Naxçıvan Muxtar Respublikası



Yüklə 0,98 Mb.
Pdf görüntüsü
səhifə5/37
tarix01.02.2018
ölçüsü0,98 Mb.
#23033
1   2   3   4   5   6   7   8   9   ...   37

 
13
hissəsini əhatə edir. Düzənliyin  şimali-qərbində olan Anabad və Qaraquş dağlarından formalaşan sellər 
düzənliyin mərkəzinə qədər gəlir. Ona görə də ərazidə sel gətirmə çöküntüləri üstünlük təşkil edir. 
Sust maili düzənliyinin su təminatı olduqca zəifdir. Suvarma və içmək məqsədi ilə yalnız kəhriz 
sularından istifadə edilir. Təəsüflə demək olarki, kəhrizlərə qarşı laqeydlik sonda Sust kəndinin boşalması 
ilə nəticələnmişdir. Bu gün kənd təsərrüfatına yararlı olan torpaq sahələri su çatışmazlığından istifadədən 
kənarda qalır.  
Culfa maili düzənliyi.  Arazboyu düzənlikdə  Əlincə çayın aşağı axınının sol sahilindən 
başlayaraq,  şərqdə Yaycı düzünədək,  şimalda isə Darıdağın  ətəklərinədək olan hissələri  əhatə edir. Bu 
düzənlik Araz çayı səviyyəsindən başlayaraq, 1200 m mütləq yüksəkliyə qədər davam edir. Düzənlikdən 
əkin sahəsi kimi az istifadə olunur. Əsas səbəbi ərazidə suvarma suyunun çatışmaması  və düzənliyin bəzi 
sahələrinin daşlarla örtülü olmasıdır. 
Yaycı düzənliyi. Bu düzənlik Qaradərə çayının gətirmə konusundan ibarət olub, şimaldan 
cənuba doğru 10-12 km uzanır. Düzənliyin ən enli yeri 5 km olmaqla, dəniz səviyyəsindən 720-960 m 
hündürlükdə yerləşir. Yaycı düzü Kərimqulu Dizə  kəndindən  şimal-qərb istiqamətinə dönərək, 
Qapıqabağı düzənliyinə qovuşur. 
Bu düzənlik əsasən allüvial-prollüvial çöküntülər ilə örtülmüşdür. Ərazinin 1000 hektara yaxın 
torpaq sahəsi suvarılaraq,  əkinçilikdə istifadə olunur. Burada da suvarma suyu təminatı  zəifdir. Gilan 
çaydan çəkilən Yaycı arxı suvarma dövrü yeganə etibarlı su mənbəyi rolunu oynayır. 
Ordubad maili düzənliyi.  Zəngəzur silsiləsinin cənub-qərb  ətəklərindən  Əylis, Ordubad və 
Gənzə çayları vasitəsi ilə  gətirilən allüvial–prollüvial çöküntülərdən  əmələ  gəlmiş  və sonda 
mürəkkəbləşərək Arazboyu sahəni  əhatə edərək  Əylis və Ordubad maili düzənlikləri yaranmışdır. 
Düzənliyin səthi daşlı, çınqıllı olub allüvial çöküntülərlə örtülmüşdür.  
Ordubad maili düzənliyi  Əylis, Ordubad, Gənzə çaylarının, Dəstə maili düzənliyi isə 
Vənəndçayın və Düylünçayın gətirmə konuslarından təşkil olunmuşdur. Çayların gətirdikləri sel 
çöküntüləri şərq hissədə Araz çayına qədər gəlib çatır. Əylis çayının gətirdiyi çöküntülər digər çayların 
gətirdiyi çöküntülərə nisbətən daha çox və iri daşlıdır.  
Qeyd etmək lazımdır ki, Arazboyu düzənlik geoloji  dövr ərzində çökmə suxurlardan yaranmış, 
sonrakı dövrlərdə onun səthi bu düzənliyə çıxışı olan çayların və selovlların gətirdiyi allüvial–prollüvial 
çöküntülərlə mürəkkəbləşmişdir. 
 
 
 
 
 
 
 
 
 


 
14
Faydasız elm, lazımsız əşya kimidir. 
Məhəmməd peyğəmbər(s.ə.s.). 
İqlim 
Naxçıvan  Muxtar Respublikanın iqliminin tədqiqində  İ. V. Fiqurovski, Ə.M.Şıxlınski,  Ə. A. 
Mədətzadə, P. Mirzəyev və başqalarının xidmətləri olmuşdur.  
Naxçıvan MR-in özünəməxsus iqlim şəraiti vardır. Bu iqlim özünün kəskin kontinentallığı ilə 
Azərbaycanın digər  ərazilərinin iqlim xüsusiyyətlərindən fərqlənir.  Ə. M. Şıxlınski Naxçıvan MR-in 
iqlimini tədqiq edərək, burada üç iqlim tipi ayırmışdır ki, onun da yalnız biri Arazboyu maili düzənliyə 
aid edilmişdir.  
Orta Arazboyu düzənlikdə yayı quraq keçən soyuq yarımsəhra və quru çöl iqlim tipi hökm sürür. 
Bu iqlim tipi Muxtar Respublikada 1000-1200 m yüksəkliyə qədər olan ərazini əhatə etməklə, az və zəif 
nəmlənmə şəraiti ilə, sərt və qarlı qışı ilə səciyyələnir. Burada günəşli saatların illik miqdarı 2600-2800 
saat, günəş radiasiyası isə 140-160 kkal/ sm

–dir. 
Muxtar Respublikada təbii  şəraitin mürəkkəbliyi Arazboyu düzənlikdə    və dağətəyi zonada 
iqlimin sərt və quraq keçməsi ilə  nəticələnmişdir. Yəni Arazboyu düzənlik hər tərəfdən dağlarla  əhatə 
olunduğundan regionun digər  ərazilərindən fərqli olaraq burada iqlim tipi kəskin kontinentallığı ilə 
seçilir.  Əraziyə daxil olan hava kütləsi düzənlik üzərində uzun müddət qala bilir. Bunun nəticəsində 
temperaturun yayda həddən çox yüksəlməsinə, quraqlığın yaranmasına və  qışda isə havaların kəskin 
soyumasına, güclü  şaxtaların yaranmasına gətirib çıxarır. Çoxillik müşahidələrdən aydın olmuşdur ki, 
Arazboyu düzənlikdə temperatur yayda 40-43°C, qışda isə –32°C-yə qədərdir.  
Arazboyu düzənlikdə havanın orta illik temperaturu 12-14°C, ilin ən soyuq ayının (yanvar) orta 
aylıq temperaturu mənfi 6-10°C, ən isti ayın (iyul) orta aylıq temperaturu isə 24-28°C-dir. Yuxarıda 
deyilənlərdən aydın olur ki, Arazboyu düzənlik zonada istər orta aylıq (yanvar, iyul) və istərsə də havanın 
minimum və maksimum temperaturu arasında fərq çox kəskindir. Burada iqlimin kontinentallıq  əmsalı 
80-dən çoxdur. Müşahidə edilən  temperatur amplitudası 70 dərəcədən artıqdır. Termik şəraitin isti və 
soyuq dövrlərdə belə  kəskin dəyişməsi, səth örtüyünün formalaşmasına, kontinental qurşağa xas olan 
torpaq və bitki örtüyünün yaranmasına səbəb olmuşdur. 
 Naxçıvan MR ərazisində yağıntılar qeyri-bərabər paylanmışdır. Bu fərq düzənlik və dağlıq 
ərazilərdə özünü daha aydın göstərir. Belə ki, Arazboyu və dağ ətəyi maili düzənlikdə yağıntılar daha az, 
yüksəklik artdıqca isə bu göstərici qismən çoxalır.  
Arazboyu maili düzənlikdə orta illik yağıntının paylanması da eyni dərəcədə deyildir. Orta illik 
yağıntının miqdarı Culfa da 215 mm, Dərvişlərdə 220 mm, Naxçıvanda 251 mm, Ordubadda 276 mm, 
Qıvraqda isə 210 mm-ə bərabərdir. Göründüyü kimi, maili düzənliyin ayrı-ayrı hissələrində ən az yağıntı 
Qıvraqda ən çox yağıntı isə Ordubadda müşahidə olunur.  
Yağıntıların miqdarı ancaq şaquli istiqamətdə deyl, həm də üfüqi  istiqamətdə yəni qərbdən şərqə 
doğru da dəyişir. Belə ki, Arazboyu düzənliyin qərb hissəsində  təxminən 900 m mütləq yüksəklikdə 
düşən 250 mm orta illik yağıntı ərazinin şərqində 700 m mütləq yüksəklikdə başqa sözlə düzənliyin Dəstə 
və Ordubad düzlərində müşahidə edilir.  
 
Termik rejimin yüksəkliyinin təsirinin nəticəsi olaraq Arazboyu düzənlik  ərazidə mümkün 
buxarlanma 1200-1400 mm arasında tərəddüd edir. İsti dövrün mümkün buxarlanması illik mümkün 
buxarlanmanın  əsas hissəsini təşkil edərək 60-70 %-ə çatır. Bu isə Qafqaz regionunda ən yüksək 
göstəricidir.  
Naxçıvan MR-in iqliminə təsir edən amillərin biri də küləkdir. Burada müşahidə edilən küləklərin 
əksəriyyəti yerli küləklərdir. Onların istiqaməti çox hallarda mürəkkəb relyef quruluşundan asılı olur. 
Bəzən isə  əraziyə müxtəlif tip hava kütlələrinin daxil olması  nəticəsində bu ümumi qanunauyğunluq 
pozulur.  
 Yanvar 
ayında Arazboyu düzənlikdə  şimal küləkləri 20-30% təşkil edir. İyun-avqust aylarında 
qərb və cənub-qərb küləkləri 30-70%-ə şimal-şərq və şərq küləkləri isə 0-4%-ə çatır.  


Yüklə 0,98 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə