Neft-qaz quyularinin tamamlanmasi


Qiqroskopluğu az olan sementlər



Yüklə 1,2 Mb.
Pdf görüntüsü
səhifə36/50
tarix02.03.2023
ölçüsü1,2 Mb.
#101780
1   ...   32   33   34   35   36   37   38   39   ...   50
Quyularin tamamlanmasi leak by 1337

Qiqroskopluğu az olan sementlər.
İstehsalı olunan adi
sementlərin xüsusi səthləri böyük olduğu üçün onlar böyük
qiqroskopluğa malikdirlər. Bu xassəyə görə sement atmosferdə
(açıq qaldıqda) nəmliyi və karbon birləşməsini çəkib tezliklə
aktivliyini itirir, təbəqələnib yumurlanır, bununla da sement özü
və sement daşı keyfiyyətini dəyişir. 
Sementin aktivliyini uzun müddət saxlamaq üçün sement
klinkerinin qiqroskopluğunu azaltmaq məsləhət görülür. Bunun
üçün sement klinkerinə (və ya şlaka) az miqdarda hidrofobluq
(yəni suyu itələmə qabiliyyəti) verən əlavələr (mılonaft, olein
turşusu, naften turşuları, asidol və s.) qatırlar.Bu əlavələr semen-
tin ümumi çəkisinin 0,1-0.2% qədəri olmalıdırlar. Belə
sementlər çox vaxt hidrofob sementlər adlanır. Hidrofob
sementlərdə çox vaxt hissəciklərin üzərində bir növ su itələyici
xassə verən adsorbsiya pərdəsi olur.
Hidrofob sementlər Rusiyanın şımalında Tümen-Tomsk
viləyətlərində qazılan quyuların sementlənməsində tələb olunur.
Bu rayonlarda quyular uzun müddət donmuş qalan yataqların
çətin şəraitində qazılır. Konduktorun başmağından aşağı quyu-
nun qazılmasını davam etdirdikdə, açıq qalan divarda isti
qazıma məhlulunun temperaturu təsirindən donmuş süxurların
əriməsi kavernalar əmələ gətirir. Bunun nəticəsində təcrübədə


başmağın oturması və konduktorun aşağı düşməsi baş verir.
Belə hal sement halqasının qoruyucu kəmərlə və quyu divarı ilə
zəif kontaktda olması nəticəsində yarana bilər. Aşağı temperatur
şəraitində konduktorun arxasına vurulan sement məhlulunun
tutuşma vaxtı uzanır və tutuşmamış halda olan məhlul əvvəlcə
donur.
Qlinozem və gipsli-qlinozem sementləri.
Qlinozem (giltorpaq)
– gipsli qlinozem sementləri baksit və karbonat kalsit qarışığının
yandırılmasından sonra üyüdülməsi ilə alınır. Bu sementlərə
qovuşdurucu xassə əsas mineral bir kalsiumli alüminatdır
(CaOAl
2
O
3
). Sementin tərkibində bu mineralın miqdarı 50%-ə
çata bilər.
Gipsli-qlinozem sementin alınması üçün üyüdülmədə gipsin
qarışıqla nisbəti 3:1 kimi götürülür.
Qlinozem sementləri aqressiv lay suları şəraitində yük-sək
korroziyaya dəyanətliliyinə malikdir.

Yüklə 1,2 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə