Naxçıvan Muxtar Respublikası



Yüklə 0,98 Mb.
Pdf görüntüsü
səhifə21/37
tarix01.02.2018
ölçüsü0,98 Mb.
#23033
1   ...   17   18   19   20   21   22   23   24   ...   37

 
49
Günəbaxan toxumlarından əla növ bitki yağı hazırlanır ki, yeyinti sənayesində ondan geniş istifadə 
olunur. Bitkinin yerüstü gövdəsi 2-4 metrə çataraq, torpaqda 1,5 metr dərinlikdə saçaqlı kök sistemi olur. 
Kənd təsərrüfatında günəbaxan toxumlarından qiymətli yem qarışığı olan-jmıx hazırlanılır. Bitkinin 
gövdəsinin (yandırıldıqda) külündə 35 % kalium maddəsi olduğundan (potaş emalında) ondan şüşə 
istehsalı ilə boyaq işlərində istifadə edirlər. 
Naxçıvan MR-da günəbaxan bitkisi əsasən  Şərur və  Kəngərli rayonlarındakı  təsərrüfatlarda  əkilib 
becərilir. 
Xalq təbabətində döyülmüş günəbaxan tumlarını qoz və badam ləpəsi ilə birlikdə yeyilməsi, 
arıqlamağın qarşısını alır. 
 
8)  Kələm- (Brassica oleracea)- Xaççiçəklilər fəsiləsindən olan tərəvəz bitkisinin vətəni Misir və 
Yunanıstan ölkələri olmuşdur. 
Naxçıvan MR-da kələm bitkisi Ordubad, Şahbuz və Babək rayonlarında becərilir. Təsərrüfatlarda 
kələm bitkisinin “baş” və “daş” növləri geniş yayılmışdır. 
Kələm həzm prosesində  əsas yerdən birini tutur ki, bitkinin tərkibində çoxlu miqdarda C vitamini 
vardır. Maraqlıdır ki, duza qoyulmuş kələmdə C vitamini özünü qoruyub saxlayır. 
Kələmin  əsas növləri Baş  kələm, Daş (Kolrabi) kələmi, Qırmızı (rəngli) kələm, Gül (Belçika) 
kələmi, Yer (İngilis) kələmi və.s-dir. 
Bitkinin tərkibində 1,27-3,78 % azotlu birləşmələr, 0,16-0,67 % yağ, 5,25-8,56 % karbohidratlar, A, 
B
1
, B
2
, C, D, K və başqa vitaminlərlə zəngindir. 
Muxtar Respublikanın Babək rayonunda tez yetişən “Faraş” kələm növü becərilir. Kələm bitkisi 
toxumları ilə əkilərək şitil ilə çoxaldılır. 
Xalq təbabətində  kələm yarpaqlarının təpitməsindən oynaq xəstəliklərinin müalicəsində istifadə 
edirlər. 
 
9)  Pomidor- (Lycopersicon esculentum)- Badımcançiçəklilər fəsiləsindən olan tərəvəz bitkisinin 
vətəni Çili ilə Perudur. Yabanı halda Sakit okeandakı Qalapoqos adalarında da qalmaqdadır. 
Pomidorun “Mayak”, “Sevimli” və  “Şəfəq” növü Naxçıvan MR-da becərilərək meyvəsinin çəkisi 
600-800 qramdır. Pomidorun tərkibində 2-6 % şəkər, 0,2-1 % limon və alma turşusu ilə A, C, B
1
, B
2
, PP 
vitaminləri, karotin və s. vardır. 
Pomidor bitkisi əkilən yerlərdə suvarmaya ciddi ehtiyac vardır. Meyvələri 80-140 günə yetişib 
qızardıqdan sonra sübh vaxtı ehtiyatla yığılaraq taxta yeşiklərə qoyulub və saxlanma müddəti 2 həftədən 
çox olmamalıdır. Pomidoru təzə halda, şirəsinin çıxarmaqla, duza qoymaqla, püre və digər xörəklərə 
qatılmaqla yemək olur. Pomidor yeyilərkən qatıq məhsulları ilə qovun (yemiş) yeyilməsi zəhərlənmə ilə 
nəticələnir. Bitkinin toxumları əkilərək, şitilləri ilə çoxaldılır. 
Milli yeməklərin hazırlanmasında pomidor pastası ilə qurudulmuş  lətli hissəsindən (qax) geniş 
istifadə olunur. 1965-ci ildə Maqadandakı “Sayılcan” sovxozundakı isti şitillikdə 930 qr ağırlığında 
pomidor yetişdirilmişdir. 
 
10)  Yerkökü- (Daucus sativus)- Çətirçiçəklilər fəsiləsindən olan tərəvəz bitkisinin vətəni Aralıq 
dənizi sahilləridir. 
Mədəni yerkökünün torpaqdakı kök hissəsinin uzunluğu 25-30 sm, çəkisi isə 30-200 qr olur. 
Yerkökünün tərkibində 88,8 % su, 1,1 % azotlu maddə, 9,2 % karbohidrat, B
1
, B
2
, PP vitaminləri və 25 
mq %-dək A provitamini (karotin) olur. 
Naxçıvan MR-da əsasən dağətəyi qaratorpaq zonalarda (Şahbuz, Ordubad) əkilib becərilir. 
Yerkökü toxumları ilə çoxaldılır, çiy və bişmiş  şəkildə, o cümlədən də duza qoyulmuş formada 
yeyilir. Hektardan 300-400 sentner məhsul yığmaq mümkündür. 
Xalq təbabətində kök şirəsini ürək döyüntüsü və mədə xəstəliklərinin müalicəsində içirlər. 
 
11) Soğan- (Allium cepa)- Zanbaqkimilər fəsiləsindən olan tərəvəz bitkisinin vətəni Misir və Orta 
Asiyadır. 
Soğandan gündəlik məişətimizdəki mətbəx xörəklərində istifadə edirlər. Onun həm yaşıl 
yarpaqlərından və həm də kökündən (soğanağından) istifadə olunur. 
Soğanın tərkibində 2-14 % şəkər, 2-25 % azotlu maddələr, 0,65 % mineral duzlar ilə A, B, B
2
 və C 
vitaminləri vardır. 


 
50
Soğandakı acılıq tərkibindəki 0,03-0,05 % uçucu efirli kükürd yağının-fitonsidin olması nəticəsindən 
irəli gəlir. 
Soğandan tibb sahəsində mikroblara qarşı dezinfeksiya edici bitki kimi də istifadə olunur. 
İnsan ağzındakı mikropları məhv etmək üçün təxminən beş dəqiqə müddətində baş soğanı çeynəyib 
atmalıdır. 
Naxçıvan MR-da əsasən Kəngərli (Qıvraq, Qabıllı  kəndləri) və Culfa (Yaycı  kəndi) rayonlarında 
qırmızı rəngli “daş soğan” növü əkilib becərilir. 
Soğan bitkisi toxumları ilə çoxaldılır. 
Xalq təbabətində soğan suyundan daxili xəstəliklərin müalicəsində istifadə olunur. Qırmızı soğan 
qabığından boyaq işlərində istifadə edirlər. 
 
12) Sarımsaq– (Allium sativum)- Zanbaqkimilər fəsiləsindən olan tərəvəz bitkisinin vətəni Misir və 
Orta Asiyadır. 
Qədim Misirdə altı min il bundan əvvəl insanlar tərəfindən sarımsaq dərman bitkisi kimi əkilib 
becərilirdi. 
Sarımsaqda C, B, D vitaminləri, antibiotiklərdən bakteriosidlə protitosid daha çoxdur. Sarımsaqda 
64-60 % su, 6,76 % zülal, 0,6 % yağ, 26,31 % şəkər, 0,77 % selliloz, 1,44 % isə kül maddəsi 
vardır.Bundan başqa bitkinin tərkibində 40-15 % quru maddə vardır. Tərkibindəki 23,41 % olan inulin 
maddəsi, mədə şirəsinin təsirindən parçalanaraq şəkərlə furuktozaya çevrilir. 
Sarımsağın soğanağında 10-19,3 %, yarpağında isə 126,8-28 mq (hər 1 kq- da) C vitamini vardır. 
Sarımsağı müxtəlif yeməklərin içərisində, duza qoymaq və kolbasa ilə birlikdə yeyilməsi 
məsləhətdir. Xəstəliklərə qarşı  əvəz olunmaz təbii tərəvəz bitkisi ateroskleroz (yaddaşı itirmə), nəfəs 
yollarının iltihabı, astma, vərəm, sinqa, həzmin pozulması  və sairə zamanı soğanağı  və ya təzə 
yarpaqlarını yeməklə sağalmaya təminat yaradır. 
Antik təbabətin həkimlərindən Hippokrat(e.ə.460-377) vəOrta  əsr həkimlərindən Mişel 
Nostradamus(1503-1566) cərrahiyyə işlərində sarımsaqdan istifadə etmişlər. 
Sarımsağın tərkibindəki efir yağı davamlı olaraq antiseptikdir. Sarımsaq mikroblara qarşı öldürücü 
təsirini 280 saat (12 gün) saxlayır. 
Naxçıvan MR-da sarımsaq bitkisini yalnız Babək rayonundakı Şıxmahmud kəndində əkib becərirlər. 
Toxum və soğanağındakı dilimlərlə çoxaldılır. 
Xalq təbabətində sarımsaq cövhəri qatılmış araqla (500 qr arağa 5 ədəd sarımsağı doğrayıb qatmaqla 
gündə 3 dəfə) içilərək böyrək və sidik kisəsindəki daş əridilir. Hər gün sarımsaq yeməklə baş gicəllənmə 
və yuxusuzluğu aradan götürmək mümkündür. 
 
13) Şüyüd- (Anethum graviolens)- Çətirçiçəklilər fəsiləsində olan birillik ədviyyat bitkisinin vətəni 
Aralıq dənizi sahili ölkələri olmuş sonradan Afrika, Amerika və Asiya ölkələrinə də yayılmışdır. 
Şüyüd bitkisi açıq yaşıl rəngli 28-38 sm hündürlüyündəki gövdəsində nazik zərif  ətirli yarpaqları 
olur. Bitkinin tərkibində zülal və azotlu maddələr, şəkər, sellüloz, mikroelementlər və 2,5-4 % efir yağı 
vardır. 
Şüyüd ekstraktından (cövhərindən) çağa uşaqlara içirdilərək, tənəffüs yollarının iltihabında 
sancılanmalara qarşı müalicə kimi istifadə edirlər. 
Xalq təbabətində  şüyüd toxumu ilə yarpaqları körpə  uşaqlarda yuxusuzluğa qarşı  və  həzm 
orqanlarının müalicəsində tətbiq olunur. 
Naxçıvan MR-da Babək rayonu ərazilərindəki təsərrüfatlarda  şüyüd, digər  ədviyyat bitkiləri kimi 
becərilir. Bitki toxumları ilə əkilib çoxaldılır. 
 
14)  Reyhan- (Ocimum basoilicum)- Dodaqçiçəklilər fəsiləsindən olan birillik ədviyyat bitkisinin 
vətəni Seylon (Sərəndib) adası ilə Hindistandır. 
Hazırda dünyanın  əksər ölkələrində toxumları vasitəsilə reyhan bitkisi əkilib becərilir. Bitkinin 
hündürlüyü 30-50 sm olaraq yarpaqları yaşıl- mürəkkəb rəngli, xoş  ətirli olur. Bitkidən müxtəlif  ət 
xörəklərində ədviyyə kimi istifadə olunaraq süfrəyə salat kimi də gətirilir. 
Reyhan bitkisinin qurusu da xörəklərdə istifadə olunur. Xalq təbabətində  əsəb sisteminin 
tənzimlənməsində müalicə  məqsədilə istifadə edirlər. Bitkidən daxili xəstəliklərin müalicəsində  də 
istifadə olunur. Ağızdakı  mədə iyini aradan götürmək üçün beş  dəqiqə  ərzində reyhan yarpaqlarını 
(zoğlarını) çeynəmək lazımdır. 
Bitkinin yarpaq və zoğunda 0,02-0,08 % efir yağı, vitaminlər və aşılayıcı qatranlı maddələr də vardır. 


Yüklə 0,98 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə