5
XX əsrin əvvəllərində Naxçıvan şəhərində 4
karvansara, 12 buzxana, 1 zorxana, 5 məktəb (mədrəsə),
2 xəstəxana (azarxana), gömrük, poçt-teleqraf və jandarma məntəqələri olmuşdur. Bundan başqa şəhərdə
Cümə və məhəllə məscidləri, 17 su dəyirmanı, 5 hamam, müxtəlif iaşə sahələri də fəaliyyət göstərmişdir.
Naxçıvan şəhər əhalisini içməli və təsərrüfat suyu ilə təchiz edən çeşmələr (kəhrizlər) qazılmışdır ki,
onlara vəsait qoyan xeyriyyəçilərin adları ilə deyilmişdir. Həmin çeşmələr Cəfərqulu xan, Qızxanım,
Mirzə Bədəl, Kor kişi, Qələndər,
Kərbəlayi Musa, Sarvanlar (Miriş ağa), Çuxur, Məşhədi Tahir, Ağam
Əli (Xan). Şahbaz ağa, Cığatay və başqaları olmuşdur.
1917-ci ilin axırlarınadək Naxçıvan ölkəsində cəmi 170 min 142 ailə yaşamışlar ki, onlardan 122
min 208 nəfəri Naxçıvan qəzasında, 40 min nəfəri Şərur qəzasında və 8 min 934 nəfəri isə Naxçıvan
şəhərində olmuşdur. (Statistik məlumat “Naxçıvan Ensiklopediyası”na əsaslanmışdır.)
1918-ci ildə Naxçıvanda Araz-Türk Respublikası yaradılmış, iki ildən sonra isə Bakı bolşevikləri
tərəfindən süquta çatdırılmışdır.
1920-ci ilin 28 aprel tarixində Bakı bolşeviklərinin köməkliyi ilə Mahaçqaladan Rusiyanın 11-ci
zirehli qatarı silahlı əsgərləri ilə gələrək Bakıda Şura hökümətini elan etmişdir. Həmin il Rus süvari
əsgərləri Azərbaycanın bölgələrinə o cümlədən də Qarabağ və Naxçıvanı keçərək işğal edirlər.
1920-23-cü illərdə Naxçıvanda Sovet Sosialist Respublikasını elan etdilər.
1924-cü ilin 27 fevralından 1927-ci ilin 9 fevral tarixinədək Naxçıvan Muxtar Diyarı, Azərbaycan
SSR-in tərkibində Muxtariyyət hüququnu almışdır.
Naxçıvan Diyar Sovetlər Qurultayın qərarı ilə Naxçıvan Mərkəzi İcraiyyə Komitəsi (MİK), Xalq
Komissarları Soveti (XKS) və bütün komissarlıqlar buraxılaraq, Diyarı idarə etmək üçün 17 üzv və 7
namizəddən ibarət Naxçıvan Diyar İcraiyyə Komitəsi yaradılmışdır.Həmin vaxt Diyardakı Naxçıvan,
Şərur və Ordubad qəzaları ləğv olaraq, Naxçıvan Muxtar Diyarının əraziləri Tumbul, Cəhri, Əbrəqunis,
Şahtaxtı, Noraşen və Ordubad dairələrinə bölünmüşdür.
Diyarın Ali hakimiyyət orqanı NDİK tərəfindən ildə bir dəfə çağrılan Naxçıvan Diyar Sovetlər
Qurultayı (NDSQ) olmuşdur.
Bundan sonra Naxçıvan SSR ləğv edilərək Xalq Komissarları əvəzinə Naxçıvan Diyar İnqilab
Komitəsinin (NDİK) ayrıca torpaq,
daxili işlər, səhiyyə, maarif, sosial təminat, ticarət və sairə şöbələri
yaradılmışdır.
1923-cü ilin 31 dekabr tarixində Azərbaycan MİK, Naxçıvan Muxtar Diyarını Azərbaycan SSR
tərkibində Naxçıvan Muxtar Sovet Sosialist Respublikasına çevrilməsinə qərar qəbul etmişdir. Həmin
qərar Cənubi Qafqaz Mərkəzi İnqilab Komitəsinin (MİK) 1924-cü il yanvar tarixli Birinci Plenumunda
təsdiq olunmuşdur. Beləliklə plenumda Azərbaycan SSR MİK-in 1924-cü il 9 fevral tarixli dekreti ilə
Naxçıvan Muxtar Diyarı ləğv olmuş və yerində Naxçıvan MSSR olmuşdur.(Ətraflı ədəbiyyata bax,
Mədətov Q.Ə. “Naxçıvanda Sovet hakimiyyətinin qələbəsi və Nax.MSSR-in təşkili”.Bakı-1958)
1924-cü ilin 9 fevral tarixindən 1990-cı ilin 20 yanvar tarixədək Naxçıvan MSSR,
hüquqi dövlət
kimi Azərbaycanın tərkibində qalmışdır.
Naxçıvan Vilayət(bolşeviklər) Komitəsinin birinci katibi Mirzalıbəy Bəktaşi olmuşdur.
1990-cı ilin 20 yanvar tarixində keçmiş Qars müqaviləsinin şərtlərinə görə Naxçıvan Muxtar
Respublikası inzibati ərazilərinə Ermənistanın silahlı dəstələrinin təcavüzü ilə əhalinin yurd yerlərindən
qaçqın düşməsi nəticəsində, Naxçıvan MSSR Ali Soveti tərəfinin qərarı qəbul olunmuşdur.
Qərarda Naxçıvan Muxtar Respublika torpaq əraziləri Ermənistan silahlı dəstələri tərəfindən
basqınlara məruz qalmış və SSRİ Ali Soveti tərəfindən köməklik edilmədiyi üçün SSRİ hökuməti
tərkibindən çıxması göstərilmişdir.
1991-ci ildən Naxçıvan Muxtar Respublikası Azərbaycan Respublikası tərkibində qalmaqla ayrıca
hüquqi dövlət olmuşdur.
Naxçıvan MR-ın inzibati torpaq əraziləri şimaldan Ermənistanla (246 km), qərbdən Türkiyə ilə (11
km), cənubdan isə İranla (204 km) Araz çayı boyunca həmsərhəddir.
Ermənistanla sərhəd zolağı Zəngəzur və Dərələyəz
dağ silsiləsi ilə, Türkiyə və İranla isə Araz
çayıdır. Naxçıvan MR-ın ərazisi 158 km uzununa və 75 km məsafədə isə eninə romb həndəsi fiquru
oxşarındadır. Sahəsi 5,5 min kvadrat kilometr, əhalisi isə 376 min 360 nəfərdir. (2006-cı ilin st.məl.)
Muxtar Respublikanın paytaxtı, qədim Şərqin Qapısı Naxçıvan şəhəridir.
Naxçıvan şəhəri dünya okeanı səviyyəsindən 750 metr yüksəkdə yerləşir.
Naxçıvan MR-in ən hündür ərazisi Qapı Cudi dağı (Qapıcıq, 3917 m.)ən alçaq yeri isə Araz çayı
sahillərində 600 metr yüksəkdədir.
Muxtar Respublikanın şimalda ən ucqar yeri Saraybulaq silsiləsinin Şərur rayonu ərazisindəki
Kömürlü (2064 m.) dağı, ən cənub yeri isə Arazın sol sahilindəki Zərəni dəmir yolu stansiyasıdır.
6
1920-ci ildə Rusiya hökumətinin qərarı ilə (Kiçik Qafqazda Ermənistan
dövlətini yaratmaq
məqsədilə) qanunsuz olaraq Naxçıvandakı Zəngəzur dağları boyunca 44 km enində (Araz çayınadək)
torpaqlarımız Ermənistan SSR-ə pay verilmişdir. Bunun nəticəsində Naxçıvan Muxtar Diyarı
Azərbaycandan ayrı düşmüşdür.
1930-cu ildə Naxçıvan MR-in tərkibində Şahbuz, Şərur, Naxçıvan, Culfa, Əbrəqunis və Ordubad
inzibati rayonları olmuşdur.
1932-ci ildə Azərbaycan ərazilərində təbii və tarixi mədəniyyətimizi öyrənmək məqsədi ilə
“Azərbaycanı öyrənək” jurnalı nəşr olunmuş və Naxçıvanda “Tətqiq və Tətəbbö Cəmiyyəti” fəaliyyət
göstərmişdir.
1948-ci ildə Əbrəqunis rayonu ləğv edilərək həmin torpaq əraziləri Culfa rayonu ilə birləşdirilmişdir.
1978-ci ildə Naxçıvan rayonu Babək adı ilə əvəz olunmuşdur.
1990-cı ildə Sədərək rayonu yaradılmışdır.
2004-cü ilin 19 mart tarixində isə Muxtar Respublikada sonuncu Kəngərli rayonu yaradılmışdır.
Haliyyədə Muxtar Respublika tərkibindəki inzibati rayonlar Ordubad (mərkəzi Ordubad şəhəri),
Culfa (mərkəzi Culfa şəhəri), Babək (mərkəzi Babək qəsəbəsi), Şahbuz (mərkəzi Şahbuz qəsəbəsi),
Kəngərli (mərkəzi Qıvraq qəsəbəsi), Şərur (mərkəzi Şərur şəhəri) və Sədərək (mərkəzi Heydərabad
qəsəbəsi)-dir.
Naxçıvanda insanlar hələ Eramızdan əvvəl II-I minilliklərdə Duz dağındakı daş duzdan
istifadə
etmişlər. Belə ki, Eramızın III-XI əsrlərinədək insanlar Duz dağındakı yeraltı təbii mağaradakı hava ilə
təmasda olduqlarından bronxit, göy öskürək və s. xəstəliklər olmamışdır.
1880-cı illərdən 1920-ci ilədək Şərurun “Gümüşlü” mədənindən filiz çıxarılmışdır.
Qədim insanlar Naxçıvandakı mədən suları ilə bir sıra xəstəliklərin müalicəsində istifadə etmişlər.
Belə ki, Vayxır soyuq və Darıdağ mərgümüşlü termal mineral sularından qoturluq dəri
xəstəliklərinin sağalmasından istifadə etmişlər.
1933-cü ildə Naxçıvan Diyar Xalq Səhiyyə Komissarı Nadir Məmmədlinin(1897-1937) təşəbbüsü ilə
Azərbaycan Xalq Səhiyyə Komissarlığının xüsusi qərarı ilə ilk dəfə Naxçıvandakı mədən sularını elmi
şəkildə öyrənmək məqsədi ilə Bakıdan mütəxəssis ekspedisiyası göndərilmişdir.
Alimlərin axtarışı ilə Muxtar Respublikasında ilk dəfə 3 rayonda 48 mineral su bulaqlarını tapıb
kimyəvi tərkibini öyrənmişlər.
Alimlər Darı dağ, Nəhəcir, Badamlı, Sirab, Dərəşam, Qızılvəng, Gömür, Vayxır və sairə ərazilərdəki
mədən sularının insanların sağlamlığına təsiri metodlarını tapmışlar.
Naxçıvan Muxtar Respublikasında təbii ehtiyatları (sərvətləri) qoruyub gələcək nəsillərə çatdırmaq
üçün ümümxalq tədbirləri genişləndirilmişdir.
Yetmiş-səksəninci illərdə Naxçıvan şəhərində Azərbaycan MEA-nın Elm Mərkəzinin şöbəsi
fəaliyyət göstərmişdir.
1949-cu ildən sonra Amerikada BMT yanında yaradılmış Beynəlxalq Təbiəti Mühafizə İttifaqına
Azərbaycan da qoşulmuşdur. 1956-cı ildə Azərbaycan EA nəzdində Təbiəti Mühafizə Komissiyası
yaradılmışdır. 1957-ci ildə Bakıda Zaqafqaziya təbiəti mühafizəsi üzrə birinci müşavirəsi keçirilmişdir.
1960-cı ildə Azərbaycan SSR Nazirlər Soveti yanında
Təbiəti
Mühafizə İdarəsi, 1963-cü ildə isə su mənbələrinin mühafizəsi Komitəsi ilə Təbiəti Mühafizə
Cəmiyyəti fəaliyyət göstərmişdir.
1984-ci ildən Naxçıvan Muxtar Respublikasında Dövlət Geologiya və Mineral Ehtiyatlar Komitəsi
yaradılmışdır. Komitə 1999-cu ilin yanvarından Naxçıvan MR Ekologiya və Təbii Sərvətlər Nazirliyi
adlanaraq rayonlarda isə şöbələri yaradılmışdır.
Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsindəki “Təbii Ehtiyatlar İnstitutu” ilə
“Bioresurslar İnstitutu”da fəaliyyət göstərir. İnstitutun Babək rayonundakı Şıxmahmud kəndi
yaxınlığında “Nəbatət bağı” və “Yaşıl əczaxanası” da vardır.
Naxçıvan Muxtar Respublikasındakı təbii sərvətləri qorumaq üçün “Cənub su hövzələri
müfəttişliyi”, “Ovçular cəmiyyəti” və “Təbiəti mühafizə cəmiyyəti” fəaliyyət göstərmişdir.
Məktəbli
gənclərə təbiətin qorunması məqsədi ilə Maarif Nazirliyinin “Gənc təbiətçilər Stansiyası” yaradılmışdır.
(Sonradan “Uşaq Ekaloji Tərbiyə Mərkəzi” adlanmışdır).
Muxtar Respublika Ali Məclisi sədrinin təşəbbüsü ilə hər il yaz və payız aylarında ümumxalq
iməclikləri keçirilərək yaşıllaşdırma işləri aparılır.
1969-cu ildə Muxtar Respublikadakı fauna və floranı qoruyub saxlamaq üçün Ordubad Dövlət
Qoruğu və 2004-cü ilin 9 oktyabr tarixində isə Akademik Həsən Əliyev adına Milli Yaşıllıq Parkı
yaradılmışdır.