3)
Mufta ilə qaynaq birləşməsi;
4) Boruların uc-uca qaynaqlanması;
5) Nippelli ucla qaynaqlama;
6)Daxildən yonulmuş uclara mərkəzləşdirici
halqa keçirməklə
qaynaq birləşmələri.
Respublikamızda qoruyucu kəmərlərin buraxılmasında uclara
daxili mərkəzləşdirici halqa keçirməklə
nippel uclu qaynaq
birləşmələrindən geniş istifadə olunur (şəkil 4.2).
Rusiyada qoruyucu kəmərlərin buraxılmasında uclara daxili
mərkəzləşdirici halqa keçirmə
ilə və nippel uclu qaynaq
birləşmələrindən geniş istifadə olunur. Mərkəzləşdirici halqa
üçün borunun ucları daxildən 0,3mm qalınlığında 30-50mm
uzunluğunda yonulur. Əvvəlcə
həmin yerə az karbonlu
poladdan hazırlanmış halqa geydirib, boruların uclarını
oturdaraq mərkəzləşdirirlər və sonra xaricdən qaynaq üsulu ilə
birləşdirirlər.
Şəkil 4.5.Qoruyucu borunun qaynaq birləşməsinin sxemi:1-
qoruyucu boru;2-mərkəzləşdirici halqa;3-qaynaq şovu;4-xamut
üçün
yonulmuş yer
Nippel uclu qaynaq birləşməsində borunun bir ucunu yuxarıda
göstərilən qayda ilə daxildən yonub stəkan əmələ gətirirlər.
Həmin yerə digır borunun xaricdən stəkan ölçüsündə yonulmuş
nippel ucunu mərkəzləşdirmə apararaq oturdurlar. Sonra
xaricdən birləşən uclara qaynaq tikişi verirlər. Beləliklə, ərinmiş
qaynaq materialının içəriyə axmasının qarşısı alınmaqla borular
birləşdirilir. Nippel uclu qaynaq birləşməsindən ovallığı az olan
qoruyucu boruların, daxili mərkəzləşdirici halqa ilə qay-naqlama
üsulundan isə ovallığı nisbətən çox olan boruların
birləşdirilməsində istifadə etmək lazımdır.
Qoruyucu kəməri asılı halqa saxlamaq üçün göstərilən qaynaq
birləşmələrində boruya onun yuxarı ucundan 200 mm məsafədə
dərinliyi 0,4mm qalınlıqda 0,3-0,5mm diametr qədər uzunluqda
yonulma verilir. Qoruyucu kəməri endirdikdə həmin yerə
şarnirla xomut geydirilir. Sonra xomutun altına
adi elevator
keçirilir. Boru səthindəki göstərilən yonulma onun dartılmaya
müqavimətini bir qədər azaldırsa da ГОСТ 632-80 də göstə-
rilmiş borularının müqavimətindən yenə də artıq olur.
Qoruyucu boruların qaynaq birləşməsini
kəməri endirdikdə
bilavasitə quyunun ağzında aparırlar. Bunun üçün E.O.Paton
adına institutun yarımavtomatik və avtomatik elektrik
qaynaqlama üsulundan istifadə olunur. Bu üsulla möhkəmliyi
“D” qrupuna daxil olan boruları qaynaqlamaq olar.
Bundan əlavə həmin institutun kontaktlı
qaynaqlama aparan
avtomatlarından da istifadə etmək olar. Kontaktlı qaynaqlamanı
möhkəmliyi müxtəlif polad qrupuna daxil olan boruların
birləşdirilməsində tətbiq etmək olar.
Dostları ilə paylaş: