49
Günəbaxan toxumlarından əla növ bitki yağı hazırlanır ki, yeyinti sənayesində ondan
geniş istifadə
olunur. Bitkinin yerüstü gövdəsi 2-4 metrə çataraq, torpaqda 1,5 metr dərinlikdə saçaqlı kök sistemi olur.
Kənd təsərrüfatında günəbaxan toxumlarından qiymətli yem qarışığı olan-jmıx hazırlanılır. Bitkinin
gövdəsinin (yandırıldıqda) külündə 35 % kalium maddəsi olduğundan (potaş emalında) ondan şüşə
istehsalı ilə boyaq işlərində istifadə edirlər.
Naxçıvan MR-da günəbaxan bitkisi əsasən Şərur və Kəngərli rayonlarındakı təsərrüfatlarda əkilib
becərilir.
Xalq təbabətində döyülmüş günəbaxan tumlarını qoz və badam ləpəsi ilə birlikdə yeyilməsi,
arıqlamağın qarşısını alır.
8)
Kələm- (Brassica oleracea)- Xaççiçəklilər fəsiləsindən olan tərəvəz bitkisinin vətəni Misir və
Yunanıstan ölkələri olmuşdur.
Naxçıvan
MR-da kələm bitkisi Ordubad, Şahbuz və Babək rayonlarında becərilir. Təsərrüfatlarda
kələm bitkisinin “baş” və “daş” növləri geniş yayılmışdır.
Kələm həzm prosesində əsas yerdən birini tutur ki, bitkinin tərkibində çoxlu miqdarda C vitamini
vardır. Maraqlıdır ki, duza qoyulmuş kələmdə C vitamini özünü qoruyub saxlayır.
Kələmin əsas növləri Baş kələm, Daş (Kolrabi) kələmi, Qırmızı (rəngli) kələm, Gül (Belçika)
kələmi, Yer (İngilis) kələmi və.s-dir.
Bitkinin tərkibində 1,27-3,78 % azotlu birləşmələr, 0,16-0,67 % yağ, 5,25-8,56 %
karbohidratlar, A,
B
1
, B
2
, C, D, K və başqa vitaminlərlə zəngindir.
Muxtar Respublikanın Babək rayonunda tez yetişən “Faraş” kələm növü becərilir. Kələm bitkisi
toxumları ilə əkilərək şitil ilə çoxaldılır.
Xalq təbabətində kələm yarpaqlarının təpitməsindən oynaq xəstəliklərinin müalicəsində istifadə
edirlər.
9)
Pomidor- (Lycopersicon esculentum)- Badımcançiçəklilər fəsiləsindən olan tərəvəz bitkisinin
vətəni Çili ilə Perudur. Yabanı halda Sakit okeandakı Qalapoqos adalarında da qalmaqdadır.
Pomidorun “Mayak”, “Sevimli” və “Şəfəq” növü Naxçıvan MR-da becərilərək meyvəsinin çəkisi
600-800 qramdır. Pomidorun tərkibində 2-6 % şəkər, 0,2-1 % limon və alma turşusu ilə A, C, B
1
, B
2
, PP
vitaminləri, karotin və s. vardır.
Pomidor bitkisi əkilən yerlərdə suvarmaya ciddi ehtiyac vardır. Meyvələri 80-140
günə yetişib
qızardıqdan sonra sübh vaxtı ehtiyatla yığılaraq taxta yeşiklərə qoyulub və saxlanma müddəti 2 həftədən
çox olmamalıdır. Pomidoru təzə halda, şirəsinin çıxarmaqla, duza qoymaqla, püre və digər xörəklərə
qatılmaqla yemək olur. Pomidor yeyilərkən qatıq məhsulları ilə qovun (yemiş) yeyilməsi zəhərlənmə ilə
nəticələnir. Bitkinin toxumları əkilərək, şitilləri ilə çoxaldılır.
Milli yeməklərin hazırlanmasında pomidor pastası ilə qurudulmuş lətli hissəsindən (qax) geniş
istifadə olunur. 1965-ci ildə Maqadandakı “Sayılcan” sovxozundakı isti şitillikdə 930 qr ağırlığında
pomidor yetişdirilmişdir.
10)
Yerkökü- (Daucus sativus)- Çətirçiçəklilər fəsiləsindən olan tərəvəz bitkisinin vətəni Aralıq
dənizi sahilləridir.
Mədəni yerkökünün torpaqdakı kök hissəsinin uzunluğu 25-30 sm, çəkisi isə 30-200 qr olur.
Yerkökünün tərkibində 88,8 % su, 1,1 %
azotlu maddə, 9,2 % karbohidrat, B
1
, B
2
, PP vitaminləri və 25
mq %-dək A provitamini (karotin) olur.
Naxçıvan MR-da əsasən dağətəyi qaratorpaq zonalarda (Şahbuz, Ordubad) əkilib becərilir.
Yerkökü toxumları ilə çoxaldılır, çiy və bişmiş şəkildə, o cümlədən də duza qoyulmuş formada
yeyilir. Hektardan 300-400 sentner məhsul yığmaq mümkündür.
Xalq təbabətində kök şirəsini ürək döyüntüsü və mədə xəstəliklərinin müalicəsində içirlər.
11)
Soğan- (Allium cepa)- Zanbaqkimilər fəsiləsindən olan tərəvəz bitkisinin vətəni Misir və Orta
Asiyadır.
Soğandan gündəlik məişətimizdəki mətbəx xörəklərində istifadə edirlər. Onun həm yaşıl
yarpaqlərından və həm də kökündən (soğanağından) istifadə olunur.
Soğanın tərkibində 2-14 % şəkər, 2-25 % azotlu maddələr, 0,65 %
mineral duzlar ilə A, B, B
2
və C
vitaminləri vardır.
50
Soğandakı acılıq tərkibindəki 0,03-0,05 % uçucu efirli kükürd yağının-fitonsidin olması nəticəsindən
irəli gəlir.
Soğandan tibb sahəsində mikroblara qarşı dezinfeksiya edici bitki kimi də istifadə olunur.
İnsan ağzındakı mikropları məhv etmək üçün təxminən beş dəqiqə müddətində baş soğanı çeynəyib
atmalıdır.
Naxçıvan MR-da əsasən Kəngərli (Qıvraq, Qabıllı kəndləri) və Culfa (Yaycı kəndi) rayonlarında
qırmızı rəngli “daş soğan” növü əkilib becərilir.
Soğan bitkisi toxumları ilə çoxaldılır.
Xalq təbabətində soğan suyundan daxili xəstəliklərin müalicəsində istifadə olunur. Qırmızı soğan
qabığından boyaq işlərində istifadə edirlər.
12)
Sarımsaq– (Allium sativum)- Zanbaqkimilər fəsiləsindən olan tərəvəz bitkisinin vətəni Misir və
Orta Asiyadır.
Qədim Misirdə altı min il bundan əvvəl insanlar tərəfindən sarımsaq dərman bitkisi kimi əkilib
becərilirdi.
Sarımsaqda C, B, D vitaminləri, antibiotiklərdən bakteriosidlə protitosid daha çoxdur. Sarımsaqda
64-60 % su, 6,76 % zülal, 0,6 % yağ, 26,31 % şəkər, 0,77 % selliloz, 1,44 % isə kül maddəsi
vardır.Bundan başqa bitkinin tərkibində 40-15 % quru maddə vardır. Tərkibindəki 23,41 %
olan inulin
maddəsi, mədə şirəsinin təsirindən parçalanaraq şəkərlə furuktozaya çevrilir.
Sarımsağın soğanağında 10-19,3 %, yarpağında isə 126,8-28 mq (hər 1 kq- da) C vitamini vardır.
Sarımsağı müxtəlif yeməklərin içərisində, duza qoymaq və kolbasa ilə birlikdə yeyilməsi
məsləhətdir. Xəstəliklərə qarşı əvəz olunmaz təbii tərəvəz bitkisi ateroskleroz (yaddaşı itirmə), nəfəs
yollarının iltihabı, astma, vərəm, sinqa, həzmin pozulması və sairə zamanı soğanağı və ya təzə
yarpaqlarını yeməklə sağalmaya təminat yaradır.
Antik təbabətin həkimlərindən Hippokrat(e.ə.460-377) vəOrta əsr həkimlərindən Mişel
Nostradamus(1503-1566) cərrahiyyə işlərində sarımsaqdan istifadə etmişlər.
Sarımsağın tərkibindəki efir yağı davamlı olaraq antiseptikdir. Sarımsaq mikroblara qarşı öldürücü
təsirini 280 saat (12 gün) saxlayır.
Naxçıvan MR-da sarımsaq bitkisini yalnız Babək rayonundakı Şıxmahmud kəndində əkib becərirlər.
Toxum və soğanağındakı dilimlərlə çoxaldılır.
Xalq təbabətində sarımsaq cövhəri qatılmış araqla (500 qr arağa 5 ədəd sarımsağı doğrayıb qatmaqla
gündə 3 dəfə) içilərək böyrək və sidik kisəsindəki daş əridilir. Hər gün sarımsaq yeməklə baş gicəllənmə
və yuxusuzluğu aradan götürmək mümkündür.
13)
Şüyüd- (Anethum graviolens)
- Çətirçiçəklilər fəsiləsində olan birillik ədviyyat
bitkisinin vətəni
Aralıq dənizi sahili ölkələri olmuş sonradan Afrika, Amerika və Asiya ölkələrinə də yayılmışdır.
Şüyüd bitkisi açıq yaşıl rəngli 28-38 sm hündürlüyündəki gövdəsində nazik zərif ətirli yarpaqları
olur. Bitkinin tərkibində zülal və azotlu maddələr, şəkər, sellüloz, mikroelementlər və 2,5-4 % efir yağı
vardır.
Şüyüd ekstraktından (cövhərindən) çağa uşaqlara içirdilərək, tənəffüs yollarının iltihabında
sancılanmalara qarşı müalicə kimi istifadə edirlər.
Xalq təbabətində şüyüd toxumu ilə yarpaqları körpə uşaqlarda yuxusuzluğa qarşı və həzm
orqanlarının müalicəsində tətbiq olunur.
Naxçıvan MR-da Babək rayonu ərazilərindəki təsərrüfatlarda şüyüd, digər ədviyyat
bitkiləri kimi
becərilir. Bitki toxumları ilə əkilib çoxaldılır.
14)
Reyhan- (Ocimum basoilicum)
- Dodaqçiçəklilər fəsiləsindən olan birillik ədviyyat bitkisinin
vətəni Seylon (Sərəndib) adası ilə Hindistandır.
Hazırda dünyanın əksər ölkələrində toxumları vasitəsilə reyhan bitkisi əkilib becərilir. Bitkinin
hündürlüyü 30-50 sm olaraq yarpaqları yaşıl- mürəkkəb rəngli, xoş ətirli olur. Bitkidən müxtəlif ət
xörəklərində ədviyyə kimi istifadə olunaraq süfrəyə salat kimi də gətirilir.
Reyhan bitkisinin qurusu da xörəklərdə istifadə olunur. Xalq təbabətində əsəb sisteminin
tənzimlənməsində müalicə məqsədilə istifadə edirlər. Bitkidən daxili xəstəliklərin müalicəsində də
istifadə olunur. Ağızdakı mədə iyini aradan götürmək üçün beş dəqiqə ərzində reyhan yarpaqlarını
(zoğlarını) çeynəmək lazımdır.
Bitkinin yarpaq və zoğunda 0,02-0,08 % efir yağı, vitaminlər və aşılayıcı qatranlı maddələr də vardır.