99
www.aliyevheritage.org
beynəlxalq regional təşkilat. 1997-ci ildə məşvərətçi forum kimi əsası qoyulub.
Üzv ölkələrin 6-7 iyun 2001-ci il Yalta samiti zamanı təşkilatın
nizamnaməsi
qəbul olunub. 1999-cu ildə GUAMA üzv olan Özbəkistan 2005-ci ildə qurum-
dan çıxdığını bəyan edib. 2006-cı ilin mayında GUAM-ın növbəti Kiyev sam-
miti zamanı təşkilat GUAM - Demokratiya və İqtisadi İnkişaf Təşkilatı adını
alıb. Son dövrlərdə təşkilatın üzv dövlətlərinin üzləşdikləri əsas problemlər
- təcavüzkar separatizm və terrorizmlə bağlı müzakirələri aparılıb.
Bakı-Tbilisi-Ceyhan — Azərbaycan neft inin Avropa bazarlarına nəqli
kəməri. Uzunluğu 1773 kilometrdir. Azərbaycandan (449 km), Gürcüstandan
(235 km) və Türkiyədən (1059 km) keçir. Layihənin dəyəri 4
milyard dollara
yaxındır.
Ermənistan — 1991-1993-cü illərdə Azərbaycan ərazisinin 20 faizini işğal
etmiş həmsərhəd dövlət.
Brüssel — Belçikanın paytaxtı, NATO-nun iqamətgahının yerləşdiyi şəhər.
Denver bəyanatı — 23 iyun 1997-ci ildə ATƏT-in Minsk qrupuna həmsədrlik
edən üç böyük dövlətin - ABŞ-ın, Rusiyanın, Fransanın prezidentləri Bill Klin-
tonun, Boris Yeltsinin və Jak Şirakın Ermənistan-Azərbaycan münaqişəsini
sülh yolu ilə həll olunması barədə Denverdə imzaladıqları bəyanat.
Lüksemburq — Avropada dövlət. Rəsmi adı Böyük
Lüksemburq
hersoqluğudur.
Kosovo — Şərqi Avropada bölgə və eyni zamanda yarıtanınmış ölkə. Bir sıra
dövlət, o cümlədən Azərbaycan, Kosovonun müstəqilliyini tanımamışdırlar.
Müstəqilliyə iddia edən alban çoxluğu Kosovo Respublikası adında bir dövlətin
tanınmasına cəhd edir. Serbiya hökuməti isə bölgənin Serbiyanın daxilində
olan Kosovo və Metoxiya muxtar vilayəti sayır. Hal-hazırda 192 ölkədən yalnız
53-ü Kosovonun müstəqilliyini tanıyıb.
Şəxsiyyətlər:
Boris Yeltsin — Rusiya Federasiyasının ilk prezidenti (1991-1999).
Jak Şirak — Fransanın görkəmli siyasi və dövlət xadimi. 1974-1976 və 1977-
1986-cı illərdə Fransanın Baş naziri, 1988-1995-ci
illərdə Paris şəhərinin meri
olub. 1995-2007-ci illərdə Fransa Respublikasının Prezidenti olub.
Bill Klinton — ABŞ-ın 41-ci prezidenti (1993-2001).
Manfred Vörner — NATO- nun 1988-1994-cü illərdə Almaniyadan olan baş
katibi.
Xavyer Solana — NATO- nun 1995-1999-cu illərdə İspaniyadan olan baş
katibi.
Corc Robertson — NATO-nun 1999-2003-cu illərdə Böyük Britaniyadan olan
AZƏRBAYCAN – NATO : TƏRƏFDAŞLIQDAN BAŞLANAN YOL
100
www.aliyevheritage.org
baş katibi.
Yaap de Xoop Sxeff er — NATO- nun 2004-cü
ildən Hollandiyadan olan baş
katibi.
Levon Ter-Petrosyan — Ermənistan Respublikasının 1991-1998-ci illərdə pr-
ezidenti.
Robert Koçaryan — Ermənistan Respublikasının 1998-2008-ci illərdə prezi-
denti.
Vladimir Putin — Rusiya Federasiyasının 2000-2008-ci illərdə prezidenti,
hazırda isə baş naziridir.
AZƏRBAYCAN – NATO : TƏRƏFDAŞLIQDAN BAŞLANAN YOL
101
www.aliyevheritage.org
II. REGİONAL MƏSƏLƏLƏR
Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ATƏM fəaliyyətinin fəallaşması
1. Münaqişənin davam etməsi və bunun nəticəsində baş verən insan faciəsindən
təəssüfl əndiklərini ifadə edərək, iştirakçı dövlətlər ATƏM-in Minsk qrupu ilə
əməkdaşlıqda Rusiya Federasiyasının vasitəçilik səyləri nəticəsində 1994-cü il mayın
12-də razılaşdırılmış atəşkəsi münaqişə tərəfl ərinin təsdiqlədiklərini alqışladılar. On-
lar Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının müvafi q qətnamələrinə sadiq
qaldıqlarını təsdiqlədilər və ATƏM-in münaqişənin sülh yolu ilə nizamlanmasına
yönəlmiş səylərinə Təhlükəsizlik Şurasının göstərdiyi siyasi dəstəyi alqışladılar. Bu
məqsədlə onlar münaqişə tərəfl ərini birbaşa əlaqələr daxil olmaqla məsələnin mətləbinə
dair daha intensiv danışıqlara çağırdılar. Bu mənada onlar ATƏM-in səyləri və köməyini
ikiqat gücləndirəcəklərinə söz verdilər. Onlar ATƏM-in Minsk qrupunun vasitəçilik
səylərini qəti şəkildə bəyəndilər və Rusiya Federasiyasının həlledici yardımını və Minsk
qrupunun digər fərdi üzvlərinin səylərini yüksək qiymətləndirdilər. Onlar bu səyləri
ATƏM çərçivəsində əlaqələndirərək bir araya gətirmək qərarına gəldilər.
2. Bu məqsədlə onlar danışıqlar üçün vahid və razılaşdırılmış baza yaratmaq,
həmçinin bütün vasitəçilik və danışıqlar fəaliyyətinin tam şəkildə əlaqələndirilməsini
təmin etmək məqsədilə, Fəaliyyətdə olan Sədrə, iştirakçı dövlətlərlə məsləhətləşmələr
əsasında və mümkün qədər tez hərəkət etməklə, Minsk qrupunun həmsədrlərini təyin
etməyi tapşırdılar. Həmsədrlər bütün danışıqlar səylərində ATƏM prinsiplərini və
razılaşdırılmış mandatı əsas tutaraq, Minsk qrupunun görüşlərində birlikdə həmsədrlik
və Fəaliyyətdə olan Sədrə birlikdə məruzə edəcəklər. Onlar işlərinin gedişi barəsində
Daimi Şuraya müntəzəm olaraq məlumat verəcəklər.
3. Bu səylər çərçivəsində ilk addım kimi, onlar mövcud atəşkəsin davam etdirilməsinə
kömək etmək məqsədilə Rusiya Federasiyasının və Minsk qrupunun digər fərdi üzvlərinin
dəstəyilə və onlarla əməkdaşlıq şəraitində təcili tədbirlərin görülməsini, və əvvəllər
vasitəçilik fəaliyyəti zamanı əldə olunmuş irəliləyişə əsaslanaraq, həyata keçirilməsi büt-
Avropada Təhlükəsizlik və Əməkdaşlıq Müşavirəsi
Budapeşt Zirvə görüşünün yekun Bəyannaməsi
6 dekabr 1994-cü il
ƏLAVƏ SƏNƏDLƏR
AZƏRBAYCAN – NATO : TƏRƏFDAŞLIQDAN BAŞLANAN YOL