Naxçıvan Muxtar Respublikası



Yüklə 0,98 Mb.
Pdf görüntüsü
səhifə15/37
tarix01.02.2018
ölçüsü0,98 Mb.
#23033
1   ...   11   12   13   14   15   16   17   18   ...   37

 
36
Kimyəvi tərkibi: 
 
CO

1,3 M 2,5 HCO

62 Cl 18 SO

20__.pH 6,6; D 200 m³/gün, T 22 Cº 
             
         (Na+K) 24 Ca 47 Mg 29 
 
Bulaqların suyu Rusiyadakı Kislovodsk (Şimali Qafqaz) “Narzan-5” mineral suyunun analoqudur. 
Sudan mədə-bağırsaq, qaraciyər, xroniki qastrit, xroniki kalit və ürək-damar xəstəliklərinin 
müalicəsində istifadə etmək olar. 
Mineral bulaqlar sərhəd zolağında olduğundan yaxşı olardı ki, bulağın suyu plastik borularla 
sərhəddən kənara çəkilib gətirilərdı. 
 
Dingə mineral bulağı. Culfa rayonu ərazisində Qazançı kəndindən 5 km şimaldadır. 
 
Kimyəvi tərkibi: 
 
CO

0,7 M 1,2 HCO

72 SO

25______.pH 6,3; D 15 m³/gün, T 17 Cº 
             
        (Na+K) 28 Ca 33 Mg 39 
 
Zəif minerallaşmış bulağın suyu, hidrokarbonatlı-sulfatlı-maqneziumlu-kalsiumlu-natriumludur. 
Daxili xəstəliklərin müalicəsində və süfrə suyu kimi istifadəsi (18-20 Cº) əhəmiyyətlidir. 
 
Ərəfsə mineral bulağı. Culfa rayonu ərazisində,  Əlincə çayın sağ sahilində  kənddəki “Ağşal” 
bulağının yaxınlığındadır. 
 
Kimyəvi tərkibi: 
 
CO

1,3 M 4,3 HCO

83____________.pH 6,3; D 25 m³/gün, T 14,5 Cº 
             
                  (Na+K) 58 Ca 22 Mg 21 
 
Zəif minerallaşmış suyun tərkibi, karbonqazlı, hidrokarbonatlı-natriumlu-kalsiumlu-
maqneziumludur. Gürcüstanda çıxan “Barjom” tipli suyun analoqudur. 
Mineral sudan daxili xəstəliklərin müalicəsində (18-20 Cº) içilməsi əhəmiyyətlidir. 
 
Güleymar mineral bulağı. Culfa rayonu ərazisində, Güleymar (Köləhmər) kəndindən 1,5 km 
aralıda,  Əlincəçayın sol qolunun məcrasında, okean səviyyəsində 1820 m yüksəklikdə bir neçə yerdən 
çıxır. 
Həmin bulaqlar ərazidəki zəlzələ hadisəsindən sonra yeraltı süxurların çatlamasınsdan yaranmışdır. 
Mineral suyun tərkibi indiyədək elmi şəkildə öyrənilməsə  də, suyun arxında dəmir oksidinin 
qalıqlarını bildirən tünd narıncı rəngli çöküntü vardır. 
Mineral bulaqdan axan suyun Debütü (D) 120 m³/gün, T 18 Cº-dir. 
Daxili xəstəliklərin və tənəffüs orqanlarının müalicəsində sutkada 0,5 litr içilməsi əhəmiyyətlidir. 
 
Gülüstan mineral bulağı. Culfa rayonu ərazisindəki Gülüstan (Cuğa) kəndindən 2,5 km şimal-
qərbdə, Əlincəçayın yatağındadır. 
Mineral bulağın yanında 1962-ci ildə 135 metr dərinliyində qazılmış quyudan ikinci yüksək təzyiqli 
mineral su çıxmışdır. 
“Gülüstan” mineral suyunun tərkibindəki kimyəvi mikroelementlər insan orqanizmi üçün faydalıdır. 
Zəif minerallaşmış suyun tərkibi Rusiyanın Kislovodskdəki (Şimali Qafqaz) “Narzan” və Babək 
rayonundakı “Sirab” mineral sularının analoqudur. 
 
Kimyəvi tərkibi: 
CO

2,0 M 3,4 HCO

71 Cl 16________.pH 6,4; D 250 m³/gün, T 21 Cº 
             
         (Na+K) 38 Ca 37 Mg 25 
 
Haliyyədə sifarişçilərin rəğbətini qazanmış mineral su, sənaye üsulu ilə istehsal olaraq, “Gülüstan” 
markası ilə müxtəlif tutumlu plastik qablara doldurulur. 


 
37
Həmin sudan mədə-bağırsaq xəstəliklərinin müalicəsində içilməsi faydalıdır. 
 
Həvi mineral bulağı. Culfa rayonundakı  Ərəfsə  kəndindən 6 km məsafədə okean səviyyəsindən 
2050 m yüksəklikdədir. 
Mineral suyun dadı turşməzə olmaqla axdığı yerdə dəmir oksidini qırmızımtıl izləri vardır. 
 
Kimyəvi tərkibi: 
 
CO

1,7 M 2,0 HCO

79 SO

14______.pH 6,6; D 70 m³/gün, T 11,5 Cº 
             
         (Na+K) 38 Ca 42 Mg 18 
 
Mineral sudan daxili xəstəliklərin müalicəsində (sutkada 0,5 litr 18-20 Cº) içilməsi əhəmiyyətlidir. 
 
Xoşkeşin mineral bulağı. Culfa rayonundakı eyni adlı kənd, rayon mərkəzindən 34 km məsafədə 
Əlincəçayın sol sahilində Zəngəzur dağ silsiləsinin yamacındadır. 
Mineral bulağın suyu kənddəki yeraltı travertin mənşəli süxurun çatlarından çıxır. 
 
Kimyəvi tərkibi: 
 
CO

1,45 M 8,6 HCO

34 Cl 37 SO

29_.pH 6,4; D 35 m³/gün, T 25 Cº 
             
         (Na+K) 71 Ca 13 Mg 15 
 
Orta dərəcədə minerallaşmış mədən suyu karbonqazlı, xlorlu, hidrokarbonatlı-sulfatlı-natriumludur. 
Daxili xəstəliklərin müalicəsində (18-20 Cº) içilməsi əhəmiyyətlidir. 
 
Qazançı mineral bulağı. Culfa rayonundakı Qazançı kəndindən 2,5 km cənub-şərqdə Əlincəçayın 
sahilində iki yerdən çıxır. 
Mineral suyun tərkibində 31 mq/litr həcmində  dəmir oksidi olduğundan, su arxında qırmızımtıl 
çöküntü izləri qalmışdır. 
 
Kimyəvi tərkibi: 
 
CO

1,5 M 4,5 HCO

71 SO

20______.pH 6,4; D 15 m³/gün, T 19 Cº 
             
         (Na+K) 38 Ca 36 Mg 27 
 
Suyun tərkibi zəif minerallaşmış və debüt əmsalı da aşağıdır. 
Həkimin məsləhəti ilə  mədə-bağırsaq xəstəliklərinin müalicəsində, (sutkada 0,5-1 litr) içilməsi 
əhəmiyyətlidir. 
 
Ləkətağ mineral bulağı. Culfa rayonu ərazisindəki Ləkətağ  kəndi yaxınlığında, okean 
səviyyəsindən 2350 m yüksəklikdə, dərin mineral su quyusunun ətrafında  əlavə dörd sayda mineral 
bulaqlar da vardır. 
Zəif minerallaşmış bulaqların kimyəvi tərkibi karbonqazlı, hidrokarbonatlı-kalsiumlu-
maqneziumludur. 
 
Kimyəvi tərkibi: 
 
CO

2,3 M 1,7 HCO

92___.pH 6,7; D 400 m³/gün, T 17 Cº 
             
         Ca 76 Mg 21 
 
Həkim məsləhəti ilə daxili xəstəliklərin müalicəsində (18-20 Cº) içilməsi əhəmiyyətlidir. 
 
Nəhəcir mineral bulağı. Culfa rayonu ərazisindəki Nəhəcir kəndi yaxınlığında, Naxçıvan 
şəhərindən 14 km məsafədə, okean səviyyəsindən 1700 m yüksəklikdədir. 
 
Kimyəvi tərkibi: 


Yüklə 0,98 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə