Naxçıvan Muxtar Respublikası


) Kotam mis-profir yatağı



Yüklə 0,98 Mb.
Pdf görüntüsü
səhifə18/37
tarix01.02.2018
ölçüsü0,98 Mb.
#23033
1   ...   14   15   16   17   18   19   20   21   ...   37

 
43
35) Kotam mis-profir yatağı-(Yumuşaq metal Cuprum Cu
2
-mis filizli mineral ərintisindən 
sənayedə istifadə edirlər.) Ordubad rayonundakı Kotam kəndi yaxınlığında okean səviyyəsindən 2000 m 
yüksəklikdədir. 
Yataqdakı filiz zolağının eni 20-80 metr, uzunluğu isə 2,5 km-dir. Filizin tərkibində 0,1-1,5 % mis, 
0,01-0,2 % kobalt olaraq əsas mineralları pirit, xalkopirit və.s vardır. Yataq yeri ehtiyatda saxlanılır. 
 
36) Qapıcıq  əndəlisit yatağı-(Slikatlar sinfinə aid mineral AlOAl (SiO
4
), sərtliyi 7, sıxlığı 3100 
kq/m³.) Ordubad rayonu ərazisindədir. Yataqdakı suxurun tərkibində  əndəlisit, rutil, muskovit, serisit, 
kvars qarışıqları olmaqla əndəlisitin miqdarı 10-60 %-dir. Əndəlisit yüksək istiliyə  və turşuya davamlı 
elektrik keçirməyən təbii xammaldır. Yataq yeri ehtiyyatda saxlanılır. 
 
37) Misdağ mis-profir yatağı-(Yumuşaq metal Cuprum Cu
2
-mis filizli mineral ərintisindən 
sənayedə istifadə edirlər.) Ordubad rayonunda Zəngəzur dağ yaylasının cənub-qərb yamacında okean 
səviyyəsindən 3850 m yüksəklikdədir. 
1,3-1,5 km enində olan mis-profir yatağındakı mis filizi 0,2-2 %, molibden isə 0,001-0,02 % 
miqdarındadır. Yataq yeri ehtiyyatda saxlanılır. 
 
38) Nəsirvaz polimetal yatağı-(Əsas komponentləri qurğuşun, sink və s. əlvan (nadir) metallardan 
ibarət filizlərin kompleksidir.) Ordubad rayonunun Nəsirvaz kəndi yaxınlığında okean səviyyəsindən 
2300 m yüksəklikdədir. Yataqdakı filizin qalınlığı 60-120 metr, uzunluğu 2,2 km məsafədədir. Filizin 
tərkibində 1,2 % sink, 1,16 % qurğuşun və 0,4 % mis vardır. Yataq yeri ehtiyyatda saxlanılır. 
 
39) Ordubad çınqıl-qum yatağı-Ordubad şəhərindəki dəmiryolu stansiyası yaxınlığındadır. Sahəsi 
0,64 km², qalınlığı 5,25-5,95 metr, ehtiyatı isə 6974 min m³-dir. Tikintidəki beton işlərində istifadə 
olunur. 
 
40) Parağaçay əndəlisit yatağı-(Slikatlar sinfinə aid mineral AlOAl (SiO
4
), sərtliyi 7, sıxlığı 3100 
kq/m³.) Ordubad rayonundakı Parağaçay molibden yatağının  şimal hissəsindədir. Yataqdakı  əndəlisitin 
miqdarı 10-30 %, 65-75 % arasında olaraq, sahəsi 5-6 hektardır. Yataqda 10 metr dərinliyinədək qazılmış 
0,5 mln. ton filiz vardır. Sənayedə əndəlisit kvarsitdən elektrik keçirməyən xammal kimi istifadə olunur. 
Yataq yeri ehtiyyatda saxlanılır. 
 
41) Piyazbaşı qızıl yatağı-(Aurum, Au-qızıl filizləri (səpintisi) mineralların tərkibində külçə halında 
olur.) Ordubad rayonundakı  Pəzməri kəndi  ərazisində okean səviyyəsindən 2700 m hündürlükdədir. 
Yataqda 73 sayda kvars-sulfid (qızıl) damarları vardır ki, onlardan beşində qızılın miqdarı daha çoxdur. 
Çıxarılan filizlərin tərkibində 1-15 q/ton qızıl və 0,1-1,8 % mis vardır. Yataqdakı istehsal işləri 
dayandırılmışdır. 
 
42) Salamməlik travertin yatağı-(Məsaməli yüngül süxur, karbon qazlı bulaqlardan kalsium 
karbonatın çökməsindən əmələ gələn tikinti daşıdır.) Ordubad rayonu ərazisində Salamməlik dəmiryolu 
stansiyası yaxınlığındadır. Sarı-boz rəngli travertin yatağının sahəsi 1,6 hektar, qatın qalınlığı 5 metr, 
ehtiyatı isə 143 min tondur. Tikintidə üzlük daş kimi istifadə edirlər. 
 
43)  Şəkərdərə  qızıl yatağı-(Aurum, Au-qızıl filizləri (səpintisi) mineralların tərkibində külçə 
halında olur.) Ordubad rayonundakı Kələki kəndi ərazisində okean səviyyəsindən 2000 m yüksəklikdədir. 
Yataqdakı mis-qızıl filizinin damarında 1,4 q/ton qızıl və 1,9 % mis vardır. Yataq yeri ehtiyyatda 
saxlanılır. 
 
44) Yaşıllıq mis-profir yatağı-(Yumuşaq metal Cuprum Cu
2
-mis filizli mineral ərintisindən 
sənayedə istifadə edirlər.) Ordubad rayonundakı  Pəzməri kəndi  ərazisində  Şiladzorçayın sahilindədir. 
Okean səviyyəsindən 2500 m yüksəklikdə  təbii  şəlalə strukturunda 300 metr qalınlığında, 600 metr 
məsafədə olan yataqdakı filizlər 0,1-1,4 % mis və 0,01-0,08 % molibden vardır. Yataq yeri ehtiyyatda 
saxlanılır. 
 
45) Gömür kükürd yatağı-(Sulfur S-kimyəvi cəhətdən aktiv sarı  rəngli bərk kristal maddədir.) 
Şahbuz rayonundakı Gömür kəndi  ərazisində buzlaq fəaliyyəti nəticəsində kükürd əmələ  gəlmişdir. 


 
44
Əraziyə kükürd piritli andezitlərdən yeraltı isti bulaq suları vasitəsilə  yığılmış  və orada çökmüşdür. 
Yataqdakı ehtiyat elmi şəkildə öyrənilməmişdir. 
 
46) Salvartı opalsaxlayan suxur yatağı-(Opalus SiO
2.
nH
2
O-qiymətli bəzək daşı olaraq mineralın 
sərtliyi 6,5; sıxlığı 1800 kq/m³-dir.) Şahbuz rayonun Salvartı yaylasındakı (3160 m) su ayırıcından 350 
metrlikdədir. Sarı-ağ, yaşıl-boz rəngli  şüşə kimi parıldayan süxurlar kaolinləşərək bərkimişdir. Yatağın 
ehtiyyatı 1452 min tondur. Metalların pardaxlanmasında, istilik izoləedicisi kimi sənayesində istifadə 
olunan qiymətli xammal yatağı elmi şəkildə öyrənilməmişdir. 
 
47) Şahbuz gil yatağı-Şahbuz qəsəbəsindən 2 km şimal-şərqdə Qarababa kəndi ərazisindədir. Tünd 
boz rəngli gil ilə külçə süxurlarının sahəsi 0,23 km², qalınlığı 1,4-4,7 metr, ehtiyatı isə 973540 m³-dir. Gil 
bişmiş kərpic istehsalına yararlıdır. 
 
48) Çalxanqala tuf yatağı-(Tofus-vulkan qumundan əmələ gəlmiş süxurdur.) Kəngərli rayonundakı 
Çalxanqala kəndi ərazisindədir. Çəhrayı-boz rəngli tuf yatağının sahəsi 1 km², qalınlığı 140 metr, ehtiyatı 
isə 243 min m³-dir. 1977-ci ildən yataq yeri mühafizə olunur. 
 
49) Qabıllı gil yatağı-Kəngərli rayonundakı Qabıllı  kəndi yaxınlığında sarımtıl-boz rəngli gil 
yatağıdır. Yatağın sahəsi 4 km², qalınlığı 161 metr, ehtiyatı isə 992 min m³-dir. Həmin gildən drenaj su 
boruları, kərpic və üzlük plitələr hazırlanılır. 
 
50) Qarabağlar travertin yatağı-(Məsaməli yüngül süxur, karbon qazlı bulaqlardan kalsium 
karbonatın çökməsindən  əmələ  gələn tikinti daşıdır.) Kəngərli rayonundakı Qarabağlar qəsəbəsi 
ərazisindədir. Yatağın sahəsi 1 km², qalınlığı 15-40 metr, ehtiyatı isə 4031 min m³-dir. Əsasən tikintidə 
istifadə edilən travertinin 1 m³ daşından 17,2 m² üzlük plitə alınır. 1984-cü ildən yataq yeri istismara 
verilmişdir. 
 
51) Şaxtaxtı travertin yatağı-(Məsaməli yüngül süxur, karbon qazlı bulaqlardan kalsium karbonatın 
çökməsindən əmələ gələn tikinti daşıdır.) Kəngərli rayonundakı Şaxtaxtı kəndi ərazisindədir. Bozumtul-
ağ rəngli travertin yatağının sahəsi 0,8 km², qalınlığı 6,5-22 metr, ehtiyatı isə 7156 min m³-dir. 1968-ci 
ildən yataq yeri istismardadır. 
 
52) Gümüşlü polimetal yatağı-(Əsas komponentləri qurğuşun, sink və s. əlvan (nadir) metallardan 
ibarət filizlərin kompleksidir.) Şərur rayonundakı Arpaçayın sol sahilindədir.  Ərazidəki layvari filiz 
əhəmiyyətli olaraq, tərkibində 4,5 % qurğuşun, 0,5 % isə sink vardır. Mineroloji tərkibi qalinit, serusit, 
sfalerit, simitsonit və kalamindən ibarətdir. 1954-cü ildən sənaye üsulu ilə yataqdan filiz çıxarılsa da, 
haliyyədə ehtiyyatda saxlanılır. 
 
53) Oğlanqala mərmər yatağı-(Əhəng daşı  və dolomitlərin metamorfizmə  uğramasından  əmələ 
gələn kristallik süxurdur.) Şərur rayonundakı Oğlanqala (Ulya Noraşen) kəndindədir. Tünd-boz və qara 
rəngli kristallik mərmər daşı kəsilərək tikintidə istifadə olunur. Daşın tərkibindəki kalsinitin sıxlığı 2,53-
2,72 ton/m³, kalsium oksidin miqdarı 51,8 %, ehtiyatı isə 2299 min m³-dir. Yüksək keyfiyyətli üzlük 
daşdan tikintidə istifadə olunur. 
 
54) Püsyan daşduz yatağı-(Halit-halloidlər sinfinə aid mineral, NaCl, sərtliyi 2, sıxlığı 2100 kq/ 
m³.)  Şərur rayonundakı Püsyan kəndi  ətrafındadır. Duz yatağının qalınlığı 45-80 metrdir. 1955-ci ildə 
yataq yeri aşkar olsada elmi şəkildə öyrənilməmişdir. Yataqdakı duzdan malqaranın yemlənməsində 
istifadə etmək olar. 
 
55) Vəlidağ  mərmər-əhəngdaşı yatağı-(Əhəng daşı  və dolomitlərin metamorfizmə  uğramasından 
əmələ gələn kristallik süxurdur.) Şərur rayonu ərazisində Vəlidağ (1242m)-Dəhnə (1154 m) antiklinalının 
(qırışığın yanlarında) yerləşərək, sahəsi 0,12 km², narın-çınqılın ehtiyatı isə 3271 min m³-dir. Yataqdakı 
xammaldan tikintilərdə istifadə edirlər. 
 
56) Sədərək gil yatağı-Sədərək rayonu ərazisində sahəsi 0,48 km², qalınlığı 4,36 metr, ehtiyatı isə 
2092 min m³-dir. Yataqdakı gildən bişmiş kərpic istehsalında istifadə edirlər. 


Yüklə 0,98 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə