Naxçıvan Muxtar Respublikası



Yüklə 0,98 Mb.
Pdf görüntüsü
səhifə23/37
tarix01.02.2018
ölçüsü0,98 Mb.
#23033
1   ...   19   20   21   22   23   24   25   26   ...   37

 
53
Badam ağacı  şaftalı  ağacına oxşar bitkidir. Dağətəyi kolluqlarda vəhşi badam kollarına da rast 
gəlinir. Bitkinin çoxaldılması çəyirdəkli toxumları vasitəsilədir. 
Badamın əsasən toxumundakı ləpəsindən istifadə edirlər. Tərkibində 35-67 % qurumayan efirli yağ 
maddəsi vardır. Çəyirdəkli ağacın meyvələrindən yeyinti, ətriyyat və tibb sənayesində istifadə olunur. 
Xalq təbabətində badam şirəsini şəkər ilə qatıb yeməklə öskürək kəsici və nəfəs yollarını təmizləmək 
mümkündür. Badabın çaqqalası  mədə  və diş dibinin ətini möhkəmləndirir. Acı badamın yağı sifətdəki 
ləkələri aparır və qulaq ağrısını kəsir. 
 
23)  Şaftalı- (Percica vulgaris)- Gülçiçəklilər fəsiləsindən olan ağac bitkisinin vətəni Çin və 
Yaponiyadır. 
Meyvələri əriyə oxşasa da yarpaqları ensiz uzunsov olmaqla fərqlənir. Şaftalı meyvəsinin tərkibində 
5-15 % şəkər, alma və limon turşusu ilə bir neçə vitaminlər də vardır. Ağac qısa ömürlü olduğundan su 
sevən və budanmayan xasiyyətlidir. Şaftalı tumu acı olmaqla, tərkibində 5-50 % piyli yağ maddəsi vardır. 
Naxçıvan MR-da Ordubad, Şərur, Culfa, Babək, Kəngərli və Sədərək rayonlarında bir neçə (tez və 
gec yetişən) növləri yayılmışdır. Meyvəsindən kompot və şirələr hazırlanılır. 
Şaftalı  ağacının cır növləri Muxtar Respublikanın dağətəyi kolluq ərazilərində  hülü  adı ilə 
yayılmışdır. 
Xalq təbabətində  şaftalı kilitkəsi yeyilərək, insandakı tük tökülmənin qarşısı alınır.  Şaftalı  şirəsi 
susuzluğu yatırmaqla öd ifrazını yüngülləşdirir.Yarpaq və oduncağından boyaq işlərində istifadə olunur. 
Çoxaldılması toxumları vasitəsilədir. 
 
24) Gavalı (Almaxara)- (Prunus domestica)- Gülçiçəklilər fəsiləsindən olan ağac bitkisinin vətəni 
Yunanıstandır. 
Gavalı ağacı 6-10 metr hündürlükdə olur. Meyvələri ətirli və ləziz turşməzədir. Tərkibində 9-16 % 
şəkər, 0,4-1,4 % üzvi turşularla bərabər digər maddələr də vardır. Gavalı meyvələri təzə və  
qurudulmuş halda yeyilir. Milli klunariyada gavalı meyvələrindən müxtəlif  şirələr, kompot və 
mürəbbələr bişirilərək xörəklərə qatılır. 
Gavalı ağacının oduncağında yapışqanlı maddə (kilitkə) olduğundan yandırıldıqda acı tüstülü olur. 
Naxçıvan MR-da Ordubad, Culfa, Babək və  Şahbuz rayonlarında gavalının müxtəlif növləri 
yayılmışdır. Dağətəyi kolluqlarda bitkinin yabanı növlərinə də rast gəlinir. 
Xalq təbabətində gavalı  şirəsindən mədə  və bağırsaqları yumşaltmaqda, kilitkəsindən isə tük 
tökülməyə qarşı yeyilərək istifadə olunur. 
 
25) Alça- (Prunus divaricata)- Gülçiçəklilər fəsiləsindən olan ağac bitkisinin vətəni Qafqazdır. 
Muxtar Respublikanın bütün rayonlarında alça ağacları yayılmış, Ordubad, Şahbuz, Culfa və 
Kəngərli rayonlarındakı dağətəklərində  cır növlərinə  də rast gəlinir. Yabanı alça ağacı dağətəyi 
rayonlarda kol bitkisi kimi çoxalıb artmışdır. Mədəni növünün hündürlüyü 3-8 metrə çatır. Meyvəsinin 
tərkibində 10 % şəkər, 1,5-4 % üzvi turşular, pektin maddəsi ilə vitaminlər də vardır. 
Alça ağacı  məhsuldar olduğundan 10 illik mədəni növündən 300 kq-a qədər meyvə  yığmaq 
mümkündür. Alça təzə  və qurudulmuş halda yeyilir, xörəklərdə istifadə olunur, şirə  və kompotlar 
hazırlanılır. 
Alça ilə gavalı  ağaclarını calaq etdikdə  Göycə  adlı meyvə alınır,  ərik ilə calaq olunduqda ətirli 
Şərəlli adlı meyvə alınır, şaftalı ilə calaq edildikdə isə Tərəlli adlı cins meyvə növləri almaq mümkündür. 
Xalq təbabətində alça meyvəsindən hazırlanmış  lavaşa  ilə bişirilmiş xörəklər daxili xəstəliklərin 
müalicəsində köməklik göstərir. 
Alça ağacı toxumları ilə çoxaldılır. 
 
26)  Gilanar (albalı)- (Cerasus vulgaris)- Gülçiçəklilər fəsiləsindən olan çoxillik ağac bitkisinin 
vətəni Amerika və Avropadır. 
Dadlı qırmızı-qara rəngli şirəli meyvələrində 7-17 % şəkər, 0,8-2,4 % üzvi turşular, 0,98 % azotlu 
maddələr, 0,27 % sellüloz, 0,18 % aşı maddəsi ilə C vitamini vardır. 
Meyvələri təzə  və qurudulmuş halda yeyilərək kulinariyada kompot, mürəbbə,  şirələr hazırlanılır. 
Ağacın yarpaq və oduncağından boyaq işlərində istifadə edirlər. 
Naxçıvan MR-da Ordubad və  Şahbuz rayonlarında daha çox yayılmışdır. Naxçıvan  şəhərində 
həvəskar bağbanlar tərəfindən gilanarın 8-10 növünü əkib becərmişlər. 
Xalq təbabətində gilanar şirəsindən ürək bulanmaya qarşı istifadə edirlər. 


 
54
 
27)  Heyva- (Cudonia oblonqa)- Gülçiçəklilər fəsiləsindən olan heyva kol-ağacı bitkisinin vətəni 
Qafqazdır. 
Bitkinin hündürlüyü 2-3 metr olaraq çox şaxəlidir. Meyvələri  ətirli sarı  rəngdə, üzəri xırda 
tükcüklərlə örtülü olaraq, 0,2-0,28 % turşu, 8-12 % şəkər və C vitamini ilə zəngindir. 
Naxçıvan MR ərazilərindəki Ordubad, Şahbuz, Culfa, Babək və Şərur rayonlarında mədəni növlərlə 
bərabər dağ yamaclarındakı kolluqlarda yabanı heyva kolları da yayılmışdır. 
Heyva meyvəsindən mürəbbə, kompot və marmelad istehsalında bişirilərək istifadə olunur.  
Heyva yarpaqlarından milli yeməklərdə istifadə edilərək dolma bükürlər. 
Xalq təbabətində heyvanın yapışqanlı toxumlarından (buna çöşşek də deyirlər) soyuqdəyməyə  və 
cavan yarpaqlarını  dəmləyib içmək nəfəs yollarının iltihabına qarşı müalicədə istifadə olunur. Heyva 
şirəsi dalaq ağrısını kəsir, ürəkbulanmanı və mədə pozğunluğunu nizamlayır. 
Heyva bitkisini toxumları və yanlarından göyərmiş cavan zoğları ilə çoxaldırlar. 
 
28)  Ərik- (Armenica vulgaris)- Gülçiçəklilər fəsiləsindən olan çoxillik ağac bitkisinin vətəni 
Mərkəzi Asiyadır. 
Ərik ağacının oduncağı möhkəm olub, ondan məişətdə və musiqi alətlərinin hazırlanmasında istifadə 
olunur. Meyvələrinin tərkibində 7-23 % şəkər, alma, limon və başqa üzvi turşularla A, D, E vitaminləri də 
vardır. 
Əriyin çəyirdəyində (toxumunda) 25-30 % yağ, qurudulmuş ərikdə isə 84 % şəkər olur. Meyvələri 
ətli olaraq, təzə  və qurudulmuş halda yeyilərək ondan müxtəlif mürəbbələr hazırlanılır. Toxumunun 
tərkibində 55 % piy maddəsi olduğundan əriyi yedikdən sonra vacibdir ki, toxumu da yeyilsin. 
Naxçıvan MR-da Ordubad rayonu ərazilərində tez yetişən “əyilisi (növrəstə)” “şalax”, “badamı” və 
başqa növlər yayılmışdır. 
Xalq təbabətində ərikdən ürək xəstəliklərinə qarşı təbii müalicə kimi istifadə olunur. 
Çoxaldılması toxumları vasitəsilədir. 
 
29) Alma- (Malus domestica)- Gülçiçəklilər fəsiləsindən olan alma ağacının vətəni Qafqazdır. 
Muxtar Respublikanın Ordubad, Şahbuz, Babək və  Şərur rayonlarında almanın “Şıxcanı”, “Qızıl 
Əhməd” növləri yayılmışdır. Dağətəyi rayonların kolluq ərazilərində almanın bir neçə  cır növlərinə  də 
rast gəlmək olar. 
Alma ağacı 30-50 il ömür sürərək 3-5 ildən sonra məhsul verməyə başlayır. Məhsuldarlıq  əsasən 
calaq edilmiş alma ağaclarında daha çox olur. Almanın meyvəsinin tərkibində 5-15 % şəkər, 1-1,5 % üzvi 
turşular (limon turşusu) 1,30 % sellüloz, 0,44 % zülal və dəmirlə A, B, C vitaminləri də vardır. 
Alma meyvələrini uzun müddət saxlamaq mümkündür. Haliyyədə dünya üzrə 10 mindən artıq alma 
növləri məlumdur ki, “Şirvan gözəli”  (Cənnət alması)  məhsuldar olaraq meyvələri iri və dadlıdır. 
Almadan kompotlar, şirələr və povidla bişirilir. 
Xalq təbabətində alma şirəsindən ürək xəstəliklərinin müalicəsində istifadə edirlər. 
Çoxaldılması toxumları və cavan zoğları vasitəsilədir. 
 
30) Armud- (Purus communis)- Gülçiçəklilər fəsiləsindən olan armud ağacının vətəni Qafqaz olmuş 
sonradan Yunanıstana aparılaraq Aralıq dənizi ölkələrində də yayılmışdır. 
Naxçıvan MR-da Ordubad, Babək,  Şahbuz və  Şərur rayonlarında armud ağacları  əkilib-becərilir. 
Dağətəyi rayonlardakı kolluq ərazilərdə cır armud ağacları da yayılmışdır. 
Armudun meyvəsində 7-13 % şəkər vardır. Oduncağından musiqi alətləri hazırlanılır. 
Haliyyədə dünya üzrə 5 mindən artıq armud növləri məlumdur. Muxtar Respublikamızın 
ərazilərindəki cır Daş armud daha çoxdur. Həmin ağaca calaq vurmaqla məhsuldar “Qış beresi” və 
“Royal” Abbasbəyi Zöhrə adlı növləri bağbanlar tərəfindən çoxaldılmışdır. Armud ağaclarını çiçəklərini 
suni mayalanma vasitəsilə tozlandırırlar ki, həmin növün toxumlarından yeni elit çarpaz tozlanmış növlər 
alınır. Bu cür növlər Muxtar Respublikanın Şahbuz rayonundakı şəxsi təsərrüfatlarda daha çoxdur. 
Armud meyvələrindən mürəbbə, kompot və şirələr bişirilir. Xalq təbabətində armud şirəsindən daxili 
xəstəliklərin müalicəsində istifadə olunur. Çoxaldılması toxumları və cavan zoğları vasitəsilədir. 
 
31)  Qoz (cəviz)- (Juglans regia)- Fındıqkimilər fəsiləsindən olan birevli ağacın vətəni Çin, Orta 
Asiya, Ön Asiya və Kiçik Asiyadır. 


Yüklə 0,98 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə