Naxçıvan Muxtar Respublikası



Yüklə 0,98 Mb.
Pdf görüntüsü
səhifə16/37
tarix01.02.2018
ölçüsü0,98 Mb.
#23033
1   ...   12   13   14   15   16   17   18   19   ...   37

 
38
 
CO

1,1 M 5,4 HCO

43 Cl 50__.pH 6,6; D 30 m³/gün, T 26,3 Cº 
             
        (Na+K) 84 Mg 12 
 
Zəif minerallaşmış karbonqazlı su, kimyəvi tərkibinə görə Rusiyanın “Yessentuki” (Şimali Qafqaz) 
tipli mineral bulağının analoqudur. 
Mədən suyundan vanna qəbul etməklə (10-15 dəq.) və sutkada 0,5 litr miqdarında qurtumla içmək 
dəri və mədə-bağırsaq xəstəliklərinin müalicəsində əhəmiyyətlidir. 
 
Teyvaz mineral bulağı. Culfa rayonundakı Teyvaz kəndindən 2 km cənub-qərbdə Teyvaz çayının 
məcrasında okean səviyyəsindən 1785 m yüksəklikdədir. 
 
Kimyəvi tərkibi: 
 
CO

0,1 M 7,3 HCO

69 Cl 18 SO

13___.pH 6,6; D 10 m³/gün, T 13 Cº 
         
(Na+K) 69 Mg 13 Ca 19 
 
Orta dərəcədə minerallaşmış hidrokarbonatlı-natriumlu-xlorlu suyun tərkibində karbon qazı olduqca 
azdır. 
Mütəxəssislər tərəfindən öyrənilməsə  də sudan dəri səpkiləri ilə qaşınmaları, ayaqlardakı göbələk 
(qribok) və s. xəstəliklərin müalicəsində vanna qəbul etmək (10 kurs 40-50 Cº) əhəmiyyətlidir. 
Mineral sudan həkimin məsləhəti ilə müalicə aparılmalıdır. Ağız boşluğu və diş ətlərindəki iltihaba 
qarşı qısa müddətli qar-qara etmək olar. 
 
Kola mineral bulağı. Culfa rayonu ərazisindəki Ləkətağ  kəndi yaxınlığında Kolasu çayının 
mənbəyində bir neçə yerdən çıxır. 
Zəif minerallaşmış su karbonqazlıdır. 
 
Kimyəvi tərkibi: 
 
CO

1,5 M 2,0 HCO

70 SO

15_.pH 5,1; D 30 m³/gün, T 13 Cº 
                     
(Na+K) 30 Ca 19 
Daxili xəstəliklərin müalicəsində (18-20 Cº) içilməsi əhəmiyyətlidir. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


 
39
Allah deyib ki;-“Mən gizli bir xəzinə idim, 
istədim tanınam və buna görə də insanı torpaqdan yaratdım”. 
Məhəmməd peyğəmbər (s.ə.s.). 
 
Geoloji  quruluş 
   Naxçıvan MR  geoloji  quruluşu  Ş.  Əzizbəyov, A. Antonov, B. Budaqov, və b. tərəfindən 
öyrənilmişdir. 
Naxçıvan Muxtar Respublikasının  ərazisi geoloji baxımdan Kiçik Qafqazın Naxçıvan qırışıq-
tektonik zonasında yerləşir.  Ərazinin geoloji quruluşunun qalınlığı 14 km-dir. (Kaynazoy, Mezazoy və 
Paleozoy eraları). Ərazidəki yer qabığının qalınlığı 48-54 km olaraq “qranit” qatı 15-20 km, “bazalt” qatı 
isə 20-25 km-dir. 
 Geoloji  quruluşuna görə Naxçıvan Muxtar Respublikası   ərazisi Birinci  dərəcəli üç qarışıqlı 
strukturu  əhatə edir: Şərur-Culfa  antiklinorisi, Ordubad sinklinorisi və  Zəngəzur antiklinorisi. Bu 
strukturlar Ümumqafqaz istiqamətlidir.  Şərur – Culfa  antiklinorisində  təbaşirə  qədər, Ordubad 
sinklinorisində isə oliqosendən sonrakı və miosendən əvvəlki xətti qırışıqlıqla əlaqədar əmələ gəlmişdir. 
Göründüyü kimi, Naxçıvan MR-in Arazboyu maili düzənlik zonası ayrıca bir geoloji  struktur təşkil 
etməyib, dağlıq ərazi ilə eyni struktura malikdir. Lakin Arazboyu düzənlik zonada IV dövr çöküntüləri 
üstünlük təşkil edir. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


 
40
 
Dağ mədən ehtiyatlarına görə 
 Naxçıvan Azərbaycanın Uralı sayılır. 
Akademik Mirəli Qaşqay. 
 
Dağ-mədən sərvətləri 
 
1) Naxçıvan çınqıl-qum yatağı  I-Naxçıvan  şəhərinin cənub hissəsində olmaqla, sahəsi 1,33 km², 
qalınlığı 9,7-9,8 metr, ehtiyatı isə 27957 min m³-dir. 
Tikintidə və asfalt-beton istehsalında işlədilir. 
 
2) Naxçıvan çınqıl-qum yatağı II-Naxçıvan şəhərindən 10 km. şimal-şərqdədir. Sahəsi 2 km², qatın 
qalınlığı 4.5-6,2 metr, ehtiyatı isə 11047 min m³-dir. 
Hidrotexniki qurğulardakı beton işlərində işlədilir. 
 
3) Naxçıvan daşduz yatağı-(Halit-halloidlər sinfinə aid mineral, NaCl, sərtliyi 2, sıxlığı 2100 kq/ 
m³.) Naxçıvan şəhərindən şimal-qərbdə Duzdağın cənub yamacındadır. 
Yataqda 5 lay qazılmışdır ki, onlardan ikisi sənaye əhəmiyyətlidir. 
1-ci layın qalınlığı 4,4-10,3 metr, ikinci layın qalınlığı isə 6,3-10,8 metrdir. Laylardakı xörək 
duzunun miqdarı 92-98 %-dir. Ehtiyatı 124506 min tondan artıqdır. Duz yatağı 1926-cı ildən sənaye 
əsasında istismardadır. Ərazidə Naxçıvan Filiz İdarəsi də yerləşərək orada gündə 20 ton duz üyüdülərək 
qablaşdırılır. 
 
4) Naxçıvan gil yatağı  I-Naxçıvan çayının sağ sahilində olaraq sahəsi 0,07 km², qalınlığı 5 metr, 
ehtiyatı isə 289 min m³-dir. Gildən bişmiş kərpic ihtehsalında istifadə edilir. 
 
5) Naxçıvan gil yatağı II-Naxçıvan çayının sol sahilində “Naxçıvan gil yatağı I”-dən 3 km. 
şimaldadır. Sahəsi 0,06 km², qatın qalınlığı 2,8-5,4 metr, ehtiyatı isə 1513 min m³-dir. 1976-cı ildən 
istismar edilərək, bişmiş kərpic hazırlanılır. 
 
6) Babək gil yatağı-Babək rayonunda qəhvəyi-boz allüvial-dellüvial gil çöküntüləridir. 
Yatağın qalınlığı 3,4-4,5 metr, ehtiyatı isə 1150 min m³-dir. Həmin gildən bişmiş  kərpic və saxsı 
qablar hazırlanılır. 
 
7) Buzqov travertin yatağı-(Məsaməli yüngül süxur, karbon qazlı bulaqlardan kalsium karbonatın 
çökməsindən əmələ gələn tikinti daşıdır.) Babək rayonundakı Buzqov kəndi yaxınlığındadır. Sahəsi 0,6 
km², qalınlığı 5,7-9 metr, ehtiyatı isə 10409 min m³-dir. 1983-cü ildən istismardadır. 
 
8) Cəhriçay mergel yatağı-(Marqa-dolomitli-gilli materiallardan ibarət çökmə süxurdur.) Babək 
rayonundakı Cəhriçayın hövzəsindədir. Sahəsi 6,4 km², qalınlığı 63 metr, ehtiyatı isə 1049 mln tondur. 
Suxurdan sement istehsalında istifadə etmək olar. 
 
9) Çeşməbasar gil yatağı-Babək rayonundakı Çeşməbasar kəndi yaxınlığında boz rəngli zəif 
sementləşmiş gil yatağıdır. Sahəsi 0,2 km², qatın qalınlığı 17-19 metr, ehtiyatı isə 3417 min m³-dir. 
Kərpic istehsalında yararlıdır. 
 
10) Duzdağ xörək duzu yatağı-(Halit-halloidlər sinfinə aid mineral, NaCl, sərtliyi 2, sıxlığı 2100 
kq/ m³.) Babək rayonundakı duz qatının ümumi qalınlığı 8,2 metrdir. Yataqdakı duzun kimyəvi tərkibi N

Cl
-35 %, C
a
 Cl
2
-0,04 %, Mg Cl
2
-0,6 %-dir. 
 
11) Qaradaş teşenit yatağı-(Teschen- tam bərkimiş tünd rəngli hipabissal qələvi süxurdur.) Babək 
rayonu ərazisindəki boz rəngli teşenit, zəif kvarsitlidir. Yatağın sahəsi 0,2 km², qatın qalınlığı 13,5-29,3 
metr, ehtiyatı isə 1750 min m³-dir. Yataqdakı teşenitdən tikintidə möhkəm çınqıl kimi istifadə etmək olar. 
 


Yüklə 0,98 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə