Naxçıvan Muxtar Respublikası



Yüklə 0,98 Mb.
Pdf görüntüsü
səhifə24/37
tarix01.02.2018
ölçüsü0,98 Mb.
#23033
1   ...   20   21   22   23   24   25   26   27   ...   37

 
55
Haliyyədə qoz ağacı dünyanın bir sıra ölkələrində bitərək yayılmışdır. Muxtar Respublikada 
Ordubad və  Şahbuz rayonlarında bir neçə növ qoz ağacları  mədəni  şəkildə becərilir ki, onlardan ən 
əhəmiyyətlisi nazik qabıq növüdür. Bundan başqa meşə  və kolluq dağətəyi  ərazilərdə yabanı  şəkildə 
“dığal” növü də yayılmışdır. 
Çoxillik qoz ağacının meyvəsində 60-70 % piyli yağ maddəsi, 12-20 % zülal və müxtəlif vitaminlər 
vardır. Meyvəsinin qabığından aşılayıcı vasitə kimi və boyaqçılıqda istifadə edirlər. 
Qoz ləpələri yüksək kaloriliyə görə kərə yağından sonra ikinci yerdədir. Qoz ağacının yarpaqlarının 
və meyvəsinin qabığında fitonsid zəngin olduğundan bakteriosid xassəlidir. Oduncağından mebel 
sənayesi və musiqi alətləri üçün istifadə olunur. Naxçıvan MR-da Ordubad rayonunda qoz ağacı becərilən 
ərazilərdə qoruq yaradılmışdır. 
Xalq təbabətində qoz yarpağını həna ilə qarışdırıb, saçlara sürtməklə tüklərin dibini bərkitmək və baş 
ağrısının müalicəsində istifadə edilir. Kosmetikada əzilmiş qoz çubuğunu sirkə ilə qarışdırıb üzə 
çəkməklə yanaqları təbii boyaqla qızardırlar. 
Çoxaldılması yalnız toxumları vasitəsilə həyata keçirilir. 
 
32)  Tut- (Morus alba, Morus niqra)- Yemli-qidalı çoxillik ağac bitkisinin vətəni Çindir. Sonradan 
İtaliyalı səyyah Marko Polo(1254-1324) tərəfindən 1271-1295-ci illərdə Çinə səyahəti zamanı özü ilə tut 
ağacı ilə ipək qurdu toxumlarını da Qafqaza gətirmişdir. Çində tut ağacına “senqo” (səadət), Yunanlarda 
isə “ağıllı” ağacı deyirlər.“Möcüzəli ağac” adlanan tut ağacının hündürlüyü 15-20 metrədək olur. Tut 
ağacının Azərbaycanda 500 növü vardır ki, seleksiyaçı Akademik İlyas Abdullayev tərəfindən bitkinin 
toxumlarının xromoson hüceyrələrinin genetik yolu ilə yeni növlərini yaratmışdır. Haliyyədə 750 növ tut 
ağacları əkilib-becərilir. İpəkçilik sənayesində barama qurdlarının əsas qida yemi olan tut yarpaqlarıdır. 
İri yarpaqlı tut növlərindən Xar tut, Turşməzə, Xəzər tut, Ləzzətli tut, Şəfa tut, Kol tut və başqalarını 
göstərmək olar. Tut ağacının növlərindən asılı olmaqla ətli meyvələri ağ  və qara rəngdədir. Tut 
meyvəsinin tərkibində 10-15 % şəkər və azacıqda mineral turşular vardır. 
Tut meyvələrini təzə və qurudulmuş halda yeməklə ondan dadlı mürəbbə, doşab və spirtli ekstrakt 
(araq) hazırlanılır. 
Tut ağacı yarpaqlarını yeyən ipək qurdunun baramasından yüksək keyfiyyətli təbii ipək alınır. Buna 
görə də tut ağacı möcüzəvi olaraq insanı yedirdir, geyindirir və şəfa verir. Kağız və karton sənayesində tut 
ağacı oduncağından əla növ məhsullar hazırlanılır. 
Azərbaycanda olduğu kimi Naxçıvan MR-da tut ağaclarının 9-10 növləri yayılmışdır. 
Xalq təbabətində tut şirəsindən boğaz ağrısı və difteriyaya qarşı, doşabından isə soyuqdəyməyə qarşı 
müalicə məqsədilə istifadə olunur. 
Çoxalması toxumları vasitəsilə həyata keçirilir. 
 
33)  Limon- (Citrus Limon)- Sədəfkimilər fəsiləsindən olan Citrus cinsli həmişəyaşıl çoxillik 
subtropik kol-ağac bitkisinin vətəni Cənubi-Şərqi Asiya ölkələridir. Daha sonra limon bitkisi Aralıq 
dənizi ölkələrində, Amerikada və Qafqazın Qara dəniz sahillərində yayılmışdır. 
Azərbaycanda yalnız Lənkəran-Astara zonasında əkilib-becərilir. 
Muxtar Respublika ərazisində yalnız Ordubad rayonundakı  kəndlərdə otaq şəraitində becərilərək, 
yay aylarında kökətrafı torpağı ilə birlikdə meyvə ağacları kölgəliyinə köçürülür. 
Sitrus bitkinin hündürlüyü ev şəraitində 3 m, tropik ölkələrdə isə 7 m-dən artıq olur. Budaqları 
tikanlı və növündən aslı olmaqla tikansız olur. Uzunsov xoş iyli yarpaqlarının rəngi açıq yaşıl, meyvələri 
isə yetişəndən sonra tünd sarı  rəngə çevrilir. Ağ  rəngli xırda çiçəkləri  ətirli və cüt-cüt yerləşir. 
Meyvələrinin uzunluğu 6-7 sm, ağırlığı isə 120 qram olur. 
Limonun meyvələrinin lət hissəsi şirəli və çox turş olmaqla tərkibində 3,5-8,1 % limon turşusu, 1,9-3 
% şəkər, P və B vitaminləri, pektin maddəsi, Fe, P, Ca, K, Mg və.s duzlar olur. 
Limonun meyvəsinin qabığında 3-6 % iyli limon yağı olur ki, bundan ətriyyat və kulinariyada 
istifadə edirlər. Sənayedə limondan şirələr və turşu hazırlanılır. 
Xalq təbabətində limon dilimlərini  şəkərlə qarışdırılıb qabıqla yeməklə,  şəkər diabeti ilə qaraciyər 
xəstəliyi müalicəsində istifadə edirlər. 
Limonu qabıqla birlikdə dilimlərini yeməklə yüksək qan təzyiqini normallaşdırmaq mümkündür. 
Cərrahiyə  əməliyatında xəstələrə limon yedirtməklə  kəsilmiş  dəridəki (əzadakı) axan qanın 
dayanmasına kömək göstərilir. 
Limon dilimlərini ət yeməkləri ilə yeyilməsi və tünd çayla içilməsi zamanı orqanizmidəki iltihabları 
aradan qaldırır. 


 
56
Limon bitkisi işıq və istisevən olduğundan toxum, qələm və cavan zoğlarına (calaq) torpaqlı plastik 
qab bağlamaq üsulu ilə çoxaldılır. 
Limon saxlanılan otaqda siqaret çəkilməməlidir. Limon bitkisini üzüm tənəgləri arasında saxlarkən 
bəzən Unlu tənəg yastıcası və digər zərərəvericilər tərəfindən “xəstəlik” tapırlar. 
 
34) Moruq- (Rubus vulgatus)- Gülçiçəkləilər fəsiləsindən olan adi moruq bitkisi, Avropa, Asiya və 
Amerikanın mülayim və subtropik iqlim qurşaqlarında yayılmışdır. 
Azərbaycanda mədəni və yabanı halda bitən moruğun yalnız adi növü vardır ki, Muxtar 
Respublikanın Ordubad və Şahbuz rayonlarındakı dağətəyi meşə-kolluq ərazilərində yayılmışdır. Gövdəsi 
xırda tikanlı bitkinin hündürlüyü 1-1,5 m olmaqla payız fəslində yarpaqları tökülür. 
Yarpaqları boz-yaşılımtıl rəngdə mürəkkəb lələkvari, yanları diş-diş quruluşdadır. Bitkinin 
ikicinsiyyətli salxım-qalxancıq ağ rəngli çiçəkləri vardır. 
Meyvələri qırmızı rəngli giləmeyvəli və mürəkkəb çəyirdəklidir. Moruğun giləmeyvələri adətən iyul 
ayında yetişərək başı aşağı sallanar. 
Bitkinin meyvələrinin tərkibində 5,7-11 % şəkər, 1-2 % üzvi turşu, toxumlarında 14 % yağ, 10-40 
mq C vitamini (100 q-da), A və B vitaminləri və aromatik (xoş iyli) maddələri də vardır. 
Yabanı halda bitən moruq quşlar və məməli heyvanlar tərəfindən həvəslə yeyilir. 
Moruğun giləmeyvəsindən mürəbbə, şirə və şərbətlər hazırlanılır. 
Xalq təbabətində  moruq mürəbbəsi və qurudulmuş  həlimindən soyuqdəyməyə qarşı müalicədə 
tətbiq olunur. 
Çoxaldılması bitkinin kök sistemindən göyərmiş cavan pöhrələri ilə yaz aylarında aparılır. 
Kölgəsevən bitkini həyətyanı sahələrdə ağac və kol bitkiləri ilə birlikdə əkib-becərmək olur. 
 
35) Qarağat- (Ribes orientale)- Daşdələnkimilər fəsiləsindən olan çoxillik giləmeyvəli kol bitkisinin 
vətəni Afrikadır. Bundan başqa Avropa, Asiya və Amerika qitələrinin mülayim qurşaqlarında da 
yayılmışdır. Yabanı növləri soyuq iqlim qurşaqlarında da bitir. 
Qarağatın Azərbaycanda mədəni növü (Ribes Biberşteinil) və yabanı halda (Ribes orientale) Qırmızı 
Şərq ilə (Ribes nigrum) Qara növləri yayılmışdır. 
Muxtar Respublika ərazisində  əsasən Ordubad, Culfa, Şahbuz və  Şərur rayonlarındakı dağətəyi 
kolluqlarda Qara qarağat növü yayılaraq həmin növdən həyətyanı sahələrdə də əkilib-becərilir. 
Bitkinin ucalığı 80-1,80 sm və daha çox olaraq sadə formalı yarpaqları payızda tökülür, meyvələri 
quşlar tərəfindən həvəslə yeyilir. Bitkinin çiçəkləri xırda olduğundan giləmeyvəsi salxımlarında yerləşir. 
Qara qarağatın giləmeyvəsinin tərkibində 5-12% şəkərli maddələr (qlükoza, fruktoza və çaxaroza) 
vardır. Bundan başqa 2-4 % limon və alma turşusu, 80-100 mq %-dək C vitamini, 0,7 mq % karotin (A 
provitamini), 0,06 mq % B
1
 vardır. Bitkinin giləmeyvəsinin tərkibində pektin, aşı maddələri ilə K, Fe, P 
və digər mineral duzlar da vardır. 
Qırmızı qarağat bitkisinin (Ribes rubrum) giləmeyvəsində 4-10 % şəkərli maddələr, 2-4 % üzvi 
turşular, C və P vitaminləri ilə zəngindir. 
Qarağatın çay kənarlarında yabanı halda bitən Qızılı (Ribes aureum) növünə də rast gəlinir. 
Qarağat meyvələrindən mürəbbə, şirə və.s bişirilərək milli yeməklərlə bərabər süfrəyə qoyulur. 
Qarağatı ilk dəfə 1561-ci ildə isveçrəli təbiətşünas Kaprot Henser(1516-1565) tərəfindən 
mədəniləşdirilməsi təklifi elmə gətirilsə də yalnız 1820-ci ildə həyata keçirilmişdir. 
Xalq təbabətində qarağat  şirəsindən susuzluğa qarşı  və ürəyi qüvvətləndirmək üçün istifadə edilir. 
Qarağat meyvələri insandakı qan təzyiqini nizamlayır. 
Qarağatın çoxaldılması bitkinin yanlarından göyərmiş cavan pöhrələri ilə aparılır. 
 
36) Böyürtkən- (Eubatus)- Gülçiçəklilər fəsiləsinin Rubus cinsindən olan mürəkkəbyarpaqlı, tikanlı 
və giləmeyvəli kol bitkisidir. 
Vətəni Amerika olaraq sonradan Avropa və Asiyaya gətirilib çay sahillərindəki kolluqlarda 
yayılmışdır. 
Azərbaycanda 15 növü, bunlardan bir neçəsi də Muxtar Respublikanın Ordubad və  Şahbuz 
rayonlarındakı ərazilərdə yayılmışdır. 
Bitkinin çiçəkləri ikicinsiyyətli ağ rəngdə olaraq qara-qırmızı rəngli şirəli giləmeyvələri vardır. 
Meyvəsinin tərkibində 4-8 % şəkərli maddələr, 0,8-1,4 % üzvi turşular və A, C vitaminləri ilə 
zəngindir. 
Haliyyədə böyürtgənin dünya üzrə 300-ə yaxın mədəni növü elmə məlumdur. 


Yüklə 0,98 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə