Neft-qaz quyularinin tamamlanmasi


Yüngülləşdirilmiş şlak sementləri



Yüklə 1,2 Mb.
Pdf görüntüsü
səhifə35/50
tarix02.03.2023
ölçüsü1,2 Mb.
#101780
1   ...   31   32   33   34   35   36   37   38   ...   50
Quyularin tamamlanmasi leak by 1337

Yüngülləşdirilmiş şlak sementləri
Rusiyanın Elmi Neft
institutu tərəfindən işlənilmiş domna şlakı əsasında poliqor-skit
gilini əlavə etməklə hazırlanan sementlərdir. Gel sementlər-dən
fərqli olaraq yüksək temperatura davamlı olurlar. 


Bu sementlərin iki növü istehsalatda hazırlanır:
ОШЦ-120 və ОШЦ-200. 
ОШЦ-120-temperaturu 60-160
0
S olan quyuların sementlənməsi
üçün , ОШЦ-200-temperaturu 120-220
0
S və nis-bətən yüksək
təzyiqli quyuların sementlənməsi üçün istehsal edilir. Hər iki
sement Makeyev domnası (
domna
-qədim slavyan dilindən-hava
ilə tüstüləmək deməkdir) şlakının əsasında hazırlanır. 
ОШЦ-120 hazırlanmasında ШПЦС-120 sementi üzərinə (4:1)
nisbətilə poliqorskit gili və az faizlə portland sement əlavə
edilir. Burada şlak qovuşdurucu rolunu, gil isə yüngülləşdirici
rolunu oynayır. 
ОШЦ-200 hazırlanmasında ШПЦС-200 sementin əsası
götürülür. İlk dəfə ОШЦ sementləri yüksək temperatur və
nisbətən yüksək təzyiq şəraitində olan “qalit” və “bişofit”
yataqlarına qazılan quyuların sementlənməsi üçün işlənib
hazırlanmışdır. ОШЦ sementləri məhlulunu hazırladıqda su-
sement amili – 0,75 götürüldükdə məhlulun sıxlığı 1550-
1580kq/m
3
alınır. Belə sementdən alınan məhlulun tutuşma
başlanğıcı çox olduğuna görə məhlulu kəmər arxası fəzada
böyük yüksəkliyə qaldırmaq mümükün olur.
Xüsusi sementlər.
Xüsusi sementlərə aşağıdakıları göstərmək 
olar:
1.Putsiolan sementləri;
2.Qiqroskopluğu az olan sementlər;
3.Qlinozem və gipsli-qlinozem sementləri;
4.Belit-kremnezem sementləri;
5.Voloknolu (lifli) sementlər;
6.Duzlara və korroziyaya qarşı dəyanətli sementlər.
Putsiolan sementləri.
Putsiolan sementi məhlulları başqa
sement məhlularında sıxlığının olamsı ilə fərqlənir. Putsiolan
sementi portland sement klnkerinə (20%-dən az olmayaraq)
putsiolan materialı əlavə edilməklə birgə üyüdülməsi
nəticəsində alınır. Putsiolan materialı sementin xassələrini
yaxşılaşdırmaqla sementlənməni ucuz başa gətirir. Təbii


putsiolan materialı vulkan külü, tuerlər (trisslər), diatomitlər və
s. ibarətdir. Süni putsiolan materialı istehsal qalıqlarından –
kərpic poroşoku, keramzit maddələr və s. götürülə bilər.
Putsiolan sementlər və alınan sement daşı kəmərlərin
perforasiya edilməsində yaxşı möhkəmlik xassəsinə malik
olmaqla, quyudakı aqressiv sulara qarşı müqavimətli olur. Başqa
sementlərə görə su verməsi az olur. Sement daşının əmələ
gəlməsinin başlanğıcında möhkəmliyi az olur. Sonradan sement
daşının möhkəmliyi artır.
Putsiolan sementləri hidrotasiya zamanı istilik miqdarını az
ixrac edir. Bununla da termiki həcminin dəyişilməsi nəticə-sində
də sement daşında çatların əmələ gəlməsini azaldır.

Yüklə 1,2 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə