əsaslanan təsnifatlar geniş yaılmışdır. Bunlara aşağıdakılar
aiddir:
1-süxurların məsaməlilik,
həcm çəkisi, elastiklik modulu,
sıxılmaya qarşı möhkəmlik həddi (bərklik əmsalı), sərtlik,
elektrikeçirmə və maqnit keçiriciliyinə görə təsnifatları;
2-süxurların hər hansı bir texnoloji parametrə (qazılma,
partlayış, xırdalanma, kəsilmə qabiliyyətinə ) görə təsnifatları;
3-xüsusi təsnifatlar yalnız konkret fiziki xassə ilə əlaqədar
olduğu halda ümumi təsnifatlar süxurların
fiziki xassələri ilə
tamamilə əlqədar deyildir;
4-ümumi təsnifatlar süxurların mineral tərkibinin və
quruluşunun keyfiyyət təsnifatları olduğu halda,
xüsusi
təsnifatlar süxurların vahid xassələrinə görə bu xassələri
müəyyən edən amilləri nəzərə almayan miqdar təsnifatlarıdır.
Dağ süxurlarını onların fiziki xassələrinə görə ümumiləşdirən
təsnifatda süxurlar
qruplara elə bölünməlidir ki, hər bir qrup
bütün xassələrinin dəyişilməsini tamamilə müəyyən hədləri ilə
xarakterizə edilsin.Bunu süxurların bütün xassələri eyni
dərəcədə asılı olan hər hansı bir
göstəriciyə əsasən yerinə
yetirmək daha asan və sadə olardı. Lakin belə ümumi göstəricini
tapmaq mümkün deyildir, çanki şaxtaçıların istifadə etdikləri və
əhəmiyyət kəsb edən ümumi və xüsusi təsnifatlarının əsasını
prinsip etibarı ilə müxtəlif təsnifat əlamətləri təşkil edir. Belə
göstərici nə süxurların mineral tərkibinin, nə onların qurulu-
şunun, nə də onların kombinasiyasının parametri ola bilər, çünki
onların vahid miqdar xaraketristikaları yoxdur.
Praktiki olaraq heç bir mineral və heç bir quruluş əlaməti bütün
məlum dağ süxurlarında müşahidə edilmir.
Fiziki parametrlərdən heç biri, nə də onların kombina-siyası bu
məqsədlə istifadə edilə bilməz, çünki süxurun xassəsi mineral
tərkibin və quruluşun funksiyasıdır
və süxurun dağ-mədən
işlərinin texniki məqsədləri üçün lazım olan heç bir xassəsi onun
digər xassələrini təyin etmir.
Ona görə də bu məsələnin yalnız bir həlli vardır. Dağ
süxurlarının eyni vaxtda bir neçə əsas əlamətlərindən istifadə
etməklə onların xassələrini müəyyən edən əsas amillərə görə
qruplara bölünməsidir.
Aydındır ki, dağ işləri üçün geologiyada, petroqrafiyada qəbul
edildiyi kimi çoxlu miqdarda
müxtəlif quruluş növlərinin
ayrılması zərirəti yoxdur. Belə ki, burada ancaq süxurun
xassələrini praktiki vacib hüdudlarda dəyişdirə bilən quruluş
növləri əhəmiyyət kəsb edir.
Süxurların quruluşunun onları qruplaşdırmaq
üçün məqsədə
uyğun, əsas əlamətləri – süxurların dənəlilikləri, süxuru təşkil
edən dənələrin ölçüsü və onların ölçülərinin qeri-cinsliliyi,
məsaməlilikləri (məsamələrin ümumi həcmi), qatlılıqları,
amorfluluqlarıdır.
Dostları ilə paylaş: