qurulmasından ibarətdir. Şəkil 2.4-da ИKC-in prinsipial sxemi
verilmişdir.
Karotaj edilməsi texnikası belədir:
Quyuya bir-birindən izolyasiya
edilmiş üç naqili olan kabel
endirilir. Kabellərin uclarında M və N qurğuşun elektrodları
vardır, üçüncü naqilin ucuna isə A yükü bağlanmışdır. Bu yük
naqil vasitəsilə eyni zamanda buruqda qoyulmuş E elektrik
batareyası ilə birlşdirilmişdir. Beləliklə,
A yükü qütblərin
biridir. 2-ci qütb isə konduktorun üstü B-dir. Buna görə də A
yükündən, E batareyasından və B konduktorundan ibarət dövrə
yerdə qapanır. Elektrik cərəyanı süxurdan keçərək M və N
elektrodları arasnda potensial fərqi yaradır və bu da yuxarıda
qoyulmuş potensiometr vasitəsilə ölçülür. Eyni zamanda
cərəyanın
şiddətini bilərək, ampermetr vasitəsilə müvafiq
müqavimətlər qeyd edilir.
Başqa sözlə,quyuya üçdamarlı (жила) izolə edilmiş və hər dama-
rın ucunda elektrod bağlanmış kabel lüləyə endirilir. Gərginlik
mən-bəyinin (I) köməkliyi ilə (B) elektrodu torpaqlanır və o biri
(A) elektrodu quyuya buraxılır.
Bu quyuda elektrik sahəsi
yaranır. Bu elektrodlardan keçən cərəyanın gücü elektrik
dövrəsinə qoşulmuş milliampermetr ilə ölçülür.
Şəkil 2.4.Görünən xüsusi müqavimətin ölçü sxemi:
A,B-cərəyan elektrodları;MN-ölçü elektrodları;
П-ölçü cihazı;K-üçölçülü kabel;µA-Ampermetr.
A və B elektrodları arasında yerləşmiş süxurlardan keçən elektrik
cərəyanı M və N elektrodlarında potensiallar fərqi yara-daraq
yuxarıda potensiometr vasitəsilə ölçülür.
Bundan başqa KC
(xüsusi müqavimət) diaqram şəklində qeydiyyatdan keçir. Zahiri
xüsusi müqavimət (KC və ya ρ
k
) layın qalınlığından və
müqavimətindən, qazıma məhlulunun müqavimətindən, quyunun
diametrindən, qazıma məhlulunun filtratının daxil olma dərin-
liyindən və eləcə də zondun ölçüsündən və yerləşmə
məsafəsindən asılıdır. KC-in qeydiyyatı karotaj stansiyasında
yerləşdirilmiş avtomatik cihazlarla aparılır.
KC qeydiyyat aparıldığı zaman ПС-də (xüsusi polyarlaşma)
eyniliklə qeydiyyatdan keçir. Xüsusi elektrik sahəsi qazıma
məhlulunun süxura təsirindən yaranır.
Potensiallar fərqinin təyininə görə ПС qeydiyyata alınır. Bu da
quyuya endirilmiş M elektrodu və yuxarıda yerləşmiş N elektrodu
arasında yaranan potensiallar nəticəsində olur. KC (Om∙m) və ПС
(mV)-in ölçülməsi nəticəsi olaraq kağız lentdə əyrilər şəklində
göstərilənlərə
Dostları ilə paylaş: