Naxçıvan Muxtar Respublikası



Yüklə 0,98 Mb.
Pdf görüntüsü
səhifə17/37
tarix01.02.2018
ölçüsü0,98 Mb.
#23033
1   ...   13   14   15   16   17   18   19   20   ...   37

 
41
12) Lizbirt mergel yatağı-(Marqa-dolomitli-gilli materiallardan ibarət çökmə süxurdur.) Babək 
rayonundakı Lizbirt çayının yaxınlığındadır. Yatağın sahəsi 3,5 km², qatın qalınlığı 20,5 metr, ehtiyatı isə 
169 mln. tondur. Sənayedə mergelə bir neçə əlavələr etməklə, sement hazırlamaq olar. 
 
13) Nehrəm daşduz yatağı-(Halit-halloidlər sinfinə aid mineral, NaCl, sərtliyi 2, sıxlığı 2100 kq/ 
m³.) Babək rayonundakı Nehrəm kəndinin şimal-şərq tərəfindən yataqdakı daşduzun qalınlığı 43-92 metr, 
tərkibindəki xörək duzunun miqdarı 78-92 %, ehtiyatı isə 1378 mln. tondur. Yataq yeri 1946-cı ildə 
susuzlaşdırılmış soda yatağı adı ilə öyrənilmişdir. 
 
14) Nehrəm dolomit yatağı-(Ca Mg (CO
2
)
2
-Fransız geoloqu D.Dolomien(1750-1801) şərəfinə 
adlanan karbonatlar qurupundan olan süxurdur.) Babək rayonundakı Nehrəm kəndi yaxınlığındakı 
Dərəşam dəmiryolu stansiyasındadır. Yatağın sahəsi 5 km², qatın qalınlığı min metrdən artıq, ehtiyatı isə 
9914 min tondur. Yataq yeri ehtiyatda saxlanılır. 
 
15) Pircüvar düzü qum yatağı-Babək rayonundakı məşhur “Əshabi-Kəhf” pirinə gedən asfalt yolun 
kənarındadır. Tərkibinə görə xırda və narın qum daşı yatağındakı layın qalınlığı birincidə 23 ikincidə isə 
3-16 metrdir. Yatağın sənaye ehtiyatı 12366 min m³-dir. Tikinti sənayesində və beton işlərində istifadə 
olunur. 
 
16) Sirab araqonit yatağı-(Əhəng daşı  və dolomitlərin metamorfizmə  uğramasından  əmələ  gələn 
kristallik süxurdur.) Babək rayonundakı Sirab kəndi  ərazisində  çəhrayı-ağ  rəngli mərmər yatağında 5 
damar vardır ki, qalınlıqları 0,1-04 metr, uzunluğu 5-100 metr, sahəsi 2,5 km², ehtiyatı isə 234 m³-dir. 
Dekorativ bəzək işlərində cilalanmış mərmərdən istifadə olunur. 
 
17) Sust daşduz tatağı-(Halit-halloidlər sinfinə aid mineral, NaCl, sərtliyi 2, sıxlığı 2100 kq/m³.) 
Babək rayonundakı Sus kəndi ərazisində 2 daşduz yatağı vardır ki, birincidə xörək duzu 96 %, ikincidə 
isə 95 %-dir. Yatağın ehtiyatı 15317 min ton olmaqla ehtiyatda saxlanılır. 
 
18) Təzəkənd gil yatağı-Babək qəsəbəsinin cənub-qərbində tünd-boz rəngli gil yatağının sahəsi 1,6 
km², qalınlığı 4,7 metr, ehtiyatı isə 7,3 mln m³-dir. Bişmiş kərpic istehsalına yararlıdır. 
 
19) Tumbul gil yatağı-Babək rayonundakı Tumbul kəndi ərazisindədir. Sahəsi 3,0 km², qalınlığı 4,7 
metr, ehtiyatı isə 14,1 mln m³-dir. Kərpic istehsalına yararlıdır. 
 
20) Culfa konqlomerat yatağı-(Sementləşmiş  çınqıl və süxur qırıntılarından ibarət çökmə 
süxurdur.) Culfa rayonundakı konqlomerat filizi tünd-boz, sarımtıl-boz,  əqiq görünüşlü alevrolitlərdən 
ibarət olaraq əhəngli tuf materialı ilə bərkimişdir. Sahəsi 0,105 km², qalınlığı 12,6-56 metr, ehtiyatı isə 
2367 min m³-dir. 
 
21) Darıdağ  mərgümüş yatağı-(As
2
O
3
-Arsen filizləri sənaye  əhəmiyyətlidir.) Culfa rayonu 
ərazisindədir. Yataqda üç tip filiz vardır ki, ştokverk tipli auripiqment mərkəzdə yuvacıq tipli antimonit 
və möhtəvi (püruz) tipli realqar filizidir. (AsS-70,1 %) 
Filiz kütləsi realqar, auripiqment, antimonit, mərgümüşlü melonovit,pittisit, arsenopirit mənşəli 
olmaqla vulkan püskürməsindən yaranmışdır. Kimya sənayesində xammaldır. 
 
22) Dərəlik tuf-qumdaşı yatağı-(Tofus-vulkan qumundan əmələ  gəlmiş süxurdur.) Culfa rayonu 
ərazisindədir. Sahəsi 0,2 km², qalınlığı 25-28 metr, ehtiyatı isə 7538 min m³-dir. Tikintidəki hörgülərdə 
istifadə etmək olar. 
 
23)  Əlincəçay çınqıl-qum yatağı-Culfa rayonu ərazisindədir. Çınqıl-qum yatağı müxtəlif aşınma 
süxurları nəticəsində yaranaraq, ehtiyatı 12820 min m³-dir. 
tikintidə beton qarışığında istifadə etməyə yararlıdır. 
 
24)  Ərəzin gips yatağı-(Gypsos-Ca(SO
2
).2H
2
O-təbaşirə oxşar lifli kristaldır, sərtliyi 1,5, sıxlığı 
2300 kq/ m³-dir.) Culfa rayonundakı Əlincə çayın sağ sahilindədir. Tünd-boz rəngli gipsin, sahəsi 0,05 


 
42
km², qalınlığı 2,6-5,3 metr, ehtiyatı isə 1323 min tondur.Süxurdakı gipsin miqdarı 62-87 %-dir. 1956-cı 
ildən çıxarılaraq tikintidə istifadə olunur. 
 
25) Göydağ mis-profir yatağı-(Yumuşaq metal Cuprum Cu
2
-mis filizli mineral ərintisindən 
sənayedə istifadə edirlər.) Culfa yatağında Başkəndin yaxınlığında okean səviyyəsində 2050 metr 
yüksəklikdədir. 
Ərazidəki filizin tərkibində 0,1-2,7 % mis və 0,01-0,08 % molibden vardır.  Əsas filiz mineralları 
pirit, xalkopirit, sfalerit, qalenit, molibdenit, misin törəmələridir. Yataq yeri ehtiyatda saxlanılır. 
 
26) Ağyurd qızıl yatağı-(Aurum, Au-qızıl filizləri (səpintisi) mineralların tərkibində külçə halında 
olur.) Ordubad rayonundakı okean səviyyəsindən 2300 metr yüksəklikdə olan Misdağ-şəlalə filiz sexidir. 
Yataqdkı pirit, xalkopirit, molibdenit filiz mineralları  tərkibində 0,4-11 q/ton (0,04-1,4 %) qızıl vardır. 
Yataq yeri ehtiyatda saxlanılır. 
 
27) Azaçay çınqıl-qum yatağı-Ordubad rayonundakı Aza və Baş Dizə  kəndləri arasındadır. 
Allüvüal yataq yeri bənd tikintisi məqsədi ilə öyrənilərək, ehtiyatı 4375 min m³-dir. 
 
28) Dəstə gil yatağı-Ordubad rayonu ərazisində Dəstə kəndi yaxınlığındadır. Boz rəngli gil qatının 
sahəsi 0,14 km², qalınlığı 4,7 metr, ehtiyatı isə 1150 min m³-dir. Bişmiş kərpic istehsalında yararlıdır. 
 
29) Diaxçay mis-profir yatağı-(Yumuşaq metal Cuprum Cu
2
-mis filizli mineral ərintisindən 
sənayedə istifadə edirlər.) Ordubad rayonundakı Nüs-Nüs kəndi yaxınlığında okean səviyyəsindən 2000 
m yüksəklikdədir. Yataqda 2 tip filiz vardır ki, misli (ştokverk) və molibdenli damar qatıdır. Birinci tipin 
tərkibində 0,06-2,25 % mis, 0,1-0,31 % molibden və ikinci tipin tərkibində isə 0,01-0,85 % mislə 0,01-
0,27 % molibden vardır. Yataq yeri ehtiyatda saxlanılır.  
 
30)  Əyilis sürmə yatağı-(Stibium Sb-təbii mineral anti-monitdir.) Ordubad rayonunda okean 
səviyyəsindən 1500 m yüksəklikdə Əyilis kəndi yaxınlığındadır. Sürmə filiz yatağı damar zonaları tipli 
olaraq Qoruqlar dağının yamacındadır. Damarlardakı filizin qalınlığı 1-5 metr, uzunluğu 200-1000 
metrdir. Filizdəki sürmənin miqdarı 0,2-10 %-dir. Poliqrafiya sənayesində istifadəsi yararlı olaraq 
ehtiyatda saxlanılır. 
 
31) Gənzə  çınqıl-qum yatağı-Ordubad rayonu ərazisindədir. Sahəsi 1,2 km², qalınlığı 5 metr, 
ehtiyatı isə 5261 min m³-dir. Çınqıl-qum qarışığından asfalt-beton işlərində istifadə olunur. 
 
32) Göygöl mis-profir yatağı-(Yumuşaq metal Cuprum Cu
2
-mis filizli mineral ərintisindən 
sənayedə istifadə edirlər.) Ordubad rayonunda Nürgüt kəndinin yaxınlığında okean səviyyəsindən 3554 m 
yüksəklikdədir. Yataq əsasən Dəbəkli-Ləkətağla Saqqarsu-Göydağ qırılmalarının kəsişdiyi yerdədir. 
Filizin qalınlığı 60-140, 900-1700 metr arasında olmaqla misin miqdarı 0,4-1,6 %, molibdenin 
miqdarı isə 0,01-0,05 %-dir. Yataq yeri ehtiyyatda saxlanılır. 
 
33) Göyhündür mis-profir yatağı-(Yumuşaq metal Cuprum Cu
2
-mis filizli mineral ərintisindən 
sənayedə istifadə edirlər.) Ordubad rayonundakı Pəzməri kəndi yaxınlığında okean səviyyəsindən 2600 m 
yüksəklikdə Vənəndçayın mənbəyindədir. 
Yataqda 6 kvars-mis-molibden damar zonaları vardır ki, qalınlığı 5,6-15 metr, uzunluğu 550-1050 
metr məsafədədir. Yataqdakı misin tərkibi 0,44-1,35 %, molibden isə 0,001-0,5 % arasındadır. Yataq yeri 
ehtiyyatda saxlanılır. 
 
34) Kələki qızıl yatağı-(Aurum, Au-qızıl filizləri (səpintisi) mineralların tərkibində külçə halında 
olur.) Ordubad rayonundakı  Kələki kəndi yaxınlığında okean səviyyəsindən 1500 m yüksəklikdədir. 
Yataqdakı filiz damar zonalı tipində olmaqla 3200 metr şimal-qərb istiqamətində 0,2-1,5 metr 
qalınlığında və 200-1000 metr uzunluğundadır. Oradakı minerallar pirit, hematit, xalkopirit, mis və 
qızıldan ibarətdir. Yatağın istismarı dayandırılmışdır. 
 


Yüklə 0,98 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə