Naxçıvan Muxtar Respublikası


“Torpaq deyər, öldür məni dirildim səni”



Yüklə 0,98 Mb.
Pdf görüntüsü
səhifə19/37
tarix01.02.2018
ölçüsü0,98 Mb.
#23033
1   ...   15   16   17   18   19   20   21   22   ...   37

 
45
“Torpaq deyər, öldür məni dirildim səni”. 
                                                  (Atalar sözü). 
Torpaqlar  
Naxçıvan MR-nın torpaqları S. A. Zaxarov, R. H. Məmmədov, H. Ə. Əliyev, Q. Ş. Məmmədov, 
M. P. Babayev, Ə. M. Zeynalov M. M. Salayev, Q. Z. Əzizov, P. B. Zamanov, Ə. G. Quliyev, S. Ə. 
Hacıyev və b. tərəfindən müxtəlif vaxtlarda tədqiq edilmişdir. 
Naxçıvan MR relyefinin  mürəkkəbliyi,  ərazidə allüvial, prollüvial və delüvial  gətirmələrin 
bolluğu, hidroloji şəraitin müxtəlifliyi, bitki örtüyünün, kəskin kontinental iqlimin və insanların  əsrlər 
boyu fəaliyyəti burada torpaq örtüyünün tərkibinə və yayılmasına öz təsirini göstərmişdir. 
Naxçıvan MR-də torpaq örtüyünün əmələ gəlməsində, onun dəyişməsində, relyef xüsusiyyətləri 
çox böyük rol oynamış  və hazırda da öz təsirini göstərməkdədir. Düzənlik sahə, yəni Arazboyu maili 
düzənlik isti və quraq iqlim şəraitində yaranmış yarımsəhra landşaftı yoxsul bitki və torpaq örtüyünə 
malikdir.  
Muxtar Respublika əhalisi çox qədimdən  əkinçiliklə  məşğul olmuşdur. Odur ki, torpaq 
əmələgəlmə prosesində insanların təsərrüfat fəaliyyətinin rolu böyükdür. Qədimdən becərilib suvarılan 
torpaqlar əsasən, Arazboyu düzənlik sahədədir. Burada bəzən təkrar şorlaşmaya məruz qalmış torpaqlara 
da rast gəlinir.  
Arazboyu maili düzənlik və dağ ətəklərində yayılmış torpaq tipləri aşağıdakılardır.  
Açıq şabalıdı torpaqlar. Dağ ətəklərindən başlamış düzənliklərə doğru genişlənir. Bunlar xeyli 
qalın olub, allüvial və prollüvial çöküntülər üzərində və quru bozqır bitkilər altında əmələ gəlmişdir. Açıq 
şabalıdı torpaqlar başlıca  olaraq suvarma şəraitində becərilir.  
Boz-qonur torpaqlar. Bu torpaqlar Şərur rayonunun şərq hissəsində geniş sahə tutur. Babək 
rayonu ərazisində isə talalar şəklində yayılmışdır. Kontinental iqlimə malik olan bu sahələrdə bitki örtüyü 
çox zəif inkişaf etmişdir. Boz-qonur torpaqların normal inkişaf etdiyi sahələrdə onun narın hissəsinin 
qalınlığı bəzən 1 m-ə çatır.  
Boz torpaqlar. Arazboyu düzənlik hissədə inkişaf etmiş bu torpaqlar müəyyən bir zolaq təşkil 
edir (məsələn: Böyükdüz, dağətəyi sahə  və s.). Bəzi sahələrdə boz torpaqlar müxtəlif dərəcədə 
şorlaşmışdır. Boz torpaqlar bir neçə yarımtipə bölünür. Onlardan müxtəlif dərəcədə suvarılmış  və 
becərilmiş boz torpaqlar xeyli üstünlük təşkil edir.  
Qədimdən suvarılan boz torpaqlar. Bu torpaqlar Arazboyu düzənlikdə çox geniş sahəni əhatə 
edir. Onlar cənub – qərbdə, çəmən-boz torpaqlarla, şimala doğru isə boz-qonur torpaqlarla  əvəz olunur. 
Bəzi yerlərdə (Xok, Şahtaxtı, Dəstə, Aza və digər kəndlərin yaxınlığında) bu torpaqlarda 
şoranlaşmaya təsadüf olunur. Arazın sol sahilində çaybasar və alçaq terraslarda, habelə çökək sahələrdə 
rütubət yüksək olduğundan boz torpaqlar zolağında boz – çəmən yaxud çəmən – boz  torpaqları əmələ 
gəlmişdir. Bu torpaqlar da Araz sahilboyunda xeyli geniş bir sahəni əhatə edir.  
Şoran torpaqlar. Bu torpağın  əmələ  gəlməsi,  əsasən, Duzdağın yamaclarında yağıntılar 
vasitəsilə yuyulub gətirilən çöküntülərin  duzla zəngin olması ilə əlaqədardır. Bu torpaqlar başlıca  olaraq, 
Böyükdüzün şərq və cənub hissəsini əhatə edir.  
Çəmən torpaqları.  Şərur və  Sədərək düzlərinin  Arazyanı hissəsində yeraltı sular səthə yaxın 
olduğundan, çəmən –ot bitkilərinin yaxşı inkişaf etməsinə səbəb olmuşdur ki, bunların da altında yüksək 
rütubətlənmə şəraitində boz torpaqlar zonasının  çəmən torpaqları əmələ gəlmişdir. 
Çəmən bataqlıq torpaqları. Muxtar Respublikanın düzən hissəsində çəmən torpaqları içərisində 
relyefin daha çox çökək sahələrində yealtı suların səthə daha yaxın olduğu bir şəraitdə əmələ gəlmişdir. 
Bu  torpaqlara Sədərək,  Şərur və Naxçıvan düzlərində  təsadüf edilir. Həmin torpaqlar ağır gilli olub, 
tərkibində fiziki gilin miqdarı 90%-ə çatır.  
 


 
46
Mədəni bitkilər insanın əmək fəaliyyəti nəticsində yaradılmışdır. 
Akademik Cəlal Əliyev. 
Bitki örtüyü 
Naxçıvan MR florasını öyrənmiş alimlərdən L. İ. Prilipko, V. C. Hacıyev, M. H.  Abutalıbov, 
İ. S. Səfərov, Ə. Ş. İbrahimov, F. Q. Mövsümova, T. H. Talıbov və b. tədqiqatlarını qeyd etmək olar. 
Naxçıvan MR-in kəskin  kontnental iqlimə malik olması, burada yağıntıların azlığı, havanın 
quraq, yayın qismən də payız aylarının yağışsız və isti keçməsi, qışın soyuqluğu, sutka və fəsillər arasında 
temperaturun amplituda fərqinin yüksək olması, bitki örtüyünün formalaşmasına təsir göstərmiş və orada 
zəif birtipli, yəni kserofit tipli bitkilərin inkişaf etməsinə səbəb olmuşdur. 
Muxtar Respublikanın Arazboyu düzənlik və dağətəyi hissəsi yarımsəhralar zonasına aiddir. Bu 
ərazi 1.200 m yüksəkliyə qədər olan ərazini  əhatə edərək, şimal –qərbdən, cənub – şərqə doğru uzanır. 
Yarımsəhralar zonası Sədərək, Şərur, Böyükdüz və Naxçıvan düzlərində xüsusilə daha geniş, cənub-şərq 
qurtaracağında – Ordubad düzlərində isə dar bir sahəni əhatə edir. 
Arazboyu düzənliyin əsas bitkiləri yovşan, üzərlik, efemerlər, taxılkimilər, gəvən, qrunt  suyunun 
səthə yaxın olan  yerlərində çayır, cil, müxtəlif qamışlar, çöl sarmaşığı, iyli yovşan, hələb kalışı, tülkü 
quyruq, acı biyan, tüksüz biyan, yatağan dəmirtikan, sürünən kəkrə, adi pıtraq, pərpərən, əmənkömənci, 
kəngizlər, sirkan, öldürgən,  şoran otları, dəvətikanı, kəvər, soğan, süddüyən, ləkəli  şoran, pişik nanəsi, 
şüalı gündəfnə, çılpaqdil gəvən və s.dir. 
Bu zonada yarımsəhra senozlarının bitkiləri payızda 2-3 yarus əmələ  gətirir. Birinci  yarusda 
çoxilliklər, ikinci  yarusda efemerlər, üçüncü  yarusda isə sporlu şibyələr yerləşir.  
Arazboyu düzənlik qədimdən  əkinçilik zonası olduğundan burada müxtəlif mədəni bitkilər 
becərilir. Bunlardan taxıl bitkiləri, şəkər çuğunduru, tərəvəz bitkiləri  və s. mühüm yer tutur. 
 
 
 
 
 
 
 
 
 
 
 
 


Yüklə 0,98 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə