və onun ətrafında 
münaqişənin davam etdirilməsi və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası 
arasındakı gərginliyin regionda sülh və təhlükəsizliyi təhlükə altına atması ilə əlaqədar 
ciddi narahatçılığını ifadə edərək,   
Atəşkəsin pozulması  və buna cavab olaraq gücün həddindən artıq tətbiq edilməsi, 
xüsusilə Azərbaycan Respublikasında Zəngilan rayonunun və Horadiz şəhərinin işğalı 
nəticəsində hərbi əməliyyatların genişlənməsini həyəcanla qeyd edərək,   
Azərbaycan Respublikasının və regionda digər dövlətlərin suverenliyi və  ərazi 
bütövlüyünü  bir daha təsdiq edərək,   
Həmçinin, beynəlxalq sərhədlərin pozulmazlığı və ərazi əldə etmək məqsədilə gücün 
tətbiqinin yolverilməzliyini bir daha təsdiq edərək, 
Son zamanda böyük sayda mülki şəxslərin yerlərinin dəyişməsi və Zəngilan rayonunda, 
Horadiz şəhərində və Azərbaycanın cənub sərhədində fövqəladə humanitar vəziyyətin 
yaranması ilə əlaqədar ciddi narahatçılığını ifadə edərək,   
Hərbi  əməliyyatların yenidən başlanması ilə  nəticələnən tərəfl ər arasında  əldə 
1. 
edilmiş atəşkəsin pozulmasını, xüsusilə  Zəngilan rayonunun və Horadiz şəhərinin 
işğal edilməsini, dinc əhaliyə qarşı hücumları və Azərbaycan Respublikasının ərazisinin 
bombardman edilməsini pisləyir; 
Ermənistan hökumətini Azərbaycan Respublikasının Dağlıq Qarabağ regionunun 
2. 
erməniləri tərəfi ndən 822 (1993), 853 (1993) və 874 (1993) saylı  qətnamələrə riayət 
edilməsinə nail olmaq məqsədilə öz nüfuzundan istifadə etməyə və hərbi kampaniyanı 
genişləndirmək üçün lazımi vasitələrin münaqişəyə cəlb olunan qüvvələrə verilməməsini 
AZƏRBAYCAN – NATO : TƏRƏFDAŞLIQDAN BAŞLANAN YOL


Yüklə 5,13 Kb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   116




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə