δ=14mm-ə qədər olan kəməri deşib 50 sm-ə sementə işləyir. Hər
dəfə kəmərdə 12-yə qədər deşik açıla bilər. Kəmərə açılan
deşiklərin sayı layın parametrlərinə görə müəyyən edilir. Fərz
edək ki, kəmərə 120 deşik açmaq lazımdır. Bu zaman perforator
12 dəfə buraxılıb qaldırılmalıdır. Elektrik perforatorları o qədər
də etbarlı deyildir. Güllələr bəzən kəmərə dəyib, qüvvəsini itirir,
deşik açılmır. Bu cəhətdən torped-perforatorlar daha etibarlıdır.
Belə perforatorların tətbiqi xüsusilə sıxlığı
çox olan laylarda
yaxşı nəticələr verir. Burada güllənin diametri elektrik
perforatorundakına nisbətən 31mm-dən böyük,
sürəti isə ləng
olur və güllə layda əlavə çatlar yaradır.
Hidravliki qum selli perfratorun üstün cəhətlərindən biri də
kəmərdə və sement halqasında açılan deşiklərin diametrini
tənzim etmək olur.
Gülləli perforasiya.
Bunu tətbiq etmək üçün gülləli perforator-
lardan istifadə edilir. Bunun prinsipi
odlu silah prinsipinə
əsaslanmışdır.
Perforatorun gövdəsində yuva ilə lülə cərgəsi vardır. Yuvaya
preslənmiş barıt partlayıcı maddədi və elektrik alışdırıcısı dol-
dururlar, lakin lüləyə isə polad güllə qoyurlar. Elektrik alışdırıcı-
sının hesabına barıt-partlayıcı maddəsi alışdırılır. Barıt yandıqda
əmələ gələn qazlar yüksək təzyiq yaradaraq lülədən güllə böyük
sürətlə uçaraq kəməri və sement daşını deşib süxura keçir.
Bununla da laydakı neft və qazın hərəkəti üçün kanal yaranır.
Gülləli perforatorlar seçmə qabiliyyətli (селектив) və yaylım
atəşli (залп) hissələrə bölünürlər.
Seçmə qabiliyyətli
perforatorlarda atəş açma ayrı-ayrı lülələrdən növbə ilə aparılır.
Bunun üçün quyuağzından idarə olunan siqnalları elektrik
dövrəsinə keçirici açarla qoşurlar.
Müxtəlif tip və ölçülərdə perforatorlar vardır. Yaylım atəşli
perforatorlar АПХ-84 АПХ-98 tiplisinin xarici diamertri 84 və
98mm-dir.
Dostları ilə paylaş: