Naxçıvan Muxtar Respublikası



Yüklə 0,98 Mb.
Pdf görüntüsü
səhifə22/37
tarix01.02.2018
ölçüsü0,98 Mb.
#23033
1   ...   18   19   20   21   22   23   24   25   ...   37

 
51
Naxçıvan MR-da Babək rayonundakı  təsərrüfatlarda reyhan, digər  ədviyyat bitkiləri ilə  bərabər 
becərilir. Bitki toxumları ilə əkilib çoxaldılır. 
 
15)  Tərxun- (Artemisia dracunculus)- Mürəkkəbçiçəklilər fəsiləsindən, yovşan cinsindən olan 
çoxillik tərəvəz bitkisinin vətəni Monqolustan və  Cənubi Sibir (Mancuriya) olmaqla dünyanın bir çox 
ölkələrində o cümlədən də Azərbaycanda (Naxçıvanda) yayılmışdır. 
Ətirli yarpaqları olan tərxun bitkisinin hündürlüyü 60-80 sm-dir. Lanset formalı yarpaqları olan 
bitkinin çiçəkləri ağ rəngdə kiçik “səbətdə” toplanmışdır. 
Muxtar Respublikada Naxçıvan  şəhəri ilə Babək rayonundakı  şəxsi təsərrüfatlarda  əkilib becərilən 
tərxun milli yeməklərdə ədviyyat bitkisi kimi istifadə olunur. 
Tərxundan spirtsiz içkilər (limonad, şirələr, ekstraktlar və.s) hazırlanılır. 
Tərxun bitkisinin ziyanvericisi sarı sarmaşıq (Convol vulaceae) (küc) parazit zəhərli alaq otudur. 
Xalq təbabətində mədə xəstəliklərinə qarşı təzə və qurudulmuş halda istifadə olunur. 
Bitkinin yayılması  əsasən iyun ayının  əvvəlində  şitil formasında, köklü gövdəsi çoxaldılıb  əkilir. 
Münbit torflu (üzvi gübrəli) torpaqda tərxun bitkisi cərgəarası (18-20 sm olmaqla) əkilərək alaq 
otlarından mexaniki surətdə  təmizlənməli və kimyəvi ziyanvericilərə qarşı  dərmanlardan istifadə 
olunmamalıdır. 
 
16)  Qarpız- (Citrullus vulgaris)- Qabaqkimilər fəsiləsindən olan bostan bitkisinin vətəni Cənubi 
Afrikadakı Kalxari səhrasıdır. 
Yabanı qarpızın çəkisi 250 qram, mədəni növləri isə 2-25 kq.- dək olur. Qarpızın içərisində 5-10 % 
şəkər, 88-91 % su, 0,97-1,48 % azotlu birləşmələr olur. Bundan başqa qarpızın tərkibində A, B, C 
vitaminləri ilə zəngindir. 
Qarpızdan milli yeməklərdə mürəbbə  və  şirələr hazırlanılır. Qarpızın kiçik kal meyvələri duza 
qoyularaq konservləşdirilir. 
Qarpız toxumunda 25-36 % yağ olur ki, bundan sabun bişirmə sənayesində istifadə edirlər. Qarpızın 
bir neçə növləri vardır ki, onlardan ən məhsuldarı xırda toxumlu “Qaradonlu” növüdür. 
Naxçıvan MR-da qarpız, əsasən Babək rayonundakı təsərrüfatlardakı bostanlarda əkilərək alaq otları 
içərisində becərilir. 85 kq. ağırlığında qarpız Qırğızıstandakı Yauki-Bazar rayonunda yetişdirilmişdir. 
Xalq təbabətində qarpız suyunu bal və  zəncəfillə qarışıq yeməklə  bəlğəmi aradan götürmək 
mümkündür. Toxumları böyrək daşını əridərək bədənə rütubət verir və s. 
 
17)  Balqabaq (boranı)- (Cucurbita maxima)- Qabaqkimilər fəsiləsindən olan bostan bitkisinin 
vətəni Cənubi Amerikadakı Peru ilə Çilidir. 
Balqabağın bir neçə növləri vardır ki, armuda oxşarından keçmiş zamanlarda su qabı kimi istifadə 
edilərdi. Balqabağın çəkisi 100 kq-a dək, yumrusunun diametri isə 40-70 sm olur. Meyvəsinin lətli 
hissəsində 8-11 % şəkər, toxumunda isə 30-50 % yağ vardır. 
Xalq təbabətində qovrulmuş balqabaq toxumlarından bağırsaqdakı qurd qovucu kimi istifadə olunur. 
Balqabaq  şirəsi bədəndə istilik və öskürəyə qarşı xeyirlidir. Balqabaqdan müxtəlif milli xörəklərdə 
istifadə edilərək lətli hissəsindən mürəbbə bişirilir ki, beyin fəaliyyətini möhkəmləndirir. 
Naxçıvan MR-dakı  təsərrüfatlarda balqabaq bitkisinin ən çox məhsuldar “yunan növü” əkilib 
becərilir. Birillik bostan bitkisi toxumları ilə çoxaldılır. 
 
18)  Yemiş (qovun)- (Melo sativus)- Qabaqkimilər fəsiləsindən olan bostan bitkisinin vətəni 
Hindistandır. 
Naxçıvan ərazilərinə XVI-XVII əsrlərdə Orta Asiyadan gələn Kəngərli (Kanqlı) tayfaları tərəfindən 
bir neçə növü gətirilmişdir. 
Yemişin tərkibində 4,5-10,5 % şəkər, şirəsində isə 10-45 % C vitamini vardır. Yemişin təzə halda, 
qurudulmuş və lətindən bişirilmiş mürəbbəsi faydalıdır. 
Muxtar Respublikanın təsərrüfatlarında yemişin bir neçə növləri vardır ki, onlar Daş qovun, 
Uzunsov qovun, Sirab qovunu, Şaxtaxtı qovunu, Pircüvar qovunu və Şamama qovunudur. Həmin 
növlər Babək, Kəngərli, Şərur və Sədərək rayonlarındakı təsərrüfatlarda əkilib becərilir. 
Xalq təbabətində yemişin qurudularaq döyülmüş qabığından daxili xəstəliklərin müalicəsində 
istifadə edirlər. Quru qabığını 2 qr yeməklə böyrək daşını təmizləyir. Ac qarnına qovun yemək ölümlə 
nəticələnə bilər. 
 


 
52
19)  Xiyar- (Cucumis sativus)- Qabaqkimilər fəsiləsindən olan bostan bitkisinin vətəni Seylon 
(Sərəndib) adası ilə Hindistandır. 
Hələ 6-7 min il öncə xiyar bostan bitkisini yuxarıda adı çəkilən ərazilərdə insanlar tərəfindən əkib 
becərmişlər. Yabanı halda meşə  və kolluqlarda bitən xiyar tağları uca ağaclara sarmaşaraq yayılmışdır. 
Xiyar bitkisi isti və rütubət sevən ərazilərdə otlaq və kolluqlar arasında bitir. 
Xiyar bitkisinin bir çox növləri vardır ki, “tüklü faraş” xiyardan qış aylarında istixanalarda 
(oranjeriyada) əkmək mümkündür. Azərbaycanın Lənkəran zonasında tez yetişən faraş xiyar növləri daha 
çox yayılmışdır. 
Xiyardan təzə-təzə salatlarda, şorba xörəklərində  və konservləşdirilmiş formada istifadə olunur. 
Xiyarın tərkibində 80-90 % su və mineral maddələrlə yanaşı A, B
1
 və C vitaminləri vardır. Vitaminlər 
əsasən xiyarın qabıqaltı hissəsindədir. 
Naxçıvan MR-da Ordubad, Culfa, Babək,  Şahbuz və  Şərur rayonlarındakı  təsərrüfatlarda yerli 
Qaraçuq növü əkilib becərilir. 
Xalq təbabətində xiyar suyundan şəkərlə qarışdırıb içməklə qan təzyiqinin normallaşması  təmin 
olunur. Xiyar qabığından kosmetik vasitə kimi sifətdəki ləkələri təmizləmək olur. Xiyar baş ağrısı və ürək 
döyüntüsünü aradan götürür. Tumları sidikqovucu olaraq, dalaq və sinə ağrısını kəsir. 
 
20)  Üzüm- (Vitis vinifera)- Sarmaşan kol bitkisinin vətəni qədim Misir olaraq, sonradan Aralıq 
dənizi sahillərinə gətirilmişdir. Üzümçülüklə məşğul olan elmlərə “Ampeloqrafiya” deyirlər.  
Üzüm kolu uzunluğu 40-50 metrə çatan lian (sarmaşıq) bitkisidir. Bitkinin meyvəsində 81 % su, 16,5 
%  şəkər, 0,6 % sellüloz, 0,9 % üzvi turşular, 0,4 % azotlu birləşmələr, 0,2 % pektin maddəsi, 0,4 % 
mineral duzlar və C, B vitaminləri vardır. 
Üzüm gilələrini təzə halda və qurudub kişmiş (möviz) halında yeyirlər. Üzümdən  şirələr, sirkə  və 
şərab məhsulları hazırlanılır. 
Naxçıvan MR-da 30-adək mədəni üzüm növləri vardır. XX əsrin yetmişinci illərində Muxtar 
Respublika  ərazilərində kütləvi surətdə üzümçülük inkişaf etdirilsə  də  səksəninci illərdə alkaqolizmə 
qarşı mübarizə tədbirləri məqsədilə dövlət tərəfindən ləğv edilmişdir. 
Həmin illərdə Muxtar Respublikada üzümçülük inkişaf etdirilməklə şərab emalı zavodları da tikilib 
istifadəyə verilmişdir. Təsərrüfatlarda becərilən ağ və qara şanı, inək əmcəyi, kişmişi, əsgəri (tez yetişən), 
mələyi və.s növlər olmuşdur. Mələyi üzümü qədim növ olaraq, təsərrüfatların 80 %-ni təşkil edir. Həmin 
üzümdən tünd desert (kaqor) şərablar hazırlanılır. 
Xalq təbabətində üzümün qora suyundan təzyiq xəstəliklərini müalicə edirlər. Üzüm doşabından 
soyuqdəymə  və daxili xəstəliklərin müalicəsində istifadə olunur. Üzümün cavan yarpaqları duza 
qoyularaq, milli mətbəx xörəklərində bişirilir. 
1954-cü ildə Dərbənd şəhərində nümayiş etdirilən sərgidə üzüm salxımının ağırlığı 8 kq olmuşdur. 
 
21)  Fındıq- (Corulus aveliana)- Tozağacı (Betulaceae) fəsiləsindən olan fındıq kolunun vətəni 
Qafqazdır. 
Muxtar Respublikanın Ordubad və  Şahbuz rayonlarındakı dağ yamaclarında meşə-kolluqlarda 
yayılmışdır. Haliyyədə şəxsi təsərrüfat sahələrində də fındığın mədəni növləri əkilib-becərilir. 
Fındıq kolunun hündürlüyü 2-4 metrə çataraq, tünd yaşıl dilimli yarpaqları ilə birevli çiçəkləri vardır. 
Kollarında yalançı salxımvari çiçəkləri olduğundan həşəratları özünə cəlb edir. 
Fındıq ləpəsində 58-70 % yağ, 15-20 % zülal, 2-5 % şəkər D vitamini və duzlarla qarışıq 
mikroelementlər də vardır. 
Fındıq ləpələri  əsasən yeyinti qənnadı  sənayesində çox işlənərək ondan halva, tort və paxlava 
hazırlanmasında istifadə olunur. Azərbaycanda əsas fındıq kolları Şəki-Zaqatala meşələrində yayılmışdır. 
Çoxaldılması bitkinin yanlardan göyərmiş zoğlarından kəsilmiş qələm vasitəsilədir. 
Xalq təbabətində  fındıq ləpələri bal və  şəkərlə yeyilməsi öskürəyə qarşı istifadə olunur. Fındıq 
bədənə istilik və quruluq verməklə orqanizmin fəaliyyətini gücləndirir. Qovrulmuş  fındıq ləpəsi ilə 
kosmetik işlərdə istifadə edirlər. 
 
22)  Badam-  (Amygdalis communis)- Gülçiçəklilər fəsiləsindən olan qısa ömürlü ağac bitkisinin 
vətəni Orta Asiyadır. 
Növlərinə görə  əsasən acı  və  şirin badam ağacları Naxçıvan MR-nın Babək, Kəngərli,  Şahbuz və 
Ordubad rayonlarında yayılmışdır. 


Yüklə 0,98 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə