102
www.aliyevheritage.org
ün tərəfl ər üçün münaqişənin əsas nəticələrini aradan qaldırmağa və Minsk konfransını
çağırmağa imkan verəcək silahlı münaqişənin dayandırılması haqqında siyasi sazişin
imzalanması məqsədilə tezliklə danışıqlar aparmağı Minsk qrupunun həmsədrlərinə
tapşırdılar. Daha sonra onlar Minsk konfransının həmsədrlərindən, xüsusilə humani-
tar sahədə, inamın möhkəmləndirilməsi tədbirlərinin həyata keçirilməsi istiqamətində
münaqişə tərəfl əri ilə birgə işi davam etdirməyi xahiş etdilər. Onlar iştirakçı dövlətlər
tərəfi ndən həm fərdi əsasda, həm də müvafi q beynəlxalq təşkilatlar çərçivəsində
qaçqınların acınacaqlı vəziyyətini yüngülləşdirməyə xüsusi diqqət yetirmək şərtilə re-
gionun əhalisinə humanitar yardımın göstərilməsi üzrə tədbirlərin həyata keçirilməsi
vacibliyini qeyd etdilər.
4. Onlar razılaşdılar ki, münaqişə tərəfl ərinin fi kirlərinə uyğun olaraq yuxarıda qeyd
olunan sazişin əldə edilməsi həmin sazişin həyata keçirilməsinin vacib elementi kimi
çoxmillətli sülhməramlı qüvvələrin yerləşdirilməsinə imkan verə bilərdi. Onlar silahlı
münaqişənin dayandırılması haqqında tərəfl ər arasında sazişin əldə edilməsindən
sonra, BMT Təhlükəsizlik Şurasının müvafi q qətnaməsinin qəbul edilməsi şərtilə,
ATƏM-i çoxmillətli sülhməramlı qüvvələrlə təmin etmək üçün siyasi hazırlıqlarını
bəyan etdilər. Onlar Fəaliyyətdə olan Sədrdən 1992-ci il Helsinki Sənədinin III fəsli
əsasında və Birləşmiş Millətlər Təşkilatı Nizamnaməsinə tam uyğun olaraq təşkil
ediləcək belə qüvvələrin yaradılması, tərkibi və fəaliyyəti barəsində qısa zaman ərzində
plan işləyib hazırlamağı xahiş etdilər. Bu məqsədlə Fəaliyyətdə olan Sədrə Minsk
konfransı həmsədrləri və Minsk qrupu, həmçinin Baş Katib tərəfi ndən kömək ediləcək;
müvafi q məsləhətləşmələrdən sonra o, həmçinin bu qüvvələrin, başqa məsələlərlə
yanaşı, ölçüsü və xarakteri, onlara rəhbərliyi və onların idarəsi, maddi-texniki təchizatı,
müvafi q altbölümlərin və resursların bölünməsi, güc tətbiq etmək qaydası və qüvvə
verən dövlətlərlə razılaşmalar haqqında tövsiyələrin hazırlanması üçün Vyanada
yüksək səviyyəli planlaşdırma qrupu yaradacaq. O, Birləşmiş Millətlər Təşkilatının
texniki məsləhət və ekspertiza yardımının göstərilməsinə hazır olması haqqında etdiyi
bəyanatına əsaslanaraq, Birləşmiş Millətlər Təşkilatına kömək üçün müraciət edəcək.
O, həmçinin, ATƏM-in sülhməramlı qüvvələrinin mümküm yerləşdirılməsi üçün
BMT Təhlükəsizlik Şurasının uzunmüddətli siyasi dəstəyini əldə etməyə çalışacaq.
5. Belə hazırlıq işini və 1992-ci il Helsinki Sənədinin III fəslinin müvafi q müddəalarına
əsasən və tərəfl ər arasında razılığın əldə olunmasından və onların Minsk konfransının
həmsədrləri vasitəsilə Fəaliyyətdə olan Sədrə rəsmi xahişindən sonra Daimi Şura
ATƏM-in sülhməramlı əməliyyatının keçirilməsi barəsində qərar qəbul edəcək.
AZƏRBAYCAN – NATO : TƏRƏFDAŞLIQDAN BAŞLANAN YOL
103
www.aliyevheritage.org
ƏLAVƏ 1
ATƏT-in Fəaliyyətdə olan Sədrinin Bəyanatı
Sizə məlum olduğu kimi, son iki il ərzində Dağlıq Qarabağ münaqişəsinin və
Azərbaycan Respublikasının ərazi bütövlüyü məsələsinin həllində heç bir irəliləyiş əldə
edilməmişdir. Mən təəssüfl ə qeyd edirəm ki, məsələnin nizamlanması prinsiplərinə dair
tərəfl ərin mövqelərinin yaxınlaşdırılması istiqamətində Minsk konfransı həmsədrlərinin
səyləri uğurla nəticələnmədi.
Minsk qrupunun həmsədrləri tərəfi ndən Dağlıq Qarabağ münaqişəsinin
nizamlanmasının tərkib hissəsi kimi formalaşdıran üç prinsip tövsiyə edilmişdir.
Bu prinsipləri Minsk qrupunun bütün üzv-dövlətləri dəstəkləyir. Bu prinsiplər
aşağıdakılardır:
- Ermənistan Respublikasının və Azərbaycan Respublikasının ərazi bütövlüyü;
- Azərbaycanın tərkibində Dağlıq Qarabağa ən yüksək səviyyəli özünüidarə verən
öz müqəddəratını təyin etməyə əsaslanmış sazişdə müəyyən edilmiş Dağlıq Qarabağın
hüquqi statusu;
- bütün tərəfl ərin nizamlama müddəalarına riayət olunmasının təmin edilməsinə
dair qarşılıqlı öhdəliklər də daxil olmaqla, Dağlıq Qarabağ və onun bütün əhalisinin
təmin edilmiş təhlükəsizliyi.
Mən təəssüfl ə etiraf edirəm ki, bir iştirakçı dövlət bunu qəbul edə bilmədi. Bu
prinsiplər digər iştirakçı dövlətlər tərəfi ndən dəstəklənir.
Bu bəyanat Lissabon Zirvə görüşünün sənədlərinə daxil ediləcək.
Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının
Lissabon Zirvə görüşü
3 dekabr 1996-cı il
AZƏRBAYCAN – NATO : TƏRƏFDAŞLIQDAN BAŞLANAN YOL
104
www.aliyevheritage.org
İstanbul Zirvə görüşünün Bəyannaməsi
20. Biz Dağlıq Qarabağ münaqişəsilə bağlı yaranan vəziyyət və son hadisələr haqqında
ATƏT-in Minsk qrupunun Həmsədrlərinin məruzəsini aldıq və onların səylərini müsbət
qiymətləndiririk. Biz Ermənistan və Azərbaycan prezidentləri arasında aktivləşən
dialoqu xüsusilə alqışlayırıq ki, onların müntəzəm görüşləri problemin möhkəm və
hərtərəfl i həllinin tapılması prosesinin dinamikası üçün imkan yaratmışdır. Biz qəti
şəkildə bu dialoqu dəstəkləyirik və ATƏT-in Minsk qrupu çərçivəsində danışıqların
bərpası ümidilə bu dialoqun davam etdirilməsinə çağırırıq. Biz həmçinin təsdiq edirik
ki, ATƏT və məsələnin həllinin tapılması üçün ən münasib format olan ATƏT-in
Minsk qrupu sülh prosesini və onun gələcəkdə həyata keçirilməsini, tərəfl əri bütün
zəruri köməklik ilə təmin etmək də daxil olmaqla, daha da irəlilətməyə hazırdır.
21. Biz bu il Yerevanda ATƏT-in ofi sinin açılmasını və analoji ofi sin Bakıda açılması
qərarını alqışlayırıq. Bu addımlar ATƏT-ə bizim Ermənistan və Azərbaycanla olan
əməkdaşlığımızı gücləndirmək imkanı verəcək.
Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının
İstanbul Zirvə görüşü
19 noyabr 1999-cu il
AZƏRBAYCAN – NATO : TƏRƏFDAŞLIQDAN BAŞLANAN YOL
Dostları ilə paylaş: |