Naxçıvan Muxtar Respublikası



Yüklə 0,98 Mb.
Pdf görüntüsü
səhifə3/37
tarix01.02.2018
ölçüsü0,98 Mb.
#23033
1   2   3   4   5   6   7   8   9   ...   37

 
7
Naxçıvan MR Ali Məclisinin 2003-cü il 16 iyun tarixli fərmanı ilə Şahbuz rayonunda 3139 hektar 
sahədə Dövlət Təbiət Qoruğu yaradılmış  və 2005-ci ilin 23 sentyabr tarixli sərəncamı ilə Araz çayı 
sahilindəki 9118 hektarlıq sahə isə Arazboyu Dövlət Təbiət Yasaqlığı elan olunmuşdur.   


 
8
Yaşıllığı artıran, sağlamlığı qazanar” 
Xeyyriyyəçi Əlixan Kəngərli
 
Naxçıvan şəhəri  məhəllələrinin “yaşıl” sərvətləri 
 
 
Naxçıvan  şəhəri Orta əsrlərdə tarixi ipək yolunun üstündə olmuş, burada əhali artıb-çoxalaraq 
məhəllələr yaranmış və əkinçiliklə yanaşı sənətkarlıq sahələri də inkişaf etdirilmişdir. 
Tarix boyu Naxçıvan  şəhəri xarici işğalçıların dağıdıcı  zərbələrinə  məruz qalsa da, əhali təbii 
sərvətləri qoruyub saxlamışdır. 
Müasir Naxçıvan  şəhəri böyüyüb gözəlləşmiş, geniş xiyabanlar salınmış, çox mərtəbəli yaşayış 
binaları tikilmiş, küçələrə ad verilmiş  və  əskidən qalma məhəllə adları da unudulmamışdır.  Şəhər 
əhalisi meyvə  ağaclarını çoxaltmaq məqsədilə  şəxsi təsərrüfat sahələrində yaşıllaşdırma işlərinə diqqət 
artırmışlar. 
 
1)  Ağabəylər məhəlləsi.  Qədim məhəllə olmuş, indiki  Atatürk küçəsində “Gənclik kafesi”ndən 
başlamış Daxili İşlər Nazirliyi yerləşən əraziyədək (M.Sidqinin (1854-1903) məktəbi fəaliyyət göstərmiş, 
yanında “Padşahlıq bağı”(Böyük bağ) olmuş  və haliyyədə unudulmuşdur. Məhəllə  ərazisinə su arxları 
çəkilmiş, çoxillik qaraağac, çinar, tut, ərik və sairə ağaclar əkilmişdir. 
 
2) Anbar məhəlləsi. İndiki Naxçıvan Müəllimlər İnstitutu binası ətrafında olmuşdur. 
Bu kiçik məhəllədə  əsasən Naxçıvana gələn tacir-müsafirlərin mallarının saxlanılması üçün böyük 
yeraltı  və yerüstü anbarların olması ilə  əlaqədardır. Məhəllə  ərazisindəki kəhriz quyularının  ətrafında 
çoxillik tut, qaraağac, çinar və s. ağaclar əkilmişdir. 
 
3) Atabəylər məhəlləsi. Qədim məhəllə ərazidəki böyük Əcəminin tikdiyi əzəmətli Möminə xatun 
(Atababa) türbəsinin ətrafında olmuşdur. Ərazidə yalnız Naxçıvan hakimlərinin iqamətgahları ilə bərabər 
divanxana, iki tağlı portal darvaza tikilisi, qırxpillə su kəhrizi (Ağaməli) və başqa tikililər də olmuşdur. 
Məhəllə  ərazisindəki kəhriz quyuları  kənarında çoxillik meşə  ağacları ilə  bərabər həmişəyaşıl bəzək 
kolları da əkilmişdir. 
1986-cı ildə qurulmuş iki dəfə Sosialist Əməyi Qəhrəmanı H.Ə.Əliyevin(1923-2003) büstü ətrafında 
gülkarlıq salınmışdır. 
 
4)  “Bəktaş arxı”(Bəydaş) məhəlləsi.  Şəhərin  şimal-şərq hissəsində  Əlixan məhəlləsindən axan 
“Bazar çayı”ndan ayrılmış sol qol “Ziyil arxı”nın başlanğıc ərazilərinə Bəydaş məhəlləsi deyilərdi. 
Məhəlləyə  (əraziyə) həmin adın verilməsi Türkiyənin  İqdır vilayətindən olan “Bəktaş” Osmanlı 
dərviş ordeninə layiq görülmüş Rauf Əfəndi Bəktaşinin adı ilə bağlıdır. Bəktaş arxının suyu şəhərdəki 
Əlixan, Çimən, Pirqəmiş, Şahab, Qurdlar və digər məhəllərdəki əkin torpaqlarını suvarılmasında böyük 
əhəmiyyəti olmuşdur. 
Məhəllədə otuzuncu illərdə Naxçıvan Tədqiq və  Tətöbbö Cəmiyyətinin elmi katibi 
M.Mirheydərzadə(1877-1956) yaşamışdır ki, onun həyətindəki yüz əlli ildən artıq  əkilmiş qocaman tut 
ağacı hələ də qalmaqdadır. 
 
5) Cıdıllı məhəlləsi. Əvvəllər Naxçıvan şəhərinin şimal-qərb tərəfində indiki Dövlət Dram Teatrının 
binası yerində geniş bir meydança var idi. Həmin meydanda XX əsrin 40-50-ci illərinədək at yarışları 
keçirilər, kəndirbazlarla pəhlavanlar öz məharətlərini göstərərdilər. 
Həmin meydanın  ətrafında yaşayış evləri olmuşdur ki, ora Cıdıllı  məhəlləsi adlandırılmışdır. 
Məhəllədə kəhriz quyuları ətrafında çinar, nərbənd ağacları ilə bərabər ardıc kolları da əkilmişdir. 
 
6) Cığatay məhəlləsi. Həmin məhəllənin yaranması tarixi XII əsrin əvvəllərinə təsadüf olunur. 
1235-ci ildə monqol Cormoğxanın başçılığı ilə Naxçıvanda qanlı döyüşlər apararaq əraziləri öz 
təsirləri altına salmışlar. Naxçıvanda qalıb yaşayan asiyalılar, məskunlaşdıqları  məhəlləyə “cığataylar” 
adını vermişlər. 
Tut, ərik, qoz və başqa çoxillik ağaclar əsasən məhəllədəki su arxları kənarında əkilmişdir. 
Azərbaycanın ümummilli lideri H.Əliyev(1923-2003) qardaşları akademik Həsən Əliyev(1907-1993) 
və akademik Cəlal Əliyev(1928-....) gənclik illərində həmin məhəllədə yaşamışlar. 


 
9
 
7) Çaparxanlı məhəlləsi. Keçmişdə çaparların atları saxlanılıb dəyişilən ərazi olmuşdur. Məhəllənin 
əski adı “çaparxana” olmaqla burada poçt-teleqraf binası, at tövləsi, gömrük və jandarma idarəsi yaşayış 
evləri və sairə yerləşmişdir. 
Məhəllə Bazar çayının üstündə, indiki 12№li orta məktəbin yerləşdiyi ərazidə olmuşdur. Məhəllədə 
kəhriz quyuları olmuş və Bazar çayı kənarında çoxillik tut, qoz, çinar ağacları əkilmişdir. 
 
8) Çimən məhəlləsi. Naxçıvan  şəhərinin  şimal-şərq hissəsində  Bəktaş arxı, Cığatay və Qoçüstü 
məhəllələri arasında olaraq, indiki M.Ordubadi və Y.Məmmədəliyev küçələri  ərazisindədir. Məhəllənin 
ərazisinin çox hissəsində yeraltı sular üzə çıxmasından təbii çimənlik əmələ gəlmiş və əhalinin otlaq yeri 
olmuşdur. 
Altmış-yetmişinci illərdə ərazidə yeraltı drenaj kanallar çəkilməsi nəticəsində, qrunt suları azalmış və 
əhali boş qalmış yerlərdə  məskunlaşmışdır. Keçən  əsrdə  məhəllədə xeyriyyəçi  Şahbazağa Kəngərli 
tərəfindən kəhriz arxı çəkdirilmiş və çoxillik tut, ərik, qoz və başqa meyvə ağacları əkilmişdir. 
 
9) Dabbaqxana məhəlləsi. Naxçıvanda qədim məhəllələrdən olaraq ərazidə  sənətkarlıq (dəri 
arşılamaq, çarıqçılıq, göndən hazırlanan təsərrüfat alətləri) inkişaf etdirilmişdir. Məhəllədə Dabbaqxana 
çeşməsi dövrümüzədək qalaraq suyundan suvama və buz hazırlanmasında istifadə olunardı. 
Məhəllə indiki şəhidlər məzarlığının cənub hissəsində olaraq, orada Muxtar Respublika Meteoroloji 
Stansiyası  fəaliyyət göstərmişdir.  Ərazidə IX əsrdən qalma Buzxana tarixi mədəniyyət abidəsi vardır. 
Məhəllədə əhali seyrək yaşasa da, çoxillik tut ağacları əkmişlər. 
 
10)  Dəmirçilər məhəlləsi.  Qədim məhəllə Naxçıvan  şəhərinin Firdovsi küçəsinin başlanğıcından 
“Pirqəmiş məhəlləsi”nədək uzanıb gedir. 
Keçən  əsrin  əvvəllərində  məhəllədə onlarca dəmirçixana kürələri fəaliyyət göstərmişdir.  Şəxsi 
həyətyanı sahələrdə tut, ərik, albalı və başqa ağaclar əkilib becərilir. 
 
11) “Dizə” məhəlləsi.  Ərazi, Naxçıvan  şəhərində  qədim məhəllələrdən biri olmuşdur. Məhəllənin 
ərazisi Naxçıvanın Elm Mərkəzinin (keçmiş  şəhər 1№li məktəb) binasından indiki şəhər Avtovağzal 
binası ərazilərinədək olmuşdur.  
“Dizə” toponimi yığıntı, yığışma sözündən olmaqla buraya əvvəllər  ətraf kəndlərin  əhalisi gələrək 
məskunlaşmışlar. Məhəllə  ərazisində  kəhriz quyuları ilə suvarılan təsərrüfatlarda meyvə  ağacları ilə 
bərabər tərəvəz bitkiləri də becərilir. 
 
12) Xıncab məhəlləsi. Naxçıvan şəhərində 60 illik məhəllə adlarından biridir. İndiki 1№li məktəbin 
ətrafındakı çökək relyefli ərazidən ibarətdir. 
Məhəllədə əkin torpaqlarını suvarmaq üçün kəhrizlər vardır ki, onları keçmişdə xeyriyyəçi Kərbəlayi 
Musa (1856-1924) çəkdirmişdir. Ərazidəki şəxsi təsərrüfat sahələrində meyvə ağacları əkilmişdir.  
 
13) Xoylu (Xoşulu) məhəlləsi. Naxçıvan  şəhərində  qədim məhəllə adlarındandır. “Qızlar 
bulağı”ndan başlayaraq “Xandiki”nin aşağısı həmin məhəllə əraziləridir. 
Əvvəllər oradakı  əhali Bazar çayı üstündəki su dəyirmanlarını  işlədər və göy-göyərti  əkib 
bəcərməklə məşğul olardılar. Məhəllədə çoxillik tut, ərik, qoz ağacları ilə bərabər kol bitkilərindən nar, 
əncir də becərilir. 
 
14)  Kəngərli (Atabəylər) məhəlləsi. Naxçıvan  şəhərində  qədim məhəllərdən biri olaraq, Orta 
əsrlərdə Naxçıvan  ərazilərində  Mərkəzi Asiyadan gəlmə  Kəngərli tayfalarının məskunlaşmasından 
yaranmışdır. 
Keçmişdə şəhərdəki Qala məhəlləsinin şimal əraziləri Kəngərli məhəlləsi adlanırdı. Ərazidə kəhriz 
quyuları da olmuşdur. Məhəllə ərazisi park olduğundan orada ardıc və gül kolları əkilmişdir. 
 
15) Gomayıl məhəlləsi. Naxçıvan şəhərindəki Sarvanlar məhəlləsinin sol ərazisindədir. 
Həmin məhəllə sakinləri  İrəvan elindən (Dəvəli-Üçkilsə) köçüb gələn soydaşlarımız olmuşlar. 
Məhəllə sağ  tərəfdən “Qızlar bulağı”na söykənmiş, Bazar çayı ilə gur sulu çeşmələri  əkin yerlərinin 
suvarılmasına şərait yaradırdı. Bu məhəllədə çoxillik tut ağacları ilə bərabər nar, əncir, zirinc və başqa kol 
bitkiləri də əkilib becərilir. 


Yüklə 0,98 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə