Naxçıvan Muxtar Respublikası



Yüklə 0,98 Mb.
Pdf görüntüsü
səhifə25/37
tarix01.02.2018
ölçüsü0,98 Mb.
#23033
1   ...   21   22   23   24   25   26   27   28   ...   37

 
57
Böyürtkən meyvələrindən mürəbbə,  şərbət və cemlər hazırlanılır. Dağ  ərazilərindəki kəndlərin 
həyətyanı sahələrində tikanlı bitkidən təbii hasar kimi istifadə edirlər. Meyvələrini quşlar həvəslə yeyir. 
Bitkinin əksər növləri zərərvericilərə qarşı dözümlüdür. 
Xalq təbabətində böyürtkən yarpağını çeynəməklə  ağızdakı pis qoxuların müalicəsində istifadə 
edirlər. Dişlərin mina qatının möhkəmlənməsində də böyürtkən meyvələrinin xeyri çoxdur. 
Yarpaq və meyvəsinin qaynadılmış suyu ilə saçları təbii surətdə boyamaqla tüklərin dibini bərkidir. 
Çoxaldılması toxum və cavan pöhrələri ilə (qələmlə) aparılır. 
 
37) Çiyələk- (Fragaria elatier)- Gülçiçəklilər (Rosaceae) fəsiləsindən olan çoxillik giləmeyvə bitkisi 
Avropa, Asiya və Amerikada mülayim və isti qurşaqlarda yayılıaraq yabanı və mədəni növləri vardır. 
Çiyələyin 4 növü Azərbaycanda, 2 növü Naxçıvan Muxtar Respublikasındakı  Şahbuz və Ordubad 
rayonlarında becərilir. 
Çiyələk bitkisinin gövdəsinin hündürlüyü 10 sm-dək olur. Yarpaqları ovalvari, çiçəkləri 
ikicinsiyyətli qalxancıqlıdır. Meyvələri sarı-qırmızı rəngdə olaraq, quşlar və məməli gəmirici heyvanlar 
tərəfindən həvəslə yeyilir. 
Çiyələk giləmeyvələri sübh tezdən yığılaraq, ondan mürəbbə, şirələr, cem və s. bişirilir. 
Meyvələrinin tərkibində 6-8 % şəkər, 1-1,5 % üzvi turşu, mikroelementlərdən Fe, P və C vitamini ilə 
zəngindir. 
Xalq təbabətində çiyələk meyvələrindən insandakı qanazlığı, sinqa xəstəliyi və böyrək daşının 
müalicəsində istifadə edilir. 
Çiyələk bitkisi əsas gövdənin yanlarından göyərmiş sarmaşıq şəkilli kök atmış lianalar vasitəsilə 
çoxaldılır. 
  
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


 
58
Adamları ağlına görə,torpağı xalqına görə tanıyarlar. 
Akademik Həsən Əliyev. 
Nadir bitkilər
 
 
Naxçıvan Muxtar Respublikası ərazisində nadir bitkilər vardır ki, onların əksəriyyətindən dərmanlar 
hazırlanılır. 
Naxçıvandakı xalq təbabəti min illərdir ki, ayrı-ayrı “türkə çarəçi”lər tərəfindən sınaqdan 
çıxarılmışdır. Naxçıvan Elm Mərkəzinin Şıxmahmuddakı nəbatət bağında bir çox faydalı dərman bitkiləri 
ilə yanaşı  bəzək bitkilərini də  əkib becərirlər. Muxtar Respublika ərazilərindəki olan nadir bitkilərin 
təsnifatı aşağıdakı kimidir; 
 
1)  Qarabağ dağ laləsi  (Tulipa karabachensis)- Soğanağı yumurtavari, hündürlüyü 10-25 sm. sarı 
rəngli çiçəkləri olur. Ordubad, Şahbuz və Culfa rayonlarındakı dağ ətəyi kolluqlarda bitir. Toxumları ilə 
çoxalaraq çiçəkləyir. Çarpaz tozlanır, çiçəkyanlığı ağ rəngdə olub, meyvələri (qutucuq) xaş-xaşdır. 
 
2)  Şrenk dağ laləsi  (Tulipa  şrenkhensis)- Soğanaqlı bitkinin çöhrayı  rəngli çiçəkləri olur. Şahbuz 
rayonundakı Batabat çəmənliklərində bitir. Hər on-iyirmi ildən bir toxumları külək vasitəsilə gətirilərək 
düzənlik sahələrdə də (may-iyun aylarında) bitir. Bitkinin hündürlüyü 25-35 sm. olaraq, çiçəkləri çarpaz 
tozlanır. 
 
3)  Yuliya dağ laləsi  (Tulipa Julia)- Tünd qırmızı enli ləçək çiçəkləri olur. Həşəratları özünə  cəlb 
edir. Əsasən Şahbuz rayonundakı Salvartı və Batabat yaylalarında daha çox yayılmışdır.Külək vasitəsilə 
toxumları tökülərək Culfa rayonu Əlincə çayının sahillərində də bitmişdir. Soğanağı yumrudur, çiçəkləri 
səhərlər açılır, axşamlar isə yumulur, çiçəkləmə müddəti 30 gündür. 
 
4)  Felipeya dağ laləsi  (Tulipa felipeis)- Yumurtavari soğanaqlı bitkinin açıq qırmızı enli ləçək 
çiçəkləri olur. Həşəratları özünə  cəlb edir. Əsasən  Şahbuz rayonundakı Biçənək və Kükü kəndi 
ətrafındakı Keçəl dağda yayılmışdır. Lalənin arialı bəzən bir neçə il bitdiyi yerindən ot biçənlər tərəfindən 
ləğv olunur. Koldakı çiçəklərin sayı 2-3-ə çatır. Hündürlüyü 6-10 sm. olaraq may-iyun aylarında 
çiçəkləyir. 
 
5)  Qaraquş  zəng çiçəyi  (Campanulaceae)-  Zəngçiçəklilər fəsiləsindən olan mürəkkəb rəngli dağ 
çiçəyidir.  Əsasən dağ  ətəyi çəmənliklərdə bitir. Ən çox bulaq başında daha çox yayılır. May-iyun 
aylarında çiçəkləyir. Beşüzlü çiçəkləri iki cinsiyyətli olaraq həşəratları özünə  cəlb edir. Heyvanlar 
tərəfindən iştahla yeyilir. Bitkinin tərkibində C vitamini vardır. 
Ordubad, Culfa, Şahbuz, Şərur rayonlarındakı çəmənliklərdə yayılmışdır. 
 
6)  Güləbətin  (Pulsatilla violacea)- Qaymaqçiçəklilər fəsiləsindən olan çoxillik ot bitkisidir. 
Ləçəklərinin içərisi qırmızı, eşik tərəfdən isə mürəkkəb rəngində dağ çiçəyidir. Xoş iylidir, heyvanlar 
tərəfindən yeyilmir, həşəratları özünə  cəlb edir. Tozlanması öz-özünə  və  həşəratlar ilə olub vegetasiya 
müddəti 4-5 aydır.  Şahbuz rayonundakı Salvartı yaylağında (gölün ətrafında) və Ordubadın “Göygöl” 
ərazilərində yayılmışdır. Bitkinin yarpaqlarından xalq təbabətində bakteriosid xassəli cövhər çəkirlər. 
 
7) Tıs-tıs (Echinopsilon)- Boz-sarı-yaşıl rəngli çiçəkləri olub, yumru formada sıx yarpaqlı uzaqdan 
dağ daşlarına bənzər dağ çiçəyidir. Ən çox Ordubad, Şahbuz, Kəngərli, Babək və  
Sədərək rayonlarındakı uca dağlarda bitir. Çiçəkləmə müddəti iyun-avqust aylarında olub, həşəratları 
özünə cəlb edir. Heyvanlar tərəfindən yeyilmir. 
Xalq təbabətində yarpaq və çiçəklərindən xüsusi məlhəm (balzam) hazırlanılır. 
 
8) Komarov şaqqıldağı (Matthiola)- Elmdə ilk dəfə rus botaniki Komarov tərəfindən öyrənilmiş kol 
bitkisinin boz yaşıl çiçəkləri vardır. Ordubad, Culfa, Şahbuz rayonlarındakı dağ yamaclarında daha çox 
yayılmışdır. Heyvanlar tərəfindən çiçək və yarpaqları yeyilir, çiçəklərinə həşəratlar yığışır. Oduncağından 
yerli əhali tərəfindən yığılaraq yanacaq kimi istifadə olunur. 
 


Yüklə 0,98 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə