Şəkil 1. Qoruyucu kəmərin aşağı uc quruluşu:1 – yönəldici
tıxac; 2- başmaq; 3 - dəliklənmiş sementləmə potrubkası; 4-əks
klapan
Bu quraşdırma yönəldici tıxac ilə başmaqdan (1), sement
məhlulunun çıxması üçün dəlikləri olan sementləmə
patrubkasından (2), ondan yuxarıda muftun içərisində yerləşən
əks klapandan (3), daha sonra bir və yaxud iki ədəd qoruyucu
boru qədər yuxarıda muft içərisində yerləşdirilən istinad
halqasından (4) ibarət olur. Bunların
üstündən qoruyucu
kəmərin aşağı seksiyası yığılır.
Kəmərin aşağı uc quruluşunun (1), (2), (3) və (4)-cü hissələri
adətən buruğa quraşdırılmış şəkildə gətirilir (şəkil 1). Buruq
ustası və qazımaçı quruluşu bağlamadan əvvəl onun hissələrini
yoxlamalıdır.
Qoruyucu kəməri buraxıb qurtardıqdan sonra onun (kəmərin)
içərisi ilə quyu bir daha yuyulmaldır. Bu yuyulma üçün
buruqyanı meydançada sarayda əvvəlcədən yerləşdirilmiş
qazıma nasosunun atqı xətləri quyu ağzı sementləmə başlığı və
idarəedici blokun manifoldu
ilə qəbul edilmiş sxem üzrə
birləşdirilir. Sonra quyunun sementlənməsi başlayır. Əvvəlcə
qarışdırıcı vasitəsilə SMQ maşınının bunkerindən gələn quru
sement su ilə su xəttindən (yaxud maşının su çənindən) gələn
suyun arası kəsilmədən qarışdırılması nəticəsində (təyin edilmiş
«su-sement amili» qiymətinə uyğun) hazırlanan sement məhlulu
dərhal quyuya vurulur.
Şəkil 2. Bir pilləli sementləmənin sxemi:a- quyunun
kəsilişi; b-
birinci sementləmə tıxacı; v-ikinci ayırıcı tıxac
Kəmərin içərisi ilə (şəkil 2) sement məhlulu (3) birinci ayırıcı
sementləmə tıxacını (4) aşağıya itələyir. Hesablanmış həcmdə
sement məhlulunu vurduqdan sonra başlıqdakı kranı (9)
bağlayıb sement vurulan boruları və nasosun atqı xətlərini
sementdən yuyub təmizləyirlər.
Sement məhlulunun kəmər arxası fəzaya basılması üçün əvvəlcə
başlıqdakı (8) kranı açıb içəriyə bir qədər maye vurmaqla
başlıqda saxlanan ikinci sementləmə tıxacının stopor boltlarını
qırırlar və tıxacı kəmərin içərisinə yeridirlər.
Sonra yenə də
başlıqdakı (9) kranını açırlar. Basqı mayesi vurulan iknci tıxac
(4) və (10) arasındakı sement məhlulunu kəmər içərisi ilə
aşağıya hərəkət etdirir. Birinci tıxac istinad halqasına (6)
oturduqdan sonra əmələ gələn təzyiqlər fərqi nəticəsində həmin
tıxacın (4) diafraqma şüşəsi sınıb onun (tıxacın) keçidini açır.
Sement məhlulu əks klapandan (7) keçərək yönəldici və
sementləmə patrubkası dəliklərindən çıxıb kəmər arxası fəzaya
keçir və basılaraq yuxarı qalxır. İkinci tıxac (10) birinci tıxacın
üstünə (4) çatdıqda təzyiq birdən qalxır. Bu isə başlıqdakı
monometr əqrəbinin sıçrama hərəkətilə müşahidə edilir. Sement
məhlulunun kəmərarxası fəzaya basılmasının sonu sementləmə
prosesinin qurtarmasını göstərir. Bundan sonra başlıqdakı (8) və
(9) kranlarını bağlayıb, kəməri və quyunu sement məhlulunun
bərkiməsi üçün 12-24 saat müddətində dayandırırlar.
Sement məhlulunun vurulması və basılmasında
onun hərəkəti
əvvəlcə kəmərin içərisi ilə aşağıya sonra isə kəmər arxası fəza
ilə yuxarıya doğru yönəlir. Bununla əlaqədar olaraq
aqreqatlardakı nasosun təzyiqi (
P
h
) əvvəlcə (qazıma və
sement məhlulları sıxlığının fərqinə görə) düşür, sonra isə
sement məhlulu kəmər arxası fəzaya keçib yuxarıya qalxdıqda
artmağa (təzyiq) başlayacaqdır. Nasosdakı təzyiqin dəyişməsini
aşağıdakı tənlik ilə hesablamaq olar.
P
H
=
P
h
±
P
γ
=
P
h
±
(
ρ
s
⋅
m
−
ρ
m
)
gh ,
Burada
P
H
- aqreqatın uyğun sürətindən nasosdakı təzyiq;
əmələ gələn hidravlik müqavimətlərin
dəf edilməsinə sərf
olunan təzyiq;
h
- uyğun surətdə sement məhlulu sütununun
qalxma hündürlüyü,
P
γ
- qazıma və sement məhlulu sıxlıqları
(
ρ
s
⋅
m
−
ρ
m
)
. Fərqinin müvazinətləşdirilməsinə sərf olunan
təzyiqdir. Sement məhlulu kəmərin içərisində olduqda işarə (-),
kəmər arxası fəzada olduqda isə işarə (+) götürülür.
Dostları ilə paylaş: