Nəcəfli Tofiq Hümbət oğlu



Yüklə 1,05 Mb.
Pdf görüntüsü
səhifə22/53
tarix08.07.2018
ölçüsü1,05 Mb.
#54633
1   ...   18   19   20   21   22   23   24   25   ...   53

 

30

osmanlılar tərəfindən bir müddət, səfəvilər tərəfındən isə uzun zaman ərzində istifadə edilmişdir



92

. F.Sümer bu 

sənədi Ağqoyunlu dövlətinin İslam aləminin maliyyə tarixinə mühüm bir töhfə kimi qiymətləndirir.

93

 



Uzun Həsənin  əsaslı  tədbirlərinə baxmayaraq, arzuolunan səviyyədə  mərkəzi hakimiyyəti yarada 

bilməmiş, Sultan Yaqubun (1478-1490) ölümündən sonra Ağqoyunlu dövlətində daxili mübarizə 

şiddətlənmişdi. M.X. Yınanç Sultan Yaqubun olümündən sonra Ağqoyunlu dövlətində güclənən daxili 

çəkişmələrin, Sultan Əbu Səidin ölümündən sonra Elxanilər dövlətində baş verən hadisələrə  bənzədiyini 

göstərir.

94

 F.Sümerin fıkrincə, səltənəti  ələ keçirmək üçün başlanmış üsyanlar, Ağqoyunlu dövlətini fəlakətə 



doğru aparırdı. İ.P.Petruşevski qeyd edir ki, Uzun Həsənin vəfatından sonra Ağqoyunlu dövlətinin daxili zəifliyi 

üzə  çıxdı, Bayanduri sülaləsinin müxtəlif  şahzadələrini səltənət taxtına çıxarmaq və onların adından dövləti 

idarə etmək üçün tayfa əmirləri arasında mübarizə başladı

95

. M.X. Yınanç rəqiblər arasında davam edən 



mübarizəni səciyyələndirərək belə bir nəticəyə  gəlir ki, daxili müharibələr ölkəni viran qoymuş,  şəhərlər və 

kəndlər dağılmış  və  hər tərəfdə qorxunc bir səfalət başlamışdı. Daxili müharibələr nəticəsinsində bir-birinə 

düşmən olan əmirlər öz tayfaları ilə əvvəldən hakim olduqları məmləkətlərə müstəqil şəkildə hakim olmuşlar

96



Osmanlı sultanı II Bəyazidin yardımı ilə 1497-ci ilin mayında Ağqoyunlu taxtını  ələ keçirmiş Gödək 

Əhməd bə'zi islahatlar keçirdi, lakin onun bu tədbirləri Ağqoyunlu  əmirlərinin güclü etirazı ilə qarşılaşdı

97



F.Sümerin fikrincə sultan Əhməd Ağqoyunlu dövlətində sabitlik və sakitlik yaratmaq üçün son ümid idi



98

. 1497-


ci ilin 13 dekabrında Gödək  Əhmədin öldürülməsindən sonra hakimiyyət uğrunda mübarizə  daha da 

kəskinləşdi.  Bu mərhələni  Ağqoyunlu  

[72-73]

 dövlətində hökmranlıq etmək uğrunda varislərin qızğın 



mübarizəsi dövrü kimi qiymətləndirmək olar. M.X.Yınanç qeyd edir ki, Sultan Əhmədin ölümündən sonra 

Ağqoyunlu dövlətində tamamilə  hərc-mərclik başlamışdı. F.Sümer belə  qənaətə  gəlir ki, Sultan Əhmədin 

ölümündən sonra dövlət sür'ətlə dağılmağa doğru getmişdir

99

. Hakimiyyət uğrunda  Əlvəndlə Murad arasında 



gedən mübarizə 1500-ci ildə  Əbhər yaxınlığında Baba Xeyrullah adlı  dərvişin vasitəçiliyi sayəsində 

dayandırılmış, bağlanmış müqaviləyə əsasən Ağqoyunlu dövləti Qızıl-üzən çayı sərhəd olmaqla onlar arasında 

bölünmüşdü. Diyarbəkr, Azərbaycanın Kür çayından cənuba doğru olan torpaqları Əlvəndin, bütün İraq, Fars və 

Kirman məmləkətləri Muradın hakimiyyəti altına keçmişdi

100

. F.Sümerin fıkrincə, səltənət uğrunda gedən 



mübarizənin başlıca səbəbi, hökmdarların kiçik yaşda olması, ədalətsizlik və hakimiyyətə olan qızğm hərislik 

olmuşdur


101

XV  əsrin sonunda Ağqoyunlu dövlətində hakimyyət uğrunda davam etmiş qanlı döyüşlər, daxilən 



möhkəm olmayan, siyasi cəhətdən parçalanmış dovlətin süqutunu obyektiv zərurətə çevirmişdi. MX.Yınanç 

göstərir ki, Ağqoyunlu dövlətində  səltənət vərasəti işinin bir qanuna və ya ən'ənəyə bağlanmaması, mərkəzi 

hakimiyyətin zəifliyi, dövlətin hər tərəfində  şahzadələrin və  xənədana mənsub  əmirlərin müstəqilliyinin 

tanınması, səltənəti  ələ keçiriməyə çalışan  şahzadələrlə, bir-birinə düşmən kəsilən və ayn-ayrı  şahzadənin 

tərəfındə duran əmirlərin apardığı mübarizə dövlətin süqutuna səbəb olmuşdur

102


M.X.Yınançın bu fikrini N.Cağatay da müdafıə edir

103

.  İ.H.Uzunçarşılı da belə hesab edir ki, Sultan 



Yaqubdan sonra uşaqların kiçik yaşda olması, ailə üzvləri arasında hakimiyyəti bir əldə toplamağa layiq olan 

hökmdarların çıxarılmaması  və daxili müharibələr Ağqoyunlu dövlətini sarsıtmış  və dövlətin süqutuna səbəb 

olmuşdur

104


, F.Sümer bu haqda yazır: «Tariximizdə  səltənət varasəti işinin möhkəm bir qaydaya bağlanması 

dövlətin başına qüdrətli şəxsiyyətlərin keçməsinə imkan 

[73-74]

 versə də, taxt-tac qovğaları türk dövlətlərinin 



inkişafının qarşısını alır, başlıcası isə onların zəifiəməsində  və süqutunda əsas amil olurdu. Məhz dövlətinin 

yıxılmasında da bu xüsusi amil olmuşdur»

105



Beləliklə, daxilən böhran keçirən Ağqoyunlu dövləti 1501-ci ildə  Şah  İsmayıl Səfəvinin zərbələri 



altında dağılmış və onun yerində Azərbaycan Səfəvilər gövləti yaranmışdı. 

 

 




 

31

§3. Qaraqoyunlu və Ağqoyunluların dövlət quruluşuna dair



 

Qaraqoyunlu və  Ağqoyunlu dövlətlərinin ictimai-iqtisadi tarixi ilə bağlı olan məsələlər Türkiyə 



tarixşünaslığında xüsusi tədqiqat mövzusuna çevrilməmiş, lakin türk tarixçilərinin (İ.H.Uzunçarşılı, 

M.X.Yınanç Z.V.Toğan, F.Sümer, İ.Aka və b.) araşdırmalarında bu dövlətlərin siyasi quruluşu, inzibati idarə 

sistemi, saray və hərbi təşkilatlarına aid müəyyən fıkirlər irəli sürmüşdür. 

İ.H. Uzunçarşılı Qaraqoyunlu ve Ağqoyunlu dövlətlərinin idarə, hərbi və saray təşkilatının  əsasən 

Anadolu bəyliklərinin idarə sistemindən daha geniş, mükəmməl olduğunu göstərir

106


. Lakin Z.V.Toğan isə 

Elxanilərlə Teymurilərin

107

, M.X.Yınanç Cəlayirilərlə Teymurilərin



108

, F.Sümer Elxanilərlə  Cəlayirilərin

109

 

siyasi quruluşunun oxşarı olduğunu qeyd etmişlər. 



Qaraqoyunlu və  Ağqoyunlu dövlətlərindəki saray, divan, qoşun təşkilatı, ayrı-ayrı  əyalətlərin və 

şəhərlərin idarə quruluşu Elxanilər dövründə mövcud olmuş siyasi strukturun inkişaf etmiş forması idi. 

Qaraqoyunlu hökmdarı Cahanşah və  Ağqoyunlu Uzun Həsən mərkəzləşmiş dövlət yaratmağa sə'y 

göstərmiş, lakin müstəqilliyə can atan yerli feodallar və  hərbi-köçəri  ə'yanlar bu işə  hər vasitə ilə maneçilik 

törətmişlər. Ölkənin iqtisadi və siyasi cəhətdən dağınıqlığı da dövləttin mərkəzləşdirilməsinə   

[74-75]


 mane 

olurdu.  Əmirlər dövlətin işinə  nəzarət edir, hətta hökmdarlara qarşı  çıxırdılar. Məhz buna görə  də dövrün 

hökmdarları əmirlərlə hesablaşmalı olurdular. Bə'zən əmirlərin və tayfa rəislərinin məşvərəti əsasında bu və ya 

digər bir şəxs Qaraqoyunlu və Ağqoyunlu sülalələrindən hakimiyyətə keçirdi

110



Rəsmi sənədlərdən, fərmanlardan və  hətta zərb edilmiş sikkələrin oxunuşundan mə'lum olur ki, 



Qaraqoyunlu və  Ağqoyunlu hökmdarları «Sultan» və ya «padşah» titulu daşımışlar.  İ.H.Uzunçarşılıya görə, 

Qara Yusif üzərində «Noyani Əzəm Cəlaləddin Yusif» ibarəsi yazılmış gümüş sikkələri Bağdadda, Hillədə və 

Təbrizdə zərb etdirmiş, oğlu Pir Budaqla müştərək kəsdirdiyi sikkələrdə də «Əs-Sultam aləm Pir Budaq xan Şah 

Yusif Noyan» sözləri yazılmışdır

111

. Ağqoyunlularda isə əvvəllər «Ədalətli Sultan Həmzə Bahadur» deyə sikkə 



zərb etdirmiş Qara Yoluğun oğlu Həmzə  bəydir. Onların zərb etdirdikləri sikkələrində  Ağqoyunluların 

damğaları da müşahidə olunur

112

. Mənbələrin verdiyi mə'lumatlara görə, XV əsrdə hökmranlıq etmiş ən yüksək 



təbəqəyə «sultanlar, əmirlər, vəzirlər, sədrlər və saraya yaxın adamlar» məxsus olmuşlar

113


. M.X.Yınançın 

tə'birincə «dövlətin idarəsi altındakı bütün məmləkət sülalənin mülkü olduğu üçün şahzadələr hökmdara tabe 

olmaqla ölkənin ayrı-ayrı vilayətlərinə vali tə'yin olunur, böyük bəylərdən biri də  şahzadənin atabəyi (lələsi) 

olurdu. Hansı şahzadə taxta çıxırdısa, onun atabəyi də Əmiri-Ə'zəm olurdu və dövlətin bütün nüfuzu və gücü 

əgər hökmdar zəif isə bu şəxsin əlində olurdu»

114


Qaraqoyunlu və  Ağqoyunlu dövətlərində  Təbriz  şəhəri hökumət mərkəzi idi və  ən mühüm vilayətlər 

Fars, Yəzd, İsfahan, Bağdad, Diyarbəkr, Ərzincan, Şərqi Qarahisar idi

115


. İ.H. Uzunçarşılıya görə, əyalət və ya 

vilayətlər, özlərinə iqta edilmiş bəylərbəyilər tərəfindən idarə olunurdu

116

. V. Mironski «bəylərbəyi» istilahının 



ilk dəfə I Şah Abbas (1587-1629) dövründə  işlədildiyini qeyd edirdi

117


. Lakin İ.P.Petru- 

[75-76]


  -şevski və 

O.Əfəndiyev bu istilahın nə vaxt meydana gəldiyini göstərməmiş, lakin onun I Şah Abbasa qədər ki dövrdə 

mövcud olduğunu qeyd etmişlər»

118


. «Əmir Teymurun vəsiyyətləri» əsərində deyilir: «313 adamdan 4 nəfərini 

bəylərbəyi, bir nəfərini ernirül-üməra tə'yin eləmələrini buyurdum»

119

. Məntdən aydın olur ki, Teymurun və 



onun xələflərinin dövründə «bəylərbəyi» istiahı  işlənmişdir. Lakin bu istilahın Qaraqoyunlu və  Ağqoyunlu 

dövlətlərində işlənməsi haqqında qəti fıkir söyləmək mümkün deyildir. 

Qaraqoyunlu və Ağqoyunlu dövlətlərində siyasi aparatm idarə olunmasmda sultandan və ya padşahdan 

sonra birinci yerdə əmirül-üməra (əmirlər əmiri) dururdu. M.X.Yınanç belə hesab edirdi ki, Divanın ən nüfuzlu 

üzvü olan əmirül-üməra hökmdarın iştirak etmədiyi səfərlərdə ordunun baş komandanı olurdu

120


. Mənbələrdən 

mə'lum olur ki, onun hökmü yürüşlərdə, döyüşlərdə əmirlər və bütün hərbçilər tərəfındən sözsüz yerinə yetirilə 

bilsin

121


.  Əmirül-üməralıq titulu dövrün hökmdarı  tərəfindən  şəxsən verilirdi. Qaraqoyunlu dövlətinin ilk 

vaxtlarında bu dövlətin əmirül-ümərası Bəstəm Cakirlu, Əmir Qaraman olmuş  və onlar müxtəlif vaxtlarda bu 

vəzifəni icra etmişlər

122


İ.H.Uzunçarşılı qeyd edir ki, Qaraqoyunlu və Ağqoyunlu dövlətlərində məhkəmə və dini işlərə qazilər 

baxırdılar. Ən yüksək dini vəzifə «Sədr», və ya «Sədarət» adlanırdı. Uzun Həsənin dövründə Əlaəddin Beyhəqi, 

sultan Yaqubun hakimiyyəti illərində Qazi İsa Savəci sədr vəzifəsində olmuşdular

123

. Vəqf torpaqlarının bütün 



məsələləri, qazı, müdərris, və ruhani idarələrinin ixtiyarı baş  Sədrə  məxsus idi. Baş  Sədr həm seyidlərin, 

qazıların, möhtəsiblərin, müdərrislərin, daimi xütbə oxuyanların və mütəvəllilərin işləri üzərində  nəzarət 

edirdi

124


. I.H. Uzunçarşılı baş Sədrin nəzarəti altında məhkəmə və dini işlərə baxan Sədarət divanının olduğunu 

qeyd edir. Mədrəsələrin nəzarət və təftişi də Sədarət divanının ixtiyarında idi

125

. Bə'zi tədqiqatçılar Qaraqoyunlu 



və  Ağqoyunlu dövlətlərində tutduğu mövqeyə 

[76-77]


 görə,  əmirül-üməradan sonrakı yerin Sədrə  məxsus 

olduğunu göstərirlər

126

. Lakin Ş.Fərzəliyevin qeyd edildiyi kimi, mənbələrdə XV əsr Azərbaycan feodal 



dövlətlərində vəkilin, vəzirin tutduğu mövqeyin sədrə nisbətən daha üstün olduğu aşkar surətdə nəzərə çarpır və 

sədrin fəaliyyəti  əsasən göstərilmir. Ağqoyunlu Sədri Qazi İsa Savəcinin vəkil Sufi Xəlilin fərmanı ilə 

öldürülməsi sədarət vəzifəsinin XV əsrdə hələ o qədər də möhkəm mövqe tutmadığını göstərir

127





Yüklə 1,05 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə