|
Nato az indd
105
www.aliyevheritage.org
BMT Təhlükəsizlik Şurasının qətnamələri
Qətnamə № 822
30 Aprel 1993-cü il
Təhlükəsizlik Şurası,
Dağlıq Qarabağ münaqişəsinə dair Təhlükəsizlik Şurasının Sədri tərəfindən edilən
1993-cü il 29 yanvar və 6 aprel tarixli bəyanatlarına əsaslanaraq,
Baş Katibin 14 aprel 1993-cü il tarixli məruzəsini nəzərə alaraq,
Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında münasibətlərin
pisləşməsi ilə əlaqədar ciddi narahatçılığını ifadə edərək,
Silahlı hərbi əməliyyatların genişlənməsini və xüsusilə, yerli erməni qüvvələrinin
Azərbaycan Respublikasının Kəlbəcər rayonuna sonuncu hücumunu həyəcanla qeyd
edərək,
Belə vəziyyətin regionda sülh və təhlükəsizliyə təhlükə yaratması ilə əlaqədar narahat
olaraq,
Böyük sayda mülki şəxslərin yerlərinin dəyişməsi və regionda, xüsusilə Kəlbəcər
rayonunda, fövqəladə humanitar vəziyyətlə bağlı ciddi narahatçılığını ifadə edərək,
Regionda bütün dövlətlərin suverenliyi və ərazi bütövlüyünə hörmət edilməsini bir
daha təsdiq edərək,
Həmçinin, beynəlxalq sərhədlərin pozulmazlığını və ərazi əldə etmək məqsədilə
gücdən istifadənin yolverilməzliyini bir daha təsdiq edərək,
Avropada Təhlükəsizlik və Əməkdaşlıq Müşavirəsi çərçivəsində həyata keçirilən sülh
prosesini dəstəklədiyini bəyan edərək və silahlı hərbi əməliyyatların genişlənməsinin bu
proses üçün dağıdıcı nəticə verə biləcəyindən dərindən narahat olaraq,
1. Möhkəm atəşkəsin əldə edilməsi məqsədilə bütün hərbi əməliyyatların və
düşmənçilik aktlarının dərhal dayandırılmasını, həmçinin bütün işğalçı qüvvələrin
Kəlbəcər rayonundan və Azərbaycanın digər bu yaxınlarda işğal olunmuş rayonlarından
dərhal çıxarılmasını tələb edir;
2. Münaqişənin Avropada Təhlükəsizlik və Əməkdaşlıq Müşavirəsinin Minsk
qrupunun sülh prosesi çərçivəsində həll edilməsi məqsədilə maraqlı tərəfləri danışıqları
dərhal bərpa etməyə və problemin sülh yolu ilə həllini çətinləşdirən hər hansı hərəkətlərdən
çəkinməyə çağırır;
3. Mülki əhalinin əzablarını yüngülləşdirmək üçün regionda, xüsusilə münaqişəyə
məruz qalmış rayonlarda, humanitar yardımın göstərilməsi üzrə beynəlxalq fəaliyyətin
maneəsiz həyata keçirilməsinə çağırır, bütün tərəflərin beynəlxalq humanitar hüququn
AZƏRBAYCAN – NATO : TƏRƏFDAŞLIQDAN BAŞLANAN YOL
106
www.aliyevheritage.org
prinsip və normalarına riayət etməyə borclu olduqlarını yenidən təsdiq edir;
4. Baş Katibdən Avropada Təhlükəsizlik və Əməkdaşlıq Müşavirəsinin fəaliyyətdə
olan Sədri, həmçinin Müşavirənin Minsk qrupunun Sədri ilə məsləhətləşmədə regionda,
xüsusilə Azərbaycanın Kəlbəcər rayonunda, vəziyyətin qiymətləndirilməsini aparmağı,
və Şuraya növbəti məruzəni təqdim etməyi xahiş edir;
5. Məsələ ilə fəal şəkildə məşğul olmağı davam etdirməyi qərara alır.
3205 saylı iclasda yekdilliklə qəbul edilmişdir.
Qətnamə № 853
29 iyul 1993-cü il
Təhlükəsizlik Şurası,
30 aprel 1993-cü il tarixli 822 (1993) saylı qətnaməsini təsdiq edərək,
Avropada Təhlükəsizlik və Əməkdaşlıq Müşavirəsinin (ATƏM) Minsk qrupunun
Sədrinin 27 iyul 1993-cü il tarixində dərc olunmuş məruzəsini nəzərdən keçirərək,
Ermənistan Respublikası və Azərbaycan Respublikası arasında münasibətlərin
pisləşməsi və onlar arasındakı gərginliklə əlaqədar ciddi narahatçılığını ifadə edərək,
Maraqlı tərəfl ərin 822 (1993) saylı qətnamənin həyata keçirilməsi üzrə təxirəsalınmaz
tədbirlər planını qəbul etməsini alqışlayaraq,
Hərbi əməliyyatların genişlənməsini və xüsusilə Azərbaycan Respublikasının Ağdam
rayonunun işğal edilməsini həyəcanla qeyd edərək,
Belə vəziyyətin regionda sülh və təhlükəsizliyə təhlükə yaratmasının davam etməsilə
əlaqədar narahat olaraq,
Azərbaycan Respublikasında böyük sayda mülki şəxslərin yerlərinin dəyişməsi və
regionda fövqəladə humanitar vəziyyətlə əlaqədar yenidən ciddi narahatçılığını ifadə
edərək,
Azərbaycan Respublikasının və regionda bütün digər dövlətlərin suverenliyi və ərazi
bütövlüyünü bir daha təsdiq edərək,
Həmçinin, beynəlxalq sərhədlərin pozulmazlığını və ərazi əldə etmək məqsədilə
gücdən istifadənin yolverilməzliyini bir daha təsdiq edərək,
Ağdam rayonunun və Azərbaycan Respublikasının digər bu yaxınlarda işğal olunmuş
rayonlarının işğalını pisləyir;
Bundan başqa regionda bütün düşmənçilik hərəkətlərini, xüsusilə mülki şəxslərə
1.
hücumları və məskunlaşmış rayonların bombardman edilməsini pisləyir;
Bütün hərbi əməliyyatların dərhal dayandırılmasını, münaqişədə iştirak edən işğalçı
2.
qüvvələrin Ağdam rayonundan və Azərbaycan Respublikasının digər bu yaxınlarda işğal
AZƏRBAYCAN – NATO : TƏRƏFDAŞLIQDAN BAŞLANAN YOL
107
www.aliyevheritage.org
edilmiş rayonlarından dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edir;
Maraqlı tərəfl əri atəşkəsə dair möhkəm razılaşmalar əldə etməyə və onlara riayət
3.
etməyə çağırır;
Yuxarıdakı 3 və 4-cü maddələr kontekstində regionda iqtisadi, nəqliyyat və enerji
4.
əlaqələrinin bərpa edilməsinə dair özünün əvvəlki çağırışlarını yenidən təsdiq edir;
822 saylı (1993) qətnamənin həyata keçirilməsi səyləri də daxil olmaqla, ATƏM-
5.
in Minsk qrupunun münaqişənin sülh yolu ilə həllinə nail olmaq üzrə davam edən
səylərini bəyənir və hərbi əməliyyatların genişlənməsinin bu cəhdlər üçün doğurmuş
dağıdıcı nəticələri ilə bağlı ciddi narahatçılığını ifadə edir;
Yerləşdirilməsi cədvəli ilə ATƏM-in müşahidə missiyasının hazırlanmasını,
6.
həmçinin Müşavirənin regionda iştirakının təmin edilməsi təklifi nin Müşavirə
çərçivəsində nəzərdən keçirilməsini alqışlayır;
Maraqlı tərəfl əri münaqişənin sülh yolu ilə həllinə mane olan hər cür hərəkətlərdən
7.
çəkinməyə və ATƏM-in Minsk qrupu çərçivəsində, həmçinin birbaşa əlaqələr vasitəsilə
məsələnin qəti həllinin əldə edilməsi məqsədilə onlar arasında danışıqları davam
etdirməyə təkidlə çağırır;
Azərbaycan Respublikasının Dağlıq Qarabağ regionunun erməniləri tərəfi ndən
8.
822 saylı (1993) qətnamənin və hazırki qətnamənin müddəalarına riayət edilməsi və
bu tərəfi n ATƏM-in Minsk qrupunun təklifl ərini qəbul etməsi məqsədilə Ermənistan
Respublikasının hökumətini öz təsirini göstərməkdə davam etməyi təkidlə çağırır;
Dövlətləri münaqişənin intensivləşməsinə və ya ərazi işğalının davam etdirilməsinə
9.
apara biləcək hər hansı silahın və hərbi sursatın təchiz edilməsindən çəkinməyə təkidlə
çağırır;
Mülki əhalinin artan əzablarını yüngülləşdirmək məqsədilə, regionda, xüsusilə
10.
münaqişəyə məruz qalmış bütün rayonlarda, humanitar yardımın göstərilməsi üzrə
beynəlxalq fəaliyyətin maneəsiz təmin edilməsinə bir də çağırır və bütün tərəfl ərin
beynəlxalq humanitar hüququn prinsip və normalarına riayət etməyə borclu olduqlarını
bir daha təsdiq edir;
Baş Katibdən və müvafi q beynəlxalq qurumlardan zərər çəkmiş mülki əhaliyə təcili
11.
humanitar yardım göstərməyi və qaçqın düşmüş şəxslərin öz evlərinə qayıtmalarına
kömək göstərməyi xahiş edir;
Baş Katibdən ATƏM-in fəaliyyətdə olan Sədri, həmçinin Minsk qrupunun
12.
Sədri ilə məsləhətləşmədə vəziyyət barədə Şuraya məruzələr təqdim etməsinin davam
etdirilməsini xahiş edir;
Məsələ ilə fəal şəkildə məşğul olmağı davam etdirməyi qərara alır.
13.
3259 saylı iclasda yekdilliklə qəbul edilmişdir.
AZƏRBAYCAN – NATO : TƏRƏFDAŞLIQDAN BAŞLANAN YOL
Dostları ilə paylaş: |
|
|