NəHCÜl-bəLAĞƏ İmam Əli əleyhis-salamın xütbə, məktub və hikmətli kəlamları


حِينَ تَفِئُ الشَّمْسُ مِثْلَ مَرْبِضِ الْعَنزِ



Yüklə 15,72 Mb.
səhifə77/85
tarix19.11.2017
ölçüsü15,72 Mb.
#11268
1   ...   73   74   75   76   77   78   79   80   ...   85
حِينَ تَفِئُ الشَّمْسُ مِثْلَ مَرْبِضِ الْعَنزِ» yəni, namazı kölgə keçi ağılı miqdarında olan zaman qılın yazılıb.

2 Günorta ikindi namazlarının vaxtının müəyyənləşdirilməsi barəsində fiqh alimləri müctəhidlərin çoxlu fərqli nəzər ixtilafları var bu məsələlər barəsində fiqh kitablarında bəhs edilib. Bəziləri İmam əleyhis-salamın burada buyurduqlarının zahirinə əsaslanaraq günorta ikindi namazını bir yerdə qılmağa icazə verməyiblər. Amma rəvayətlər müctəhidlərin fitvaları həmin namazların bir yerdə qılınmasının düzgün olmasından xəbər verir.

3 Namazı onların qüdrətindən artıq miqdarda uzatmayın ki, əgər onu çox uzatsanız nəticədə onlar camaat namazına gəlməzlər. Mərhum Əllamə Məclisi «Biharul-ənvar» kitabının on səkkizinci cildində Diləminin «İrşadul-qulub» kitabına istinad edərək nəql edir ki: Əli əleyhis-salam Siffeyn müharibəsi günlərinin birində döyüşlə məşğul ola-ola iki qoşunun arasında olmasına baxmayaraq günəşi izləyirdi. İbn Abbas deyir: Ey Əmirəl-möminin bu işdir? Həzrət buyurur: Namaz qılmaq üçün günəşin günortanı keçib-keçməməsinə baxıram. İbn Abbas deyir: İndi namaz vaxtıdır, halbuki müharibə bizi namazdan saxlayıb?! Həzrət buyurur: Biz onlarla namazdan başqa bir şeyə görə vuruşmuruq. İbn Abbas deyir: O Həzrət heç vaxt, hətta «Hərir» gecəsində gecə namazını tərk etmədi!!

1 Ərəblər göz qapağı çevrilmiş kirpikləri olmayan şəxsə «Əştər» deyirlər. Həmçinin göz qapağı ya dodağı yırtıq olan şəxsə Əştər deyilir. Malik ibn Haris Nəxəiyə (Allah onun ruhunu müqəddəsləşdirsin) Əştər deyilməsi barəsində belə deyilib: Hicrətin on altıncı ilində ərəb qoşunun rum qoşunu ilə müharibəsində Malikin dəbilqəsinə bir gürz vurulur onun dəbilqəsi parçalanaraq başına səpələnir. Dəbilqənin dəmir parçalarından biri onun gözünü deşir. Ondan sonra ona Əştər ləqəbi verilir. Məhəmməd ibn Əbu Bəkrin hakimiyyəti dövründə Müaviyənin fitnə-fəsad təxribatları nəticəsində Misirdə vəziyyət qarışanda bir qrup adam Osmanın qisasını almaq bəhanəsi ilə qiyam edəndə həmin diyarın vəziyyəti barəsində Əmirəl-möminin əleyhis-salama xəbər çatır o Həzrət buyurur: Misir hökumətinə iki nəfərdən biri layiqdir. Orada ya əvvəllər oradan götürdüyüm Qeys ibn 'd - o, Əli əleyhis-salamın şiələrindən ən ədalətli şəxslərdən olub - hakim olmalıdır, ya da ora Malik ibn Haris Nəxəi getməlidir. Amma Qeys ibn 'd bu işə meylsiz olduğu üçün Həzrət onu öz işində saxlayır Nəsibəyndə - Şam İraq arasındakı şəhərlərdə - olan Malik Əştəri çağırtdırır onun üçün bu əhdnaməni yazaraq yola düşməyə hazırlaşmasını əmr edir.Malik yola düşməmişdən qabaq İmam əleyhis-salam Misir əhalisinə bundan öncə gətirdiyimiz 38-ci məktubu göndərir. Malik öz qoşunu ilə Misirə doğru hərəkət edir. Müaviyə bundan xəbər tutan kimi Misir şəhərlərindən olan «Əriş»in əkinçilərindən birinə xəbər göndərir ki, Əştərə zəhər içizdir, mən səndən iyirmi ilin xərac vergilərini almayım. Əştər «Əriş»ə çatanda onun balı çox sevdiyini bilən əkinçi, ona bir az zəhərli bal «hədiyyə» gətirir onun ləzzət faydalarından danışır. Əştər zəhər qatılmış həmin baldan meyl edir bal onun qarnına çatmamış həyatla vidalaşır. Bəziləri isə deyiblər ki, o, Misirdən üç günlük yol miqdarında uzaqda olan «Qulzum» şəhərində şəhid edilib zəhəri ona Osmanın qulu olmuş Nafe yedirdib. Bu böyük şəxsiyyətin şəhid olması xəbəri Müaviyəyə çatanda o, çox sevincək halda camaat içərisində ayağa duraraq belə deyib: «Əli ibn Əbu Talibin iki dostu var idi. Onlardan biri ondan Siffeyn müharibəsində ayrıldı o, Əmmar ibn Yasir idi ki, öldürüldü. Digəri isə bu gün ayrıldı o, Malik Əştərdir ki, onun ölüm xəbəri indi gəlib çatdı. O, Misirə getmək üçün yola düşmüşdü Osmanın qulu Nafe, Yənbə ilə Misir arasındakı Əylə şəhərində onun yanına gəlib. Bir müddət onun qulluğunda olub ki, Əştər ona tam inansın. Sonra «Qulzum» şəhərində ona zəhər qatışdırılmış bal şərbəti içirdib onun nəticəsində Malik dünya ilə vidalaşıb. «أَلا وَ إِنَّ لِلهِ جُنُداً مِنْ عَسَلٍ» Bilin ki, Allahın «bal qoşunları» var». Digər tərəfdə Malikin şəhid edilməsi xəbəri Əmirəl-möminin əleyhis-salama çatanda, o Həzrət çox kədərlənir, ağlayır minbərə çıxaraq belə buyurur: «إِنّا للهِ وَ إِنّا إِلَيْهِ راجِعُونَ وَ الْحَمْدُ للهِ رَبِّ الْعالَمِينَ اللّهُمَّ إِنِّى أَحْتَسِبُهُ عِنْدَكَ فَإِنَّ مَوْتَهُ مِنْ مَصائِبِ الدَّهْرِ رَحِمَ اللهُ مالِكاً فَلَقَدْ أَوْفى عَهْدَهُ وَ قَضى نَحْبَهُ وَ لَقى رَبَّهُ مَعَ أَنّا قَدْ وَطَّنّا أَنْفُسَنا عَلى أَنْ نَصْبِرَ عَلى كُلِّ مُصِيبَةٍ بَعْدَ مُصابِنا بِرَسُولِ الله - صَلَّى اللهُ عَلَيْهِ وَ الِهِ - فَإِنّها مِنْ أَعْظَمِ الْمُصِيبَاتِ» «Biz Allahdanıq Ona tərəf qayıdacağıq. Həmd, aləmlərin Rəbbi olan Allaha məxsusdur. Allahım, mən Əştərin müsibətini Sənin yanında saya alıram. Çünki onun ölümü dövran zəmanənin matəmlərindəndir. Allah Malikə rəhmət eləsin. O, öz əhdinə vəfa etdi, ömrünü sona çatdırdı Rəbbinə qovuşdu. Bütün bunlara baxmayaraq biz əhd etmişik ki, Həzrət Peyğəmbərin (səlləllahu əleyhi alih) müsibətindən sonra hər bir müsibətə səbr edək. Çünki o, müsibətlərin ən böyüyü idiİmam əleyhis-salam sonra minbərdən düşüb evə gedir. Nəxə ağsaqqalları o Həzrətin hüzuruna gəlirlər. O, çox heyfslənirdi solğun idi. Buyurur: «وَ للهِ دَرُّ مالِكٍ وَ ما مالِكٌ لَوْ كانَ مِنْ جَبَلٍ لَكانَ فِنداً و لَوْ كانَ مِنْ حَجَرٍ لَكانَ صَلْداً أما وَ اللهِ لَيَهِدَّنَّ مَوْتُكَ عالَماً وَ لَيَفْرَحَنَّ عالماً عَلى مِثْلِ مالِكٍ فَلْتَبْكِ الْبَواكِى وَهَلْ مَرْجُوٌّ كَمالِكٍ وَهَلْ مَوْجُودٌ كَمالِكٍ وَهَلْ قامَتِ النِّساءُ عَنْ مِثْلِ مالِكٍ» «Allah Malikə xeyir versin. O, necə Malik idi? Dağ idisə əzəmətli böyük bir dağ idi! Daş idisə möhkəm bir daş idi. Bilin, Allaha and olsun ki, ey Malik, sənin ölümün bir dünyanı viran pərt, bir dünyanı isə şad edir». Yəni, Şam əhalisini sevindirir, İraqı isə pərt edir. «Ağlayanlar Malik kimisinə ağlamalıdırlar. Görəsən Malik kimi bir yardımçı görünəcək? Görəsən Malik kimisi var? Görəsən arvadlar Malik kimi olacaq bir uşaq doğacaqlar

Deyirlər ki: Malikin cənazəsini «Qulzum»dan mübarək Mədinə şəhərinə gətiriblər. Onun nurlu qəbrinin yeri orada tanınır məşhurdur. Qeyd etmək lazımdır ki, Əştər (Allah ondan razı olsun) ağıllı, şücaətli alicənab şəxs olmaqla yanaşı səbr, pərhizkarlıq zahidlik zinətlərinə malik olub. Nəql edirlər ki, o, bir gün Kufə bazarından keçirmiş. Bez paltar geyinibmiş başında da elə bezdən əmmamə var imiş. Bazar alverçilərdən biri onu təhqir etmək məqsədi ilə ona yaşıl çubuq atır. Əştər özünü cilovlayaraq ona etina etmir keçib gedir. Orada olanlardan Əştəri tanıyan bir nəfər həmin alverçiyə deyir: Vay olsun sənə! Kimi təhqir etdiyini bilirsən? O, «yox» deyə cavab verir. Həmin şəxs deyir: O, Malik Əştərdir, Əmirəl-mömininin dostu köməkçisi. Sonra həmin alverçi etdiyi işin qorxusundan titrəməyə başlayır üzrxahlıq etmək üçün Əştərin dalınca gedir. Maliki məsciddə namaz qılan halda tapır. Malikin namazını qılıb qurtarmasını gözləyir. O, namazını qılıb qurtardıqdan sonra, salam verərək özünü onun ayağına atıb öpməyə başlayır. Malik onu qaldıraraq deyir: görürsən?! Həmin şəxs deyir: Məndən baş vermiş günahın üzrünü isətəyirəm, tanımamışdım səni! Əştər deyir: Sən artıq günahsızsan. Allaha and olsun ki, mən məscidə sənin bağışlanmağını istəmək üçün gəlmişdim. Bəli, Malik Əştər gərək belə olmuş olsun öz nəfsini o qədər cilovlamağı bacarsın ki, nadan bir adam onu təhqir edərək alçaldanda da o cür şücaət cəsarətə malik olmasına baxmayaraq, halı dəyişməsin. Çünki bütün işlərində öz zəmanəsinin imamının davamçısı idi ki, nəticədə Əmirəl-möminin onun barəsində belə buyurmuşdur: «لَقَدْ كانَ لِى مِثْلَ ما كُنْتُ لِرَسُولِ اللهِ» «Malik mənim üçün mən Allahın Peyğəmbərinə olduğum kimi idiXülasə, Malik hicrətin otuz səkkizinci ilində həyatla vidalaşıb. Əmirəl-möminin əleyhis-salamın onun mübarək adı ilə bağlı əhdnaməsi isə həmişəlik olaraq, məkanından asılı olmayaraq dünyanın bütün hakimləri üçün təlimat olub.

1 İnsan, onun şərindən amanda deyil. Həzrət İmam Musa ibn 'fər əleyhis-salam öz atalarından rəvayət edib ki, Əmirəl-möminin əleyhis-salam belə buyurub: Həzrət Peyğəmbər (səlləllahu əleyhi alih) döyüşçülərdən bir hissəsini müharibəyə göndərmişdi. Onlar qayıdanda o Həzrət buyurdu: Kiçik cihadı sona çatdıran, böyük cihadları isə qalmış dəstənin xoş halına! Onlar dedilər: Ey Allahın Peyğəmbəri, böyük cihad nədir? Buyurdu: Nəfslə olan cihad mübarizə. Sonra belə buyurdu: Ən yüksək cihad öz nəfsi ilə mübarizə aparan kimsənin cihadıdır.

1 Əgər dillərə onların yaxşılıqları düşmüş olsa, xalq onları xeyirxah yaxşı əməl sahibi sayıb onlara dua edəcək. Dillərə adları pis düşmüş olsa isə, onları pis əməl sahibi hesab edib nifrin qarğış edəcəklər. Buna görə istər Ömər ibn Əbdüləziz kimi müsəlman, istərsə Ənuşirəvan kimi kafir olmasından asılı olmayaraq hər bir hökmdar həmçinin hər bir tayfa başçısı özündən xoş xatirə yaxşı ad yadigar qoyan işlər görməlidir ki, xalq onun barəsində xeyirli dualar etsin nəticədə o, əbədi səadəti əldə etsin.

2 Nəfsə qarşı simic olmaq budur ki, sənə rəva olmayan şeyin ətrafına belə fırlanmayasan, hətta əgər onu çox sevsən hərisi olsan da!

3 Belə olmasın ki, zahirdə dostluq göstərib batinində onlarla düşmən olasan. Çünki bu, rəiyyətin sənin ətrafından dağılmasına səbəb olar, necə ki, Qurani-Kərimin Ali-İmran surəsinin 159-cu ayəsində Həzrət Peyğəmbərə buyurulur: «
Yüklə 15,72 Mb.

Dostları ilə paylaş:
1   ...   73   74   75   76   77   78   79   80   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə