NəHCÜl-bəLAĞƏ İmam Əli əleyhis-salamın xütbə, məktub və hikmətli kəlamları



Yüklə 15,72 Mb.
səhifə78/85
tarix19.11.2017
ölçüsü15,72 Mb.
#11268
1   ...   74   75   76   77   78   79   80   81   ...   85
فَبِمَا رَحْمَةٍ مِّنَ اللّهِ لِنتَ لَهُمْ وَلَوْ كُنتَ فَظًّا غَلِيظَ الْقَلْبِ لاَنفَضُّواْ مِنْ حَوْلِكَ فَاعْفُ عَنْهُمْ وَاسْتَغْفِرْ لَهُمْ وَشَاوِرْهُمْ فِي الْأَمْرِ فَإِذَا عَزَمْتَ فَتَوَكَّلْ عَلَى اللّهِ إِنَّ اللّهَ يُحِبُّ الْمُتَوَكِّلِينَ» «Allahın mərhəməti səbəbinə sən onlarla mehriban oldun. Əgər qaba, sərt ürəkli olsaydın, əlbəttə, onlar sənin ətrafından dağılıb gedərdilər. Buna görə (sənə pislik edəndə) onları əfv et, onlar üçün bağışlanmaq dilə, işdə (müharibə işində) onlarla məsləhətləş, (məsləhətləşdikdən sonra) qəti qərara gəldikdə isə Allaha təvəkkül et! Həqiqətən Allah təvəkkül edənləri sevər

1 Hər bir işdə ümumi kütlənin xeyrinə olan mövqeyi seç, hərçənd ki, bu azlığa ağır gəlsin onlar ondan razı qalmasınlar.

1 Bu xislətlərin mənşəyi Allaha qarşı pis gümanda olmaqdır. Allah barəsində pis gümanda olan kimsə Onu tanımır. Çünki xəsis adam əgər Onu çox bəxşiş edən bilsə, başqaları ilə münasibətdə simiclik etməz. Qorxaq adam Onu öz qoruyucusu adlandırsa Allahın bəyəndiyi işə girişərək onu yerinə yetirməkdən qorxmaz. Həmçinin həris adam əgər Onu ruzi verən bilsə sərvət toplamağa hərislik etməz.

1 Buna görə ki, rəiyyət barəsində bədbin olmaq sərtliyə səbəb olur. Sərtlik isə inciklik gətirir. Onlar inciyəndən sonra isə sənin tutduğun vəzifədən kənarlaşdırılmağına çalışacaq, bacardıqca səninlə müxalifət etməyə başlayaraq fürsət axtaracaqlar. Sən naçar qalıb həmişə onların işləri barəsində fikirləşdiyin üçün qəmgin kədərli olacaqsan beləliklə , rahatlıq asayaşini itirəcəksən.

1 Bəli, əgər başçı öz qoşun başçılarını əsgərlərlə bərabərlik edərək onların gündəlik aylıq paylarını vaxtında verməyə vadar etsə, hamı onun tərəfdarı olar. Belə olmayan surətdə isə onların qəlbləri başçıdan dönər ölkənin işlərinin pozularaq geriləməsinə səbəb olar.

1 Çünki bu cür rəftar etmək ədalətə ziddir görənlərin işləri yerinə yetirərək həvəsdən düşmələrinə səbəb olur.

2 Məqsədi məlum olmayan parçalanma yaradan deyil, ixtilafları aradan qaldıran hamını fikir düşüncədə birləşdirən sünnə (nəzərdə tutulur).

1 Çünki qazının düşməni paxıllıq edəni çoxdur. Əgər onun sənin yanında məqam ehtiramı olmasa o, rahat asudə olmayacaq düzgün hökmü bəyan etməkdən qorxacaq.

2 Ona görə ki, əgər hakim özbaşına, məsləhətləşmədən, sınamadan nəfsi istəklərə qapılaraq kimlərisə hər hansı bir işə təyin edibsə, ədalət insafa zidd bir hərəkət edib xalqın əmanətinə xəyanət edib.

3 Əgər sən onların qarınlarını tox etsən onlar göstərişlərini yerinə yetirməsələr, yaxud əmanətinə xəyanət edib rüşvət alsalar onları cəzalandırmaq istəsən heç bir bəhanə gətirə bilməzlər.

1 Bu cümlə bəlkə buna işarədir ki, dövlət işində şəhadət vermək üçün müctəhidlərin şəriət məsələlərində şahid üçün şərt hesab etdikləri müəyyən say ədalət şərt deyil.

1 Mərhum şərhçi Molla Məhəmmədsalih Qəzvini burada belə buyurub: Bu kəlam verginin ancaq şəriətdə müəyyənləşdirilmiş zəkat olmamasına dəlalət edir. Həmçinin məlum olur ki, o, torpaq, su başqa şeylər üçün müəyyənləşdirilmiş vergidir onun miqdarı barəsində zamanın tələbi əsasında fərq qoyulur bu ancaq İslamın pənahında olan qeyri-müsəlmanlara aid deyil.

1 Çünki hökumət sirlərindən hamıdan çox xəbərdar olan kəs, bəyənilən sifətlərə malik olmalıdır. Belə olmasa kiçik bir istək məqsədə görə müharibədə qoşunun məğlubiyyətinə ölkənin işlərinin ziyanına şərait yarada bilər.

1 Şərhçi Qəzvini (rəhiməhullahu əleyh) burada belə buyurub: Bu kəlamın zahiri mənası budur ki, vali onları, tərəflərin heç birinə zülm olmaması üçün müəyyən qiymətə məcbur edə bilər.

2 Cəza günahdan artıq olmasın. Bu, camaatın təbəqələrinə nisbətdə fərq edir. Ola bilər ki, azacıq danlaq kiməsə cəza olsun. Həmçinin ola bilər ki, kimsə həbs işgəncə ilə ayılaraq özünə gəlməsin. Belə olan halda, hər bir kəsin cəzasının müəyyənləşdirilməsi valinin öhdəsinədir.

3 Onların hamısı beytülmaldan müsəlmanlarla müharibə edənlərdən alınmış yerlərin taxılından bəhrələnirlər, istər uzaqda olsunlar, istər yaxında. Onların, özlərini sənə çatdıraraq öz paylarını almaq imkanları olmadığı üçün sən onların haqlarını vermək üçün olduqları şəhərə məmur göndər ki, heç kəs məhrum ümidsiz qalmasın.

1 Çünki qapıçılar yoxsul zəiflərə alçaldıcı həqirlik gözü ilə baxırlar onları valinin yanına çox az hallarda buraxırlar. Buna görə sən onlar üçün elə bir gör ki, öz istəklərini heç bir qorxu olmadan çətinliyə düşmədən sənə bildirsinlər nəticədə heç kəs zülmə məruz qalıb ümidsizləşərək səndən Allah-təalaya şikayətlənməsin.

1 Çünki ehtiyac sahiblərinin çoxu iztirablı söz danışmaqda acizdirlər. Əgər vali yaxşı xasiyyətli təmkinli olmasa onların işləri düzəlməz.

2 Ona görə ki, əgər qafil olub bu günün işini sabaha, sabahın işini isə o biri günə saxlasan, işlər çoxalacaq sən onların öhdəsindən gəlməyəcəksən, xalq məəttəl olub işdən qalacaq nəticədə ölkə məhv xarab olacaq.

1 Çünki valilər xalqla oturub-durmaq söhbət etməklə ölkə rəiyyətin halından xəbərdar olurlar. Amma əgər tək otursalar işlərin sir rəmzlərinin çoxunu dərk edə bilməzlər.

1 Necə ki, Allah-təala Qurani-Kərimin Ənfal surəsinin 61-ci ayəsində buyurub: «وَإِن جَنَحُواْ لِلسَّلْمِ فَاجْنَحْ لَهَا وَتَوَكَّلْ عَلَى اللّهِ إِنَّهُ هُوَ السَّمِيعُ الْعَلِيمُ» «Əgər onlar sülh barışığa meyl etsələr, sən sülhə meyl et (əgər batində hiylə məkr işlədərək sülh barışıq ilə səni aldatmaq istəyirlərsə, qorxma) Allaha bel bağla. Həqiqətən Allah (onların danışıqlarını) eşidən (düşüncələrini) biləndir».

2 Mömin hamıya qarşı nikbin olmasına baxmayaraq, o, ictimai məsələlərdə nifaq ikiüzlülükdən, eləcə düşmənin hiylələrindən xəbərdar onlara qarşı sayıq olmalıdır.

1 Məsələn, düşmənlə peyman bağlasın ki, əsirləri azad etsə qoşunlarını filan şəhərdən çıxaracaq. Amma əsirlər azad edildikdən sonra şəhəri xarabalığa çevirib boşaltsın.

2 İnsanın, haqdan başqa şeyə and içmək məcburiyyəti qarşısında qalanda «tövriyə» etməsi məqsədi gizlətməsi, yalan şeyə and içməyənə qədər pis deyil. Amma bu, bir dəstə ilə əhd bağlayarkən barışıq edərkən rəva deyil sonra «tövriyə» edilməsi iddiası qəbul edilməz.

1 Necə ki, Qurani-Kərimin Bəqərə surəsinin 264- ayəsində buyurulur: «يَا أَيُّهَا الَّذِينَ آمَنُواْ لاَ تُبْطِلُواْ صَدَقَاتِكُم بِالْمَنِّ وَالْأذَى» «Ey iman gətirənlər! Sədəqələrinizi minnət qoymaq əziyyət verməklə puça çıxarmayın

2 Amma əgər dünya axirət işlərindən hər hansı birində ifrata varsan ya səhlənkarlıq etsən, yəni, haqqı aşsan ya onun barəsində laqeydlik göstərsən, zalımsan.

3 Müsəlmanların kafirlərlə müharibədə qənimət kimi əldə etdikləri mallarda hamının haqqı var onlara hamı şərikdir. Həmçinin sahibi olmayan otlaqlar, sel suları, meşənin ağacları da belədir. Eləcə ölkənin rəiyyətin işlərinin xeyir ziyanı ümumi olanında öz rəy düşüncəndən istifadə edərək ancaq öz fikrinlə kifayətlənməməlisən. Gərək ağıllı adamlarla məsləhətləşəsən onların fikirlərinə etinasızlıq göstərməyəsən.

1 Qiyamət gününün zillət, acizlik çətinliklərini yada salmayınca lovğalıq məğrurluqdan şölələnən qəzəbini yatırda bilməyəcəksən.

1 «Aşkar üzr», barəsində qəzavət etdiyin kəsə qarşı ədalətli insaflı olmaq, Allah yanında isə həmin şəxsi düzgün cəzalandırmaq ya mükafatlandırmaqdır.

2 Xüza Əzddən olan bir qəbilə adıdır. İmran, Həzrət Peyğəmbərin (səlləllahu əleyhi alih) səhabələrinin biliklilərindən İmam əleyhis-salamın şiələrindən olub.

3 Eskaf Nəhrəvanla Bəsrə arasında böyük bir kənd olub.

1 Məni sənə dəlil edib ya hər bir kəsi digərinə dəlil-sübut edib. Müaviyə o Həzrətə dəlil olub ki, əgər İmam əleyhis-salam onun fitnə-fəsadlarının qarşısını almaq niyyətində olmasaydı, sorğu-suala tutular, cəzalandırılardı.

2 Onun həqiqi mənasına göz yumaraq onu camaata öz nadürüst fikirlərinlə başa saldın. Necə ki, Müaviyə Şam əhlinə belə deyirdi: Mən Osmanın qəyyumuyam onun işləri mənim öhdəmədir. Allah Qurani-Kərimin İsra surəsinin 33- ayəsində buyurub: «وَمَن قُتِلَ مَظْلُومًا فَقَدْ جَعَلْنَا لِوَلِيِّهِ سُلْطَانًا» «Zülmlə haqsız yerə öldürülən şəxsin sahib varisinə ixtiyar verdik (ki, qatildən qisas intiqam alsın).»

1 Allah-təala Qurani-Kərimin Ən'am surəsinin 45-ci ayəsində buyurur: «
Yüklə 15,72 Mb.

Dostları ilə paylaş:
1   ...   74   75   76   77   78   79   80   81   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə