Naxçıvan Muxtar Respublikası


İnsan elmdə xoşbəxtliyin zirvəsinə çatar



Yüklə 0,98 Mb.
Pdf görüntüsü
səhifə20/37
tarix01.02.2018
ölçüsü0,98 Mb.
#23033
1   ...   16   17   18   19   20   21   22   23   ...   37

 
47
İnsan elmdə xoşbəxtliyin zirvəsinə çatar. 
Məhəmməd peyqəmbər (s.ə.s.). 
 
Mədəni bitkilər 
 
Seleksiyaçı Akademik N. İ. Vavilova (1887-1943) görə dünya üzrə mədəni bitkilərin inkişaf edərək 
yayılması 7 coğrafi mənşə mərkəzlərinə bölünmüşdür: 
 
1)
 
Cənubi Asiya tropik meşələri coğrafi mənşə mərkəzi. 
2)
 
Şərqi Asiya coğrafi mənşə mərkəzi. 
3)
 
Cənub-qərbi Asiya coğrafi mənşə mərkəzi. 
4)
 
Aralıq dənizi coğrafi mənşə mərkəzi. 
5)
 
Efiopiya coğrafi mənşə mərkəzi. 
6)
 
Mərkəzi Amerika coğrafi mənşə mərkəzi. 
7)
 
And dağları coğrafi mənşə mərkəzi. 
 
Naxçıvan Muxtar Respublikasında onlarca mədəni bitkilər, taxıl bitkiləri, nişastalı bitkilər,  şəkərli 
bitkilər, zülallarla zəngin bitkilər, tərəvəz və bostan bitkiləri meyvə və giləmeyvələr, dərman və ədviyyat 
bitkiləri ilə zəngindir. 
 
1)  Buğda- (Tritikum)- Taxıllar fəsiləsindən olan bitkinin vətəni qədim Misirdə eramızdan  əvvəl 5 
min öncə mədəni surətdə əkilib becərilmişdir. Dünyanın bütün qitələrində (Antarktidadan başqa) buğda 
taxıl bitkisi kimi bir neçə növləri becərilmişdir. Arxeoloji qazıntılardan çıxan qədim küp qəbirlərdə ölmüş 
insan cəsədləri (qəbilə başçıları) yanında silah sursatla bərabər buğda bitkisi də qoyulmuşdur. 
 
“Məni muştuluqlayıb, xoş müjdələr verənim; 
Yeddiyüz dən olacaq bu torpaqda hər dənim. 
Mənə hər şeydən öncə sağlam bir toxum gərək, 
Sünbüllərin düyünü qoy açılsın qönçətək”. 
                                                   Nizami Gəncəvi. 
 
Haliyyədə yüksək zülal maddəsi olan buğda bitkisinin bir neçə “qılçıqsız” (spelta), “qafqaz” 
(Azərbaycan 1), payızlıq “ağ buğda” növü Naxçıvan Muxtar Respublikasının ərazisində əkilib becərilir. 
Şumlanmış münbit torpaqda bir toxumdan 3-5 sünbülün, hər birində 18-20 sayda dən  əmələ  gəlir. 
Toxumların tərkibində zülal, şəkər, yağ, B, B
1
, B
2
, vitaminləri ilə  zəngindir.  Buğda unundan bişirilən 
çörəyin tərkibində zülal, nişasta, vitaminlər olduğundan dadlı və əhəmiyyətlidir. Çörəyi bol olan və onun 
qədrini bilən xalq həmişə qüdrətli olar. 
Xalq təbabətində qovrulmuş buğda qovutunu şəkər və badamla qarışıq yeyilməsi, öskürək və sinə 
ağrısını kəsir. 
 
2) Arpa- (Hordeum vulgare)- Taxılkimilər (Poaceae) fəsiləsindən olan arpanın vətəni qədim Misir 
olmuşdur. Eramızdan əvvəl 5 min əvvəl mədəni surətdə misirlilər tərəfindən əkilib becərilirdi. 
Naxçıvan Muxtar Respublikasında arpa zəmiləri az yer tutsa da, pivə sənayesində ən vacib xammal 
kimi istifadə olunur. 
Arpadan qədim insanlar ev heyvanlarını yemlənməsində istifadə edirlər. 
Arpa səmənisindən hazırlanan məlhəm və ya mayesi uşaqların qidasında müsbət rol oynayır. 
Xalq təbabətində qovrulmuş arpa ununun şəkərlə bişirilmişi uşaqlar üçün xeyirlidir. Arpa şirəsi ilə 
boğazı qarqara etməklə ağrısını və boğazdakı şişləri götürür. 
 
3) Qarğıdalı- (Zeya maus)- Taxıl fəsiləsindən olan qarğıdalı bitkisinin vətəni Meksikadır ki, dəniz 
səyyahı Kolumb tərəfindən 1493-ci ildə Avropaya gətirilmişdir. 
Qarğıdalı bitkisinin hündürlüyü 2-6 metr, kökü isə 100 sm-dək torpağa işləyir.  Əkilmiş toxumdan 
gövdədə 3-6 qıçalar  əmələ  gəlir ki, hər birində 60-100 erkək və dişi toxumlar olur. Qarğıdalı bitkisinə 
düzgün aqrotexniki qulluq edilməlidir. 


 
48
Naxçıvan Muxtar Respublikasında əvvəllər qarğıdalı bitkisindən heyvandarlıqda yem kimi və yeyinti 
sənayesində isə un məhsulu kimi əkilirdi. 
Qarğıdalı dəninin tərkibində 49-60% yağ, 13-20% zülal və 5-6% isə fitin maddəsi vardır. Qarğıdalı 
yağı insan orqanizmi üçün ən əhəmiyyətli qida məhsuludur. 
İnsanlarda atereskıleroz, qandakı xolesternin azalması və bir çox xəstəliklərin müalicəsində qarğıdalı 
əhəmiyyətlidir. 
Xalq təbabətində ishal və vərəm xəstəliyinə qarşı qarğıdalı qıçasının telməyi ilə birlikdə yeyilməsi 
münasibdir. Qovrulmuş qarğıdalı uşaqların kökəlməsinə xeyirlidir. Qarğıdalı saçağının dəmlənib içilməsi 
daxili qanaxma, öd kisəsi və sidik yollarının müalicəsində tətbiq edilir. 
 
4)  Kartof- (Solanum tuberosum)- Nişastalı bitkilərdən olan kartof badımcançiçəklilər 
fəsiləsindəndir. Vətəni Çili, Peru və başqa cənubi Amerika ölkələridir. 
Dünyada iki yüzdən artıq kartof növü vardır. 1565-ci ildə ilk dəfə kartof yumrularını Avropaya 
(İspaniyaya) gətirmişlər. 
Kartof müalicəvi bitki olmaqla tərkibində C və  B
1
 vitaminləri zəngindir. Avropada kilsədəki din 
xadimləri kartofu “Şeytan alması” adlandıraraq, yayılmasının  əleyhinə idilər. Guya ki, ilk insanlar 
Adəmlə  Həvva cənnətdəki qadağan olunmuş  həmin bitkinin yumrularından yediklərindən Allah 
tərəfindən qovulmuşlar.  
Maraqlıdır ki, kartof yumrularının tərkibində az miqdarda zəhərli solanin maddəsi olduğundan, 
göyərmiş kartofu yedikdə zəhərlənmə ilə nəticələnir. 
Azərbaycana kartof yumruları XVIII əsrin axırlarında Rusiyadan Qafqaza sürgün olunmuş xaçpərəst 
molokanlar tərəfindən gətirilmişdir. 
İnsan həyatında “ikinci çörək” kimi mühüm yer tutan kartof bitkisi Naxçıvan Muxtar 
Respublikasının ərazilərindəki dağ ətəyi qara-boz torpaqlarda dəmyə üsulu ilə əkilib becərilir. Dadına və 
yüksək nişastalılığına görə Naxçıvanda əkilən “gədəbəy növü” kənd təsərrüfatı sahəsində çox yayılmışdır. 
1943-cü ildə Ukraynada 6,5 kq ağırlığında kartof yumrusu yetişdirilmişdir. 
Xalq təbabətində kartof bitkisinin gövdəsində olan yumrulardan (qaqalardan) dəri xəstəliklərində 
istifadə olunur. Kartof püresi ilə  vərəm xəstəliyi, mədə yarası, on iki barmaq bağırsağın müalicəsində 
istifadə edirlər. 
 
5)  Yer alması- (Helianthus tuberosus)- Mürəkkəbçiçəklilər fəsiləsindən olan bu bitkinin vətəni 
Şimali Amerika olaraq, orta əsrlərdə  dəniz səyyahları vasitəsilə Avropaya gətirilmişdir. Yer almasının 
torpaqda  əkilən kartofa bənzər yumrularından yer səthinə 2-3 metr ucalığında gövdəsi böyüyür. Yer 
alması bitkisinin yerüstü gövdəsində sarı  rəngli çiçəkləri olur ki, heyvandarlıqda yem məhsulu kimi 
siloslaşdırılır. Yeraltı hissəsindəki yumrular yığılaraq təmizləndikdən sonra konservləşdirilir və müxtəlif 
xörəklərdə istifadə olunur. 
Yeralması yumrularının tərkibində 15 % inulin maddəsi və 6 % isə şəkər vardır. Naxçıvan Muxtar 
Respublikasında yer alması əsasən dekorativ bitki kimi becərilir. 
Xalq təbabətində yer alması yumrularından  şəkər xəstəliyi (diabeti) müalicəsində qabığı soyulmuş 
formada istifadə olunur. 
 
6) Şəkər çuğunduru- (Beta vulgaris)- Tərəçiçəklilər fəsiləsindən olan şəkərli bitkinin vətəni Aralıq 
dənizi ölkələri (Yunanıstan) olmaqla sonradan toxumlarını Qafqaza da gətirmişlər. 
1747-ci ildə bu bitkidə insan orqanizmi üçün faydalı olan saxaroza maddəsi tapılmışdır. Çuğundurun 
tərkibində 6-25 % şəkər olmaqla, kökümsov bitkinin yarpaqlarından heyvandarlıqda, kökündən isə şəkər 
sənayesində istifadə edirlər. Naxçıvan MR-da Şərur, Babək, və  Kəngərli rayonlarındakı suvarılan 
torpaqlarda şəkər çuğunduru plantasiyaları əkilib becərilir. 
Hələlik Naxçıvanda emal zavodları olmadığından yığılmış  məhsullar qonşu  İran və Türkiyə 
dövlətlərinə göndərilir. 
Xalq təbabətində çuğundurun közdə bişirilmiş formasından daxili xəstəliklərin və  tənəffüs yolları 
iltihabına qarşı istifadə olunur. Xalçaçılıq məmulatlarının boyadılmasında çuğundurun qırmızı  aşxana 
növündən təbii boyaq kimi istifadə olunur. 
 
7)  Günəbaxan- (Helianthus annuus)- Mürəkkəbçiçəklilər-çətirli fəsiləsindən olan bitkinin vətəni 
Meksikadır. Günəbaxan bitkisinin çətirinin diametri 30-40 sm olmaqla hər çətirdə 200-700 ədəd 
toxumları olur. Tumların tərkibində 27-60 %-ə qədər piy maddəsi vardır. 


Yüklə 0,98 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə