boruları hazırlamağa başlamışıar. Bunların sırasında Rusiyanın
OTTM1, OTTГ1, TБO, OГ-1М şifrəli boruları göstərmək olar.
Trapesiya profilli yizlərin konusluluğu 2tgγ=1/16 saxlanılmaqla
addımı üçbucaq profilli yiv nisbətən 5,08 m-ə qədər artırılmış
yivin dərinliyi 1,6 mm, yiv profilinin (trapesiyanın) yan
tərəflərinin maillik bucaqları 3 və 10
0
-dir. Beləliklə,
birləşmə
yerində trapesiya profilli yivlərin oturması həm daxili və həm də
xarici diametrlər üzrə əmələ gəlir( şəkil 4.1).
Muftanın boruya geydirib əl ilə dolandırdıqda başlanğıc tarımlıq
14 ± 3 mm olmalıdır. Birləşməni maşınla dolandırıb bərkitlikdən
sonra muftanın qırağı ya tamamilə borunun son yivinə qədər
gedir və yaxud da 5 mm-ə qədər ona çatmır.
Bu zaman
diametrin tarımlığı 0,75 mm olur.
Şəkil 4.1
Rusiya Qazma Texnikası Elmi Tədqiqat institutunun
məlumatına görə OTTM1 borularının
yiv birləşmələrinin
möhkəmliyi ГОСТ 632-80 üzrə üçbucaq profilli yiv
birləşmələrinin möhkəmliyindən 25-50% artıq alınır.
OTTГ1 şifrəli boruların yiv birləşmələri OTTM1 boru-ları kimi
trapesiya
profilli olub, onlardan muftanın içərisində borunun
konusu səthə kip oturdulması ilə fərqlənir.
Belə birləş-dirilən
hissələr (borular) arasında ara boşluğu qalmadığına görə OTTГ1
boruları yüksək hermetikli olur.
OTTM1 və OTTГ1 boruları diamertri 114,3 mm-dən 340 mm
qədər ölçülərlə buraxılır. Qalınlıqları isə kiçik diametrli
borularda: 6-9 mm; orta diametrli borularda: 6-11 mm; diametri
168,3 mm-dən böyük olan borularda isə 7,8 mm-dən 12 mm-ə
qədər olur. Bunlardan əlavə 178; 194; 244,5 mm diametri olan
borular üçün 14 mm qalınlıqda verilir.
Muftasız trapesiya profilli yivi olan TБO boruları iki variantda
hazırlanır: TБO-4 borularının hər iki ucu xaricə qalınlaşdırılır.
Bir uca xarici yiv, borunun o biri ucuna isə mufta kimi daxili
trapesiya profilli yiv açılır.
TБO-5 borularında ancaq bir ucu xaricə qalınlaşdırılır. Həmin
uca daxili yiv açılır. Borunun o biri qalınlaşdırılmış ucuna isə
xaricində trapesiya profilli yiv aşılır. Trapesiyalı yivlərin profili
və ölçüləri OTTM1 və TБO borularında eynidir.
Trapesiya profilli yivi olan, yüksək müqavimətli və hermetikli
borulardan ABŞ-da,Yaponiyada da istifadə olunur. Bunların
içərisində “ANİ” institutunun “Batres” yivli boruları və
“Ekstrem Lay” tipli boruları göstərmək olar. Bu borular əsasən
114,3 mm-dən 273 mm-ə qədər diametrlərdə həm normal, həm
də uzadılmış yivi olan muftalarla buraxılır.
Dostları ilə paylaş: