Neft-qaz quyularinin tamamlanmasi


Belit-kremnezem sementləri



Yüklə 1,2 Mb.
Pdf görüntüsü
səhifə37/50
tarix02.03.2023
ölçüsü1,2 Mb.
#101780
1   ...   33   34   35   36   37   38   39   40   ...   50
Quyularin tamamlanmasi leak by 1337

Belit-kremnezem sementləri.
Belit-kremnozem sement-ləri
qlinozem sementlərinin qalığı olan naftalin şlamı ilə kvars qumu
qarışığının üyüdülməsindən alınır. Komponentlərin üyü-
dülmədəki nisbəti 50-70% və 30-50% götürülür. 
Voloknolu (lifli) sementlər.
Qazımada təzyiqi az olan çatılı
laylara sement məhlulunun keçməsi dərinliyini azaltmaq və
quyuda qazıma məhlulunun udulan zolaqlarının ləğv edlməsi
üçün lifli sementlərdən istifadə olunur. Belə sement inert
maddələrin (asbest lifi, slyuda, pambıq qozası və s.) əlavələr
kimi tamponaj sementinə qatışdırılması ilə alınır, lifli
materialları 2-4mm ölçüdə ümumi kütlənin 1-3%-i qədər qatılır. 
Duzlara və korroziyaya qarşı dəyanətli sementlər
. Dəyanətli
sementlərdən ən çox işlədilənləri aşağıdakılardır:
1.Ən çox korroziya dəyanətliliyinə malik irəlidə verilən
qlinozem sementləridir;
2.Sement daşında kalsium hidroksidi olmayan sement qarışığı
qələvi korroziyaya qarşı dəyanətli sementdir


MÖVZU-25.
BIR PILLƏLI SEMENTLƏMƏ
Bütün sementləmə üsulları bir məqsədə xidmət edir: halqavari
fəzadakı qazıma məhlulunu sement məhlulu ilə sıxışdırıb
çıxarmaq və kəmər arxasında sement məhlulunu tələb olunan
yüksəkliyə qaldırmaq. Bunun nəticəsində halqavari fəzada
yerləşən laylardakı bütün mayelərin yaxud qazın bir-biri ilə
əlaqəsi kəsilir və halqavari fəzada bütün növ təzahürlərin qarşısı
alınır, uçulmaya meyilli süxurların uçulmasının qarşısı alınır,
məhsuldar obyektlərin uzun müddət izolyasiya edilmiş halda
qalması təmin edilir. 
Qoruyucu kəmər quyuya buraxıldıqdan sonra quyu
ağzındakı birinci borunun ucuna sementləmə başlığı bağlanır.
Sementləmə başlığının işərisinə yuxarı, sementləmə tıxacı
bərkidilir. Sementləmə başlığı sementləyici nasoslarla
birlədşdirilir və quyunu yumağa başlayırlar. Quyu o vaxta qədər
yuyulur ki, qazılmış süxur hissəcikləri quyu içərisindən çıxarıl-
sın, qazıma məhlulu həmin hissəciklərdən təmizlənsin və
qazıma məhlulu sabit xüsusi çəkiyə malik olsun. Başqa sözlə
desək, yuma zamanı quyuya daxil olan və quyudan çıxan
qazıma məhlulunun xüsusi çəkiləri eyni olsun. Quyunun
yuyulması zamanı nasosun yaratdığı təzyiq qeydə alınmalıdır.
Bu müddət ərzində aqreqatlardan sementləmə başlığına gələn
xətlər sınaqdan keçirilməlidir. Sınaq təzyiqi hesablanmış
gözlənilən təzyiqdən 1,5 dəfə çox olmalıdır. Bu hazırlıq işləri
görüldükdən sonra quyunun sementlənməsinə başlamaq olar.
Sementləmə prosesinə başlamazdan əvvəl quyuya kiçik həcmdə
bufer mayesi vurmaq məsləhət görülür. Bufer mayesindən sonra
aşağı sementləmə tıxacı buraxılır, sonra sementqarışdırıcı
maşınların köməyi ilə sement məhlulunu hazırlayırlar. Sement
məhlulu aqreqatlar vasitəsilə quyuya vurulur.
Bundan sonra sementləmə başlığı içərisində yerləşdirilmiş
yuxarı tıxac kəmərin işərisinə buraxılır. Beləliklə, sement
məhlulu iki tıxac arasında kəmərin içərisi ilə hərəkət edir.


Bundan sonra sement məhlulunun kəmər arxasına çıxarılması
üçün əvvəlcədən həcmi hesablanmış basıcı maye kəmərin
içərisinə vurulur. Basıcı mayenin həcminin 0,5-1,0 m
3
qalmasına yaxın aqreqatlardan ya biri, ya da ikisi işləyir, qalan
aqreqatlar isə dayandırılır. Belə ki, yuxarı tıxac, aşağı tıxacın
üzərinə oturan kimi quyu ağzındakı manometrdə təzyiq bir an
içərisində 1,0-1,5MPa artır. Bu isə sementləmənin qurtardığını
bildirir və işləməkdə olan aqreqat dərhal dayandırılır.
Sementləmənin sonunda təzyiqin bir an içərisində qalxması

Yüklə 1,2 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə