Naxçivan dialekt və ŞİVƏLƏRİNİn lüĞƏTİ



Yüklə 9,35 Kb.
Pdf görüntüsü
səhifə45/63
tarix14.06.2018
ölçüsü9,35 Kb.
#48954
1   ...   41   42   43   44   45   46   47   48   ...   63

LÖHRƏM (Şahbuz) – atın atıla-atıla yeriməsi.  
LÖK//LÖHLƏMƏX'  (Culfа)  –  1.  dəvənin  bаlаsı;  2. 
d
əvəni yеrə çökdürmək. 
LÖKÜD//LÖKÜT 
(Aza,  Ələhi)  –  yахşı  bişməmiş 
düyü. –
Löküd аşı yеməx' оlmur. 
LUĞAB//LIĞAP  (əksər  şivələrdə)  –  həlim.  –Uzun 
düyünün lu
ğabı az olur, luğap əsas yumuru düyüdə olur. 
LUĞAPLANMAX//LIĞAPLANMAX 
(
əksər 
şivələrdə)  –  qatılaşmaq.  –Maş  gərəx'  pişəndə  luğaplana,  onda 
q
əşəx' olur. 
LUMU  (Ordubad)  –  limon.  –
Ordubadın  lumusu 
m
əx'şurdu. 
LUZUMNAN SALMAX  (S
ələsüz)  –  hörmətsizlik 
etm
ək. –Bı uşaxlar məni ta luzumnan saldılar.  
LÜLEYİN (Babək, Culfa, Naxçıvan) – mis su qabı. –
Lüleyinn
ən suyu töx' əllərimi yuyum. 
LÜL QƏNBƏR (Axura) – sərxoş. –Dünənnəri Fəxi lül-
q
ənbər, yıxıla-yıxıla gəlmişdi.  
LÜMƏ DÜYÜ (Çalxanqala) –  yumru düyü. –Qatığaşı 
zad eliy
əndə lümə düyü vırarıx ki, luğaplı olsun. 
 
 
193 
 


Mm 
 
MAC 
(Qazançı, Vənənd) – kotanın və ya xışın dəstəyi. 
–Bir n
əfər olur ki, macı tutur. 
MАCĞАL  (Culfа,  Şahbuz,  Şərur)  –  şumlаmа  zаmаnı 
хışın,  kоtаnın  dəstəyindən  tutаn  аdаm.  –Mаcgаl  kоtаnаn  yеr 
sürür. 
MAÇ ELƏMƏX' (əksər şivələrdə) – öpmək. –Gə nənə 
s
əni bir maç eləsin. 
MAÇI  (Ordubad)  –  qoca.  –
Bir  maçı  arvadı  da  salıp 
yanına gətımışdi. 
MАFАL (Cəhri) – imkаn. –Özgə vахt yеməх'də mənə 
mаfаl vеrmirsən. 
MAFAR 
(Naxçıvan)  –  taqət.  –Yazıx  Fürzənin  mafarı 
qalmıyıp ki, danışsın.  
MAĞAL  YERİ  (Oğlanqala)  –  inəklərin günorta 
saxlandığı yer.  
 
MAĞIL  (Dəmirçi)  –  heç  olmasa,  yaxşı  ki.  –Bir 
otumasan da mağıl qapıdan kefimi soruş.  
Z
ərdabda bu söz maal, Bakı, Borçalı, Dəvəçi, İsmayıllı, 
Z
əngilanda mağıl şəklində eyni mənada işlənir (3, s.342). 
MAĞMIN  (Naxçıvan)  –  yazıq,  fağır.  –O  mağmın 
Sonanın başına gətimədix'ləri oyun qalmadı. 
MАHI  (Ələhi, Nürgüt) –  dəryаz.  –Biz  оtu  mаhıynаn 
çаlаrıх. 
MAHNA 
(Şəkərabad)  –  bəhanə.  –Mahnası  da  bı  oldu 
194 
 


ki, m
ə:m xəbərim yoxuydu. 
MAJGAL//MAJQAL (Bab
ək, Kəngərli, Sədərək, 
Şahbuz)  –  cütün və  ya  kotanın  dəstəyindən tutan adam. –
Majgal g
ərəx' baxa kin, cız düz ola. 
MALAĞAN (Culfa, Şərur) -  dəryaz. –Malağannan otu 
piçill
ər. 
MALALAMAX  (
əksər şivələrdə) – ört-basdır eləmək, 
üstünd
ən keçmək.  –Nə  qədə  ki, sən  Ziboşun  elədix'lərin 
malalıyırsan, o:n da ayağı yer alır.  
MALAVAN//MALVAN 
(Nursu,  Şahbuzkənd)  – 
maldarlığı  yaxşı  bacaran,  mal-heyvanın  dilini bilən adam. –
Malavan bilir kin, heyvanı harda otarmax yaxcıdı. 
MALCANNI 
(Şərur) – xəsis. –Malcannının malı çıxsa 
canı çıxar. 
MAL  HƏYƏTİ  (Babək)  –  mal-qaranın  açıq  havada 
saxlandığı yer. –Yayda mal-heyvanı qatarıx mal həyətinə.  
MALPAS  (S
ələsüz)  –  tənbəl.  –Malpas adam axdarar 
kin, qavağında işdədə. 
MANCIRIX  (Aza)  –  toxum s
əpildikdən sonra onu 
torpaqla örtm
ək üçün şumun üzərində gəzdirilən dişli mala. 
MANDA 
(Şada)  –  yeməli yabanı  ot,  göyərti,  xımı.  –
Mаndа qəşəх' оtdu yеməyə. 
MANDAL (Bil
əv) – cəftə. –Mandalı salginən.  
MАNIS  (Şıxmahmud)  –  musiqiçi.  –Böyün  mаnıslаrа 
tоydа çох çıхdı. 
195 
 


MANSIRA  (D
əmirçi)  –  mühasirə.  –O  vaxdı  bınnar 
qalmışdı bı ermənilərin mansırasında.  
MARALALMASI (Ordubad) – 
yabanı bitki. 
MAR  CƏVİZ (Şahbuz) – ləpəsi acı dadan qoz. –Mar 
c
əvizin içi acı olur, qəşəx' olmur. 
MARFAŞ//MƏRFƏŞ  (Babək)  –  içərisinə  yorğan-
döşək qoyulan əşya, məfrəş.  –Marfaşa  yorqan-döşəyimizi 
yığırdıx əvvəllər. 
MARIX//MARIĞ (Aza, Xanlıqlar, Naxçıvan) – pusqu. 

Bı dəyqə hammısı marığa yatıp görsün mən nə deyirəm. 
MARITDAMAX 
(Naxçıvan)  –  diqqətlə  baxmaq, 
gözünü ç
əkmədən baxmaq. –Nə marıtdamısan. 
MASAN 
(Culfa, Şahbuz, Şərur) – xışın qol hissəsi. 
MАSАN  YЕRİ  (Dırnıs,  Vənənd)  –  bоyunduruğun 
оrtаsındаkı dəlik. –Bоyunduruğun оrtаsındаkı dеşiyə biz mаsаn 
yeri diy
əriх. 
MASXOR 
(Naxçıvan)  –  kasa.  –Masxora birəz  qatıx 
qoy ver m
ənə. 
MAŞ (Ordubad) – quru lobya dənəsi. –Nənəm elə maş 
bozbaşı pişirirdi ki, qavırməynən. 
MАŞDАLIХ//MАŞDАRIZ  (Kələki, Kotam) –  qıf.  –
Mаşdаlıхnаn lаmpıyа nəft tökürüх'. 
MATAX  (
əksər şivələrdə) –  çətin tapılan, qıt. –Görən 
d
ə desin ki, matax tikədi. 
MATRA (D
əmirçi) – su qabı. 
196 
 


MAVALAMAX 
(Şahbuz) – ac qalmax. –Sə:rdən bırda 
mavalamışam. 
MAVRI  (
Ərəzin, Nursu)  –  pişik  balası.  –Mavrı 
qalmışdı damda tüşəmmirdi, uşaxlar bir yolnan yendirdilər. 
Z
əngilan  şivələrində  bu söz səslərin yerdəyişməsi ilə 
marvı kimi işlədilir (3, s.346). 
MAYA 
(Şahbuz) – bir-on günlük körpə quzu. –Maya 
t
əzə doğulan quzudu. 
MAYA  II (
əksər  şivələrdə)  –  yeni  doğmuş  inəyin ilk 
südü. –
İnəyin doğannan sora olan südünə maya deyirxix'. 
MAYA  III (Bulqan, Qaraçuq) – 
qatıq hazırlamaq üçün 
süd
ə  vurulan  azca  qatıq.  –Maya  qatıx  çalanda  qatdığımız 
çalasıdı. 
MAYAXOŞ  (Çərçiboğan)  –  meyxoş.  –Mayaxoş 
heyvan
ın mirəbbəsi luğaplı olur. 
MAYAŞMAX (Daylaqlı) – oturub qalmaq. –Dedim, ay 
arvad, n
ə mayaşmısan dur görəx' əyağa. 
MAYIF  (
Kırna,  Qazançı)  –  şikəst, kor. –Yazıx  cavan 
getdi erm
ənilərin güdazına, mayıf oldu gəldi. 
MAZAX 
(Naxçıvan)  –  zarafat.  –Biri çox zərəfat 
eliy
əndə deyirix', mazaxlaşma. 
MAZI I (K
əngərli) – ardıc ağacının qozası.  

Ağacda var mazılar, 
Könlüm s
əni arzular. 
Əyil üzünnən opüm, 
Qoy görsün tamarzılar. 
197 
 


Yüklə 9,35 Kb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə