Nato az indd



Yüklə 5,13 Kb.
Pdf görüntüsü
səhifə35/116
tarix27.10.2017
ölçüsü5,13 Kb.
#6977
1   ...   31   32   33   34   35   36   37   38   ...   116

102
www.aliyevheritage.org
ün tərəfl ər üçün münaqişənin əsas nəticələrini aradan qaldırmağa və Minsk konfransını 
çağırmağa imkan verəcək silahlı münaqişənin dayandırılması haqqında siyasi sazişin 
imzalanması  məqsədilə tezliklə danışıqlar aparmağı Minsk qrupunun həmsədrlərinə 
tapşırdılar. Daha sonra onlar Minsk konfransının həmsədrlərindən, xüsusilə humani-
tar sahədə, inamın möhkəmləndirilməsi tədbirlərinin həyata keçirilməsi istiqamətində 
münaqişə tərəfl əri ilə birgə işi davam etdirməyi xahiş etdilər. Onlar iştirakçı dövlətlər 
tərəfi ndən həm fərdi  əsasda, həm də müvafi q  beynəlxalq təşkilatlar çərçivəsində 
qaçqınların acınacaqlı vəziyyətini yüngülləşdirməyə xüsusi diqqət yetirmək şərtilə re-
gionun əhalisinə humanitar yardımın göstərilməsi üzrə tədbirlərin həyata keçirilməsi 
vacibliyini qeyd etdilər. 
4. Onlar razılaşdılar ki, münaqişə tərəfl ərinin fi kirlərinə uyğun olaraq yuxarıda qeyd 
olunan sazişin əldə edilməsi həmin sazişin həyata keçirilməsinin vacib elementi kimi 
çoxmillətli sülhməramlı qüvvələrin yerləşdirilməsinə imkan verə bilərdi. Onlar silahlı 
münaqişənin dayandırılması haqqında tərəfl ər arasında sazişin  əldə edilməsindən 
sonra, BMT Təhlükəsizlik  Şurasının müvafi q  qətnaməsinin qəbul edilməsi  şərtilə, 
ATƏM-i çoxmillətli sülhməramlı qüvvələrlə  təmin etmək üçün siyasi hazırlıqlarını 
bəyan etdilər. Onlar Fəaliyyətdə olan Sədrdən 1992-ci il Helsinki Sənədinin III fəsli 
əsasında və Birləşmiş Millətlər Təşkilatı Nizamnaməsinə tam uyğun olaraq təşkil 
ediləcək belə qüvvələrin yaradılması, tərkibi və fəaliyyəti barəsində qısa zaman ərzində 
plan işləyib hazırlamağı xahiş etdilər. Bu məqsədlə  Fəaliyyətdə olan Sədrə Minsk 
konfransı həmsədrləri və Minsk qrupu, həmçinin Baş Katib tərəfi ndən kömək ediləcək; 
müvafi q  məsləhətləşmələrdən sonra o, həmçinin bu qüvvələrin, başqa məsələlərlə 
yanaşı, ölçüsü və xarakteri, onlara rəhbərliyi və onların idarəsi, maddi-texniki təchizatı, 
müvafi q altbölümlərin və resursların bölünməsi, güc tətbiq etmək qaydası  və qüvvə 
verən dövlətlərlə razılaşmalar haqqında tövsiyələrin hazırlanması üçün Vyanada 
yüksək səviyyəli planlaşdırma qrupu yaradacaq. O, Birləşmiş Millətlər Təşkilatının 
texniki məsləhət və ekspertiza yardımının göstərilməsinə hazır olması haqqında etdiyi 
bəyanatına əsaslanaraq, Birləşmiş Millətlər Təşkilatına kömək üçün müraciət edəcək. 
O, həmçinin, ATƏM-in sülhməramlı qüvvələrinin mümküm yerləşdirılməsi üçün 
BMT Təhlükəsizlik Şurasının uzunmüddətli siyasi dəstəyini əldə etməyə çalışacaq. 
5. Belə hazırlıq işini və 1992-ci il Helsinki Sənədinin III fəslinin müvafi q müddəalarına 
əsasən və tərəfl ər arasında razılığın əldə olunmasından və onların Minsk konfransının 
həmsədrləri vasitəsilə  Fəaliyyətdə olan Sədrə  rəsmi xahişindən sonra Daimi Şura 
ATƏM-in sülhməramlı əməliyyatının keçirilməsi barəsində qərar qəbul edəcək. 
AZƏRBAYCAN – NATO : TƏRƏFDAŞLIQDAN BAŞLANAN YOL


103
www.aliyevheritage.org
ƏLAVƏ 1 
ATƏT-in Fəaliyyətdə olan Sədrinin Bəyanatı 
Sizə  məlum olduğu kimi, son iki il ərzində Dağlıq Qarabağ münaqişəsinin və 
Azərbaycan Respublikasının ərazi bütövlüyü məsələsinin həllində heç bir irəliləyiş əldə 
edilməmişdir. Mən təəssüfl ə qeyd edirəm ki, məsələnin nizamlanması prinsiplərinə dair 
tərəfl ərin mövqelərinin yaxınlaşdırılması istiqamətində Minsk konfransı həmsədrlərinin 
səyləri uğurla nəticələnmədi. 
Minsk qrupunun həmsədrləri tərəfi ndən Dağlıq Qarabağ münaqişəsinin 
nizamlanmasının tərkib hissəsi kimi formalaşdıran üç prinsip tövsiyə edilmişdir. 
Bu prinsipləri Minsk qrupunun bütün üzv-dövlətləri dəstəkləyir. Bu prinsiplər 
aşağıdakılardır: 
- Ermənistan Respublikasının və Azərbaycan Respublikasının ərazi bütövlüyü; 
- Azərbaycanın tərkibində Dağlıq Qarabağa ən yüksək səviyyəli özünüidarə verən 
öz müqəddəratını təyin etməyə əsaslanmış sazişdə müəyyən edilmiş Dağlıq Qarabağın 
hüquqi statusu; 
- bütün tərəfl ərin nizamlama müddəalarına riayət olunmasının təmin edilməsinə 
dair qarşılıqlı öhdəliklər də daxil olmaqla, Dağlıq Qarabağ və onun bütün əhalisinin 
təmin edilmiş təhlükəsizliyi. 
Mən təəssüfl ə etiraf edirəm ki, bir iştirakçı dövlət bunu qəbul edə bilmədi. Bu 
prinsiplər digər iştirakçı dövlətlər tərəfi ndən dəstəklənir. 
Bu bəyanat Lissabon Zirvə görüşünün sənədlərinə daxil ediləcək.
Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının 
Lissabon Zirvə görüşü 
3 dekabr 1996-cı il
AZƏRBAYCAN – NATO : TƏRƏFDAŞLIQDAN BAŞLANAN YOL


104
www.aliyevheritage.org
İstanbul Zirvə görüşünün Bəyannaməsi 
20. Biz Dağlıq Qarabağ münaqişəsilə bağlı yaranan vəziyyət və son hadisələr haqqında 
ATƏT-in Minsk qrupunun Həmsədrlərinin məruzəsini aldıq və onların səylərini müsbət 
qiymətləndiririk. Biz Ermənistan və Azərbaycan prezidentləri arasında aktivləşən 
dialoqu xüsusilə alqışlayırıq ki, onların müntəzəm görüşləri problemin möhkəm və 
hərtərəfl i həllinin tapılması prosesinin dinamikası üçün imkan yaratmışdır. Biz qəti 
şəkildə bu dialoqu dəstəkləyirik və ATƏT-in Minsk qrupu çərçivəsində danışıqların 
bərpası ümidilə bu dialoqun davam etdirilməsinə çağırırıq. Biz həmçinin təsdiq edirik 
ki, ATƏT və  məsələnin həllinin tapılması üçün ən münasib format olan ATƏT-in 
Minsk qrupu sülh prosesini və onun gələcəkdə  həyata keçirilməsini, tərəfl əri bütün 
zəruri köməklik ilə təmin etmək də daxil olmaqla, daha da irəlilətməyə hazırdır. 
21. Biz bu il Yerevanda ATƏT-in ofi sinin açılmasını və analoji ofi sin Bakıda açılması 
qərarını alqışlayırıq. Bu addımlar ATƏT-ə bizim Ermənistan və Azərbaycanla olan 
əməkdaşlığımızı gücləndirmək imkanı verəcək. 
Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının 
İstanbul Zirvə görüşü
19 noyabr 1999-cu il
AZƏRBAYCAN – NATO : TƏRƏFDAŞLIQDAN BAŞLANAN YOL


Yüklə 5,13 Kb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   116




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə