Naxçıvan Muxtar Respublikası



Yüklə 0,98 Mb.
Pdf görüntüsü
səhifə2/37
tarix01.02.2018
ölçüsü0,98 Mb.
#23033
1   2   3   4   5   6   7   8   9   ...   37

 
5
XX əsrin əvvəllərində Naxçıvan şəhərində 4 karvansara, 12 buzxana, 1 zorxana, 5 məktəb (mədrəsə), 
2 xəstəxana (azarxana), gömrük, poçt-teleqraf və jandarma məntəqələri olmuşdur. Bundan başqa şəhərdə 
Cümə və məhəllə məscidləri, 17 su dəyirmanı, 5 hamam, müxtəlif iaşə sahələri də fəaliyyət göstərmişdir. 
Naxçıvan  şəhər  əhalisini içməli və  təsərrüfat suyu ilə  təchiz edən çeşmələr (kəhrizlər) qazılmışdır ki, 
onlara vəsait qoyan xeyriyyəçilərin adları ilə deyilmişdir. Həmin çeşmələr Cəfərqulu xan, Qızxanım, 
Mirzə Bədəl, Kor kişi, Qələndər, Kərbəlayi Musa, Sarvanlar (Miriş ağa), Çuxur, Məşhədi Tahir, Ağam 
Əli (Xan). Şahbaz ağa, Cığatay və başqaları olmuşdur. 
1917-ci ilin axırlarınadək Naxçıvan ölkəsində  cəmi 170 min 142 ailə yaşamışlar ki, onlardan 122 
min 208 nəfəri Naxçıvan qəzasında, 40 min nəfəri  Şərur qəzasında və 8 min 934 nəfəri isə Naxçıvan 
şəhərində olmuşdur. (Statistik məlumat “Naxçıvan Ensiklopediyası”na əsaslanmışdır.) 
1918-ci ildə Naxçıvanda Araz-Türk Respublikası yaradılmış, iki ildən sonra isə Bakı bolşevikləri 
tərəfindən süquta çatdırılmışdır. 
1920-ci ilin 28 aprel tarixində Bakı bolşeviklərinin köməkliyi ilə Mahaçqaladan Rusiyanın 11-ci 
zirehli qatarı silahlı  əsgərləri ilə  gələrək Bakıda  Şura hökümətini elan etmişdir. Həmin il Rus süvari 
əsgərləri Azərbaycanın bölgələrinə o cümlədən də Qarabağ və Naxçıvanı keçərək işğal edirlər. 
1920-23-cü illərdə Naxçıvanda Sovet Sosialist Respublikasını elan etdilər. 
1924-cü ilin 27 fevralından 1927-ci ilin 9 fevral tarixinədək Naxçıvan Muxtar Diyarı, Azərbaycan 
SSR-in tərkibində Muxtariyyət hüququnu almışdır. 
Naxçıvan Diyar Sovetlər Qurultayın qərarı ilə Naxçıvan Mərkəzi  İcraiyyə Komitəsi (MİK), Xalq 
Komissarları Soveti (XKS) və bütün komissarlıqlar buraxılaraq, Diyarı idarə etmək üçün 17 üzv və 7 
namizəddən ibarət Naxçıvan Diyar İcraiyyə Komitəsi yaradılmışdır.Həmin vaxt Diyardakı Naxçıvan, 
Şərur və Ordubad qəzaları ləğv olaraq, Naxçıvan Muxtar Diyarının əraziləri Tumbul, Cəhri, Əbrəqunis, 
Şahtaxtı, Noraşen və Ordubad dairələrinə bölünmüşdür. 
Diyarın Ali hakimiyyət orqanı NDİK tərəfindən ildə bir dəfə çağrılan Naxçıvan  Diyar Sovetlər 
Qurultayı (NDSQ) olmuşdur. 
Bundan sonra Naxçıvan SSR ləğv edilərək Xalq Komissarları  əvəzinə Naxçıvan Diyar İnqilab 
Komitəsinin (NDİK) ayrıca torpaq, daxili işlər, səhiyyə, maarif, sosial təminat, ticarət və sairə  şöbələri 
yaradılmışdır. 
1923-cü ilin 31 dekabr tarixində Azərbaycan MİK, Naxçıvan Muxtar Diyarını Azərbaycan SSR 
tərkibində Naxçıvan Muxtar Sovet Sosialist Respublikasına çevrilməsinə  qərar qəbul etmişdir. Həmin 
qərar Cənubi Qafqaz Mərkəzi İnqilab Komitəsinin (MİK) 1924-cü il yanvar tarixli Birinci Plenumunda 
təsdiq olunmuşdur. Beləliklə plenumda Azərbaycan SSR MİK-in 1924-cü il 9 fevral tarixli dekreti ilə 
Naxçıvan Muxtar Diyarı  ləğv olmuş  və yerində Naxçıvan MSSR olmuşdur.(Ətraflı  ədəbiyyata bax, 
Mədətov Q.Ə. “Naxçıvanda Sovet hakimiyyətinin qələbəsi və Nax.MSSR-in təşkili”.Bakı-1958) 
1924-cü ilin 9 fevral tarixindən 1990-cı ilin 20 yanvar tarixədək Naxçıvan MSSR, hüquqi dövlət 
kimi Azərbaycanın tərkibində qalmışdır. 
Naxçıvan Vilayət(bolşeviklər) Komitəsinin birinci katibi Mirzalıbəy Bəktaşi olmuşdur. 
1990-cı ilin 20 yanvar tarixində keçmiş Qars müqaviləsinin  şərtlərinə görə Naxçıvan Muxtar 
Respublikası inzibati ərazilərinə Ermənistanın silahlı dəstələrinin təcavüzü ilə əhalinin yurd yerlərindən 
qaçqın düşməsi nəticəsində, Naxçıvan MSSR Ali Soveti tərəfinin qərarı qəbul olunmuşdur. 
Qərarda Naxçıvan Muxtar Respublika torpaq əraziləri Ermənistan silahlı  dəstələri tərəfindən 
basqınlara məruz qalmış  və SSRİ Ali Soveti tərəfindən köməklik edilmədiyi üçün SSRİ hökuməti 
tərkibindən çıxması göstərilmişdir. 
1991-ci ildən Naxçıvan Muxtar Respublikası Azərbaycan Respublikası  tərkibində qalmaqla ayrıca 
hüquqi dövlət olmuşdur. 
Naxçıvan MR-ın inzibati torpaq əraziləri şimaldan Ermənistanla (246 km), qərbdən Türkiyə ilə (11 
km), cənubdan isə İranla (204 km) Araz çayı boyunca həmsərhəddir. 
Ermənistanla sərhəd zolağı  Zəngəzur və  Dərələyəz dağ silsiləsi ilə, Türkiyə  və  İranla isə Araz 
çayıdır. Naxçıvan MR-ın  ərazisi 158 km uzununa və 75 km məsafədə isə eninə romb həndəsi fiquru 
oxşarındadır. Sahəsi 5,5 min kvadrat kilometr, əhalisi isə 376 min 360 nəfərdir. (2006-cı ilin st.məl.) 
Muxtar Respublikanın paytaxtı, qədim Şərqin Qapısı Naxçıvan şəhəridir. 
Naxçıvan şəhəri dünya okeanı səviyyəsindən 750 metr yüksəkdə yerləşir. 
Naxçıvan MR-in ən hündür ərazisi Qapı Cudi dağı (Qapıcıq, 3917 m.)ən alçaq yeri isə Araz çayı 
sahillərində 600 metr yüksəkdədir. 
Muxtar Respublikanın  şimalda  ən ucqar yeri Saraybulaq silsiləsinin  Şərur rayonu ərazisindəki 
Kömürlü (2064 m.) dağı, ən cənub yeri isə Arazın sol sahilindəki Zərəni dəmir yolu stansiyasıdır. 


 
6
1920-ci ildə Rusiya hökumətinin qərarı ilə (Kiçik Qafqazda Ermənistan dövlətini yaratmaq 
məqsədilə) qanunsuz olaraq Naxçıvandakı  Zəngəzur dağları boyunca 44 km enində (Araz çayınadək) 
torpaqlarımız Ermənistan SSR-ə pay verilmişdir. Bunun nəticəsində Naxçıvan Muxtar Diyarı 
Azərbaycandan ayrı düşmüşdür. 
1930-cu ildə Naxçıvan MR-in tərkibində  Şahbuz,  Şərur, Naxçıvan, Culfa, Əbrəqunis və Ordubad 
inzibati rayonları olmuşdur. 
1932-ci ildə Azərbaycan  ərazilərində  təbii və tarixi mədəniyyətimizi öyrənmək məqsədi ilə 
“Azərbaycanı öyrənək” jurnalı  nəşr olunmuş  və Naxçıvanda “Tətqiq və  Tətəbbö Cəmiyyəti” fəaliyyət 
göstərmişdir. 
1948-ci ildə Əbrəqunis rayonu ləğv edilərək həmin torpaq əraziləri Culfa rayonu ilə birləşdirilmişdir. 
1978-ci ildə Naxçıvan rayonu Babək adı ilə əvəz olunmuşdur.  
1990-cı ildə Sədərək rayonu yaradılmışdır. 
2004-cü ilin 19 mart tarixində isə Muxtar Respublikada sonuncu Kəngərli rayonu yaradılmışdır. 
Haliyyədə Muxtar Respublika tərkibindəki inzibati rayonlar Ordubad (mərkəzi Ordubad şəhəri), 
Culfa (mərkəzi Culfa şəhəri), Babək (mərkəzi Babək qəsəbəsi),  Şahbuz (mərkəzi  Şahbuz qəsəbəsi), 
Kəngərli (mərkəzi Qıvraq qəsəbəsi),  Şərur (mərkəzi  Şərur  şəhəri) və  Sədərək (mərkəzi Heydərabad 
qəsəbəsi)-dir.  
Naxçıvanda insanlar hələ Eramızdan  əvvəl II-I minilliklərdə Duz dağındakı daş duzdan istifadə 
etmişlər. Belə ki, Eramızın III-XI əsrlərinədək insanlar Duz dağındakı yeraltı təbii mağaradakı hava ilə 
təmasda olduqlarından bronxit, göy öskürək və s. xəstəliklər olmamışdır. 
1880-cı illərdən 1920-ci ilədək Şərurun “Gümüşlü” mədənindən filiz çıxarılmışdır. 
Qədim insanlar Naxçıvandakı mədən suları ilə bir sıra xəstəliklərin müalicəsində istifadə etmişlər. 
Belə ki, Vayxır soyuq və Darıdağ  mərgümüşlü termal mineral sularından qoturluq dəri 
xəstəliklərinin sağalmasından istifadə etmişlər. 
1933-cü ildə Naxçıvan Diyar Xalq Səhiyyə Komissarı Nadir Məmmədlinin(1897-1937) təşəbbüsü ilə 
Azərbaycan Xalq Səhiyyə Komissarlığının xüsusi qərarı ilə ilk dəfə Naxçıvandakı  mədən sularını elmi 
şəkildə öyrənmək məqsədi ilə Bakıdan mütəxəssis ekspedisiyası göndərilmişdir. 
Alimlərin axtarışı ilə Muxtar Respublikasında ilk dəfə 3 rayonda 48 mineral su bulaqlarını tapıb 
kimyəvi tərkibini öyrənmişlər. 
Alimlər Darı dağ, Nəhəcir, Badamlı, Sirab, Dərəşam, Qızılvəng, Gömür, Vayxır və sairə ərazilərdəki 
mədən sularının insanların sağlamlığına təsiri metodlarını tapmışlar. 
Naxçıvan Muxtar Respublikasında təbii ehtiyatları (sərvətləri) qoruyub gələcək nəsillərə çatdırmaq 
üçün ümümxalq tədbirləri genişləndirilmişdir. 
Yetmiş-səksəninci illərdə Naxçıvan  şəhərində Azərbaycan MEA-nın Elm Mərkəzinin  şöbəsi 
fəaliyyət göstərmişdir. 
1949-cu ildən sonra Amerikada BMT yanında yaradılmış Beynəlxalq Təbiəti Mühafizə  İttifaqına 
Azərbaycan da qoşulmuşdur. 1956-cı ildə Azərbaycan EA nəzdində  Təbiəti Mühafizə Komissiyası 
yaradılmışdır. 1957-ci ildə Bakıda Zaqafqaziya təbiəti mühafizəsi üzrə birinci müşavirəsi keçirilmişdir. 
1960-cı ildə Azərbaycan SSR Nazirlər Soveti yanında Təbiəti  
Mühafizə  İdarəsi, 1963-cü ildə isə su mənbələrinin mühafizəsi Komitəsi ilə  Təbiəti Mühafizə 
Cəmiyyəti fəaliyyət göstərmişdir. 
1984-ci ildən Naxçıvan Muxtar Respublikasında Dövlət Geologiya və Mineral Ehtiyatlar Komitəsi 
yaradılmışdır. Komitə 1999-cu ilin yanvarından Naxçıvan MR Ekologiya və  Təbii Sərvətlər Nazirliyi 
adlanaraq rayonlarda isə şöbələri yaradılmışdır. 
Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsindəki “Təbii Ehtiyatlar İnstitutu” ilə 
“Bioresurslar  İnstitutu”da fəaliyyət göstərir.  İnstitutun Babək rayonundakı  Şıxmahmud kəndi 
yaxınlığında “Nəbatət bağı” və “Yaşıl əczaxanası” da vardır. 
Naxçıvan Muxtar Respublikasındakı  təbii sərvətləri qorumaq üçün “Cənub su hövzələri 
müfəttişliyi”, “Ovçular cəmiyyəti” və “Təbiəti mühafizə  cəmiyyəti” fəaliyyət göstərmişdir. Məktəbli 
gənclərə təbiətin qorunması məqsədi ilə Maarif Nazirliyinin “Gənc təbiətçilər Stansiyası” yaradılmışdır. 
(Sonradan “Uşaq Ekaloji Tərbiyə Mərkəzi” adlanmışdır). 
Muxtar Respublika Ali Məclisi sədrinin təşəbbüsü ilə  hər il yaz və payız aylarında ümumxalq 
iməclikləri keçirilərək yaşıllaşdırma işləri aparılır. 
1969-cu ildə Muxtar Respublikadakı fauna və floranı qoruyub saxlamaq üçün Ordubad Dövlət 
Qoruğu və 2004-cü ilin 9 oktyabr tarixində isə Akademik Həsən  Əliyev adına Milli Yaşıllıq Parkı 
yaradılmışdır. 


Yüklə 0,98 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə