Nato az indd



Yüklə 5,13 Kb.
Pdf görüntüsü
səhifə32/116
tarix27.10.2017
ölçüsü5,13 Kb.
#6977
1   ...   28   29   30   31   32   33   34   35   ...   116

94
www.aliyevheritage.org
SNT Proqramına daxil olan dövlətlər
Sıra sayı
Ölkə
Daxil olduğu tarix
1
Ukrayna
8 fevral 1994 
2
Moldova 
16 mart 1994
3
Gürcüstan 
23 mart 1994 
4
Azərbaycan
4 may 1994
5
Finlandiya
9 may 1994
6
İsveç
9 may 1994
7
Türkmənistan 
10 may 1994 
8
Qazaxıstan
27 may 1994
9
Qırğızıstan 
1 iyun 1994
10
Rusiya
22 iyun 1994
11
Özbəkistan
13 iyul 1994
12
Ermənistan
5 oktyabr 1994
13
Belarus
11 yanvar 1995
14
Avstriya
10 fevral 1995
15
Malta
26 aprel 1995
16
Makedoniya
15 noyabr 1995
17
İsveçrə
11 dekabr 1996
18
İrlandiya
1 dekabr 1999
19
Tacikistan
20 fevral 2002
20
Serbiya
14 dekabr 2006
21
Çernoqoriya
14 dekabr 2006
22
Bosniya və Hersoqovina
14 dekabr 2006
 
AZƏRBAYCAN – NATO : TƏRƏFDAŞLIQDAN BAŞLANAN YOL


95
www.aliyevheritage.org
1992-ci il. Azərbaycan yenicə yaradılan Şimali Atlantika Əməkdaşlıq Şurasına 
qoşulub;
1994-cü il. Azərbaycan NATO-nun Sülh Naminə  Tərəfdaşlıq (SNT) 
proqramına qoşulub;
1997-ci il. Azərbaycan SNT-nin Planlaşdırma və Analiz Prosesinə qoşulub;
1999-cu il. Azərbaycan NATO-nun rəhbərliyi altında Kosovoda aparılan 
sülhməramlı əməliyyatlara qoşulub;
2001-ci il. Azərbaycan öz ərazisində "Cooperative Determination 2001" adlı 
çoxmillətli SNT hərbi təlim məşğələlərinin keçirilməsini təşkil edib;
2002-ci il. Azərbaycan NATO-nun rəhbərliyi altında  Əfqanıstanda olan 
silahlı qüvvələri dəstəkləmək üçün hərbi bölmə göndərib; 
Xüsusiləşdirilmiş Azərbaycan taqımı mütt əfi q  və  tərəfdaş ölkələrlə birgə 
Rusiyada keçirilən mülki müdafi ə qüvvələrinin fövqəladə xilasetmə  təlim 
məşğələlərində iştirak edib;
2003-cü il. Azərbaycan "Virtual İpək Yolu" na qoşulub (Bu layihənin məqsədi 
peyk şəbəkəsi vasitəsilə Qafqaz və Mərkəzi Asiya ölkələrinin ali təhsil ocaqları və 
elm işçilərinin İnternetə çıxış imkanlarının təkmillədirilməsindən ibarətdir);
2004-cü il. Azərbaycan Prezidenti İlham  Əliyev Brüsseldə NATO-ya 
Azərbaycanın ilk Fərdi Tərəfdaşlıq üzrə  Əməliyyat Planını (FTƏP) təqdim 
edib;
Azərbaycanın axtarış-xilasetmə taqımı Rumıniyada keçirilən mülki müdafi ə 
qüvvələrinin fövqəladə xilasetmə təlim məşğələsində iştirak edib;
2005-ci il. Azərbaycan NATO ilə ilk FTƏP proqramına başlayıb;
2006-cı il. Bakıda Avro- atlantik Mərkəzinin (NATO-nun məlumat mərkəzinin) 
rəsmi təntənəli açılışı olub.  
 Azərbaycan - NATO əlaqələrində əsas hadisələr
AZƏRBAYCAN – NATO : TƏRƏFDAŞLIQDAN BAŞLANAN YOL


96
www.aliyevheritage.org
Anlayışlar: 
NATO — (North Atlantic Treaty Organization) Şimali Atlantika Müqaviləsi 
Təşkilatı - 1949-cu ildə 12 ölkə tərəfi ndən (Belçika, Kanada, Danimarka, Fran-
sa, İslandiya, İtaliya, Lüksemburq, Niderland, Norveç, Portuqaliya, Böyük Bri-
taniya və ABŞ) yaradılan hərbi siyasi blok.
Birləşmiş Millətlər Təşkilatı — 1945-ci ildə sülh, təhlükəsizlik və beynəlxalq 
əməkdaşlığın qorunması  və gücləndirilməsi məqsədilə yaradılan beynəlxalq 
təşkilat. Azərbaycan Respublikası 1992-ci ildən bu təşkilatın üzvüdür. 
Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik  Şurasının (BMT TŞ) 
qətnamələri — BMT TŞ Ermənistan silahlı qüvvələrinin qeyri-qanuni zəbt 
etdikləri Azərbaycana məxsus  ərazilərdən qeyd-şərtsiz çıxmasını  tələb edən 
dörd qətnamə (822-ci, 853-cü, 874-cü və 884-cü qətnamələri) qəbul etmişdir. 
Ermənistan bu qətnamələrə bu günə qədər əməl etməməklə müasir dünyada 
ən nüfuzlu   beynəlxalq təşkilatın və onun timsalında beynəlxalq hüququn 
prinsiplərinə hörmətsizlik etməkdə davam edir.
ATƏM — ABŞ, Kanada və 54 Avropa ölkəsini (cəmi 56) birləşdirən və Av-
ropa regionunda demokratik idarəçilik  əsasında təhlükəsizliyi təmin etmək 
üçün nəzərdə tutulmuş beynəlxalq təşkilat. Üzv dövlətlərin dövlət və hökumət 
başçılarının 5-6 dekabr 1994-cü il Budapeşt Zirvə görüşündən sonra elan ol-
unub. Budapeşt sammitinə  qədər 1 avqust 1975-ci ildən ATƏM (Avropada 
Təhlükəsizlik və Əməkdaşlıq Müşavirəsi) adlanıb. Daimi təşkilati orqanlarının 
formalaşdırılması ilə 1 yanvar 1995-ci ildən ATƏT adlanır. Azərbaycan 30 yan-
var 1992-ci ildə bu təşkilata üzv qəbul olunub. Ermənistan-Azərbaycan Dağlıq 
Qarabağ münaqişəsinin sülh yolu ilə tənzimlənməsi üçün ATƏT-in Minsk qru-
pu vasitəçilik edir.
Sovet  İtt ifaqı  — 1922-1991-ci illərdə Avropa və Asiyada 15 respublikanın 
itt ifaqı  nəticəsində mövcud olmuş dövlət. 29 dekabr 1922-ci ildə Rusiya, 
Ukrayna, Belarus və Zaqafqaziya (Azərbaycan, Gürcüstan, Ermənistan) 
sovet respublikaları arasında SSRİ-nin (Sovet Sosialist Respublikaları İtt ifaqı) 
yaradılması haqqında müqavilə imzalanıb. 30 dekabr 1922-ci il I sovetlər 
qurultayında müqavilə təsdiq edilib. Daha sonra itt ifaqa 9 respublika qoşulub 
və  iştirakçıların sayı 15-ə çatıb. 26 dekabr 1991-ci ildə Sovet İtt ifaqının 
mövcudluğuna son qoyulub və tərkibindəki 15 respublika yenidən müstəqil 
dövlətlərə çevrilib. 
Sülh Naminə Tərəfdaşlıq proqramı — "Sülh Naminə Tərəfdaşlıq" ("PART-
NERSNIP FOR PEACE") proqramı Şimali Atlantika İtt ifaqının 1994-cü il yanvarın 
Məlumat-soraq materialları
AZƏRBAYCAN – NATO : TƏRƏFDAŞLIQDAN BAŞLANAN YOL


Yüklə 5,13 Kb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   116




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə